Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə37/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   33   34   35   36   37   38   39   40   ...   77

112
də bizi əhatə edən maddiliyə işıq sürətindən böyük sürət versək, 
bizi  əhatə  edən  maddilik  parçalanıb  yalnız  birnövlü  bəsitliklərə 
çevriləcəkdir. Bu da bizim materiya qanunlarına tabe olmayan ayrı 
bir haldır. Əgər prosesi əksinə aparsaq (bu mümkün olsa), yəni bizi 
əhatə edən maddiliyin hərəkətini tam dayandırıb onu tam sükunət 
halına salmaq mümkün olsa yenə də bizi əhatə edən maddi aləm, 
onu təşkil edən birnövlü bəsitliklər arasında cazibənin itməsi ilə 
əlaqədar, parçalanıb yalnız birnövlü bəsitliklərdən ibarət olan hala 
düşəcəkdir, bu isə ölümdür, yəni bizim maddi aləmin parçalanıb 
dağılması. Buradan iki nəticə çıxır: 1) bizi əhatə edən maddi alə-
min varlıq kimi mövcud olması üçün hökmən hərəkət lazımdır, özü 
də bu hərəkət sürəti tam sükunətlə işıq sürəti arasındakı sürətlər 
həddində olmalıdır; 2) bizim maddi aləmdən kənarda varlıqla yox-
luq qovuşur, yəni doğumla ölüm üst-üstə düşür, yəni varlıq kimi 
yox, mövcudluq kimi var olmaq mümkündür. Bütün bu hadisələrin 
hamısı isə ən ali varlığın qanunlarına tabedir. Kimsədən gizli olsa 
da ən ali varlıqdan gizli şey yoxdur dünyada. 
Ey insan, sən bu böyük kainatın yığcam bir parçasısan. Sənin 
əməllərin öz əksini həyatda göstərəcək bir güzgüdür. İnsan yara-
nır, yaşayır, nəhayət dünyasını dəyişir, sonra yeni bir insan yaranır, 
beləliklə, həyat təkamülə doğru bir inkişaf yolu keçir. Deməli, bu 
dünyada insan yalnız öz bir yaşamlıq həyatını keçirir. Bəs nə etmə-
li? İnsan bu bir yaşamlıq həyatını nə cür keçirməlidir? Bu bir ya-
şamlıq ömürdə qarşıya qoyulan məqsəd, bədənin rahatlığını təmin 
etməkdirmi? Bacardığı qədər bədənin rahatlığı üçünmü çalışmalı-
dır? Əgər belə isə bəs ölümdən sonrakı həyatda ruhun səviyyəsi? 
Axı bir yaşamlıq ömürdən sonra hər şey bitib getmir. Səndən sonra 
nəsillərin də həyatında öz əməllərinlə iz buraxırsan. Sənin həyatda 
izin nə qədər qalırsa, bu izin insanlarda buraxdığı təsirdən asılı ola-
raq sənin ruhunun sabit həyatı pozulur. Əməllərin xeyirxah olubsa, 
alqış  və  rəhmət  sahibi  olursan  ki,  ruhunu  əhatə  edən  parlaq  nur 
tədricən artmış olur və sən ən ali varlığa bir qədər də yaxınlaşırsan. 
Əgər əməllərin pis olursa, qarğış və lənət sahibi olursan ki, ruhunu 
bürüyən qara halə onu bir qədər də sıxıb aşağı səviyyələrə çəkir. 


113
Deməli,  insan  öz  bir  yaşamlıq  həyatında  əbədi  rahatlığa  aparan 
yolla getməlidir. 
İnsan bu dünya əlvanlığına uymamalıdır. Məhəmməd Füzulinin 
təbirincə desək, ”Yaxşı bil əfiyə zəhər həyatdır, aldanma gözünə 
görünsə rəna”. Bu dünyadan köç edən insan bu dünya malından 
heç nə aparmır özü ilə. İnsanı əsrlər boyu yalnız əməlləri yaşadır. 
İnsan yalnız öz əməlləri ilə bəhrələnə bilər. Ən ali varlığın qoyduğu 
qanunlar da məhz insanı belə yaxşı əməl sahibi olmağa sövq edir. 
Ey insan, çalış öz qiymətini özün qazan, onsuz da xalq həqiqi 
qiymətini verəcəkdir. Hər bir kəsin yaşadığımız bu həyatda da, ölü-
mündən sonra ruhunun səviyyəsi də öz əməllərinə müvafiq olur. 
Xoşbəxt həyat sürmək istəyirsənsə, yaxşı əməl sahibi ol. Xoşbəxt-
liyi bu dünyanın maddiliyində deyil, daxilindəki rahatlıq halında 
axtar.  Əgər  könül  rahatlığın  varsa,  yalnız  o  zaman  xoşbəxtsən. 
Düzdür, bu dünyanın maddi nemətləri insana könül rahatlığı gəti-
rir, lakin bu heç də o demək deyildir ki, insanın könül rahatlığının 
səviyyəsi yalnız maddiliklə bağlıdır. Könül rahatlığı yalnız öz dol-
ğun ifadəsini ədalətli şəxslərdə tapır. 
Sənin bədənin maddilikdən ibarət olduğu üçün onun tələblərin 
ağılla ödə. Çünki bədənin rahatlığında ruhun da rahatlığı var. Lakin 
bütünlükdə hissiyyata uyub ağılı ona tabe etmək könül rahatlığını 
itirər. Əsas şərt isə könül rahatlığını yaratmaqdır. Xüsusilə ekstra-
senslər ona müraciət edənlərdə könül rahatlığını pozan işlərə yol 
verməməlidirlər.  Ekstrasensin  ən  başlıca  vəzifəsi  ən  ali  varlığın 
ədalət qanunlarına əməl edərək ona müraciət edənlərdə könül ra-
hatlığı yaratmaqdır. Hansı ekstrasens bu şərtə əməl etmirsə, ən ali 
varlıq onu öz əməllərinə görə cəzalandırar. Ədalət ən ali varlığın 
külli sayda adlarından biridir, çünki hər varlığın əməli bir növ onun 
adıdır. Ən ali varlıq ona görə ədalət qanunlarına əməl etməyi hökm 
kimi buyurub ki, ədalət qanununa əməl edən kəs daxili bir rahatlıq 
halı tapır. Daxili bir rahatlıq halı tapmış şəxsin isə ruhunu bürüyən 
parlaq nur bir qədər də artmış olur. Həmin şəxsin hər yaxşı əməli 
bu nuru bir qədər artırır. Parlaq nur nə qədər böyük olsa, həmin 
şəxsin ən ali varlığa bir o qədər də yaxınlaşmaq imkanı olur. Demə-


114
li, ən ali varlığın ədalət qanunu böyük bir təkamül prosesinə xid-
mət edir. Ən ali varlıq ədalət qanununa əməl etməyi ona görə hökm 
buyurmuşdur ki, ədalət qanununa əməl etməyənlərin aqibəti öz pis 
əməlləri nəticəsində acınacaqlı olur. Yəni pis əməl sahibinin öz pis 
əməlləri müqabilində ruhunu bürüyən qara halə onu sıxıb maddi-
liyin aşağı pillələrinə çəkir. Bütün bunlardan çox maraqlı bir hal 
meydana çıxır, deməli, ruh bütün bizim aləmdə mövcud olan mad-
dilikləri keçsə də onu halə kimi bürüyən parlaq nuru və ya zülmət 
qaralığı keçə bilmir. Deməli, parlaq nurda və ya zülmət qaranlıqda 
hədsiz sıxlıq var. Məsələ burasındadır ki, bu hədsiz sıxlığa malik 
olan mövcudluqlar həm də bəsit deyil, mürəkkəbdir. Çünki parlaq 
nur və ya zülmət qaralıq bizi əhatə edən maddiliyin məhsuludur, 
yəni bizi əhatə edən maddilikdən sintez olunmuşdur. Düzdür, onlar 
hər ikisi bizi əhatə edən maddi aləmin qanunlarına tabe deyillər, la-
kin onların daxili tələbatlarından doğan bir hal bizdən asılı olma-
yaraq onları müxtəlif istiqamətlərə çəkir. Parlaq nur güclü olanda 
bizi əhatə edən maddilikdən çıxır, zülmət qaranlıq güclü olanda 
bizi əhatə edən maddiliyin daha aşağı səviyyələrinə, daha çox öz 
həmcinsinin olduğu yerə can atır. 
Bu təkamülün yeni bir formasıdır. İnsan bədənindən ruhun ma-
yası, ona lazım olan bir vasitə kimi istifadə etməyə başlayana qə-
dər sərbəst idi. Elə ki bu mərhələ başlanır, insanın müəyyən yaş 
həddində, yəni ağlı kəsəndə, ruh öz sərbəstliyini itirir. Çünki artıq 
o vaxtdan sonra bədəni tərk edən ruh, insanın ağlı kəsəndən sonra-
kı müddət ərzində öz əməlləri ilə qazandığı parlaq nur və ya qara 
halənin əhatə dairəsinə düşür. Bundan sonra ruh bu halədən məc-
burən bir vasitə kimi istifadə edir. Qaranlıqdan ruh o vaxt xilas ola 
bilir ki, birincisi, ruhu əhatə edən parlaq nur güclü olur və ruhu bu 
aləmdən çıxarıb aparır, onda qaranlıq bu aləmdə qalır, bu başqa cür 
də ola bilməz, onun xarakterindən yaranan daxili tələbat belədir. 
Qaranlıq çox olanda ruhu daha aşağı səviyyələrə çəkir ki, burada 
da ruh onu əhatə edən parlaq nurun gücündən asılı olaraq müəyyən 
səviyyədə  qərarlaşır.  İkincisi,  ruh  qaranlıqdan  o  zaman  xilas  ola 
bilər ki, onun sıxıntı içərisində çəkdiyi əzablar onda müəyyən hal 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə