Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə35/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

106
mız Yer kürəsində böyük səbəblər qrupundan başqa kiçik səbəblər 
qrupu  da  haradasa  müəyyən  hal  yaradır  ki,  məhz  kiçik  səbəblər 
qrupunun  yaratdığı  halın  formalaşmasında  səbəbkar  insanlardır. 
Çünki insan hər an kiçik səbəblər qrupunun içərisindən özünə la-
zım olanı seçir və beləliklə, hər bir insanın hər an üçün seçdiyi sə-
bəb hər an üçün ümumi səbəblər qrupundan yaranan halla birlikdə 
ümumi bir hal yaradır. Yaranan bu hal böyük səbəblər qrupu ilə bir-
likdə Yer kürəsinin ümumi halı olur. Yer kürəsinin ümumi halı isə 
kainatın ümumi halı ilə əlaqəli və ortaqdır. Kainatın hər hansı bir 
nöqtəsində baş verən dəyişiklik Yer kürəsində öz təsirini göstərir, 
Yer kürəsində baş verən dəyişiklik isə kainatın ümumi halında öz 
təsirini göstərməlidir. Qeyd edək ki, Yer kürəsində müəyyən halın 
yaranmasında insan da iştirakçı olduğu üçün böyük məsuliyyət da-
şıyır. İnsan Yer kürəsində təbii tarazlığın qorunmasında ən məsul 
olandır. Kiçik səbəblərin yaradıcıları insanlar olduğundan bir yara-
dıcı şəxs kimi öz məsuliyyətini hiss etməlidir insan. 
Ey insan, bütün kainat sənin vətənindir. Yaşadığın, varlıq kimi 
mövcud  olduğun  yerdir  üstündə  gəzdiyin  torpaq.  Bütün  kainatı 
vətən hesab etməyin üçün üstündə gəzdiyin torpağın qədrini bil-
məlisən. Torpaq onu ana hesab edəni əzizləyər. 
Torpağı sevməyən heç bir sevgisində dəyanətli ola bilməz. İn-
sanın doğulduğu torpaq doğurdan da onun ulu anasıdır. Görünür, 
insanın qismətində bu torpaqda doğulmaq var imiş. Əslində maddi-
liklə bağlı olan cismimiz bu torpaqdan yaranmadır. Biz, əsasən, Yer 
kürəsində olan maddiliklərdən qidalanırıq. Ona görə də nəhayətdə 
cismimizi Yer kürəsi özünə çəkir. Yer kürəsində torpaqdan qidala-
nan bütün varlıqların ümumi anası torpaqdır. Torpaq bizim ümumi 
anamız  olduğu  üçün  torpaq  təəssübkeşliyini,  torpaq  qeyrətini  də 
hər bir kəs çəkməlidir. Torpağın qayğısını çəksən o da məhsuldar 
olar. Hər kəs doğulduğu yeri vətən adlandırsa, biz vətən məfhu-
munu kiçildib evimiz boyda edərik. İnsanın vətəni bütün kainatdır, 
anası torpaq. Torpaqdan qidalanan bütün varlıqların anası torpaq 
olduğundan, təbii tarazlığın qorunması ən birinci şərtdir. Çünki tə-
bii tarazlıq qorunmasa torpağın halı dəyişər. Torpağın halının də-


107
yişməsi isə Yer kürəsində müxtəlif xəstəliklərin, böhranlı halların 
yaranması deməkdir. Yer kürəsinin halının dəyişməsi isə birbaşa 
ümumi kainatla əlaqəli olduğundan, bir çox varlıqlar böhran halla-
rının olmamasında maraqlıdırlar. 
Öz mövcud olduğun yerin təmizliyini qoru. Hər kəs öz mövcud 
olduğu yerin təmizliyini qorusa, ekoloji tarazlıq da pozulmaz. Eko-
loji tarazlığın qorunması bəşəriyyətin tale yüklü məsələlərindəndir. 
Öz mövcud olduğun yeri çirkləndirmək ana torpağa xəyanətdir. 
Bütün maddi varlıqlar doğulur, yaşayır və ölür. Bu qarşısıalın-
maz bir prosesdir. Deməli, Yer kürəsi də maddi olduğu üçün belə 
bir prosesin iştirakçısıdır. Burada heç də o fikri yaratmayaq ki, nə 
vaxtsa Yer kürəsi məhv olacaq, özü ilə birgə üzərində yaşayan bü-
tün canlıların həyatını da sona çatdıracaq. Bu heç də belə deyildir. 
Hər şeydən əvvəl bilməliyik ki, hər an nə isə ölür və nə isə yara-
nır. Bu məhv olub yaranma prosesi hər hansı bir varlıq öz forma 
və  məzmununu  saxlayana  qədər,  həmin  varlığın  doğumla  ölüm 
arasındakı sərhədindəki dəyişiklik deməkdir, yəni həyatdır. Lakin 
yenə, artıq hər hansı bir varlığın öz forma və məzmununu saxlaya 
bilməməsi də ölmək deməkdir ki, bu ölüm də bir çox yeni doğum-
larda iştirakçı olmaq deməkdir, yəni həyatdır. Əslində ölüm daha 
yeni varlıqlarda daha yeni forma və məzmun tapmaq deməkdir. O 
cümlədən də bu ölən varlığın əvvəlki səbəblərinin də yeni məz-
munda dəyişməsi deməkdir. 
Bütün bunlar öz yerində. Qayıdaq əvvəlki fikrimizə, öz mövcud 
olduğun varlığın ömrünü uzatmaq istəyirsənsə, onun rahatlıq tələb-
lərinə mümkün qədər əməl et ki, həmin mövcudluq öz inkişafında 
təbiilikdən kənara çıxmasın. 
Təbiilik – hər hansı varlığın mövcudluğunun ən optimal rahat-
lıq halındakı inkişafıdır. Hər şey təbiilikdən çıxanda normal halını 
yaşamır. Normasızlıq isə ömrü qısaldılmış bir həyatdır. Deməli, biz 
Yer kürəsində yaşayırıqsa və bizim hazırkı mövcudluğumuzun for-
ma və məzmunu bu şəraitlə bağlıdırsa, biz özümüzdən asılı olan ən 
mümkün hallarla Yer kürəsindəki ekoloji vəziyyəti nizamlamağa 
çalışmalıyıq. Çünki Yer kürəsinin bu forma və məzmunda mövcud-


108
luğu bəşəriyyətin bu forma və məzmunda mövcudluğu deməkdir. 
Ey insan övladı Vətəninə xidmət et. Bütün kainat sənin vətənindir. 
Sən vətəninə xidmət etməklə ən ali varlığın özünə qarşı daha bö-
yük hörmətini qazanırsan. Ona görə ki, kainat həm də ən ali varlı-
ğın mövcud olduğu məkandır. Sən öz cüzi xidmətinlə ən ali varlığa 
aid olan məkanda həm də özünə xidmət etmiş olursan. 
Təmizlik gözəllikdir, sağlamlıqdır, ən başlıcası isə könül rahat-
lığıdır. Təmizliyi qoruyan hər bir kəs öz rahatlığını qoruyur. Vətənə 
xidmət etmək təmizliyə riayət etmək deməkdir. Təmiz olan hər bir 
şeydə rahatlıqdan doğan bir hal yaşantısı var. Sən öz əməllərinlə 
bu halı yaşaya bilərsənsə, deməli, səndə ən ali varlığa yaxınlaşmaq 
imkanı var. Ən ali varlıq layiq olanları öz yaxını hesab edir. Kainatı 
tam dolğun şəkildə yalnız ən böyük dərkə malik olan ən ali varlıq 
dərk edə bilər. Lakin yerdə qalan dərkə malik varlıqların dərk qa-
biliyyətindən asılı olaraq kainat müəyyən hüdudlar daxilində dərk 
edilir. Çünki hər hansı bir dərkə malik varlığın düşüncə səviyyəsi 
yalnız müəyyən əhatə dairəsinə qədər nüfuz edər. Əslində kainat da 
haradasa müəyyən əhatə dairəsinə malik mövcudluqdur, lakin bu 
əhatə dairəsinə nüfuz etmək qabiliyyəti ən ali varlığa məxsusdur. 
Həyatda  hər  bir  şeyin  öz  müəyyən  hüdudları  var.  Lakin  hər 
hansı bir varlığın daxilinə nüfuz etmək qabiliyyəti müəyyən dərkə 
malik varlıqların səviyyəsindən asılı olaraq nisbi xarakter daşıyır. 
Deməli, ən müxtəlif dərk səviyyəsinə malik varlıqların həyata 
baxışı dərk səviyyəsindən asılı olaraq nisbi xarakter daşıyır ki, bu 
da kiçik səbəblər qrupuna müdaxilədə hər varlığın səviyyəsindən 
asılı olaraq müəyyən spesifiklik yaradır. Bütün bunlardan belə nəti-
cə çıxarmaq mümkündür ki, kainatın ümumi halının yaranmasında 
iki ayrı-ayrı iştirakçı səbəblər qrupu var. Birinci qrupa ən böyük 
səbəblər qrupu və onun yaradıcısı ən ali varlıq daxildir. İkinci qru-
pa isə kiçik səbəblər qrupu və onları yaradan dərkə malik varlıqlar 
daxildir, lakin bilavasitə də bu varlıqlar üzərində də ən ali varlığın 
nəzarəti hiss olunur. Kiçik səbəblər qrupunu istiqamətləndirənlər 
öz malik olduqları mövcudluğun halını yaşayırlar. Ən ali varlıq isə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə