Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə36/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   32   33   34   35   36   37   38   39   ...   77

109
bütün kainatın halını yaşayır. Ona görə də ən ali varlıq tərəfindən 
müəyyən sərbəstlik verilən dərkə malik varlıqların gördüyü işlər 
haradasa xoşməramlı deyilsə, bu kainatın ümumi halına təsir edir 
və bu halı yaşayan ən ali varlığı narahat edir. Ona görə də ən ali 
varlıq öz həddini keçən lüzumsuz, xoşagəlməz hadisələrin qarşısını 
amansızlıqla alır. Ona görə də hər bir şeyin öz müəyyən hüdudları 
var fikrini söyləyəndə düşünmək lazımdır ki, bu hüdudları qoyan 
və ona nəzarət edən ən ali varlıqdır. Çünki bu hüdudlar qoyulmasa, 
ən ali varlığın təkamülə doğru olan nizamlı və məqsədli olaraq ya-
ratdığı inkişafa lüzumsuz maneələr yaranar. 
Dərkə malik varlıqlara ən ali varlığın verdiyi ən böyük töhfə isə 
onların sərbəst həyatıdır. Bu sərbəst həyatdan daha məqsədli istifa-
də ən ali varlığa bir pillə də yaxınlaşma deməkdir. 
Varlığımız kimi, hərəkətlərimiz kimi, maddiliklə bağlı olduğu-
muz hər bir şey həyatda nisbidir. Nisbilik maddi həyatın ən mühüm 
qanunlarından biridir. Nisbilik həyatda hər an üçün qarşılaşdığımız 
dəyişən  haldır.  Maddi  həyatda  mövcudluq  kimi  qəbul  etdiyimiz 
labüd  varlıqlar  hamısı  nisbilik  qanunlarına  tabedir.  Çünki  bütün 
mövcud labüd varlıqlar dəyişən bir hal yaşantısına malikdirlər. An-
caq bir şeyi də qeyd etmək lazımdır ki, bütün maddi varlıqlar ha-
mısı kainatda gedən ümumi nizamlı, məqsədli təkamül prosesinin 
iştirakçısıdırlar. 
Bu  prosesdə  iştirakçı  olmaq  ümid  verir  ki,  nə  vaxtsa  ümumi 
təkamül prosesi maddiliyin nisbilik qanunlarından çıxışına şərait 
yaradacaq və ən nəhayətdə onun parlaq nura çevrilməsinə imkan 
verəcəkdir.  Maddiliyin  parlaq  nura  çevrilməsinin  ilk  başlanğıc 
iştirakçısı  insandır.  Parlaq  nur  isə  ən  ali  varlığa  ən  yaxın  olmaq 
deməkdir. Deməli, insan ən ali varlığa yaxınlaşma prosesində əsas 
göstəriciyə, yəni parlaq nur yaratmağa imkanı olan ilk varlıqdır. 
Ona görə də insanı çox vaxt dünyanın əşrəfi adlandırırlar. Bütün 
bunlara görə insan ən ali varlıq üçün də çox qiymətlidir. Ey insan, 
sən öz qiymətini bil və ən ali varlığın ədalət qanunlarına əməl et. 
Ey  insan  övladı,  sən  öz  əbədi  ruhunun  ən  ali  varlığa  qovuşması 


110
üçün çalış. Ən ali varlıq insana çox böyük imkanlar vermişdir ki, 
öz əbədi ruhunun ölümdən sonrakı həyatını təmin etsin. Bədən bu 
dünyanın  maddiliyindən  təşkil  olunduğu  üçün  bu  dünyanın  şirin 
nemətlərinə uyub öz maddi rahatlığını təşkil etməyə çalışacaqdır. 
Ey insan, ruhunun gücündən istifadə et. Əbədi həyatın ləzzət-
lərini  bu  dünyanın  müvəqqəti  olan  maddi  həyatının  ləzzətlərinə 
satma. Ağılla hissiyyatın üzərində hökmranlığın, sənin ən ali var-
lığın bəxş etdiyi nemətdən düzgün və bacarıqla istifadə etməyin 
deməkdir.  Ən  ali  varlıq  isə  onun  nemətlərindən  istifadə  edənləri 
özlərinə yaxın sanar. Dünyada ən ali varlığa yaxın olmaqdan da 
böyük xoşbəxtlik yoxdur. İnsan elə onda xoşbəxtdir ki, dünyaya in-
san kimi gəlib. Deməli, hər bir kəs dünyaya gələndə ən ali varlığın 
ilk etimadını qazanıb. Ey insan, sənə etimad göstərənin etimadını 
doğrultmağa çalış. Əsas şərt insan kimi dünyaya gəlməkdir. Bütün 
bunlardan sonra öz əməlləri ilə öz sonrakı taleyini özü yaradır in-
san. Əgər kim öz taleyindən narazıdırsa, əksər hallarda günahkar 
onun  özüdür.  Bəzən  öz  taleyindən  narazılıq  edənlərin  kimdənsə 
məsləhət almağa ehtiyacları olur və belə şəxslər əksər hallarda eks-
trasenslərə müraciət edirlər. Belə müraciətlər zamanı ekstrasenslər 
çox  diqqətli  olmalıdırlar.  İnsan  həyatı  ilə  oyun  oynamaq  olmaz. 
Sənə müraciət edənin dərdinə kömək edə bilərsənsə, ona müəyyən 
təsirini göstər və məsləhətini ver. Əgər özünü sənə müraciət edə-
nin vəziyyətini sahmanlamağa hazır bilmirsənsə, ehtiyac olmadan 
o kəslə məşğul olma. İmkan yarat ki, o, daha düzgün məsləhət ala-
caq kəslərlə görüşsün. Öz həddini bil, səndən güclü ekstrasensləri 
qiymətləndir. Ən ali varlıq sadə və təvazökar kəsləri sevir. Güclü 
ekstrasens olmaq istəyən hər bir kəs ən ali varlığın verdiyi müka-
fatdan başqa, öz zəhməti və güclü iradəsi sayəsində daim dəyərli 
həyat təcrübələri və biliklər də öyrənməyə çalışmalıdır. Hər gün 
öyrəndiyin biliklər və həyat təcrübəsi səni daha da güclü edər. 
Ən yaxşı vasitələrlə öz biliyini və həyat təcrübəsini artıranları 
ən ali varlıq yeni-yeni töhfələrlə mükafatlandırar. Ən ali varlığın 
verdiyi mükafatdan böyük mükafat olmadığı kimi, ən ali varlığın 
qoyduğu ədalət qanunlarına əməl etməkdən də doğru yol yoxdur. 


111
Bütün doğru yol tutanlarsa hər cür mükafata layiqdirlər. Zaman hər 
şeyi nə vaxtsa aşkarlayır. Zaman bir məhək daşıdır, bütün hadisələ-
ri  öz  pəncəsində  əridir.  Həm  də  hadisələri  yaradan  səbəb-nəticə 
ardıcıllığının  məhsuludur  zaman.  Lakin  hadisə  yarandığı  andan 
keçmişə çevrilməyə başlayır və hər bir hadisə səbəb-nəticə ardı-
cıllığının məhsulu olduğu üçün hökmən həyatda öz tarixi izlərini 
qoyur. 
Zaman həm də həyat deməkdir. Deməli, zaman varsa yaşantı da 
var. Zaman ancaq bizi əhatə edən maddi aləmə aiddir. Çünki bizi 
əhatə edən maddi aləmdən kənarda zaman məfhumu yoxdur. Yəni 
orada bəsit birnövlülər var ki, onlar da nə xarici, nə də daxili təsir-
lərə məruz qalmırlar, yəni yaranma və məhv olma yoxdur. Orada 
doğumla ölüm üst-üstə düşür, yəni əslində nə doğum var, nə ölüm, 
yəni varlıq deyil, mövcudluq var. Bir daha təkrar edirəm mövcud-
luq kimi var olmaq üçün heç bir şərt lazım deyil, lakin varlıq kimi 
mövcud olmaq üçün hökmən müəyyən şərtlərə əməl olunmalıdır. 
Orada istənilən an istənilən yerdəsən, sürət və məsafə yoxdur. Ora-
da,  yəni  maddilikdən  kənarda  deyəndə  o  mühitin  tələblərindən 
yaranan mövcudluğun quruluşu bu cür xüsusiyyətlərə malik olur. 
Maddilikdən kənarda varlıqla yoxluq bir birini tamamlayır. Əslində 
yoxluq, tam sükunət (bu bizim maddilikdə demək olar ki, mümkün 
deyil), varlıq, hərəkətdir. Bizim maddilikdən kənarda zaman itirsə, 
onda bizi əhatə edən maddiliyi bütövlükdə kürə halında təsəvvür 
etsək, onun sürəti olsa-olsa işıq sürətinə bərabər ola bilər. Yəni son 
mərhələdə Eynşteynin sonuncu postulatında qeyd olunduğu kimi, 
enerji E = m x C

(kütlənin işıq sürətinin kvadratına hasili) olar. 
Əgər biz hər hansı bir cismə işıq sürətindən bir qədər artıq sürət 
versək, onda cisim təmiz parçalanıb dağılacaq, cismi əmələ gətirən 
birləşmələr öz aralarındakı cazibə qüvvəsini itirəcək, cisim yalnız 
onu əmələ gətirən birnövlü bəsitliklərə parçalanacaq və bu parça-
lanmış  birnövlü  bəsitliklər  işıq  sürətindən  böyük  sürətlə  də  bizi 
əhatə  edən  maddiliyin  cazibəsindən  çıxacaqdır.  Bu  yeni  doğum-
dur, səbəblərdən yenisinin yaranmasıdır. Nəticəsi bizim maddiliklə 
bağlı olmayan birnövlü bəsitliklərin yaranmasıdır. Əgər bütövlük-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə