Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
 
27 
ayında o artıq Qarsda imiş. Bu barədə «Yeni iqbal» qəzeti 
yazırdı:  «Batum  ətrafında  müsəlman  gürcüsü  hərbzədələ-
rinə  yardım  etmək  üzrə  Bakı  «Cəmiyyəti-Xeyriyyə»si 
tərəfindən  göndərilən  doktor  Xosrov bəy  cənabları Tiflisə 
varid  oldu.  İki  gün  sonra  müavinləri  Rza  Zaki  və  Cavad 
Axundzadə  əfəndilər  Tiflisə  gəldilər»  (129).  Ə.Cavadın 
1915-ci  ildə  «Açıq  söz»  qəzetində  çıxan  silsilə  «Acara 
məktubları»  məqaləsindən  o  da  məlum  olur  ki,  həmin  il 
oktyabrın 30-da Əhməd Cavadgil artıq Batumda fəaliyyətə 
başlamışlar. Bu məqalədən o da anlaşılır ki, Cavad Axund-
zadə  Artvində  də  olmuş  və  buradakı  müharibə  zərərdidə-
lərinə yardım göstərilməsini təşkil etmişdir (43, 45-47).  
Bəzi  tədqiqatçılar  Birinci  Cahan  savaşı  illərində 
Ə.Cavadın  Trabzonda,  Ərdahanda,  AMEA-nın  müxbir 
üzvü,  professor  Yaşar  Qarayev  isə  hətta  Bursa  şəhərində 
də  olduğunu  yazırlar  (79,  7).  Bakıdakı  «Cəmiyyəti-Xey-
riyyə»nin  Trabzon  və  Ərzurum  ərazisindəki  müharibə 
zərərdidələrinə  maddi  yardım  göstərməsi  bir  həqiqətdir. 
Ancaq Bursa Qafqaz cəbhəsinin çox uzaq qərbində yerləş-
diyi  üçün  «Cəmiyyəti-Xeyriyyə»  üzvlərinin  bu  ərazilərdə 
fəaliyyət  göstərmələri  haqqında  məlumatı  həqiqətə  uyğun 
hesab  etmək  doğru  olmaz.  Əhməd  Cavad  haqqında  olan  
başqa  mənbələrin  heç  birində  onun  bu  illərdə  Bursada 
olduğunu  bildirən hər  hansı bilgi  və  sənəd  olmadığı kimi, 
şairin həmin dövrə aid  məqalə və  məktublarında da Bursa 
şəhərinin  adına  təsadüf  etmədik.  Ancaq,  bundan  fərqli 
olaraq, Əhməd Cavadın «Açıq  söz» qəzetinin 1917-ci il 4 
iyul  nömrəsində  çıxan  başqa  bir  məqaləsindən    öyrənirik 
ki,  o,  həmin  illərdə  Rizə  və  Trabzon  bölgələrində 
olmuşdur (43, 73-76).  
Araşdırmalar təsdiqləyir ki, Əhməd Cavad 1914-1917-
ci  illərdə  Acarıstanda  kənd-kənd  dolaşaraq,  bir  müxbir 


 
 
28 
kimi də fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum 
haqqında «İqbal», «Yeni İqbal», əsasən, «Açıq söz» qəzet-
lərinə  silsilə  məqalələr  göndərmişdir.  Bütün  ömrünü 
Ə.Cavadın  həyat  və  yaradıcılığının  araşdırılmasına  həsr 
etmiş fədakar alimimiz, f.e.d. Əli Saləddin bu məqalələrin 
xeyli  hissəsini  toplayıb  şairin  seçilmiş  əsərlərinin  II  cildi 
üçün  hazırlamışdır.  Burada  oxuyuruq  ki,  «Açıq  söz» 
qəzeti 20 dekabr 1915-ci il sayında Ə.Cavadın dekabrın 5-
də  Batuma  gəldiyini  bildirir,  yazırdı  ki,  o,  Acarada  50 
kənddə  olub,  6671  nəfərə  yardım  göstərib  (43,  58). 
Ə.Cavadın  «o  dövrün  demək  olar  ki,  siyasi  icmalı,  başqa 
sözlə,  ədəbi-bədii,  tarixi  salnaməsi»  (110,  78)  kimi 
qiymətləndirilən  məktub  və  məqalələri  bu  gün  də 
çağdaşlığını  saxlayır.  «Acara  məktubları»  bu  baxımdan 
əhəmiyyətlidir.  «Acara  məktubları»  beş  silsilə  məqalədən 
ibarət  olub,  bədii-publisistik  üslubdadır.  Məktublarda 
Türkiyə-Gürcüstan-Acarıstan  münasibətləri,  Azərbaycan 
nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acaranın 
tarixi,  təbiəti,  xalqın  güzəranı,  məişəti,  gələnək-görənək-
ləri, Türkiyəyə arxalanması,  dil,  din,  məktəb,  maarif və  s. 
məsələlər işıqlandırılır. 
Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Ə.Ca-
vad  hətta  buradakı  evlərin  belə  «tamamilə  türk  tərzi  me-
mariyyəsində  yapıldığını»,  acarların  geyimlərini  «Ana-
dolunun  qiyafətinin  incə  bir  şəkli»  olduğunu  qeyd    edir 
(43, 50-51).  
Bölgə  əhalisinin  «cümləsinin  müsəlman»lar  təşkil 
etdiyini  söyləyən  Ə.Cavad  bunu  da  diqqətə  çatdırır  ki, 
«yerli  bir  nəfər  olsun  xristian  yoxdur».  Acarlara  müsəl-
manlığın  zorla  qəbul  etdirildiyini  söyləyənlərə  də  tutarlı 
cavab  verir:  «...bunlar  islam  dinini  zor  ilə  qəbul  eləsələr 
idi, bu az müddət içərisində xristianlığı da büsbütün unut-


 
 
29 
mazdılar» (43, 52-54).  
Ümumiyyətlə,  şair  publisistin  «Acara  məktubları», 
«Acariyada  dil»,  «Lazlara  kömək»,  «Suxum  yolunda», 
«Rizə  və  Trabzon  fəlakətzədələri»,  «Batum  Müsəlman 
Birlik»  cəmiyyətindən»,  «Kars  heyətinin  gördüyü  işlər-
dən», «Gürcü mətbuatı və Acara» kimi bir çox məqalə və 
müxbir  məktublarında  yerli  türk,  həm  də  acar  xalq-
larının  keçmişi,  hazırkı  vəziyyəti  barədə  çox  qiymətli 
tarixi, etnoqrafik məlumatlar, materiallar vardır. 
Ə.Cavad  «Kars  heyətinin  gördüyü  işlərdən»  başlıqlı 
məqaləsində  adından  da  göründüyü  kimi,  «Cəmiyyəti-
Xeyriyyə»nin  Qars,  Ərdahan,  Soğanlıq,  Xorasan,  Qaız-
man,  Sarıqamışda  göstərdiyi  xeyriyyəçilik  və  yardım 
işlərindən  bəhs  edir.  O,  burada  əhalinin  məruz  qaldığı 
fəlakətlərin  söylənilənlərdən  və  təsəvvür  edildiyindən  də 
qat-qat  böyük  olduğunu  bildirir.  Məqalədən  məlum  olur 
ki,  Ə.Cavadgil  müharibə  zərərdidələrinə  təkcə  onların 
yerləşdikləri  məkanlarda  maddi  və  xeyriyyə  yardımları 
göstərməklə  kifayətlənmirdilər.  Onlar  mümkün  qədər  bu 
qaçqınları  daha  sakit  və    əmin-amanlıqda  olacaqları 
yerlərə  köçürməyə  çalışırdılar.  Bu  haqda  Ə.Cavadın 
haqqında  danışdığımız  məqaləsində  belə  məlumat  verilir: 
«Fəlakət  yerlərində  kimsəsiz  qalan  6500  müslümələri 
Bakıya,  Gəncəyə  göndərmək  üçün  hökumət  (Rusiya 
hökuməti  –  A.M.)  tərəfindən  təmsilçilərimizə  izn 
verilmişdir» 
(43, 
43). 
Qarsdakı 
müharibə 
fəlakətzədələrinin  bir  çoxu  o  zaman  Bakı  və  Gəncə 
bölgələrində yerləşdirilirdi.  
Ə.Cavadın  məqalələrinin  çoxunda,  təbii  olaraq,  bədii 
təsvirlərdən,  obrazlı təhkiyə  və ifadə tərzindən  də  istifadə 
edilir.  O,    Qarsdakı  əhalinin  onları  necə  qarşılamasından 
danışarkən  yazır:  «Bizim  oralara  getdiyimizdən  o  qədər 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə