Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
 
111 
Milliyyətçi Hərəkat Partiyasının rəsmi marşıdır.  
Tədqiqatçı alim Alp Tekindən oxuyuruq: «Çırpınırdın, 
Qara  dəniz»  şeirini,  ya  da  marşını  bilməyənimiz    demək 
olar  ki,  yoxdur,  amma  yazarının  bir  azərbaycanlı  şair 
olduğunu bilməyənimiz çoxdur…  
… «Çırpınırdın, Qara dəniz» şeirindəki bütün misralar 
türkə  məxsusdur.  Türklüyün  öyülüb,  digər  millətlərin 
kiçildilməsindən  əsla  bəhs  edilmir.  Şeirdə    öz  millətini 
sevmə  duyğusu  ilə  bərabər  digər  millətlərə  də  duyulan 
hüdudsuz  sayğı  vardır…  Bu  şeirdə  öyülən  də,  sevilən  də 
türk  bayrağıdır.  Bu  bayrağa  qurban  edilən  də  bizim 
ellərdir.  Ü.Hacıbəylinin  bəstəsi  ilə  dəyəri  bir  qat  daha 
artan bu  şeir  bütün Türk dünyasının  marşı olmaq  ödülünə 
(mükafatına  –  A.M.)  də  layiqdir»  (148).  Biz  də  bu  gözəl 
şeirin  dillər  əzbəri  olub,  günümüzə  qədər  məşhurluğunu 
qoruyub  saxlamasının,  könülləri  fəth  etməsinin  bir 
səbəbini  də    Üzeyir  Hacıbəylinin  «sehirli  çubuğu»nda 
görürük.  
Məqalədə  müəllifin  məqsədi    bir  tərəfdən  «Çırpı-
nırdın,  Qara  dəniz»  şeirinin  müəllifinin  kimliyini,  onun 
məhz azərbaycanlı bir şair olmasını bildirilmək,  başqa bir  
tərəfdənsə  Ə.Cavadın  hələ  gənc  yaşlarından  fəal  ictimai 
xadimlərlə  çiyin-çiyinə  fəaliyyət  göstərərək,  dövrünün 
mühüm  tarixi,  siyasi  və  ictimai  hadisələrinə  dair  gözəl 
şeirlər  həsr  etməsinə  diqqət  yönəltməkdir.  Müəllif  şeirin 
yazıldığı  dövr,  onun  mövzusu  və  şairin  riskli  bir  addım 
atmasından  bəhs  edərək  sözünü  belə  tamamlayır:  «Şeir 
1914-cü  ilin  sonlarında  Gəncədə  yazılıb.  Bu  dönəm 
Osmanlı dövlətinin son illəridir. Belə bir dönüş dönəmində 
türkün  bayrağını  tərənnüm    etməkdən  daha  cəsur  və 
mənalı nə ola bilər?» (148).  
Türkiyə  qaynaqları  göstərir  ki,  «Çırpınırdın,  Qara 


 
 
112 
dəniz» şeiri tək bu ölkədə yox, ümumiyyətlə, türk dünyası 
üçün  ən  uyğun,  gözəl  bir  marş  səviyyəsindədir.  Bu  şeir 
haqqında  ayrıca  məqalə  yazan  İrfan  Ülkü    öncə  «Orta 
doğu»  qəzetində  şeirdən  şərqi  kimi  oxunan  üç  bənd 
vermiş,  sonra  onun  haqqında  öz  düşüncələrini  qələmə 
almışdır. Müəllif doğru yazır ki, bu şeir «Türk dünyasının 
rus  əsarəti  altında  keçirdiyi  illərdə  Türkiyəyə  mühacir 
edən    müsavatçı  azərilər  tərəfindən  sıx-sıx  toplantılarda 
söylənmiş  və  kuşakdan-kuşağa
*
  keçərək  «Çırpınırdın, 
Qara dəniz» olaraq bizə çatmışdır. Türk milliyyətçiləri isə 
əsl  varlıq  səbəbi  olan  türk  dünyasının    qurtuluşu  adına 
bu şərqini bir rəmz  halına gətirmişlər» (176).  
Bu  məqalədə,  eləcə  də  «Hürriyyət»,  «Zaman»  və 
başqa iri həcmli Türkiyə qəzetlərində  verilən bir xəbər də 
ermənilərin  «Sarı  gəlin»  mahnısından  sonra  «Çırpınırdın, 
Qara  dəniz»  şərqisini  də  öz  adlarına  çıxmasıdır.  Bu 
yazılarda  göstərilir  ki,  guya  bu  şərqini  Sayat  Nova 
«Kamança»  adı  ilə  yazmışdır.  Erməni  xislətini  göstərən 
belə  uydurma  fikri  və  yalanı  Türkiyə  mütəxəssisləri  və 
mətbuat yekdilliklə rədd etmişdir (200; 176 və s.).   
Hətta  İrfan  Ülkü  bu  məsələlərlə  əlaqədar  mütəxəs-
sisləri diqqətli olmağa səsləyərək yazır: «Gerçəklər barədə 
deyilməzsə,  yazılmazsa,  sabah…  türk  sənət  musiqi  
əsərləri  də novaların, aramyanların  filan  əsəri  deyə  ortaya 
atıla bilər» (176). 
Sanki bütün bunlara cavab olaraq 2005-ci il, mayın 8-
də  Alim  Tunc,  Mahmud  Koçak,  Enis  Tütünçü  və  başqa 
millət  vəkillərindən  ibarət  bir  dəstə  Ə.Cavadın  doğum 
gününü  azərbaycanlı  həmkarları  ilə  birlikdə  qeyd  etmək 
üçün  Bakıya  gəldilər.  «Zaman»  qəzetinin  bu  münasibətlə 
verdiyi 
xəbərdə 
bir 
çox 
ölkələrin 
səfirlərinin, 
                                                   
*
 нясилдян нясиля  


 
 
113 
Azərbaycanın və Türkiyənin siyasi partiyalarının da iştirak 
etdiyi  bildirilirdi.  Burada  deyilir  ki,  «Türkiyə  parlament 
nümayəndələri  böyük  ilgi  gördülər.  MHP  partiyasının 
türküsü  (marşı  mənasındadır  –  A.M.)  olaraq  bilinən 
«Çırpınırdın,  Qara  dəniz»  mahnısı  və  Azərbaycanın  milli 
marşının  müəllifi  Ə.Cavad  anıldı.  Türkiyə  parlament 
heyəti,  azərilərə  ilginç  (maraqlı  –  A.M)  bir  sürpriz 
yapdılar.  Ə.Cavadın  yaş    mərasiminə  qatılan  vəkillər  xor 
halında  sözləri  milli  şairə  aid  olan  «Çırpınırdın  Qara 
dəniz»  türküsünü  söylədilər»  (162).  Məlumatlarda  millət 
vəkillərinin  bu  sözləri  də  önə  çəkilmişdir  ki,  «Bütün 
dünyaya milli məsələlərdə necə birlik və bərabərlik içində 
olduğumuzu göstərməyə davam edəcəyik» (162).  
Türkiyədə  əfsanə  kimi  dillər  əzbəri  olmuş  «Çır-
pınırdın,  Qara  dəniz»  şeirinə  bu  ölkənin  elm,  mədəniyyət 
və  incəsənətə  aid,  demək  olar  ki,  əksər  internet 
səhifələrində  rast  gəlirik.  Qeyd  etməliyik  ki,  Türkiyədəki 
əksər  mənbələrdə  bu  şeirin  adı  «Çırpınırdın»  deyil, 
«Çırpınırdı  Qara  dəniz»  kimi  göstərilir.  Həddindən  çox 
sevilib  mənimsənilmiş  olan  bu  şeirə müxtəlif  nəzirələr  də 
yazılmışdır.  Güney  Azərbaycanın  gənc  alimlərindən 
Güntay  Gəncalp  «Azərbaycan  Türk  milli  kimliyində 
Üzeyir  Hacıbəyli  örnəyi»  məqaləsində  Ə.Cavadın  bu  
şeirinə bir dördlük nəzirə yazmışdır:  
 
Türk yurduna, türk yurduna, 
Qıyarmı heç türk yurduna?  
Bütün dünya qurban olsun  
Türk elinə, türk yurduna (173).  
Bir  kültür  və  sənət  portalında  da  (www.antoloji.com) 
«Çırpınırdın,  Qara  dəniz»  şeirinə  yazılmış  müəllifsiz  bir 
neçə nəzirə və ya bənzətmələrə rast gəldik. Məsələn:  
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə