Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə28/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   24   25   26   27   28   29   30   31   ...   77

85
malılar insanlar arasında ən müxtəlif sahələrdə düzgün istiqamətli 
iş aparmaq üçün müəyyən nüfuza malik şəxsləri özləri tərəfindən 
bir nümayəndə kimi seçib belə bir fəaliyyətə istiqamətləndirirlər. 
Seçilən şəxs hökmən müəyyən tələblərə cavab verməlidir: 1) hara-
dasa başqalarından müəyyən dərəcədə üstün nüfuzedicilik qabiliy-
yətinə malik olmalıdır; 2) ədalət prinsipini gözləməyə çalışmalıdır; 
3) zəhməti sevməlidir; 4) öz tutacağı yolda müəyyən üstün biliyə 
malik olmalıdır. Bütün bunlardan başqa seçilmiş şəxs daim səmalı-
ların nəzarəti altında olur. 
Ancaq  ümumi  kainat  miqyasında  götürüləndə  ən  ali  varlı-
ğın ən zəif növ üzərində nəzarəti hiss olunur. Çünki haradasa ən 
zəif  bir  növün  taleyi  ümumi  kainatın  səbəb-nəticə  ardıcıllığında 
özünəməxsus bir yer tutur. Ən ali varlıq ümumi kainatda aparıcı bir 
qüvvədir. Onun nüfuzu elə istiqamətlənmiş bir formada qurulmuş-
dur ki, bu nüfuz yalnız müsbətə aparan yaradıcı qüvvə olar. Hara-
dasa bizə ağrılı görünən hallar, məsələn, dünyanı bürüyən müha-
ribələr, xəstəliklər və sairə ümumi kainat miqyasında daha böyük 
səbəblərin daha böyük maddilik üçün yaradıcı hallardır ki, yaşanır 
və yaşandıqca aradan qaldırılır. İnsanın xəstəliyi onun hər hansı bir 
daxili orqanı ilə bağlı ola bilər. Yer kürəsinin xəstəliyi onu təşkil 
edib yaşadan quruluşun hansınınsa öz funksiyasını düzgün yerinə 
yetirməməsi  ilə  bağlı  ola  bilər.  Ümumi  kainatın  ağrılı  halı  onun 
daxilində ulduz partlayışları və sair nəticə ilə yaranır. Ən böyük 
ali varlıq isə ümumi kainatın halını yaşaya-yaşaya ən ağrılı halları 
ümumi inkişafı doğuran səbəb kimi nizamlayır və əminlik hissi ilə 
bildirir ki, belə hallar müvəqqətidir, lakin bu hallardan doğan sə-
bəblər hökmən daha çox təkamülə səbəb olan amillərdir. Ona görə 
də ən ali varlıq ən böyük səbəblərdən tutmuş ən kiçik səbəblərə 
qədər ümumi kainatın nizamına nüfuzedici bir qüvvədir. 
Yer  kürəsində  həyatın  müəyyən  sahmanda  saxlanılması  üçün 
yad  planetlilər  maraqlıdırlar.  Çünki  bu  sahmanın  pozulması  ha-
radasa onların həyat şəraitinin dəyişməsi demək olar. Yad planet-
lilər bir də ona görə maraqlıdırlar ki, Yer kürəsindəki ümumi həyat 
prosesinin yaratdığı vəziyyət, yəni bütün atmosferi ilə birlikdə Yer 


86
kürəsi bir canlı orqanizm kimi götürüldükdə, o ümumi kainatda bir 
növ təbii seçmə iştirakçısıdır. Düzdür, son zamanlar Yer kürəsində 
insanlar arasında süni seçmə ilə bağlı bir sıra xəstəliklər meydana 
çıxması Yer kürəsinin özündə ümumi ekoloji böhranın yaranması 
səbəblərindən biri kimi müşahidə olunur. Lakin bu süni seçmə heç 
vaxt  kainat  miqyasında  əsaslı  dəyişikliklər  faktoru  kimi  yer  tuta 
bilməz. Çünki insanların yaratdığı süni seçmə yalnız kiçik səbəblər 
qrupu üçün müəyyən dəyişikliklər yaradan haldır. Elə ki bu halın 
böyük səbəblər qrupuna tədricən dəyişiklik yarada bilmək ehtimalı 
artdı əhali varlıq birmənalı şəkildə bu süni seçmənin lüzumsuz qə-
rarlaşma yaradan hissəsini lazımi istiqamətə yönəldir. Kainat yal-
nız və yalnız ən böyük yaradanın qanunlarına tabedir. Ən böyük 
yaradanın qanunları isə mükəmməldir, yerində və vaxtında veril-
mişdir. 
Kainatın gələcək təkamülü yolunda ən ali varlığın verdiyi qa-
nunlar ən düzgün yolların seçilməsinə müəyyən mərhələdir. Hər 
kəs yalnız öz yaxşı halını yaşasa, onda ən ali varlığın qoyduğu qa-
nunlara düzgün riayət etmiş olar. Bu həm də insanların özü üçün 
bir tapıntıdır. Belə olan təqdirdə insanlar öz həyatlarının qayğıdan 
doğan bir arzu ilə yaşanmasına nail olarlar. Çünki qayğıdan doğan 
arzu ilə yaşayan kəslər sadə xoşbəxt bir həyatın təminatçısıdırlar 
ki, bu da onların yaşanan halının rahatlıq mənbəyidir. Ekstrasenslər 
insanları, əsasən belə bir istiqamətə duyğulandırmalıdırlar. Çünki 
ekstrasenslər  daha  şüurlu  varlıqların  Yer  kürəsində  seçilmiş  nü-
mayəndələri  kimi  belə  bir  vəziyyətin  yaradılmasına  bir  növ  təb-
liğatçıdırlar.  Nə  qədər  ki  bəşəriyyət  mövcuddur,  onun  ayrı-ayrı 
fərdlərinin şüur səviyyəsi eyni ola bilməz. Ona görə də onları ən 
müxtəlif sahələrdə, ən düzgün yola istiqamətləndirmək üçün hök-
mən müəyyən təhrikedici qüvvə lazımdır. Bu təhrikedici qüvvə də 
yalnız daha ali varlıqlar tərəfindən ekstrasenslər vasitəsilə ümumi 
kütləyə edilən təsirlər ola bilər. Ekstrasenslər bir növ daha ali var-
lıqlarla insanlar arasında vasitəçidirlər. Ona görə də ekstrasenslər 
heç  cür  düşünülməmiş  addım  atmamalıdır.  Əks  təqdirdə  onların 
aqibəti sonsuz bir iztirab içərisində bitər. Bu iztirab ən ali varlığın 


87
doğrulmayan etimadının nəticəsi olar. Ən ali varlıq hər kəsin qiy-
mətini ədalətlə verəndir. O heç kəsə lüzumsuz mükafat, nə də heç 
kəsə səbəbsiz cəza verməz. 
O öz qərarında yalnız ədalətə əsaslanır. Ən ali varlıq həm də 
ən düzgün qərar verəndir. Özün özündən soruş, sən başqalarından 
hansı müsbət qabiliyyətinlə seçilirsən. Hər kəs öz daxili imkanla-
rını hamıdan yaxşı biləndir. Hər kəs çox yaxşı bilir ki, onun başqa-
larından zəif və üstün cəhətləri hansılardır. Öz müsbət qabiliyyə-
tini aydınlaşdırmaq üçün düşünməlisən: sən zəhməti sevirsənmi, 
həmişə ədalətli ola bilərsənmi, incəsənətin hansı sahəsinə xüsusi 
marağın var, dəqiq elmlərdən hansını xoşlayırsan, yeri gələndə öz 
hissiyyatın  üzərində  ağılınla  nəzarət  edə  bilirsənmi,  özün  özünü 
təhrik etməyi bacarırsanmı və sairə. Bütün bunlardan ümumi bir 
nəticə çıxardıqdan sonra sən öz müsbət və çatışmayan cəhətlərini 
özlüyündə aydınlaşdıracaqsan. Bəzən insanlar ona görə müəyyən 
yanlışlıqlara yol verirlər ki, öz əməllərinin son nəticələri haqqında 
düşünmürlər. Öz müsbət və mənfi cəhətlərini özlüyündə aydınlaş-
dırıb dərk etməyin nəticəsi ona görə yaxşı olur ki, sən öz yanlış 
istiqamətini tamamilə dərk edirsən və yeri gələndə öz səhvlərini bir 
daha təkrar etmirsən. Müsbət cəhətlərinə gəlincə isə bir daha özlü-
yündə aydınlaşdırdığın müsbət cəhətlərini özlüyündə inkişaf etdir-
məyə səy edirsən. Bəzən haradasa öz müsbət cəhətinə tam əmin-
liklə bel bağlayıb hansı bir sahədəsə özünü təsdiqləyirsən. İnsan ki 
öz-özlüyündə çatışan və çatışmayan cəhətlərini dərk etdi və ağılı 
ilə hissiyyatının üzərində nəzarət etdi, deməli, öz daxili hisslərinin 
təkamülündə qəti addımlar atır. 
Bütün ömrü boyu öz hisslərini təkmilləşdirənlər ən xoşbəxt in-
sanlardır. İnsanın həyatı onun mənəviyyatı ilə bağlıdır. Öz mənə-
vi saflığını duymaq, həyatda ləzzətlə yaşamaq deməkdir. Sən hər 
hansı bir sahədəki qabiliyyətini daha da inkişaf etdirmək üçün bu 
sahəyə  az  da  olsa  maraq  göstərirsənmi?  Özlüyündə  özünün  hər 
hansı bir qabiliyyətini aşkarlayan insan müəyyənləşdirməlidir ki, 
bu  qabiliyyəti  sahəsindəki  fəaliyyətə  onun  marağı  varmı?  Əgər 
varsa, onda bu sahəyə daha ciddi fikir verməlidir. Əks təqdirdə ma-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə