Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə41/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   37   38   39   40   41   42   43   44   ...   77

124
bir biç ki, sonrakı peşmançılıq səni kədərləndirməsin. Haradasa bir 
vaxt  daha  düzgün  yol  seçmək  imkanın  ola-ola  həqiqətdən  uzaq-
laşmısansa, keçirdiyin təəssüf hissi sənə iztirab verəcəkdir. Ömrün 
arxada qalan çağları üçün kədərli bir hal yaşamaq isə haradasa öz 
taleyinə özün vurduğun zərbələrdir. 
Hər  hansı  bir  işə  qərar  verməmişdən  əvvəl  o  işin  nəticələri 
haqqında  düşünmək  faydalı  olardı.  Çünki  dəfələrlə  yoxlanılmış 
bir işin nəticəsində qarşıya qoyulmuş məqsədə çatmaq üçün şübhə 
yeri qalmaz. İnsan yalnız özü haqqında düşünəndə cılızlaşır, kiçi-
lir. Haradasa insanın təfəkkürü insanlara münasibətdə formalaşır. 
İnsanlarla münasibətdə olarkən isə onların könül rahatlığını təmin 
edən öz xeyirxah əməllərinlə təmas yaratsan yaxşı olar. Çünki hər 
bir kəsin hal yaşantısına, təmas edirsənsə, o səndə də öz əksini ta-
pır. Deməli, başqalarına nə cür münasibət göstərməyindən asılı ola-
raq o cür də cavab reaksiyası alacaqsan. Bu da həyatda göstərilən 
bir fəaliyyət növüdür. Ey insan, hər bir işə qərar verərkən bir daha 
düşün. Sonrakı peşmançılığının ruhunu sıxan iztirablarının əzab-
lı halını təkrar-təkrar yaşamamaq üçün öz hərəkətlərinə cavabdeh 
olmalısan. Ey insan, könül rahatlığı ilə ömrünü sona çatdırmaqdan 
ötrü başqaları üçün də könül rahatlığı yaradan əməllər sahibi ol-
maq lazımdır. Ən ali varlıq o kəslərə sevinc bəxş edir ki, o kəslər 
öz əməlləri ilə kiməsə könül rahatlığı gətirdir. Ən ali varlığın bəxş 
etdiyi sevinc isə insan üçün ən böyük sevincdir. Ey insan övladı, 
bir-birinizlə münasibətlərdə kimsənin haqlı və ya haqsız olduğunu 
özlüyündə aydınlaşdır, sonra qərar ver. Əks təqdirdə ədalətsizliyə 
yol verərsən, özün də haqsız olarsan. Ən ali varlıq öz haqsız bən-
dəsini  heç  vaxt  sevməz.  Xüsusilə  ekstrasenslər  haqlı  ilə  haqsızı 
ayırarkən daha diqqətli olmalıdırlar. Çünki ekstrasenslərə müraciət 
edənlər onun qərarını daha düzgün hesab edirlər. Əgər ekstrasens-
lər düzgün qərar verməsələr, insan həyatına təsir edən yanlışlığa 
yol vermiş olarlar ki. bu da onlar üçün ən ali varlıq tərəfindən heç 
vaxt bağışlanılmaz. Ey insan, dünya malından ötrü haqqı nahaqqa 
qurban vermə. Dünya malının ləzzətini o mal qurtarana qədər yaşa-
yacaqsan. Sənin yaxşı əməllərin isə sənin xalq içərisində hörmətini 


125
və  nüfuzunu  daha  da  artırar,  sənə  mənən  əbədi  həyat  bəxş  edər. 
Həm də öz yaxşı əməllərinlə ən ali varlığa bir az da yaxınlaşmış 
olarsan.  Haqqı  nahaqqa  batil  etməyənlər  özləri  də  həmişə  haqq 
tərəfində olarlar ki, belə bir halın xoş yaşantısı onun bu dünyada 
aldığı ləzzətlər içərisində ən yaxşısı olar. Ey insan övladı, varlı-
ğın hər anını milyonlarla səbəblər içərisində yaşayır. Öz varlığının 
rahatlığını təmin etmək istəyirsənsə, bu səbəblər içərisində hər an 
üçün ən yaxşısını öz ağlınla seç. 
Ədalətsiz iş üçün başqalarına müraciət edənlər yaxşı adamlar 
deyillər.  Çünki  ədalətsiz  görülən  işin  arxasında  kimlərinsə  tale-
yindən  oğurlanmış  və  ya  zorla  alınmış  hal  yaşantıları  dayanır. 
Ədalətsiz görülən iş şərə rəvac verən qüvvədir. Ədalətsiz görülən 
iş haqlı tərəfin haqqını əlindən alarkən ona iki zərbə vurur: 1) haqqı 
tapdanmış kəsin ruhunda bir sıxıntı yaranır, çünki onun haqqı tap-
danmışdır və o, nə öz gücü ilə bunun qarşısını ala bilməmiş, nə 
də başqaları ona yardımçı olmuşdur; 2) ədalətsiz görülən iş haqqı 
tapdalanan kəsə maddi ziyan vurur. Maddi ziyanın yaratdığı sıxın-
tılı hal müvəqqətidir və o ziyanın yeri dolduqda və müəyyən vaxt 
müddəti keçdikdən sonra unudulur. Lakin ruhunu sıxıntıya salan 
haqqın ədalətsizliklə tapdanması hər xatırlandıqca öz ilkin yanğısı 
ilə iztirab verir. İnsan ən ali varlığın sevimli yaranışı olduğu üçün, 
xüsusilə də insanın ruhu ən ali varlığın öz zərrəsindən olduğu üçün, 
ədalətsiz iş görənlər ən ali varlığın amansız bəlaları ilə üzləşərlər. 
Burada ədalətsiz görülən işin iki tərəfi var: 1) ədalətsiz görülən iş, 
öz növbəsində, haqsız tərəfin də ruhunu sıxıntıya salır, ona görə 
ki, hər kəs haqlı və ya haqsız olduğunu çox gözəl bilir və haqsız-
dırsa, dünya malına uyub haqsızlıq etdiyini anlayır; 2) haqsız tərəf 
ədalətsiz gördüyü iş müqabilində müəyyən maddilik əldə edir ki, 
bu da onda müvəqqəti ləzzətlə yaşanan hal yaradır. Ancaq maddi-
likdən yaranan ləzzətin də halı uzun müddət olmur və müəyyən 
vaxtdan  sonra  ləzzət  unudulur. Ancaq  haradasa  kiminsə  ruhunu 
sıxıntıya salan, ədalətsiz iş görən tərəf qəlbinin təmiz olmadığını 
hər dəfə xatırladıqca üstəlik öz ruhu da sıxılır. Həm də bütün bu 
şər işlərin səbəbkarı olduğu üçün daim onu izləyən bəlalarla qarşı-


126
laşır. Deməli, ədalətsizlik özü ən böyük bəladır. Ey insan, ədalətsiz 
işlərdən çəkin, çünki ədalətsizlik özünə qarşı yönəlmiş bir silahdır. 
Ədalətsiz müraciəti qəbul edən şəxslər isə özləri də ədalətsizdirlər. 
Ədalətsizliyin  yaranmasında  əsil  səbəb  kimi  hissiyyatın  ağılı 
üstələməsi dayanır ki, bu da bizi əhatə edən aləmin maddiliyindən 
doğan müvəqqəti ləzzətdən yaranan meyildir. Ədalətsiz müraciəti 
qəbul edən kəs haradasa haqqın göz yaşı içərisində boğulan varlığı-
nı ədalətsizliyə təslim edir ki, bu da ən ali varlığın qoyduğu qanun-
lara laqeydlik göstərmək deməkdir ki, bu da sənə qismət olmayan 
bir əzabı öz əməlinlə öz qismətinə çevirməkdir. Öz əməli ilə özünə 
əzab qazananların günahı isə yalnız özlərindədir. 
Ən ali varlıq rəhmlidir, o, yalnız o günah sahiblərini bağışla-
yır ki, günahkar şəxs tutduğu əməlin düzgün olmadığını anlamaqla 
bərabər, bir daha belə səhvlərə yol verməsin. Ey insan, hər vaxt 
doğru yola qayıdanlar ən ali varlığın onları bağışlayacağına ümid 
edə bilərlər. 
Ey insan, ədalətli ol, ədalət ən ali varlığın küllü sayda adların-
dan biridir. Ən ali varlıq həmişə öz adına layiq işlər görər. Ola bil-
sin ki, sənə müraciət edən kəs bilməyərəkdən yanlışlığa yol verir, 
sən onu səbirlə başa sal. İnsanlar öz xarakterlərindən asılı olaraq 
müxtəlif dərk səviyyəsinə malikdirlər. Bilməyərəkdən yanlış yola 
düşənləri doğru yola qaytarmaq insanın yaxşı əməlləri içərisində 
ən yaxşılarından biridir. Ola bilsin hər hansı bir kəsin düşüncə sə-
viyyəsi o dərəcədə deyildir ki, gördüyü işin ədalətsizliyini anlasın, 
sən onu görüləcək işin nəticələri barədə ətraflı məlumatlandır. qoy 
bilməyərəkdən ədalətsiz iş görmək istəyən şəxs anlasın ki, onun 
görəcəyi iş hansı fəsadlar törədirmiş. 
İnsan tükənməz qüdrətə malikdir. İnsanın qüdrəti öz yaxşı əməl-
ləri ilə daha da artar. Kimsəni yanlış əməllərdən çəkindirmək, bir 
çox şər işlərin qarşısını almaq deməkdir. Kimsəni yaxşı əməl sahibi 
etmək, şər işlərə zərbə vurmaq deməkdir. İnsanları məcburən yaxşı 
əməl sahibi etmək olmaz. İnsanları yaxşı əməl sahibi etmək üçün 
onları ən ali varlığın bir çox sirlərindən agah etmək lazımdır ki, 
dərk səviyyələri bir qədər yüksəlsin. Ən nəhayətdə insanları yaxşı 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə