Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə39/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   35   36   37   38   39   40   41   42   ...   77

118
Hər kəs öz gücündən həyatdakı mübarizəsində tam istifadə edə 
bilərmi? Bu bir sualdır. Lakin bizim maddi aləmdəki varlıqlar üçün 
bu sualın yeganə bir cavabı var. Xeyr. Ona görə ki, bizim maddi 
aləmdəki bütün mövcudluqlar ən müxtəlif fiziki təsirlərə məruz-
durlar.  Deməli,  ən  müxtəlif  fiziki  təsirlərə  məruz  qalan  varlıqlar 
birinci növbədə öz mövcudluqlarını varlıq kimi qoruyub saxlamaq 
üçün enerji sərf edirlər. İkincisi, hər hansı bir məqsəd uğrunda mü-
barizə aparan insan öz məqsədi yolunda qarşılaşdığı ən müxtəlif 
səbəblərlə heç vaxt ideal mübarizə apara bilməz. 
Bizi  əhatə  edən  maddi  aləmdə  hər  şey  nisbidir.  Nisbilik  bizi 
əhatə  edən  maddi  aləmin  doğurduğu  hallara  uyğun  bir  qanuni-
likdir. Ona görə də insan bu maddi aləmdə heç vaxt öz gücündən 
həyatdakı mübarizəsində tam istifadə edə bilməz. Ancaq nisbətən 
öz gücündən daha yaxşı istifadə edənlər var ki, həyat belə kəslə-
ri  qiymətləndirir.  Ən  ali  varlığın  verdiyi  qiymətdən  artıq  qiymət 
ola bilməz. Həyatda hər bir kəs öz imkanlarından yaxşı işlər üçün 
səmərəli istifadə etsə bəşəriyyət daha gözəl və xoşbəxt günlərini 
yaşayar.  Hər  bir  varlıq  labüd  mövcudluq  kimi  həyatda  müəyyən 
imkanlara  malikdir,  lakin Yer  kürəsində  ən  çox  imkanlara  malik 
varlıq insandır. 
Yaşamaq – mövcud olduğun varlıq kimi sonuna yaxınlaşmaq 
deməkdir. Sən bu mərhələdə ölümdən sonrakı həyatın üçün bir şə-
rait yarada bilmisənmi? Yaşamaq – sonuna çatana qədər hər gün 
yeni  itkilərə  məruz  qalmaq,  hər  gün  yeni  səbəblər  qəbul  etmək 
deməkdir. Bu hal o vaxta qədər davam edir ki, artıq hər hansı bir 
mövcudluğun öz əvvəlki forma və məzmununu saxlamaq imkanı 
olmur. Yəni artıq müəyyən quruluşa malik mövcudluğun ilk təza-
hürlərindən yaranan səbəbləri ilə son dağılma prosesini yaradan sə-
bəblər arasında əlaqə olmur və beləliklə, hər hansı bir mövcudluq 
bir varlıq kimi öz forma və məzmununu itirir və sonuna çatır. Bu 
qarşısıalınmaz bir prosesdir. Bu, kainatın maddi aləm üçün sabit, 
daimi təkrarlanan bir halıdır. Həm də bu halın sonu yeninin yaran-
ması deməkdir. Əslində yeninin yaranması iki cür qiymətləndirilir. 
Birincisi, materiyanın bir şəkildən digər şəklə düşməsi kimi, bu hə-


119
yatın mexaniki bir qanunudur. İkincisi, təkamül prosesi nəticəsində 
yeninin yaranması bu həyatın inkişaf qanunudur. 
İnsan  da  varlıq  kimi  mövcud  olduğundan  öz  həyatı  boyu  bu 
hallardan hər ikisini yaşayır. Lakin insana ən ali varlıq tərəfindən 
bir üstünlük də verilmişdir, insan öz ruhunun varlığını dərk etmək 
imkanındadır. İnsan bilməlidir ki, onun ruhu ölümdən sonrakı hə-
yatında  insanın  yalnız  bir  ömür  çərçivəsindəki  həyatı  boyu  fəa-
liyyətindən yaranan halı yaşayacaqdır. Hər bir kəs öz əməlləri ilə 
ölümündən sonrakı ruhuna nə qoyub gedir, bu haqda düşünməlidir. 
Əks təqdirdə yaxşı olmayan əməl sahibinin ruhu amansız bir sıxıntı 
içərisində əzab çəkəcəkdir. Əgər hər hansı bir kəs yaxşı əməl sahibi 
olacaqsa, onun ruhu da bu əməlin rahatlığından doğan ləzzət ilə 
yaşayacaqdır. 
Ey insan, bütün həyatın boyu öz ruhunun xoşbəxtliyi üçün çalış. 
Əgər yaxşı əməl sahibi olsan, onda ən ali varlıq da sənə yardımçı 
olacaqdır. Ən ali varlığın yardımından da böyük köməklik yoxdur. 
Xüsusilə ekstrasenslər ən yaxşı əməl sahibi olmalıdırlar. Bu həm 
də onun üçün vacibdir ki, ekstrasenslərə müraciət edənlər ondan 
faydalana bilsinlər. 
Yaxşı  əməl  sahibi  olmaq  hər  bir  ekstrasensə  vacib  olan  bir 
hökmdür.  Əks  halda  yaxşı  əməl  sahibi  olmayan  ekstrasens  ən 
ali varlığın etimadını doğrultmadığı üçün ən ali varlıq tərəfindən 
amansız cəzalandırılacaq. 
Ekstrasens öz qabiliyyətinin səviyyəsini bilməlidir. Əgər ekstra-
sens öz səviyyəsini bilməsə gec tez özünü nüfuzdan salar, əvvəlki 
hörmətini də itirər. Ekstrasens o demək deyildir ki, hər şeyi bilsin, 
ona hər şeyi bilmək tələbi ilə yanaşmaq düzgün deyildir. Çünki hər 
ekstrasensin yalnız bir və ya bir neçə sahədə müəyyən qabiliyyəti 
ola bilər. Hər bir ekstrasens də öz qabiliyyəti səviyyəsindən çıxış 
etməli, edə bilmədiyi işə girişməməlidir. Elə etməlidir ki, başladığı 
işi bacarmadığı üçün ona irad tutmasınlar. Çünki hər kəs edə bilə-
cəyi işin öhdəsindən bacarıqla gələr. Yalnız belə ekstrasenslər ən 
ali varlığın etimadını doğrulda bilər. Ekstrasens əsil insana xas olan 
bütün  simaları  özündə  cəmləşdirməyə  çalışmalıdır.  Yalnız  belə 


120
olan təqdirdə onlar xalq içərisində müəyyən müsbət mövqeyə və 
nüfuza malik ola bilərlər. Ekstrasenslərdə ümumiyyətlə, əsl insana 
xas xüsusi bir mədəniyyət olmalıdır. Çünki ona müraciət edənlər 
ən müxtəlif xarakterli şəxslər ola bilər və öz mədəniyyəti ilə eks-
trasens  onların  ən  məhrəminə  çevrilməlidir.  Əslində  mədəniyyət 
bütün insanlara xas olan ən gözəl cəhətlərdən biridir. Şüurlu var-
lıqsansa, ən azı elementar mədəniyyətin olmalıdır. Həm də qeyd 
etmək lazımdır ki, mədəniyyət ağıllı varlığa xas olan xüsusiyyətdir. 
Çünki  yalnız  ağıllı  varlıq  öz  hissiyyatı  üzərində  hökmranlıq 
edə bilər ki, bu da mədəniyyəti doğuran əsas amillərdən biridir. 
Mədəniyyət – ağılla hissiyyat üzərində hökmranlıq etmək bacarı-
ğıdır. Ekstrasens adını üzərinə götürən hər bir kəsdə mədəniyyə-
tin olması hökmdür. Əks təqdirdə o ekstrasens deyildir. Düzdür, 
burada nisbilik nəzərə alınır, lakin ekstrasens üçün mədəni səviy-
yənin ən aşağı göstəricisi, ümumi şüur səviyyəsinin qəbul etdiyi 
hal olmalıdır. 
Ağılla qəbul edilmiş hər hansı bir qərar haradasa çoxlarına xoş 
gəlməyə bilər, lakin hər bir insan, xüsusən də ekstrasenslər, həqiqə-
tin  kiməsə  xoş  gəlmədiyi  üçün  danışılmamasına  qarşı  mübarizə 
aparmalıdırlar. Həqiqət – varlıqların bir-birinə münasibətdə hadisə 
yaradan labüd hal yaşantısıdır. Kim həqiqəti ört-basdır etməyə çalı-
şırsa, o hər hansı bir hadisənin labüd hal yaşantısını gizlətməyə səy 
edir ki, bu da mümkün olan hal deyil. Çünki hər hansı bir həqiqət 
hadisələrin labüd hal yaşantısı kimi, keçən zaman müddəti ərzində 
həyatda öz izini qoyur. 
Hər hansı bir kəs həqiqət uğrunda mübarizə aparan bir kəsin, 
uğrunda mübarizə apardığı təsdiqin, nə vaxtsa aşkar olacağını bil-
məlidir. Ola bilsin ki, təsdiqi uğrunda mübarizə aparılan həqiqət o 
vaxt üçün təsdiq edilə bilinməsin, lakin bir vaxt onun təsdiqlənə 
bilmək ehtimalı həmişə var. Həqiqətin sərt üzü nə qədər acı olsa 
da o hadisələrə münasibətdə labüd hal yaşantısı olduğu üçün onun 
tarixdə izinin varlığı hökmdür. 
Ona  görə  də  həqiqəti  təsdiq  etməyə  çalışan  hər  bir  kəsə  qar-
şı kimsənin apardığı mübarizə onun səviyyəsizliyini göstərir. Bu, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə