Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə40/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   36   37   38   39   40   41   42   43   ...   77

121
həm  də  müsahibinə  qarşı  hörmətsizlikdir.  Əsil  insan  öz  müsahi-
binin  fikirlərinə  ən  ədalətli  baxımdan  yanaşmalıdır.  Müsahibini 
dinləmək həm mədəniyyət, həm də bacarıq tələb edir. Müsahibini 
dinləmək bacarığı həm də insanın insana qarşı hörmətidir. Həyatda 
insanın insana qarşı təmənnasız hörmətindən qiymətli isə heç bir 
şey ola bilməz. Ən ali varlığın xüsusi qiymətləndirdiyi insana qo-
yulan hörmət, ən ali varlığın hörmət və nüfuzunu öz üzərində hiss 
etmək deməkdir. Ən ali varlığın hörmət və nüfuzunu öz üzərində 
hiss etmək isə insan üçün ən qiymətli hal yaşantısıdır. Ekstrasens-
lər  insana  qarşı  xüsusilə  təmənnasız  hörmət  sahibi  olmalıdırlar. 
Çünki ekstrasenslər ən ali varlığın onlara qarşı olan xüsusi etima-
dını doğrultmalıdırlar. 
Müsahibinə qarşı laqeydliyin həm də haradasa sənin kamil ol-
madığına sübutdur. Ey insan, kimsə sənə nə üçünsə müraciət edirsə, 
demək onun sənin məsləhətlərinə haradasa xüsusi bir ehtiyacı var. 
Kimsə sənə nə üçünsə müraciət edirsə demək bu müraciəti yaradan 
səbəblər onun daxili tələbatından yaranan haldır. Kimsənin kədə-
rinə şərik olmaq, onun dərdini sanki bölüşdürmək deməkdir. Kədər 
sahibi onun dərdinə şərik olanın simasında haradasa öz dərdini yün-
gülləşdirən bir şəxs görür. Ancaq kimsənin sevincinə şərik olmaq o 
sevinci sanki ikiqat artırmaq deməkdir. Həm sevinc sahibinin əh-
valı, həm də belə bir sevincə şərik olan kəsin hal yaşantısı daha da 
yaxşılaşır. 
Demək müsahibinə qarşı laqeyd qalmamaq, sənə müraciət edə-
nin sevincinə və kədərinə məhrəm münasibət göstərmək haradasa 
ən ali varlığın xüsusi qiymətləndirdiyi insana hörmət qoymaqdır 
ki, bu da ən ali varlığın nüfuz və hörmətini bir daha öz üzərində 
hiss etmək deməkdir. Həm də belə kəslərin sevincinə də, kədərinə 
də ən ali varlıq laqeyd qalmır. Sənin sevincini və kədərini səninlə 
birgə, ən ali varlığın yaşantısı, sənə qoyulan ən yaxşı hörmətdir. 
Ey insan insanlara qarşı laqeyd olma ki, ən ali varlıq da sənə qar-
şı laqeyd olmasın. Xüsusilə ekstrasenslər insanlara qarşı ən səmi-
mi, məhrəmanə münasibətdə olmağa çalışmalıdırlar. Əks təqdirdə 
amansız bir iztirabın əlində tənha inləyərlər. 


122
Sənə müraciət edəni diqqətlə dinlə, bu, həm də ona görə lazım-
dır ki, sən onun düşdüyü hala düzgün qiymət verə biləsən. Əgər sən 
müsahibini diqqətlə dinləməsən, onun keçirdiyi halı yalnış yaşaya-
caqsan. Sənin ona verdiyin məsləhət də yanlış olacaqdır və bütün 
bu yanlışlıqlar sənin son anda öz nüfuzuna güclü xələl gətirəcəkdir. 
Deməli, kimsəyə qarşı diqqətli olmayan şəxs haradasa özü də hiss 
etmədən öz səmimiliyini itirir və bu səmimiliyin itməsi onun nüfu-
zunun itməsinə şərait yaradır. İtmiş nüfuzu geri qaytarmaq isə çox 
vaxt mümkün olmur və ya ikiqat artıq səy və çalışmaq tələb edir. 
Həm də itmiş nüfuz sahibi öz üzərindən ən ali varlığın da nüfuzunu 
itirir. Çünki o öz biganə və laqeyd münasibəti ilə ən ali varlığın 
xüsusi qiymətləndirdiyi insana qarşı yanlış mövqe tutmuşdu. Öz 
üzərində ən ali varlığın nüfuzunu itirmək isə ən böyük itkidir. 
Ekstrasenslər xüsusilə belə bir itkiyə məruz qalmaqdan qorx-
malıdırlar. Çünki ekstrasenslər ən ali varlığın xüsusi etimad göstər-
dikləri şəxs olduqlarından onların itirə biləcəkləri itki daha böyük 
olar. Lakin hər hansı bir vaxt öz səhvini anlayan kəsi ən ali varlıq 
öz rəhmi ilə bağışlayır. 
Tələsik görülən işin müvəffəqiyyəti haradasa qənaətbəxş deyil-
dir. Tələsik görülən işin nəticəsi haradasa şübhə altındadır. Əgər 
hər  hansı  bir  kəs  öz  görəcəyi  işin  nəticəsinin  həqiqəti  bəlkə  də 
təsdiqləməyəcəyinə şübhəlidirsə, bir daha görəcəyi iş barədə dü-
şünməlidir. Həyatda hər şey üçün bir ortaq hədd var. Biz bu ortaq 
həddi hər hansı bir işə tətbiq etsək, belə bir vəziyyət alarıq: 1) ortaq 
həddən ləng görülən işin haradasa keyfiyyəti yaxşı ola bilər, lakin 
ona çox vaxt sərf olunar; 2) ortaq həddən tez görülən işə isə hara-
dasa vaxt az işlənər, keyfiyyət yaxşı olmaz; 3) ortaq həddə görülən 
iş lazım olan keyfiyyətdə və bu keyfiyyətdə görülən iş üçün ən mi-
nimum tələb olunan vaxtdadır. Bu ideal bir haldır. Belə bir halda iş 
görmək qabiliyyəti yalnız ən ali varlığa məxsusdur. 
Haradasa  insan  müəyyən  bir  iş  görərkən  ideal  halda  –  o  işə 
lazım olan səviyyədə yanaşa bilmir. Ona görə də insanın gördü-
yü işin nəticəsində hansı bir sahədəsə itki var. Lakin bu heç də o 


123
demək deyildir ki, görülən iş keyfiyyətsizdir. Çox ehtimal var ki, 
tələsik görülən iş keyfiyyətsiz olsun. 
Müvəffəqiyyətli  iş  –  haradasa  nəticəsi  düşünülmüş  işdir.  Nə-
ticəsi  düşünülmüş  işdə  insanın  fəaliyyəti  haradasa  addım-addım 
məqsədə  yaxınlaşmaq  deməkdir.  Məqsəd  –  haradasa  əldə  etmək 
istədiyin  nəticədir.  Məqsədsiz  fəaliyyət  nəticəsiz  iş  deməkdir  ki, 
belə fəaliyyətin son anında hədər gedən zəhmətinin peşmançılıq və 
təəssüf hissindən başqa heç bir şey əldə edə bilməzsən. İnsan üçün 
peşmançılıq və təəssüf hissi duymaqdan da sarsıntılı ruhunu sıxan 
hal yoxdur. Ruh haradasa ağılla nəticəsi nəzərə alınmayan işdəki 
müvəffəqiyyətsizlikdən sıxılır. Ruhun sıxıntısı insanın keçirdiyi ən 
ağrılı əzabdır. 
Haqlı  ilə  haqsızı  bir-birindən  ayıra  bilmirsənsə  ya  korsan,  ya 
kar. Ədalət haqqın carçısıdır. Hər bir insan haqlı ilə haqsızın kim 
olduğunu çox yaxşı anlayır. Lakin məsələ bundadır ki, ağıla xidmət 
edənlər haqqın təntənəsi üçün ədalətə üz tutarlar, amma hissiyyata 
qulluq edənlər haqqı öz mənafelərinə uyğun ya müdafiə, ya da rədd 
edir. Bu müxtəlif xarakterli insanların haqqa münasibətidir. Ancaq 
bütün bunlara baxmayaraq, haqq haqlılığında qalır. 
Belə  də  ola  bilər  ki,  müxtəlif  dərk  səviyyəsində  haqq  nisbi 
olaraq müxtəlif cür qiymətləndirilsin. Yəni ən müxtəlif xarakter-
li  şəxslər  eyni  məzmuna  müxtəlif  istiqamətlərdən  yanaşdığından 
onların bu məzmun haqqında fikirləri də müxtəlif olacaqdır. La-
kin bu fikirləri doğuran, müxtəlif xarakterlərdən yaranan müxtəlif 
təfəkkür hədləridir. Ona görə də ən ədalətli qanunu ən müdrik şəxs 
çıxara bilər. Ən müdrik şəxs isə ən güclü təfəkkürə malik kəs ola 
bilər. Ən ali varlıq isə ən güclü təfəkkürə malikdir. Ona görə də ən 
ali varlığın çıxardığı qərar bütün qərarların ən ədalətlisidir. Haqqı 
nahaqdan ayıranı isə ən ali varlıq bütün bəlalardan hifz edər. Ey 
insan, insanların taleyinə təsir edə bilən hər şeyə qarşı ədalət qanu-
nu ilə münasibət göstər. Əks təqdirdə özün də öz ədalətsizliyinin 
qurbanı olarsan. 
Ey insan, öz əməllərinlə ən ali varlığın nüfuzunu qazan. Ən ali 
varlığın nüfuzuna tapınmaq nüfuz sahibi olmaq deməkdir. Yüz ölç 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə