Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə32/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   28   29   30   31   32   33   34   35   ...   77

97
başqalarını da öz girdabına çəkir. Ona görə də şəxsiyyətini qoruya 
bilməyən  kəslərə  qarşı  daim  cəmiyyətin  bütün  sağlam  qüvvələri 
mübarizə aparmalıdırlar. Qəlb – insan şəxsiyyətinin aynasıdır. Hər 
kəsin şəxsiyyəti – onun qəlbinin təmizliyinin göstəricisidir. 
Ey insan, dünyaya insan kimi gəlmisənsə, öz qəlbinin təmizli-
yini daim qoru. Ən təmiz qəlb sahibləri ən ali varlığa daha yaxın 
olanlardır. Ən ali varlıq öz rəhmini və lütfkarlığını heç vaxt ən tə-
miz qəlb sahiblərindən əskik etməz. İnsanlar, öz əməllərinizlə ən 
ali varlığa yaxın olmağa çalışın. Bu xüsusilə ekstrasenslərə aiddir. 
Hər kəs ekstrasens ola bilərmi? Xeyr. Ona görə ki, ekstrasenslər-
də zəhmətlə əldə edəcəklərindən başqa, allah vergisi də olmalıdır. 
Ekstrasenslər ən ali varlığın etimad göstərdiyi şəxslər, insanların 
sınamış olduğu adamlar olmalıdır. Ən birinci şərt ən ali varlığın 
etimadını  doğrultmaqdır.  Əgər  belə  olarsa,  onda  ikinci  şərt  də 
öz-özünə ödənilmiş olar, yəni insanların bütün sınaqlarından pak, 
üzü ağ çıxmaq olar. Lakin ikinci şərtə əməl edərkən yenə əsas bir 
şərt kimi, öz hissiyyatını boğa bilmək məsələsi ilə üzləşirsən. Eks-
trasens istədiyi və lazım olan vaxt öz hissiyyatı üzərində ağlının 
hökmranlığını təmin etməlidir. Xüsusilə tamah, paxıllıq və şəhvət 
hissini lazım olan anlarda qəti olaraq boğmağı bacarmalıdır. Eks-
trasens insanlara xidmət edən ən nüfuzlu kəslərdən biri olmaq üçün 
heç vaxt ədaləti ayağa verməməlidir. Ən ali varlıq onun qanunları-
nı icra edənləri xüsusi nəzarətində saxlayır. Ona görə də ən ali var-
lığın qanunlarının icraçıları kimi ekstrasenslər öz məsuliyyətlərini 
tam dolğunluğu ilə hiss etməlidirlər. Ən ali varlıq ən böyük nüfuz 
sahibidir. Ən ali varlığın qanunları hökmdür. 
Hər hansı bir iş görülməmişdən əvvəl hökmən nəzəri cəhətdən 
əsaslandırılmalıdır.  Nəzəri  cəhətdən  əsaslandırılmamış  işi  təcrü-
bəyə tətbiq etmək olmaz. Təcrübə – nəzəriyyəni tamamlayan nə-
ticədir. Nəticəsi alınmayan nəzəriyyə yanlış təcrübədir. Nəzəriyyə 
ilə təcrübə arasında fərq çoxdur. Nəzəriyyə – müxtəlif təcrübələr 
toplusunun bir formada tətbiqidir. Təcrübə haradasa süni yaradıl-
mış nəticədir. 


98
Kainatın ümumi səbəb-nəticə ardıcıllığı var. Bu ardıcıllıq təbii 
bir axınla irəliləyir. Nəzəriyyələrin təcrübə şəklində həyata tətbiqi 
məqsədlidir və bu təbiilikdən kənardır. Təcrübələrin həyata tətbiqi 
əsasən insandan başlanır. Düzdür, həyatda insandan ibtidai canlılar 
vardır ki, xarakterlərindən yaranan müəyyən təcrübəyə malikdirlər, 
lakin bu təcrübələrin həyata tətbiqi təbiətdə elə də təsirli dəyişik-
liklər etmir. Lakin insan öz əməlləri ilə təbiəti müəyyən dərəcədə 
dəyişdirməyə qabildir. 
Nəzəriyyələr,  əsasən,  bəşəriyyətin  daha  yaxşı  həyat  tərzini 
təmin  etmək  üçün  aparılan  axtarışların  nəticəsində  yaranır.  Ən 
yaxşı nəzəriyyələrin təcrübəyə tətbiqi insanlara xidmət edir. An-
caq bəzən ən yaxşı nəzəriyyələri şər işlərə tətbiq edən insanlar da 
olur. Nəzəriyyələr maddiliyin ən müxtəlif sahələrində irəli sürülür. 
Bütün  irəli  sürülən  nəzəriyyələri  həmişə  təcrübəyə  tətbiq  etmək 
mümkün deyildir. Elə dahi insanlar vardır ki, onların irəli sürdü-
yü nəzəriyyələri insanlar yalnız əsirlərdən sonra həyata tətbiq edə 
bilirlər.  Nəzəriyyələrin  təcrübəyə  tətbiqi  üçün  hökmən  müəyyən 
imkan və şərait olmalıdır. Ən yaxşı nəzəriyyələr ən uzun ömürlü 
olur. Yanlış nəzəriyyələr ola bilsin ki, ilk baxışdan aldadıcı olaraq 
yaxşı görünsün, lakin heç vaxt təcrübədə özünü doğrulda bilməz. 
Ümumiyyətlə,  əsaslandırılmamış  işin  nəticəsi  şübhəlidir.  Yax-
şı olar ki. əsaslandırılmamış iş haqqında qəti fikir söylənilməsin. 
Bu xüsusilə ekstrasenslərə də aid edilməlidir. Əgər hər hansı bir 
ekstrasensin əməlləri təcrübədə özünü doğrultmursa, həmin şəxs 
heç olmasa şəxsiyyətinə hörmət xatirinə ekstrasenslik fəaliyyətini 
dayandırmalıdır. Lakin burada bir maraqlı cəhət də var, bəzən hər 
hansı bir ekstrasensin əməlləri təcrübədə özünü doğruldur, ancaq 
həmin ekstrasens bu nəticəni yaradan səbəbləri heç özü üçün də 
aydınlaşdıra bilmir. Qeyd edirəm, əgər hər hansı bir əməl təcrübədə 
özünü doğruldursa, özü də bu əməl müsbətdirsə, yəni bəşəriyyətin 
daha yaxşı yaşamasına xidmət edirsə, kimsə üçün aydın olmasa da, 
belə nəticələri yaradan əməlləri etmək olar. Şübhəsiz, hər bir kəs 
müəyyən işi görəndə qarşısına hansısa bir məqsəd qoyur. Məqsədli 
görülən iş – düşünülmüşdür. Düşünülmüş iş görənin yaxşı nəticə 


99
göstərənini mükafatlandırmaq, pis nəticə göstərənini isə cəzalan-
dırmaq lazımdır. Çünki nə vaxtsa görəcəyi işin ilk ideyalarını bey-
nində  yaradan  şəxs,  görəcəyi  işin  son  nəticəsini  özlüyündə  dərk 
edir. Deməli, həmin şəxsə görəcəyi işin nəticəsi çox gözəl aydın 
olur. Ona görə də bilməyərəkdən edilən günahları bağışlamaq olar, 
lakin bilərəkdən edilən səhvlər heç vaxt bağışlanılmamalıdır. Ən 
ali varlıq öz ədalətli qanunlarında bu şərtə də diqqət etmişdir. O, 
hər kəsə öz əməli müqabilində yer verir. İnsanların taleləri onların 
əməlləri ilə çox bağlıdır. 
Ey insan övladı, özünə tam inanırsansa, o zaman öz biliyindən 
tam istifadə et. Çünki inamsız görülən işin nəticəsi faydalı olmaz. 
Şübhə – haradasa qəbul etmədiyin nəticədir. Ola bilsin ki, sənin 
şübhələrin əsassız olar. Lakin müəyyən an sən nədənsə şübhələnir-
sənsə bu sənin özünün həmin hal üçün doğan səviyyəndən yaranan 
haldır.  Şübhə  haradasa  nəyinsə  çatışmazlığından  yaranır.  Özünü 
doğruldan şübhə sənin haqlı olduğunu təsdiqləyir və şübhələndiyin 
işin tam aydınlığı açılır. Özünü doğrultmayan şübhə əsassız olur və 
şübhə edən şəxsin səviyyəsizliyini göstərir. Hansı işi başlayarkən 
nəticə  şübhəli  görünürsə,  o  işin  təşkili  bir  daha  yoxlanılmalıdır. 
Əks təqdirdə görülən iş fayda verməyə də bilər. Şübhələr fəlakətə 
aparan cığırlardır. Şübhələr inamsızlığın ilk başlanğıcıdır. Doğru-
landa da, doğru olmayanda da inamı qırır. Doğrulanda ona görə 
kimsəyə qarşı inamın qırılır ki, onun əməlləri artıq sübut olunur. 
Doğrulmayanda şübhələndiyin şəxs sənə qarşı öz inamını itirir, ona 
görə ki, ona inanmamısan. 
Ekstrasenslər  heç  vaxt  ona  müraciət  edənlərdə  kimsəyə  qarşı 
şübhə hissi oyatmamalıdırlar. Şübhə elə bir toxumdur ki, səpilən 
andan cücərir. Ən ali varlığın ədalət qanunlarına şübhə ilə yana-
şanların  son  aqibəti  acınacaqlı  olur.  Ekstrasenslər  ona  müraciət 
edənlərdə inam hissini gücləndirməlidirlər. Çünki insanda yaranan 
inam hissinin arxasında bir çox şübhələrin məhvi dayanır. Ən ali 
varlıq ona inam gətirənləri hər cür bəlalardan hifz edər. Ekstrasens-
lik qabiliyyətin varsa, o qabiliyyəti faydalı hesab edirsənsə və buna 
əminsənsə, o zaman istifadə et. Əks təqdirdə sənə müraciət edənlə-
rin inamını qazana bilməzsən və inamsız gördüyün iş faydasız və 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə