Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə30/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

91
ən müxtəlif vasitələrlə ödənilməsi bədənin rahatlığını yaradır, an-
caq bu tələbatın ödənilməsi üçün tutulan əməl, görülən iş, ruhun 
rahatlığı baxımından olmur. Məsələn, alçaldılmış şəkildə səni ən 
yaxşı nahara qonaq etmək və sairə. Belə olan vəziyyətdə bədənin 
tələbatı  ödəndiyi  üçün  ağıla,  hissi  rahatlığın  müsbət  emosiyaları 
gedir, ruhun tələbatı ödənmədiyi üçün mənfi emosiyalar gedir. Bu 
zaman ağılın daha düzgün yol seçməsində ruhun əsas rola malik 
olduğu üzə çıxır. Çünki bədən öz tələbatını ödəyərkən əldə etdiyi 
ləzzəti uzun müddət yaşaya bilmir, deməli, ruh artıq müqavimət 
göstərsə, yəni düşdüyü vəziyyətin sıxıntılı halın daha çox yaşasay-
dı, əgər ruh bilərəkdən mənfiliklərə meyil etməsə, daha çox düzgün 
qərar çıxarmağa məcbur edər. 
Əgər ruh mənfiliklərə meyl etsə, yəni sıxıntılı halı daha az ya-
şasa, bir sözlə, unutqan olsa, hissiyyatın bir neçə anlıq bədənə ver-
diyi rahatlıq halı ilə kifayətlənib, öz əbədi rahatlığını yalnız müəy-
yən müddətlərə qazanıla bilən hissi rahatlıqlara qurban versə, bu 
bilərəkdən özünü daha aşağı səviyyələrə salmaq deməkdir. 
İradə  ruhla  bədən  arasındakı  daxili  mübarizənin  məhsuludur. 
İnsanın  hökmən  iradəyə  malik  olması  söhbəti  də  məhz  buradan 
yaranır. Demək olar ki, insan bütün ömrü boyu ruhla bədən, bun-
lardan törəmə olan ağılla hissiyyat arasındakı mübarizədə forma-
laşır.  Hissiyyatın  ardınca  getmək  bədənə,  ağılın  ardınca  getmək 
ruha xidmət edir. İnsanda bu ikilik demək olar ki, nisbətən bəra-
bərdir.  İradəliliyin  özünün  də  müəyyən  əhatə  dairəsi  var.  Ruhun 
bədən  nisbətində  artıqlığının,  yəni  hissiyyatın  üzərində  ağalığın 
hökmranlığının müəyyən mərhələsində artıq iradədən söhbət gedə 
bilməz.  Çünki  iki  əks  qüvvənin  birinin  digərini  həmişə  üstələyə 
biləcəyi vəziyyətdə digərinin müqavimət göstərmək imkanı sıfıra 
yaxınlaşır. Əslində bu halda göstərilən müqavimət faydasızdır. İra-
dəsiz insanlarda heyvanlara xas əlamətlər özünü daha çox büruzə 
verir, iradəli insanlarda insandan daha çox ali varlıqlara bənzərlik 
hiss olunur. 
Bəzən insan hər hansı bir işi görməyə tərəddüd edir. Belə hal-
larda ağılla hiss arasında müəyyən zaman ərzində tam bərabərlik 


92
yaranır. Belə hallarda kənar bir təkan öz işini görür, yəni kiminsə 
məsləhəti əsas rol oynayır. Tərəddüd edənlərə düzgün yol göstər-
mək  ən  ali  varlığın  birbaşa  ilahi  sevgisini  qazanmaq  deməkdir. 
Çünki tərəddüd edənlərə bircə kəlmə söz onların fikrinin ən müxtə-
lif  istiqamətlərə  yönəlməsinə  təkan  verə  bilər.  İnsanların  iradəsi 
ilə oynamaq da düzgün deyildir. Daha güclü təhrik müqaviməti ilə 
qarşılaşmış iradə, əlbəttə, burada müsbət meyillərin sınmasından 
söhbət gedir, itmiş inam deməkdir. Ən ali varlıq belə təhrik sahib-
lərini öz bəlaları ilə izləyir. 
Ekstrasens olmaq üçün güclü iradə hökmən lazımdır. Əgər sən 
güclü iradəyə malik deyilsənsə, demək qarşına çıxacaq bir çox ma-
neəni dəf etmək imkanından məhrumsan. İradəsiz insanları ən ali 
varlıq  da  sevməz.  Özü  də  iradə  ilə  höcətliyi  qarışdırmaq  olmaz. 
İradə ədalətli bir işin həyata keçirilməsində qarşıya çıxan maneələ-
ri dəf etməyə xidmət edir. Höcətlik – haradasa təsdiqini doğrult-
mayan bir işin həyata keçməsinə çalışmaq deməkdir. Ekstrasenslər 
səbirlə, yeri gələndə kimsələrin ağılsızlıqdan yaranan höcətlikləri-
nin qarşısını mümkün qədər almağa çalışmalıdırlar. Çünki bir çox 
sonu kədər və iztirab gətirən işlərin başlanğıcı höcətlikdən yaranır. 
Ən  ali  varlıq  insanlara  kədər  və  iztirab  gətirən  bütün  səbəblərin 
yaradıcılarını sevməz. 
Dünyaya insan kimi gəlmisənsə, bu ada hörmət et. Çünki bu ad 
altında daha ali varlıqlar səviyyəsinə yüksəlmisən. Dünyaya insan 
kimi gəlmisənsə, sənin daha ali pillələrə çıxmaq imkanın var. Ey 
insan, taleyə bel bağlama, taleyini özün yarat. Çünki qarşına hər 
an üçün çıxan milyonlarla səbəblərdən birini seçmək imkanı sənin 
əlindədir. Dünyaya insan kimi gəlmisənsə, deməli, ən böyük yara-
dıcı olan ən ali varlığı dərk etmək imkanın var. Bu imkanı əldən 
vermə. İnsana qədərki varlıqlar içərisində yalnız insandır öz daxili 
hissiyyatını boğmaq imkanı əldə edən. Ağılla hissin mübarizəsidir 
insan həyatı. Bu həyatdan düzgün, qaydasınca istifadə edilsə, ağıla 
üstünlük versən ən ali varlığa bir pillə də yaxınlaşmaq olar. Bu hə-
yatdan düzgün istifadə edilməsə, hissiyyata üstünlük verilsə, insan-
dan aşağı pillələrdə qərarlaşacaqsan. Belə bir sual meydana çıxa 


93
bilər, insan həyatdan köçəndən sonra onun ruhu təkrar, insan kimi 
həyata  gələ  bilərmi  və  gələrsə  nə  vaxtdan  sonra?  Ümumiyyətlə, 
əgər insanın ruhu həyata insan kimi təkrar qayıda bilərsə, burada 
dövriliyə əməl olunur, yoxsa başqa bir prinsip var? Bu suala belə 
cavab vermək olar, bəli, insan ruhu təkrar insan kimi həyata gələ 
bilər, lakin həm də bir daha gəlməyə bilər. Əgər gələrsə, burada 
dövriliyə əməl olunmur. İndi aydınlaşdıraq görək hansı şəraitlərdə 
insanın ruhu yenidən insan kimi, özü də hansı ardıcıllıqla həyata 
gələ bilər. Əgər hər hansı bir kəs həyatdan köçürsə, o öz əməlləri 
müqabilində ruhunu bürüyən ya parlaq nur, ya da zülmət qaralıqla 
bu dünyanı tərk edir. Əgər bu dünyanı tərk edən ruhun parlaqlığı 
daha çoxsa, onda o, ən ali varlığa bir pillə də yaxınlaşar və orada 
onun qarşısında öz istəyindən asılı olaraq iki yoldan birini seçmək 
imkanı yaranar. Birinci yol bu olur ki, ruh insan həyatı keçirdiyi 
müddətdə əldə etdiyi yaxşılıqlardan yaranan parlaq nurunun ləzzə-
tini əbədilik yaşasın. İkinci yol budur ki, əgər özünü təzədən sınağa 
çəkmək istəyirsə, mələk həyatı yaşaya bilər. Birinci yol seçən ruh-
lar bir daha insan həyatı yaşamaqdan məhrum olurlar. 
İkinci yol seçən ruhlar isə ola bilsin əgər yalnız ağıla xidmət 
etsələr, bir daha insan həyatı yaşamasınlar. Lakin bəzən mələklə-
rin  içərisində  də  bilərəkdən  müəyyən  hallarda  hissiyyata  xidmət 
edənlər olur. Bu meyil müəyyən həddi keçdikdə və o mələk nəf-
sini bilərəkdən boğmadıqda, maddiliyə meyil yaranır və aşağı pil-
lələrə keçilir, yəni yekcinslik daha çox pozulur. Belə olan hallarda 
o  mələk  ruhu  həyata  insan  kimi  gələ  bilər.  Məsələnin  başqa  bir 
tərəfinə nəzər salaq. İnsan dünyadan köçəndə onun ruhunu bürüyən 
qara halə çoxsa, yəni həmin şəxs bəd əməllər sahibiymişsə, onun 
ruhu daha aşağı pillələrə düşür və belə olan təqdirdə ruhu bürüyən 
qaranlığın miqdarından asılı olaraq aşağı pillələrdə cəza kimi ən ali 
varlıq tərəfindən təyin olunan vaxta kimi qalmaq qərarlaşdırılır. Bu 
məcburidir, lakin əbədi cəza yoxdur. Nə vaxtsa cəza müddəti qur-
tardıqdan sonra həmin ruh bir daha təkrar insan həyatı keçirə bilər. 
Deməli, insanın yaşadığı müddət və onun ölümdən sonrakı hə-
yatı üçün, insanın ağlı ilə hissiyyatının mübarizəsindəki qalibiyyət 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə