Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
 
108 
adına da rast gəldik. Qovluqda belə yazılmışdır: «A.Cevat. 
«Koşma»,  1335  (1919).  Açıq  söz  matbaası».  Maraqlıdır 
ki,  orada  açıqlamaların  Əhməd  Cəfəroğluna  aid  olması 
haqda qeyd də var (www.turkbilim.com).   
1920-ci  ildə,  Xalq  Cümhuriyyəti    devrildikdən  sonra 
Türkiyəyə mühacirət edib, 1929-cu ildən 1973-cü ilə qədər 
İstanbul Universitetinin Ədəbiyyat fakültəsində elmi-peda-
qoji    fəaliyyət  göstərən  Əhməd  Cəfəroğlu    «Avropa  və 
Amerikanın  nüfuzlu  türkoloji  mərkəzlərində    böyük  ehti-
ram sahibi olmuşdur. O, Türkiyə türkologiyasının qurucu-
larından biri sayılır» (82, 3).  
Atatürkə  imzalı  kitab  haqqındakı  məlumatın  belə 
mötəbər  alimin  adından  açıqlanması  bizi  bu  informa-
siyanın etibarlılığına inandırdı. 
Bunu  da  deyək  ki,  1919-cu  ildə  «Açıq  söz»  mət-
bəəsində  Ə.Cavadın  çap  edilən  kitabının  adı  «Qoşma» 
yox,  «Dalğa»dır.  Ancaq  elektron  saytda  Ə.Cavad 
kitablarının adının və ya nəşr illərinin qarışdırılması bizim 
üçün  həmin  informasiyanın  dəyərini  azaltmır.  Həm  də, 
görünür, Əhməd Cavadın «Qoşma» kitabı Türkiyədə daha 
çox  məşhurlaşdığından  səhifənin  müəllifi  «Dalğa»  yerinə 
səhv  olaraq  «Qoşma»  yazmışdır.  Əhməd  Cavadın  şəxsi 
kitabını avtoqrafla Atatürkə bağışlaması və onun bu böyük 
dövlət  adamının  şəxsi  kitabxanasında  yer  alması  çox 
şeydən  xəbər  verir.  Bu  fakt  belə  bir  ehtimalı    söyləməyə 
əsas  verir  ki,  Əhməd  Cavad  M.K.Atatürklə  Balkan 
savaşında şəxsən görüşmüş də ola bilər.  
Ümumiyyətlə, Ə.Cavadın həyat  və yaradıcılığı Türki-
yədə  hər  zaman  olduğu  kimi,  elə  indi  də  ədəbi  mühitlə 
bərabər,  ictimai-siyasi  dairələrdə  də  yüksək  qiymətlən-
dirilir.  2000-ci  ildə  Azərbaycanda  keçirilən  «Dədə 
Qorqud-1300»  yubileyində  Türkiyə  prezidenti  Süleyman 


 
 
109 
Dəmirəlin  çıxışında  (193),    2005-ci  ildə  Krımda  keçirilən  
«VI  Uluslararası  şeir  şöləni»ndə   (178), Çeşmədə   keçirilən 
«IV  Uluslararası  Türk  dili  qurultayı»nda  (194)  və  bu  kimi 
ümumtürk  mədəniyyəti    ilə  bağlı  tədbirlərdə  Əhməd 
Cavadın adı sevgi və  sayğıyla anılır. 2006-cı ildə Türkiyə 
Böyük Millət  Məclisində  Ə.Cavadla  bağlı dinlənən  geniş 
məruzə  isə  onun  Türkiyədəki  nüfuzunun  dövlət 
səviyyəsində təsdiqidir (196).  
Türkiyə  Böyük  Millət  Məclisində    Türkiyə  və  Türk 
kültürünə  xidmət  edənlərin  unudulmaması  ilə  bağlı  çıxış 
edən  Afyon – Kapahisar millət vəkili  Mahmud  Koçak öz 
məruzəsini  Əhməd  Cavada  həsr  etmişdir.    Ə.Cavaddan 
«əsərləriylə,  həyat  mücadiləsiylə  böyük  kültürümüzə, 
özgürlük (azadlıq – A.M.)  sevdamıza həyatı bahasına pay 
vermiş, Azərbaycanın böyük istiqlal şairi»  kimi bəhs edən 
M.Koçak çox haqlı olaraq deyir: «Hamımızın evində, qəl-
bində,  dilində    «Çırpınırdı  Qara  dəniz»  türküsü  vardır.  
Söyləndi,  ağlandı,  dinləndi;    yazanı  heç  xatırlanmadı. 
Siyasi  münaqişələrə  mövzu  oldu;  yazanın  hansı  ruh 
halında,  hansı  məkanda  və  hansı  ölkədə  yazdığı  heç 
xatırlanmadı» (196, 5).  
Ə.Cavadın  həyat  və  yaradıcılığı  ilə  ümumtürk  mə-
dəniyyətinə  göstərdiyi  xidmətləri  dönə-dönə  vurğulayan 
M.Koçak  Türkiyə  dövlətinin  bunları  rəsmi  şəkildə 
qiymətləndirməsi  üçün    Turizm  və  Mədəniyyət  Nazirliyi, 
eləcə  də  Xarici  İşlər  Nazirliyinə  bu  kimi  təkliflər  irəli 
sürür:  «Qara  dənizdə,  Trabzonda,  Sarpda,  Ərdahanda  bir  
«Çırpınırdı  Qara  dəniz»  parkı  və        abidəsi  qurulmalı  və 
əsəri  əbədiləşdirmək  üçün  orijinalına  uyğun  klip  və  film 
çəkilişi  həyata  keçirilməlidir.  Azərbaycan,  Gürcüstan  və 
Türkiyədə    Əhməd  Cavadı    anma  simpoziumları  ilə 
bölgədə  sülh  və  qardaşlıq  gücləndirilməlidir».  (196,  7). 


 
 
110 
Biz  bu  təkliflərə  ürəkdən  qatılır,  Ə.Cavadın  xatirəsinin 
Batumda  da  əbədiləşdirilməsinin  vacibliyini  vurğulamaq 
istəyirik.  M.Koçakın  söylədiyi  kimi,  «…Dünyanın 
harasında  olursa  olsun,  bayrağımıza,  vətənimizə, 
kültürümüzə  xidmət  etmiş  və  edən  hər  kəsə  qarşı 
vəzifələrimiz  olduğunu  unutmamalıyıq;  millət  olmanın 
gərəyi  budur,  böyük  dövlət  olmanın  da  gərəyi  budur.  
…Məna  iqlimimizi  təşkil  edən  bu  şəxsiyyətlərə  hansı 
mükafatı versək yetərsizdir; amma verilməlidir, mütləq bir 
dövlət nişanı ilə mükafatlandırılmalıdır» (196, 7).   
Ə.Cavadın Türkiyədəki tədqiqatçılarından Sərvət Gür-
can bu  şeirdən danışarkən fəxrlə deyir: «Ə.Cavadın «Çırpı-
nırdın,  Qara  dəniz»  adlı  şeiri  75  ildir  ki,  milli  bir  şərqi 
olaraq  nəsillərin könlünü titrətdi:  milyonlarla  türkün  dilin-
də  əzbər  oldu»  (192,  8).  Təkcə  Türkiyə  ədəbi  mühitində 
deyil,  ümumiyyətlə,  Türkiyədə  Ə.Cavadın  «Çırpınırdın, 
Qara dəniz» şeiri daha çox tanınır və sevilir. Maraqlıdır ki, 
Türkiyədə  Ə.Cavad  haqqında  nəşr  edilən  kitabların 
ikisinin  də  adı  «Çırpınırdın,  Qara  dəniz»  şeirinin 
misralarından  götürülmüşdür: (1.  S.Gürcan.  «Çırpınırdı  Qara 
dəniz». 1990; 2.  İ.M.Yıldırım.  «Salam  Türkün  bayrağına», 
1992).  
 «Çırpınırdın, Qara dəniz» şeirinin Türkiyədə bu qədər 
məşhurluğunun    əsas  səbəblərindən  biri  də  onun  «mehtər 
marşları» adı ilə tanınan milli marşlar içərisində xüsusi yer 
tutmasıdır.    «Mehtər  marşları»  Osmanlı  dövlətinin  hərbi 
musiqi  qrupu  olan  «Mehtər  takımı»  tərəfindən  döyüşçü-
lərin  əhval-ruhiyyəsini  yüksəltmək  məqsədilə  xorla,  əzə-
mətli bir  şəkildə ifa  olunurdu.  Musiqisi  dahi  bəstəkarımız 
Ü.Hacıbəyliyə  aid  olan  «Çırpınırdın,  Qara  dəniz» 
şərqisinin  bu  marşlar  içərisində  yer  alması  köksümüzü 
qabardır.  Yeri  gəlmişkən,  bu  şərqi  hazırda  Türkiyədəki 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə