Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə38/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   34   35   36   37   38   39   40   41   ...   77

115
yaradır ki, yaşanan hallar da onun qaranlığını tədricən azaldaraq 
sonda yox edir. 
Bütün bu düşüncələrin məhsulu kimi, qeyd etmək olar ki, həyat-
da sakit və xoşbəxt həyat sürmək istəyirsənsə, özünə rəva görmədi-
yini başqalarına da rəva görmə. Bir halda ki, sənin əməllərin, indiki 
həyatının və ölümdən sonrakı ruhunun həyatını istiqamətləndirir, 
axı  nə  üçün  də  yaxşı  əməl  sahibi  olmayasan. Yalnız  yaxşı  əməl 
sahibləri ən ali varlığa yaxın ola bilərlər. 
Ey  insan,  öz  əməllərinə  özün  cavabdehsən,  taleyin  əməlinlə 
bağlıdır. Ədalət dünyada ən orta həddir, çoxluğu da, azlığı da zi-
yanadır. Ədalət – nisbi orta həddir. Ən ədalətli qərar da haradasa 
nisbi xarakter daşıyır, tam ədalətli deyil. Ən ədalətli qərar yalnız ən 
ali varlığın qərarıdır. Ona görə də ən ali varlığın qərarlarına əməl 
etmək hökmdür. Həm də ən ali varlığın qərarları təkamülə aparan 
qərarlardır. Təkamül prosesi isə ən böyük səbəblər qrupu ilə döv-
riliyə bölünür. Sıfırdan başlayaraq, üç yüz min kilometr sürət həd-
dinədək bir hal bizim maddi aləmin materiya növüdür və bizi əhatə 
edən maddi aləmin qanunlarına tabedir. Sıfırdan əvvəlki mərhələ 
bəsit birnövlülərin tam sükunət halı olardı ki, bu da mümkün deyil. 
Çünki bəsit birnövlülərin çoxlu yalnız öz özündən başqa bir-biri 
ilə birləşmək imkanı olanları da mövcuddur ki, onların xarakterlə-
rindən yaranan daxili istəkləri onları bir birinə cəzb edir və bu da 
kainatda ilk təkanın yaranması deməkdir. 
Deməli, maddiliyin sıfırdan əvvəlki halı başqa ən böyük bir sə-
bəbin məhsuludur və materiyanın başqa növüdür. Maddiliyin sa-
niyədə 300000 min km sürət həddindən yuxarı halı isə mexaniki 
çıxışla  götürəndə  dövriliyə  aparır,  yəni  300000  km  sürətə  malik 
olan cisim hökmən parçalanıb ilk bəsit birnövlülərə çevrilir ki, bu 
da bizi əhatə edən maddiliyi ilkin materiyaya parçalamaq demək-
dir. Bu dövri bir yoldur. Lakin ikinci bir yol da mümkündür və bu 
yol ən böyük səbəblər qrupunun təkamül prosesində yaratdığı ən 
böyük səbəblərdən biridir. Bu yol bizi əhatə edən maddilikdən tə-
kamül yolu ilə yaranıb və bizi əhatə edən maddilikdən kənarda öz 
parlaq mövcudluq şəraitini tapan, ruhu halə kimi əhatə edən parlaq 


116
nurdur. Necə ki bizim maddilikdə insanın bədəninə ruhun mayası 
daxil olur və bədənlə bir yaşayır, həmin o mövcudluqda da ruh onu 
halə kimi bürüyən mövcudluqla bir yaşayır. Bax bu cür mövcudluq 
bizim maddilikdən kənarda sərbəst yaşayır. Əslində onlar da kai-
natda o cür bir şəraitdə məskunlaşırlar. Həmin mövcudluqlar üçün 
əbədi həyat mümkündür. Orada artıq zaman, məsafə, sürət öz əhə-
miyyətini itirir. Çünki o mövcudluqlar bizim materiya qanunlarına 
tabe deyillər. Deməli, ora bizim mövcud maddi aləmdən fərqli bir 
aləmdir ki, o aləmdə yalnız o mühitə uyğun mövcudluqlar yerləşir. 
O mövcudluqların yerləşdiyi aləmə düşmək üçün hökmən o mate-
riya növünə aid olmaq lazımdır. Biz o mövcudluğun varlığını dərk 
etsək də bizim fiziki quruluşumuz o mövcudluğun varlığını duy-
maq imkanında deyil. Əlavə bunu da qeyd etmək olar ki, birnövlü 
bəsitliklər yalnız özləri ilə birləşdikdə vahidliyin itirmir və bu hal 
saniyədə 300000 km sürətlərdə belə öz sabitliyini saxlayır. 
O maddiliyə düşmək üçün ikinci üsul ruhu bürüyən parlaq nu-
run sintezini bizim maddilikdən almaqdır. Bunu almağın yeganə 
üsulu  ədalətlilikdir.  Ədalətlilik  prinsipini  gözləyən  ekstrasensin 
gücü get-gedə beləcə artar. Əgər hər yerdə ədalətlilik hökm sürsə, 
bizi əhatə edən maddiliyin özü bütövlükdə o maddiliyə çevrilər. Bu 
isə yenidən doğulmaqdır, yeni bir səbəb kimi doğulmaqdır. 
Bizim yaşadığımız maddi aləmdə ən ağır proses nüvələrin bölün-
məsidir ki, bu bizim maddiliyin əhatəsindəki mərhələdədir. Parlaq 
nur istehsalı isə başlanğıc olsa da daha yeni mərhələnin bünövrəsidir. 
Atom nüvələrinin bölünməsi nüvə reaksiyalarının xüsusi növü-
dür. Bölünmə prosesi – ağır nüvənin sükunət kütləsi, bölünmə za-
manı meydana çıxan qəlpələrin kütlələri cəmindən böyük olduqda 
mümkündür. Buna görə də bölünmə reaksiyasında sükunət kütlə-
sinin azalmasına ekvivalent olaraq böyük miqdarda enerji ayrılır. 
Bu  zaman  tam  kütlə  saxlanır,  çünki  böyük  sürətlə  hərəkət  edən 
qəlpələr öz sükunət kütləsindən böyük kütləyə malik olur. 
Sükunət  kütləsi  –  məxsusi  kütlə,  nisbi  sükunət  halında  olan 
maddə hissəciyinin kütləsidir. Nüvə bölündükdə iki-üç neytron ay-
rılır. Nüvədən çıxan neytronlardan hər biri, öz növbəsində, qonşu 


117
nüvənin bölünməsinə səbəb olur və nəticədə o neytronlar da bölün-
mə doğura bilən neytronlar buraxır ki, buradan da zəncirvarı reak-
siya meydana çıxır. lakin bütün bunlar bizi əhatə edən maddi aləmə 
məxsusdur. Parlaq nur istehsalı isə tamam başa bir mərhələyə məx-
susi şəraitdir. 
Həyatda hər bir şeyin öz tutumu, duyumu, qəbul edə bilmək qa-
biliyyəti var. Bu hər bir mövcudluğun xarakterindən, quruluşundan 
yaranan haldır. Hər bir varlığı təşkil edən mövcudluqların hansı şə-
raitdə, necə birləşməyindən asılı olaraq varlığın müəyyən quruluşu 
və xarakteri yaranır. 
Bu quruluş və xarakter varlıq kimi labüdlüyündə müəyyən for-
ma və məzmuna malik olduğu üçün onun spesifik tutumu, duyumu 
və qəbul edə bilmək qabiliyyəti olacaqdır. Hər hansı bir mövcudlu-
ğa münasibətdə bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. İnsan 
da mövcudluqdur. İnsanın da quruluşu və buna müvafiq xarakter 
və imkanları var. İnsanın varlıq kimi mövcudluğu bizi əhatə edən 
maddi aləmin böyük səbəblər qrupuna daxildir. İnsan öz quruluşu-
na görə bir çox üstünlüklərə malikdir ki, bunlardan da ən önəmlisi 
həyat təcrübəsi əldə etmək imkanıdır. 
İnsan öz quruluşundakı üstünlüyə görə Yer kürəsində yaşayan 
canlılar üzərində hökmranlıq etmək qabiliyyətinə malikdir. Lakin 
ən ali varlıq mövcudluqlara üstünlük verəndə onun başqa canlıla-
ra münasibətdə halını və imkanlarını nizamlayır ki, təbii tarazlıq 
vəziyyəti pozulmasın. İnsan Yer kürəsindəki mövcudluqlar içəri-
sində  ən  mükəmməli  olduğu  üçün,  onun  başqa  canlılar  üzərində 
hökmranlıq  etmək  ehtimalı  nəzərə  alınıb  və  insan  təfəkkürünün 
formalaşması üçün şərait yaradılıb. Hadisələrə ağılla münasibəti-
ni bildirən insan çox gözəl anlayır ki, təbii tarazlıq qorunmalıdır. 
Əks təqdirdə dünyamız məhv olar. Deməli, ya mövcud varlıqlarda 
hökmranlıq etmək imkanı artdıqca, əks tərəfin də ondan müdafiə 
olunmaq qabiliyyəti inkişaf edir, ya da hökmranlıq etmək qabiliy-
yəti olan varlığın öz təfəkkür səviyyəsi o halda olur ki, təbii tarazlı-
ğın saxlanılmasının əhəmiyyətini anlayır. İnsan Yer kürəsində olan 
mövcud varlıqlar içərisində belə bir mövqeyə malikdir. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə