Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə31/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

 
 
105 
çox anılmağa, nəşr  edilməyə  başladı. Zeynəlabidin  Maka-
sın 
hazırladığı 
«Çağdaş 
Azərbaycan 
şeiri 
Antologiyası»nda Ə.Cavad  haqqında  məlumat və  onun   7 
şeiri yer almaqdadır (159, 36-43). 
Çoxcildli  müfəssəl  «Türkiyə  dışındakı  Türk  ədəbiy-
yatları  antologiyası»nın  1993-cü  ildə  nəşr  edilmiş, 
Azərbaycan  ədəbiyyatına  həsr  edilmiş  IV  cildində 
Ə.Cavada  geniş  yer  verilmişdir.  Prof.  Vilayət  Muxtaroğ-
lunun  şairin  həyat  və  yaradıcılığı  haqqında  hazırladığı 
məlumatın  ardınca  şairin  tam  20  şeiri  verilmişdir  (150, 
332-339).  
Alp  Təkinin  «Türk  böyükləri»  silsiləsindən  yazdığı  
«Əhməd  Cavad»  məqaləsində  isə  öncə  şairin  həyat  və 
yaradıcılığına qısa nəzər salınır və onun «Çırpınırdın, Qara 
dəniz»  şeirindən  bəhs  edilir.  Burada  oxuyuruq:  «Şair 
(Ə.Cavad  –  A.M.)  gənc  yaşlarından  etibarən  dönəminin 
aktiv  şəxsiyyətləri arasında  yer almış, yaşadığı illərdə  baş 
verən  siyasi və  ictimai  olaylarda  iştirak  etmiş,  bu olayları 
əks  etdirən  şeirlər  yazmış,  qısa  həyatında  dəyərli  əsərlər 
vermiş,  dəyərli  bir  kişidir»  (148).  Ə.Cavaddan  «Türk 
böyükləri» silsiləsində  ayrıca  bəhs edilməsi,  şairin  türk  
dünyasındakı özünəməxsus yerini göstərir. 
Qeyd  etməliyik  ki,  bu  məqalədə  «Çırpınırdın,  Qara 
dəniz»  və  «Mən  kiməm»  şeirlərinin  1916-cı  ildə  çapdan  
çıxan «Qoşma» kitabında yer aldığı göstərilir. Lakin bildi-
yimiz  kimi,  bu  şeirlər  şairin  1919-cu  ildə  nəşr  edilən 
«Dalğa»  kitabındadır.  Ümumiyyətlə  götürdükdə  isə,  bu 
məqalənin  internet  səhifələrində  yer  alması  ədəbiyyatı-
mızın  və  mədəniyyətimizin  tanıdılması,  Əhməd  Cavad 
irsinin Türkiyədə və dünyada yayılmasının göstəricisi kimi 
bizim  üçün  böyük  əhəmiyyətə  malikdir.  Bunun  digər 
önəmli  cəhəti  Azərbaycan-Türkiyə  ədəbi,  elmi,  siyasi  və 


 
 
106 
mədəni  əlaqələrinin kifayət  qədər  zənginliyini  də  göstərir. 
Eyni  zamanda  bu  münasibətlərin  möhkəmlənib,  daha  da 
inkişaf  etməsində  Ə.Cavad  və  onun  poeziyasının  rolunun 
danılmazlığı da şairə diqqəti artıran səbəblərdəndir. 
Araşdırmalar  göstərir  ki,  Əhməd  Cavada  və  onun 
yaradıcılığına  Türkiyənin  internet  səhifələrində    geniş  yer 
verilir (ətraflı bax: Afina Məmmədli. Azərbaycan-Türkiyə 
İnternet  səhifələrində.  «Ədəbiyyat  qəzeti»,  15  iyul 
2005).  Yuxarıda  bu  informasiyaların  bir  neçəsi  haqqında 
məlumat vermişik. Həmin informasiyalar Türkiyənin təkcə 
ədəbi ictimaiyyətinin deyil, siyasi dairələrinin də Ə.Cavad 
şəxsiyyətinə  və  yaradıcılığına  böyük  maraqlarının 
olmasını    özündə  əks  etdirməsi  ilə  maraq  doğurur. 
Məsələn,  Türkiyə  internet  səhifələrində  2005-ci  il  mayın 
4-5-də  Bakıda  səfərdə  olan  Türkiyə  Böyük  Millət 
Məclisinin  nümayəndə  heyətinin  milli  şairimiz  Əhməd 
Cavadın  doğum  günü  münasibətilə  verdiyi  ziyafət  geniş 
işıqlandırılmışdı.  Bu  ziyafət  haqqında  «Zaman»  qəzeti  də 
8 may tarixli sayında  məlumat vermişdir. Məqalə  müəllifi 
Edip  Ali  Yavuz  Türkiyənin  o  zaman  Bakıdakı  səfirinin 
həmin  ziyafətə  dəvət  edilməsinə  baxmayaraq,  iştirak 
etmədiyini  də  təəssüflə  qeyd  etmişdir.  Bu  ziyafətdə 
nümayəndə  heyətinin  Ə.Cavadın    «Çırpınırdın,  Qara 
dəniz» şeirini xorla oxuması da alqışlanır (162). 
Türkiyənin  ən  böyük  xəbər  portalı,  internet  xəbər 
qəzeti  olan  «Haber  Türk»  isə  10  may  2005-ci  il  tarixli 
məlumatında  həmin  ziyafət  haqqında  romantik  xarakterli 
belə  bir  məlumat  vermişdir:  «…Türkiyə  parlament  heyəti 
azərilərə  maraqlı  bir  sürpriz  yapdı.  Əhməd  Cavadın  yaş 
günü resepsionuna (ziyafətinə – A.M.) qatılan səlahiyyətli 
şəxslər  xorla  –  sözləri  milli  şairə  aid  olan  «Çırpınırdın, 
Qara  dəniz»  şərqisini  söylədi…  Əvvəlcə  bir  az  çaşqınlıq 


 
 
107 
içində  qalan  azərilər  şərqinin  sonunda  millət  vəkillərini 
uzun  müddət  ayaq  üstündə  alqışladılar.  Xor  qrupundakı 
bəzi parlament üzvləri bu mənzərə qarşısında göz yaşlarını 
tuta 
bilmədilər»  (160).  Ə.Cavadın  doğum  günü 
münasibətilə  verilən  ziyafəti  «Bakı  səfərinin  ən  önəmli 
qolu»  hesab  edən  «Haber  Türk»  buraya  Azərbaycanın 
səlahiyyətli şəxslərinin və  siyasi partiya liderlərinin,  eləcə 
də xarici ölkə səfirlərinin də qatıldığını yazır (160).  
İnternetin bu tipli informasiyaları Azərbaycan-Türkiyə 
ədəbi-mədəni  və  siyasi  əlaqələrini,  eləcə  də  Ə.Cavad 
irsinin  Türkiyədə  məşhurluğunu  qabarıq  şəkildə  göstərir. 
Bütövlükdə  isə  Ə.Cavad  yaradıcılığının  Türkiyədə 
müxtəlif  peşə  və  sənət  sahələrində  diqqət  və  maraq 
mərkəzində  olmasını,  onun  əsərlərinin  yayınlandığını, 
haqqında müəyyən araşdırmalar aparıldığını görürük.  
Türkiyə  qəzet  və  jurnallarında    Əhməd  Cavadın 
şeirləri  daha çox onun haqqında yazılan məqalə və məlu-
matlarla  birlikdə  verilir.  1990-cı  ildə  Ənvər  Araz 
«Azərbaycan türkləri» adlı aylıq  məcmuənin 4-cü  sayında 
dərc  etdirdiyi  «M.Müşfiq  və  şeirlərindən  bəzi  örnəklər» 
başlıqlı  məqaləsində  Ə.Cavadla  M.Müşfiqi  müqayisə 
edərək  yazırdı:  «Bütün  varlığını  türklüyə  adamış  (həsr 
etmiş  –  A.M.)  olan  azərbaycanlı  şair  Əhməd  Cavadın 
«Göy göl» adlı şeiri böyük hücumlara məruz qaldığı kimi, 
Mikayıl  Müşfiq  də    eyni  adı  daşıyan  şeirindən  dolayı 
tənqid və hücumlardan qurtulammadı» (164, 30). 
Müasir dünyanın ən mühüm informasiya qaynaqların-
dan  biri  olan  internetin  əhəmiyyəti  getdikcə  böyümək-
dədir.  Biz  internetdə  tamamilə  yeni  və  daha  əhəmiyyətli 
olan  başqa  bir  materialla  da  qarşılaşdıq.  Mustafa  Kamal 
Atatürkün  şəxsi  kitablarının  siyahısı  arasında  Əhməd 
Cavadın Atatürkə imzalı hədiyyəsi olan «Dalğa» kitabının 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə