Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
 
98 
Göyalp  da  türk  birliyi,  türkçülüyün  intişar  tapmasını  öz 
əsərlərində  təbliğ  edirdi.  Bunun  nəticəsi  olaraq  o, 
Ə.Cavadın  «Qoşma»  kitabını  bəyənmiş  və  həmin 
kitabdakı  şeirlərdə  türk  ruhunun  hakim  olduğunu  xüsusi 
qeyd etmişdir.  
Burada  diqqəti  çəkən  bir  məsələ  də  «Yeni  məc-
muə»nin  Bakıda  savaş    zərərdidələrinə  yardım  məqsədilə  
1917-ci  ildə    çap  olunan    «Qardaş  köməyi»  kitabı  haqqında 
məlumat  və    həmin  kitabdan  Ə.Cavadın  «Yazıq»  şeirini 
verməsidir  («Yeni  məcmuə»,  II  c.,  İstanbul,  2  mayıs 
(1918),  səh.337-338).  Bu  bir  daha  onu  təsdiqləyir  ki, 
Z.Göyalp Ə.Cavadın «Qoşma» kitabındakı savaş mövzulu 
şeirlərini  birər-birər  oxuculara  çatdıracağı  vədinə  əməl 
edirdi.  
Belə  maraq  Türkiyədə  və  Azərbaycanda  qarşılıqlı 
şəkildə idi. Ə.Cavad da Z.Göyalpa ustad kimi baxır, 1918-
ci ildə onun «Qızıl alma» şeiri haqqında deyirdi: «Gənclər 
oradakı milli ədəbiyyat  cərəyanına – «Qızıl alma»ya dörd 
gözlə  baxaraq,  millətə  doğru  atılan  hər  addımı  ürəkdən  
alqışlayırdılar».  Şair  Z.Göyalpın  «Altun  dastan»  əsərini  də 
belə yüksək dəyərləndirirdi (11). 
Qafqaz  İslam  Ordusu  ilə  Bakıya  gələn  şair,  jurnalist 
Rövşən Əşrəf  bəy  1918-ci ilin  oktyabrında onun  şərəfinə 
verilən konfransdakı çıxışında Ə.Cavadı «möhtərəm şair», 
«əziz  məsləkdaş»  adlandırır,  onun  Türkiyə-Azərbaycan 
əlaqələrinin inkişafı haqqındakı təkliflərini «gəncliyə məx-
sus atəşlə»,  həyəcanla deyilən sözlər hesab edirdi. Bunun 
davamı  kimi  öz  arzularını  da  çatdırırdı:  «Çox  təmənna 
edirəm  ki,  Bakı  da  ikinci  İstanbul  olsun!  Zənginlikdə 
Asiya qitəsinə bir tac olan Bakı istiqlaliyyəti və fikri ilə də 
hakim, yeni bir türk mərkəzi olsun!» (13). 
1928-ci  ildə  Ə.Cavadın  silsilə  şeirlərinin  İstanbulda 


 
 
99 
«İstiqlal  uğrunda»  toplusunda  çap  olunması  şairin  həya-
tında,  ədəbi  yaradıcılığında  böyük  uğur  olmaqla  bərabər, 
həm də gələcək taleyinə ciddi  zərbə vurmuşdur. 
«İstiqlal  uğrunda»  məcmuəsi  kimi  hallanan  toplu 
Azərbaycan  mühacirlərinin  «Milli  Azərbaycan»  nəşriy-
yatı»  silsiləsindən  hazırlayıb,  1928-ci  ildə  İstanbulun 
«Orxaniyyə» mətbəəsində buraxdırdıqları səkkizinci kitab-
dır.
*
 Buradakı bədii örnəklər istiqlal mövzulu əsərlərdir və 
əksəriyyəti    M.Ə.Rəsulzadənin  nəşr  etdirdiyi  «Yeni 
Qafqasiya»  dərgisindən  alınmışdır.    Buradan  aydın  olur  
ki,  Ə.Cavadın  «İstiqlal  uğrunda»  kitabından  əvvəl  
M.Ə.Rəsulzadənin «Yeni Qafqasiya» məcmuəsində də 
«İnqilab nəğmələri» adı ilə şeirləri çıxıbmış.  
Kamal  bəyin  ön  sözü  və  tərtibi  ilə  çıxan  «İstiqlal 
uğrunda»  məcmuəsində  müəlliflər  haqqında  bilgi  yoxdur. 
Şeirlər  isə  mövzulara  görə  sıralanıb.  Burada  Ə.Cavadın 
səkkiz  şeiri  vardır.
**
  Həmin  şeirlər  bunlardır:  «Bir  gün», 
«Al  bayrağa»,  «Göy  göl»,  «Sən  ağlama»,  «Bismillah», 
«Qalx»,  «Türkün  səsi»  və  «Bir  gül  əkdim».  Bunu  da 
deyək  ki,  Ə.Abidin  (Gültəkinin)  «Ağla,  gözəl  gəlin»  şeiri 
məcmuədə  yanlışlıqla  Ə.Cavadın  adına  getmişdir. 
Ə.Cavadın  «Türkün  səsi»  şeirinin  epiqrafına  yazdığı 
«Gültəkin  bəyə»  sözləri  isə  onu  şair  dostu  Ə.Abidə  ithaf 
etdiyini  göstərir.  Bu,  həm  də  Ə.Abidin  «Türkün  dərdi» 
şeirinə cavab kimi də səslənir.  
«İstiqlal  uğrunda»  dərgisində  Ə.Cavadın  şeirlərinin 
                                                   
*
  Бу  барядя  бах:  Эцлтякин-Ямин  Абид.  Бузлу  ъящянням.  Бакы, 
«Эцняш» няшриййаты, 1999, с.9. Тяртибчи вя юн сюз мцяллифи 
Яли Шамил. 
**
  Бу  китабдан  Я.Ъавадын  щямин  шеирляринин  Истанбул 
китабханасындан  сурятини  чыхарыб  бизя  эятирдийи  цчцн 
танынмыш зийалымыз Яли Шамил бяйя тяшяккцр едирик. 


 
 
100 
çıxması xəbəri Bakıya Ə.Nazimin 1929-cu ildə Moskvada 
çıxan  «Mətbuat  və  inqilab»  («Peçat  i  Revolyusiya»)  top-
lusundakı  məqaləsindən  sonra  çatdı  və  bütün  bolşevik 
əqidəli  tənqidçilər şairə qarşı hücuma qalxdı. Ə.Cavad bu-
na elə o zaman «Kommunist» qəzetində «Şiddətli protesto 
edirəm»  yazısı  ilə  cavab   versə  də (37),  ona  qarşı  hücum, 
böhtan və hədə-qorxu ara vermirdi.  
Ə.Cavadın  istedadını  və  şöhrətini  gözü  götürməyən, 
özləri  fərqində    olmasalar  da,  əslində  onun    lirikasından 
təsirlənən  gənc    kommunist  şairlər  fürsətdən  ləyaqətsizcə 
istifadə  etməyə  başladılar.  İş  o  yerə  çatmışdı  ki,  «Hətta  
istedadca,  dünyagörüşcə  Ə.Cavaddan  çox  aşağı  olan  bir 
şair  də  ona  həcv  yazmışdı.  Şeir  başdan-ayağa  ifşa  və 
ziyalıya yaraşmayan ifadələrlə dolu idi. 
 
Şeirinə ağuş açıb Türkiyə Əhməd Cavadın, 
Bicliyi oldu əyan cümləyə Əhməd Cavadın  
 
– beyti  ilə  başlayan bu qəzəbli  satqınlar məqsədlərini  də 
gizlətmirdilər.  Açıqca  «Yeridir,  sürgünə,  ya  salalar 
türməyə Əhməd Cavadı» deyirdilər» (112, 126). 
Ə.Cavad  elə  həmin  il  «meşə  çaqqallara  qaldı» 
ibarəsini  xatırladan  bir  həcvlə  əziz  müəllimi  H.Cavidi  də 
qoruyaraq belə cavab verir: 
 
Deyir uçurursan «bizim dövləti», 
Bu böyük binanı, bu səltənəti. 
Dolayıb əlinə bütün milləti 
Xalqına yun corab hörənlərə bax! 
 
Arpasın böləmməz iki ulağın, 
Qapı dalındadır uzun qulağı. 
Daldada gizlənib,  danos yazmağı, 
Üzdə sinəsinə vuranlara bax! 


 
 
101 
Sağdan da, soldan da yüksəlir səslər, 
Doğma qardaşına nifrətlər bəslər. 
Cavidi, Cavadı sevməyən kəslər, – 
Onların yerində duranlara bax! (42, 272-273) 
 
Azərbaycan  və  Osmanlı  türkləri  arasındakı  doğmalıq 
və  yaxınlığı  1920-ci  ildə  «Türkiyənin  tanınmış  yazıçısı, 
milli novella və hekayənin banisi, istedadlı sənətkar Ömər 
Seyfəddin  (1884-1920)…  ölümündən  bir  qədər  əvvəl 
yazdığı  və  «Türk    dünyası»  jurnalında  nəşr  etdirdiyi 
«Azərbaycanın 
istiqlaliyyəti 
münasibətilə» 
başlıqlı 
məqaləsində»  elmi  şəkildə  əsaslandırmışdır  (104).  Türk 
ədəbiyyatının  tanınmış  tədqiqatçılarından  olan  filologiya 
elmləri  doktoru  Aydın  Abıyev  həmin  məqaləni  yenidən 
«Azərbaycan»  qəzetinin 28 may 1991-ci il  tarixli  sayında 
nəşr etdirmişdir. 
Ömər  Seyfəddin  məqaləsində  Azərbaycan  və  osmanlı 
türkləri  arasındakı  mənəvi,  tarixi,  dil,  din  və  s.  sahələrdə 
özünü  aydın  şəkildə  göstərən  ortaqlıqlardan  ətraflı  söhbət 
açır.  Ömər  Seyfəddinin  istinad  etdiyi  mötəbər  faktlardan 
biri  də  Əhməd  Cavadın  məşhur  «Qoşma»  adlı  şeirlər 
kitabıdır.  O,  iki  qardaş  türk  xalqı  arasındakı  dil  doğmalı-
ğından bəhs edərək yazır:  «…Azərbaycan  millətpərvərləri 
«millət»in  mənasını  da  tam  avropalılar  kimi  anlamışdılar. 
Yəni  «dili  bir,  dini  bir»  olan  cəmiyyətə  millət  deyirlər. 
Aralarında İstanbulun köhnə divan dilini təqlid edənlər də 
vardır.  Fəqət  gənclər  danışılan  dili  özlərinə  nümunə 
götürmüşlər.  Ə.Cavad  adlı  şairin  «Qoşmalar»  şeir  kitabı 
sanki İstanbulda  yazılmışdır.  Şeirlərin  vəzni  millidir. Hal-
buki  beş-on  il  bundan  öncə  azəri  qardaşlarımız  da  bizim 
kimi fars əruzunu işlədirdilər» (104). 
Burada  Ə.Cavadın  «Qoşma»  kitabının  adının  çəkil-
məsinə və onun yüksək qiymətləndirilməsinə təsadüf kimi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə