Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə46/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   42   43   44   45   46   47   48   49   ...   77

139
ruh rahatlanır, pis haldırsa, sıxılır. Lakin çox zaman insan sonrakı 
nəticələri  düşünülməmiş  vasitələrlə  bədənin  rahatlığını  təmin  et-
məyə çalışır. Belə rahatlıqlar ruh üçün çox zaman müvəqqəti rahat-
lıqlar yaradır. Ruh belə olan təqdirdə iki hal yaşayır: bədənin rahat-
lığını təmin edən hal və ondan sonrakı hal. Ruh bu yaşantını ilk 
dəfə  həyat  təcrübəsi  kimi  dərk  edir  və  ya  kimsələr  tərəfindənsə 
daha zərurilərini öyrənib ağıl toplantısında qərarlaşdırır. Nəhayət, 
öz həyat təcrübəsindən və biliklər toplusundan ağıl dərk edir ki, ən 
yaxşı hal bədənə rahatlıq halını yaradan o haldır ki, son nəticədə bu 
rahatlıq halının ləzzəti getsə də onun nəticəsində yaranan əməllərin 
həyatdan daim gələn xoş qıcıqları davam etsin. Bu ruhun daim ra-
hatlığını  təmin  edən  haldır.  Ən  ali  varlıq  insanı  ümumi  təkamül 
prosesində iştirakçı olan bir vasitə kimi yaradanda ona böyük eti-
mad göstərmişdir. Etimadı doğrultmayanların isə cəzası daha bö-
yük olur. Ey insan, sənə göstərilən etimadı doğrultmağa çalış. Əks 
təqdirdə böyük bəlalar və iztirablarla qarşılaşmış olarsan. Ey insan, 
sənə göstərilən etimaddan sui-istifadə etmə. Əks təqdirdə səni ya-
radanın amansız cəzalarının sarsıntılı halını yaşayarsan. Həyatda 
yeganə bir doğru yol var, o yol da ən ali varlığın ədalət yoludur. 
Kim bu yolun yolçusu olarsa, o, yaşadığı bu maddi aləmdə və ruhi 
aləmdə öz sakit və xoşbəxt həyatını təmin etmiş olar. Xüsusilə eks-
trasenslər ən ali varlığın ədalət yolunun yolçusu olmağa çalışmalı-
dırlar.  Ekstrasens  əxlaq  kodeksinə  riayət  etməyənlərin  cəzası  la-
büddür.  Ən  ali  varlıq  ekstrasenslərdən  bir  vasitə  kimi  istifadə 
etməklə bir çox insanlara öz həmcinsləri tərəfindən ən ali varlığı 
daha yaxından dərk etdirmək məqsədi güdür. Ekstrasenslər isə ən 
müxtəlif səviyyəli olduğundan onlara verilən qabiliyyət və üzərinə 
düşən tapşırıqlar da ən müxtəlif səviyyəlidir. Ekstrasenslər də üzə-
rinə düşən məsuliyyəti ən müxtəlif dərk səviyyələrində hiss edirlər 
və o səviyyədən də çıxış edirlər. Lakin ekstrasens hansı səviyyəli 
olur olsun, ən ali varlığın etimadın doğrultmağın məsuliyyətini öz 
üzərində hiss etməlidir. Bir halda ki, ən ali varlıq sınağa çəkdiyi 
insandan məsuliyyət tələb edir, deməli, haradasa bir və ya bir neçə 
sahədə ümumi şüur səviyyəsini qabaqlayan kəslərin fəaliyyətində-


140
ki məsuliyyət hissi daha böyük olmalıdır. Haradasa doğumla ölüm 
arasındakı sərhədin müəyyən mərhələsindəki yaşanan halın öz sa-
bitliyi ilə sənin hansı məsuliyyət daşıdığına nişanədir. Ey insan, hər 
vaxt doğru yola qayıtmaq üçün fürsət var, bu fürsəti əldən vermə. 
Ən ali varlıq yalnız doğru yol yolçularını sevir və onlara hörmət 
edir.  Belə  fərz  edək  ki,  bizi  əhatə  edən  maddiliyin  0  böyükdür 
300000 km/san arasında olan sürət həddini dayandırmaq mümkün-
dür.  Belə  olan  təqdirdə  hərəkət  sürəti,  nəhayət,  sıfıra  enəcək  və 
mütləq tam sükunət yaranacaq. Əgər mütləq tam sükunət yaransa, 
bizi əhatə edən maddiliyi təşkil edən bəsit birnövlülər arasında ca-
zibə qüvvəsi itəcək və bizi əhatə edən aləm bəsit birnövlülərə par-
çalanıb dağılacaqdır. Düzdür, belə bir hal təcrübə cəhətcə mümkün 
deyildir,  çünki  bəsit  birnövlülərin  bir-biri  ilə  birləşmək  imkanı 
olanlarının arasındakı daxili tələbat onları bir-birinə cəzb edir və 
ilk təkanı yaradır. Lakin nəzəri cəhətdən bu mümkündür ki, bəsit 
birnövlülər tam sükunət halında elə bəsit birnövlü kimi qalmalıdır-
lar. Yəni bu halda sürət olmazdı və bütün bunlarla bərabər məsafə 
və zaman haqqında da anlayış olmazdı. Ümumiyyətlə, vaxt əsasən 
kiçik  səbəblər  qrupunun  maddiliklər  arasındakı  yerdəyişməsini 
göstərir. Zaman isə əsasən kainatın varlığının ölçü meyarıdır. Düz-
dür, bəzən bu, məfhumların hər ikisini bir-birini əvəz edən yerlərdə 
işlətmək olar. Lakin zaman daha ümumi məfhumdur. Belə təsəvvür 
edək ki. kainat ilk başlanğıc halındadır, yəni tam sükunətdədir. Nə 
ilk səbəb, nə də ilk təkan var. Əgər bunlar yoxsa, deməli, bizim 
qəbul etdiyimiz maddiliyə uyğun yaşantı da yoxdur. Əgər yaşantı 
yoxdursa, deməli, məsafə və zamandan söhbət gedə bilməz. Mə-
safə – haradasa bir obyektdən çıxışdır. 
Zaman  –  haradasa  bir  obyektin  mövcudluğunun  yaşantısıdır. 
Əgər məsafə və zaman yoxsa, deməli, obyekt-mövcudluq yoxdur. 
Lakin bütün bunlar bizi əhatə edən maddi aləmin qanunları ilə belə 
qəbul edilir. Əslində tam sükunət halı yaratmaq mümkün olsa belə, 
yenə də hər halda mövcudluq qalır. Bizi əhatə edən maddi aləmin 
qanunlarına görə o mövcudluq yaşamasa da bizi əhatə edən maddi 
aləmdən  kənarda  olan  bir  mühitin  öz  qanunlarına  görə  o  hal  da 


141
bir yaşantıdır. Lakin belə halda sürət sıfır həddində olur. Deməli, 
mövcudluğa təsir edən başqa qıraq təkan, eləcə də mövcudluğun 
öz daxili təkanı da yoxdur. Bu hal əbədi, lakin ölü bir həyat olar-
dı. Mütləq sükunət yaratmaq mümkün olsa, belə olar. Maddiliyin 
bundan sonrakı halı bizim yaşadığımız aləmdir: 0 (sıfır) kiçikdir 
300000 km/san hərəkət sürəti həddinə qədər. Bu aləm müxtəlif nis-
bi hərəkət sürətlərində, əlbəttə ki, 0 (sıfır) kiçikdi 300000 həddi 
daxilində bir-biri ilə birləşmək imkanı olan birnövlü bəsitliklərdən 
təşkil edilmiş materiya növüdür. Ruh ən müxtəlif materiya növlə-
rinə nüfuz edə bilir, o cümlədən bizi əhatə edən aləmdəki maddi 
varlıqlardan da bir vasitə kimi istifadə edir. 
Həm də bizi əhatə edən maddi varlıq daha yüksək dərkə malik 
mövcudluqların təkamül prosesinin yaranmasında iştirakçı olaraq, 
bizim maddiliyin materiya növündən daha yeni bir doğum hazır-
layır. Bu sintez olunan məhsul parlaq nurdur. Belə hesab edək ki, 
bizi əhatə edən aləmə saniyədə 300000 km sürətinə bərabər hərəkət 
sürəti verdik. Bu zaman bizi əhatə edən aləmi təşkil edən ilk bə-
sit  birnövlülər  arasında  cazibə  qüvvəsi  bəsit  birnövlülərin  qabil 
ola biləcəyi cazibə qüvvəsini qoparacaq bir hal yaradan vəziyyətə 
düşər və bizi əhatə edən aləm ilk bəsit birnövlülərə parçalanar. La-
kin tam sükunət halından fərqli olaraq, bu bəsit birnövlülər saniyə-
də 300000 km sürət həddində hərəkət edən bir halda olacaqlar. Bu 
da bəsit birnövlülərin varlıq kimi mövcudluğunun belə bir yaşan-
tısıdır. Lakin bəsit bir-biri ilə birləşmək imkanı olan birnövlülərin 
başqa cür yaşantı halı da vardır ki, o, xüsusilik təşkil edir və bizim 
materiya qanunlarına tabe deyildir. Bu hal bir-biri ilə birləşmək im-
kanı olan bəsit birnövlülərin hər hansı birinin yalnız bir növünün 
başqaları ilə deyil, ancaq özü ilə birləşməsindən alınan mövcud-
luğun  hal  yaşantısıdır.  Bu  cür  mövcudluqlar  nüfuz  olunan  ruhla 
birlikdə bir varlığın yaşantısında yalnız iki növdən ibarət olur və 
bizi əhatə edən aləmin materiya qanunlarına tabe olmur. Onlar bu 
şəkildə 300000 km/saniyədən kiçik sürətlərdə belə bizi əhatə edən 
aləmi keçib gedə bilərlər. Belə varlıqlar insandan daha çox dərkə 
malikdirlər. Onlarda maddiliyə demək olar ki, meyil yoxdur, əgər 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə