Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə33/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

100
səmərəsiz olar. İnsanlarda onların istək və arzularını işıqlandıran 
ümid və inam yaratmaq ekstrasenslərin ən ümdə vəzifəsidir. Eks-
trasenslik qabiliyyəti olan şəxs hər bir halı başqalarında yaratmağı 
bacarmalıdır. Əgər sən başqalarına nüfuz edib onun halını yaşaya 
bilirsənsə, onda başqalarında da istədiyin halı yaşada bilərsən. An-
caq məsələ bununla bitmir. 
İnsanlarda xəstə orqanları fəallaşdırmaqla xəstəliyi geri çəkil-
məyə məcbur etmək, xaricdən gələn hər hansı fiziki təsirlərin is-
tiqamətini dəyişmək və sairə işləri görməyi də bacarmaq lazımdır. 
Ekstrasenslik adını üzərinə götürmüş hər bir kəs bütün qabiliyyə-
tini, səyini, bacarığını insanların xoşbəxtliyinə həsr etməlidir. Eks-
trasens kimi yaşamaq da taleyin bir qismətidir, özü də ən ali varlıq 
tərəfindən təyin olunmuş bir qismət. Belə bir qisməti yaşamaq özü 
də bir xoşbəxtlikdir. Dünyada insan həyatına səadət gətirməkdən 
də böyük xoşbəxtlik yoxdur. Ekstrasenslər bütün həyatı boyu belə 
bir halı yaşamalıdırlar. Əks təqdirdə öz xoşbəxtliklərini də itirmiş 
olarlar. İtirilmiş səadətdən də böyük bədbəxtlik yoxdur. 
Kainatda baş verən səbəb-nəticə ardıcıllığı hər anın təzahürlə-
rində müəyyən varlıqların yaranmasına səbəb olur ki, bu varlıqlar 
da labüd mövcudluq kimi qəbul olunur. Bütün labüd varlıqların isə 
yaradıcısı birdir. Ən ali varlığın nüfuzu ilə nizamlanmış məqsədli 
bir hərəkət təkamülə doğru aparır. Hər hansı bir varlığın labüd ya-
şantısında ən ali varlığın nüfuzu hiss olunur. Ən ali varlıq bütün 
mövcudluqların halını yaşayır. Əslində ruh ən ali varlığın öz zər-
rəciklərindəndir. Ruh bütün maddiliklərin halını yaşamaqla onları 
nizamlı, məqsədli təkamül yolunda fəaliyyətləndirir. Əgər hər han-
sı bir maddilikdə ruhun mayasının heç bir zərrəciyi yoxsa o varlıq 
deyil, mövcudluqdur və heç bir müqavimətsiz təsirlərə məruzdur. 
Ruhsuz maddiliyin halı yaşanmır və əksinə təsirlərə məruz qaldı-
ğından dağılandır, deməli, ruhsuz maddilik ən ali varlığın nüfuzuna 
möhtacdır. 
Hər hansı bir mövcudluğun halının yaşanması onun varlıq kimi 
inkişaf etməsi deməkdir. Hər hansı bir mövcudluğun halının ya-
şanması ən ali bir varlığın nüfuzuna möhtac olduğu üçün varlığın 


101
yaşanan halı – nizamlı, məqsədli və təkamülə doğrudur. Ona görə 
də labüd varlıqların yeganə yaradıcısı ən ali varlıqdır. İnsan ruhla 
bədənin daha sıx təmasda olduğu bir varlıqdır ki, burada məqsəd 
insanın mövcudluğuna qədərki hallardan bir səbəb kimi istifadə et-
məklə  insandan  başlayaraq  ruh  vasitəsi  ilə  bədənin  maddiliyinin 
yaşantısında əbədi rahatlıq halı, yəni parlaq nur almaqdır ki, bu da 
maddiliyin son nəhayətdə ən müxtəlif, lakin məqsədli səbəb-nəticə 
ardıcıllığı nəticəsində parlaq nura çevrilməsi prosesinin başlanğı-
cıdır. Parlaq nur isə ruhu qüvvətləndirən halədir və mövcudluğun 
yaşantısından alınan rahatlıq halıdır. 
Təkamül  prosesi  mövcudluqları  tədricən  nəhayətdə  yaşantıla-
rından alınan, yalnız rahatlıq halında qərarlaşdıracaq. Bu bir qayı-
dışdır, öz dünyasına qayıdış, lakin əsrlərin süzgəcindən keçən bu 
inkişaf əvvəlki hədd deyil, ən ali varlığa daha yaxın bir haldır. Həm 
də bu hal inkişafdan dayanmayan bir təkamül yoludur. Lakin hər 
hansı bir mövcudluq hər hansı bir mərhələyə gələnə qədər hansı 
halı yaşasa da hər an üçün hər hansı bir varlığın mövcudluğunda 
labüdlük var. 
Zaman su kimi axır, hər bir varlığın bu günü dünəninə oxşayır, 
lakin onlar da eyni olmayacaq. Bu proses, nəhayət, o qədər davam 
edir ki, müəyyən mərhələdə artıq mövcudluğun varlığı müəyyən 
vaxtdakı əvvəlki halıyla öz arasında artıq heç bir oxşarlıq tapmır. 
Bu köhnənin ölüb getməsi, yeninin yaranması deməkdir. Bu zaman 
müddəti arasındakı vaxt hər hansı bir varlığın doğumla ölüm ara-
sındakı sərhədidir, yəni həyatıdır. 
Ölüm də, doğum da labüddür. Varlıq kimi mövcudsansa doğul-
musan, varlıq kimi mövcudsansa, yaşayırsan, varlıq kimi mövcu-
dsansa  öləcəksən.  Bu  bizi  əhatə  edən  maddi  aləmin  pozulmayan 
qanunudur. İnsan həyatı da bu pozulmayan qanunla sərhədlənmiş 
bir yaşantıdır. Mövcud olan varlıqlar bir-biri ilə sıx əlaqəlidir. Bu 
maddiliyin hökmən ən mümkün halıdır. Ən ali varlıq bütün səbəblər 
qrupu ilə mövcudluqlar arasında ümumi bir əlaqə yaratmışdır. Bö-
yük səbəblər qrupu ilə yaranan əlaqəni ən ali varlığın özündən başqa 
heç kəs poza bilməz. Bu ən böyük ruhun nüfuzunun yaşantısıdır. 


102
Bunlardan  başqa,  mövcudluqlar  arasındakı  əlaqələrdə  kiçik 
səbəblər qrupu da iştirak edir ki, bu səbəblərin yaradıcıları bütün 
canlı varlıqlardır. Lakin insan və ondan daha aliləri kiçik səbəblər 
qrupunun daha hökmlü halını yaradanlardır. Qeyd etmək lazımdır 
ki, kiçik səbəblər qrupunu dəyişmək onu yaradandan asılıdır. Elə 
insanın  özü  hər  an  üçün  qarşısına  çıxan  milyonlarla  səbəblərdən 
birini seçmək imkanına malikdir ki, bu da onun istədiyi variantda 
kiçik səbəblər qrupunun istiqamətlənməsi deməkdir. Düzdür, ən ali 
varlıq istəsə hər hansı kiçik səbəblər qrupunu da özü bildiyi kimi 
istiqamətləndirər,  lakin  o  bu  işlərə  çox  da  müdaxilə  etmir,  sanki 
istəyir ki, insan öz əməllərinin öz taleyində oynadığı rolu dərk etsin. 
Ən ali varlıq səbirli, təmkinli və rəhmlidir. Kim ki öz əməllə-
rinin nəticələrini dərk edir, o, müsbət işlər görməyə çalışacaqdır. 
Kim ki öz əməllərinin nəticələrini düşünmür, o, şər işlərin kömək-
çisidir. Ən ali varlıq insanı hadisələr seyrçisi gözü ilə deyil, mü-
daxilə edə bilmək imkanlı yaratmışdır. İnsan gərək öz mövqeyini, 
məsuliyyətini hiss etsin ki, onu yaradanın etimadını doğrultsun Hər 
bir insan öz taleyi ilə bərabər bəşəriyyətin də taleyini düşünməlidir. 
Ey insan, bəşəriyyətə xidmət et. Bəşəriyyətin gələcək təkamül 
yolu  hər  bir  kəsin  əməlindən  başlanır.  Bəşəriyyətin  hər  bir  fərdi 
üzvi  onun  taleyinin  yaradıcısıdır.  Bəşəriyyətin  təkamülü  –  ha-
radasa  öyrənilən  yeni  həyat  təcrübəsi  ilə  formalaşır.  Bu  isə  həm 
də ümumi şüur səviyyəsində yeni təfəkkür tərzinin formalaşması 
deməkdir. Həyat hər bir canlının doğumla ölüm arasındakı sərhə-
dini müəyyənləşdirdiyi kimi, bəşəriyyətin mövcudluğu da hələ ki, 
xeyrin şərdən üstün olduğuna sübutdur. Uzun əsrlərin həyat təc-
rübəsi göstərir ki, insanlar bəşəriyyətin təkamül prosesini irəliyə 
doğru  inkişafında  çox  böyük  rol  oynamışlar.  Məhz  bu  rolun  nə-
ticəsidir ki, indi bəşəriyyətin ayrı-ayrı üzvlərinin həyat səviyyəsi 
əvvəlkilərə nisbətən ölçüyəgəlməz dərəcədə yüksəlmiş, insanların 
ümumi dünyagörüşü xeyli dərəcədə formalaşmışdır. İllər keçsə də 
bəşəriyyətin təkamülü onun ayrı-ayrı üzvlərini daimi düşündürmə-
lidir. Çünki insanların gələcək taleyi bəşəriyyətin inkişaf səviyyə-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə