Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 
 
114 
Qafqazlardan aşacağız, 
Türklüyə şan qatacağız, 
Türkün şanlı bayrağını 
Turan elə asacağız! 
 
Hətta belə variantla da rastlaşdıq:  
 
Türkün şanlı bayrağını  
Qarabağa asacağız! 
 
Gördüyümüz  kimi,  Ə.Cavadın  «Çırpınırdın,  Qara  də-
niz»  şeiri  qəlbi  vətən,  millət  təəssübkeşliyilə  vuran  türk 
övladlarının arzu və niyətlərinin tərcümanına çevrilmişdir. 
Ə.Cavadın  Türkiyədə  məşhur  «Göy  göl»  şeirinə  də 
nəzirələr  yazılmışdır.  Belə  nəzirələrdən  biri  Ali  Akbaşın 
«Göy göl» şeiridir. Şeir «Türk kültürü» dərgisində belə bir 
təqdimat-epiqrafla  çap  edilmişdir:  «Şair  Əhməd  Cavadın 
xatirəsinə». Orada oxuyuruq:  
 
Bir səhər vaxtında vardık Göy gölə,  
Burda kızlar gül takıyor kakilə. 
Alev-alev bir gül atdım, su yandı, 
Sonam dərin uyqusundan oyandı. 
Yavaş-yavaş araladı pərdəyi,  
Gönlüm gölə düşmüş yaban ördəyi. 
Geyib quşanmaya ərinmiş Göy göl, 
İpəkdən tüllərə bürünmüş Göy göl. (145, 284)  
 
Bu  təsvir  və  tərənnümlərdən  sonra  müəllif  tarixə  üz 
tutur  və  Göy  göllə  bağlı  xalq  rəvayətləri,  inamlar  haqda 
oxuculara bilgi verməyə çalışır. Sonra  sözünə belə davam 
edir:  
 
Şimdi yaylaların son baharıdır,  


 
 
115 
Dağları qaplayan süd buxarıdır. 
Yapayalnız qalmış kuğulu
*
 Göy göl, 
Ağlayan göz kimi buğulu
**
 Göy göl.  
Uzar kıyında
»
 bir sarı qamış,  
Kəndini
»*
 seyr edər sularda yaz, kış.  
Şimal küləyiylə kar gəliyor, kar,  
Sonamı tufandan qoruyun, dağlar (145, 285).  
 
Burada müəllifi narahat edən əsas səbəb onun sonasını 
- Göy gölü  şimal küləyilə gələn qar-çovğunun, yəni Rusi-
yanın  məhv  edəcəyi  qorxusudur.  Bu  motiv,  söz  yox  ki, 
Ə.Cavadın «Göy göl» şeirindən gəlmədir.  
Görkəmli cavadşünas Əli Saləddinin «Əhməd Cavad» 
monoqrafiyasında    isə  Azərbaycanın  mühacir  şairlərindən 
olan Alazan Baycanın yazdığı  «Göy göl» şeiri verilmişdir 
(110,  318-319).  Bu  şeir  «Əhməd  Cavadı  anaraq»  epiqrafı 
ilə  yazılmışdır. Gətirdiyimiz faktlar Ə.Cavadın «Göy göl» 
şeirinin  də  Türkiyədə  geniş  yayılıb  məşhurlaşdığını 
göstərir. 
İ.M.Yıldırım  «üzərində  ən  çox  mübahisələr  gedən, 
böyük  gurultular  qoparan  bir  şeir»  kimi  təqdim  etdiyi 
«Göy  göl»  haqqında  danışarkən,  burada  da  türk  birliyi 
arzusu olduğunu qeyd edir: «Bir zamanlar qovuşma həyata 
keçmək  üzrəykən,  fələk  oyununu  oynamış  və  iki  sevgili 
(Türkiyə  və  Azərbaycan)  bir-birlərindən  ayrı  düşmüşlər» 
(175, 53). 
Tənqidçi  Mustafa  Quliyev  «Türk  ədəbiyyatında    sağ 
uklon»  başlıqlı  məqaləsində  Ə.Cavadın    1928-ci  ildə 
«İstiqlal  uğrunda»  kitabında  çıxan  «Göy  göl»  şeirini  də 
təhlil  etmişdi.  Əslində  bu  «təhlil»  ittiham  məqsədi 
                                                   
*
 гу гушлу  
**
 ням 


 
 
116 
daşıyırdı.  Müəllif  Ə.Cavadın,  guya  həmin  şeirlə  hazırda 
(yəni,  o  dövrdə)  Türkiyədə  mühacirətdə  olub  SSRİ-yə 
qarşı  mübarizə  aparan  müsavatçıları  nəzərdə  tutduğunu 
vurğulayaraq  yazırdı:  «Bir  neçə  il  bundan  əvvəl  Ə.Cavad 
məşhur  «Göy  göl»  şeirində  iflas  etmiş  müsavat 
ziyalılarının  keçmiş  «əzəmət»  xülyası  ilə  yaşayaraq  ömür 
keçirdikləri    «uzaq  ölkələrə»  (Türkiyəyə  –  A.M.)  salam 
göndərmişdi. İndi Cavad bu səfillərə əl uzatmaq istəyir. Bu 
əli qırmanclamaq lazımdır. Yaltaqlıq,  ikiüzlülük,  xəyanət  və 
riyakarlığa nəhayət verilməlidir» (43, 93).  
Ə.Cavad  bu  üzdəniraq  «tənqidlərdəki»  məkrli  niyyət-
ləri,  onların  arxasında  düşmənin  qəzəblə  qıcanan  qanlı 
dişlərini bütün dəhşəti ilə görürdü. Ona görə də özünü mü-
dafiə etmək məqsədilə «Kommunist» qəzetinin 31 oktyabr 
1929-cu il sayında çap etdirdiyi «Şiddətli protesto edirəm» 
başlıqlı  məqaləsində  ona  qarşı  irəli  sürülən  bu  tipli  itti-
hamları rədd edirdi.  
«Göy  göl»  şeiri  öz  məna  dərinliyi,  bədii  ifadə  tərzi, 
poetik  gücü  ilə  ədəbi  mühitdə  əks-səda  oyatmışdı.  Ancaq 
M.Quliyevin  tənqidindən  sonra  yenidən  Ə.Cavadın  üstünə 
düşdülər. Şair bu tutduğunu buraxmayan «alovlu» tənqidçi-
lərdən  yaxa  qurtarmaq  üçün  yazıçıların  hər  iclasında, 
plenumunda özünü təmizə çıxarmağa çalışırdı. Hətta məc-
burən  ürəyindən  keçənləri  pərdələməyə,  inkar  etməyə  də 
gedirdi.  Şairin  ittihamlara  cavab  verdiyi  «İzah»  məqalə-
sində  oxuyuruq:  «Göy  göl»  özü  özlüyündə  lirik  bir 
parçadır.  Onun  belə  olduğundan  ümumiyyətlə  lirizmə 
məxsus  bir  səciyyə  etibarilə,  müxtəlif  mənalar  verilə 
bilər…  Şeirimdəki hüzn və üzüntü  yalnız  şəxsidir, özümə 
aiddir.  …Bən  burada  böylə  bir  hüznün  bugünkü 
ədəbiyyata  da  xeyirli  olduğunu  deyil,  bəndəki  hüznün 
siyasi olmadığını söyləmək istəyirəm» (38 və 43, 169). Bu 


 
 
117 
cür  etirafa  bənzər,  yozma  fikirlərlə  razılaşmayan 
tənqidçilər  «Göy  göl»  şeirinin,  ümumiyyətlə,  millətçi, 
müsavatçı,  istiqlalçı  ruhunu  qəbul  edə  bilmirdilər.  Şeirdə 
bəzi  misraların  birbaşa  Türkiyəyə,  müsavatçılara, 
mühacirlərə    ünvanlanması  isə  onları  lap  əsəbləşdirirdi. 
Həqiqətən də, romantik üslubda, simvolik işarə və bənzət-
mələr  əsasında  yazılan  «Göy  göl»  şeirində  «dağların  ma-
ralı»  ilə  istiqlal  düşün-cəsi  «dumanlı»  olduğu  qədər  də 
aydındır.  Şairin  gizlətməyə  çalışdığı,  ancaq  bacara  bilmə-
diyi  əsl  fikirləri  onun  həyatının  dramatik  sonluğundan 
bəllidir.  
Ə.Cavad  «dağların  yaşıl  qoynunda»  gah  xumarlanan, 
gah  qəribsəyən,  gah  da  gözü  yol  çəkən  «Göy  göl»ə  layla 
çalır, təsəlli verir, ağı deyir:  
 
Zümrüd gözlərini görsünlər deyə,  
Şamlar boy atmışdır, uzanmış göyə!  
Keçmişdir onlara qəzəbin niyə,  
Düşmüşlərdir səndən aralı, Göy göl?!  (42, 231) 
 
Gözlərindən oxunan və gözlədiyi suala cavab almayan 
bu  maralın  intizarı  şairə  yaxşı  tanışdır.  Odur  ki,  onu  belə 
ovundurur:  
 
Dolanır başına göydə buludlar, 
Bəzənmiş eşqinlə çiçəklər, otlar. 
Öpər yanağından, qurbanlar otlar, 
Ayrılıq könlünü qıralı, Göy göl! 
 
və soruşur: 
 
Bir sözün varmıdır əsən yellərə, 
Sifariş etməyə uzaq ellərə?.. (42, 231) 
Türkiyəyə  rəmzi  şəkildə  «uzaq  ellər»  deyə  tənqid-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə