Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə25/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

76
mək olduğu üçün, ekstrasenslər hökmən ən təmiz, ağıl səviyyəsinə 
görə ümumi şüur səviyyəsindən bir qədər yuxarı, ümumiyyətlə, əx-
laqlı şəxslər olmalıdırlar ki, onların göstərdiyi yol doğru və ədalətli 
olsun. Ekstrasens olmaq müsbət mənada ümumi kütlədən seçilmək 
deməkdir. Hansı ekstrasens adı daşıyan bu şərtlərə əməl etmirsə, 
onda o ekstrasens deyildir və öz cəzasını ən ali varlığın etimadını 
doğrultmadığı üçüm hökmən alacaqdır. 
Ekstrasens olmaq sənə müraciət edənlərin halına nüfuz etdiyin 
üçün onların sevincini, kədərini, ağrısını yaşamaq deməkdir. Han-
sı ekstrasens belə deyilsə, o ona müraciət edənə əsaslı köməklik 
göstərə bilməz. Ekstrasensin hissiyyatı ona müraciət edəndən nə 
isə tələb mənbəyinə çevrilməməlidir. 
Hansı ekstrasens adlandırılan belədirsə, onda o, ekstrasens de-
yil, həm də ən simasız şəxsiyyətdir. Onsuz da ən ali varlıq hər şeyə 
nüfuz edir. O, yanlış yol tutanların sonunu puçluğa çevirir. Ən ali 
varlıqdan gizli şey yoxdur kainatda. 
Yer kürəsi yaşayış məskəni kimi kainatda yeganə deyildir. Kai-
natda milyonlarca, bəlkə də daha çox yaşayış məskənlərinin olması 
mümkündür. Əvvəlcə götürək Yer kürəsini. Burada bizim duyub 
hiss etdiklərimiz, yəni bizim fiziki quruluşumuzun imkanları daxi-
lində dərk etdiyimiz varlıqlar mövcuddur. Lakin ola bilər ki, bi-
zim duyğu orqanlarımızın qəbul edə bilməyəcəyi quruluşda möv-
cudluqlar da ola bilsin ki, bizimlə bir kürədə yaşayır və biz onun 
varlığını hiss etmirik. İkinci bir tərəfdən belə hesab etmək olar ki, 
kainatın ən müxtəlif yerlərində bizə oxşar olan və bizə oxşar olma-
yan varlıqların mövcudluğu mümkündür. Çünki ta qədimdən in-
diyə qədər müxtəlif zaman mərhələlərində Yer kürəsində səmadan 
gəlmiş ən müxtəlif quruluşlu varlıqlar müşahidə olunmuşlar. Yəni 
bu o deməkdir ki, başqa planetlərdə də həyat mövcuddur. Lakin bu 
heç də o demək deyildir ki, mövcud olanlar elə bunlardır. Başqa 
planetdə  yaşayan  varlıqlar  çox  mümkün  ki,  maddiliklə  bağlı  iki 
qrupda olsunlar: bizdən daha inkişaf etmiş səviyyədə; bizdən ibti-
dai səviyyədə. Yer kürəsinə təşrif buyuranlar, görünür, bizdən daha 


77
mükəmməl quruluşa və ağıla malikdirlər ki, onların düzəltdiyi ci-
hazlarla daha uzaq məsafələrə təhlükəsiz səyahət etmək olur. 
Belə də ola bilər ki. ya bəziləri bizdən çox-çox uzaqlarda yaşa-
yır və bizim planet haqqında məlumata malik deyillər və ya ibtidai 
bir formadadırlar, Yer kürəsi onlara səviyyələrinə görə əlçatmazdır. 
Hər halda bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Yer kürəsi 
kainatda yaşayış məskəni kimi yeganə deyildir. 
Yerdənkənar varlıqlar, əsasən, iki qrupa bölünürlər. I. Başqa pla-
netlərdə yaşayanlar. Maddiliklə bağlı formatiplər (naməlum uçan 
obyektlərdə zühur edənlər); II. İnsanlara və NUO-da zühur edənlə-
rin özünə belə nəzarət edə bilən varlıqlar (mütləq ruh şəklində və 
ya bir-biri ilə birləşmək imkanı olan birnövlü bəsitliyin yekcinsi 
şəklində). Maddiliklə bağlı formatiplərin quruluşu mükəmməlləş-
dikcə bizim maddiliklə bağlı sıxlığımız azalmalıdır. Çünki ibtidai-
dən aliyə doğru inkişaf edən hər bir maddi varlığın aliliyə yüksələn 
ruhu daha güclü və böyük olur ki, o da tədricən maddiliyin yerini 
tutur. Ruh isə bizim maddi aləmin qanunlarına tabe olmadığından 
kənardan baxanda heç bir əlaməti hiss olunmur. Yaxud da ruhun 
örtük kimi istifadə etdiyi bədəndə yekcinslilik daha çox olur. Hər 
iki halda bədəndə maddilik az olur ki, o da bizim maddi aləmdə 
daha az sıxlığa malik olan varlıq kimi görünür. Həm də belə ma-
teriya mövcudluqları, maddilik zəminində öz şəkillərini dəyişmək 
imkanına malikdirlər. Hətta onlar iynənin gözündən belə, nazilən 
qaz  şırnağı  kimi  süzülüb  keçə  bilərlər  və  yenidən  o  biri  tərəfdə 
istənilən və ya öz formalarını ala bilərlər. Mütləq ruh şəklində və 
ya bir-biri ilə birləşmək imkanı olan birnövlü bəsitliyin yekcinsi 
şəklində zühur edənlər isə bizim maddi aləmin qanunlarına tabe 
deyillər  və  onlar  NUO-ların  özünə  belə  nəzarət  etmək  imkanına 
malikdirlər. Onlar bizim maddi aləmdə nəzərə çarpırsa, haradasa 
bizi əhatə edən maddilikdən örtük kimi istifadə edirlər. 
Yer  kürəsinə  gələn  səmalıların  hamısı  müxtəlif  məqsədli  ola 
bilərlər. Lakin qeyd etmək lazımdır ki, hər iki qrupa daxil olanlar 
haradasa  bizdən  üstün  biliyə  malikdirlər  ki.  biz  onların  yaşadığı 
məkana gedə bilmədiyimiz halda onlar bizim məkana gələ bilirlər. 


78
Əksər hallarda da üstün biliyə malik olanlarda da humanist meyil-
lər çox olur. Ancaq xüsusilə qeyd etmək lazımdır ki, mütləq ruh 
şəklində  peyda  olanlar  əksər  hallarda  yaxşılıqlar  etmək  məqsədi 
güdürlər. NUO-larda gələnlər isə heç də həmişə yaxşı məqsədli ol-
murlar. Gələnlərin nisbətində yaxşılıq və pislik meyilləri təxminən 
yarı  yarıyadır.  NUO-larla  gələnlə,  yəni  maddiliklə  bağlı  olanlar 
əsasən üç məqsədli olurlar: yeni kəşf etdikləri təbiəti və orada ya-
şayan varlıqları öyrənmək, təcavüzkar xarakterli yanaşmalar, kai-
natdakı ümumi tarazlığa xələl gətirəcək çatışmazlıqları bacardıqla-
rı qədər aradan qaldırmaq. 
Mütləq ruh və ya yekcins bəsitlik kimi peyda olanlar isə əsasən 
ədalətsizliklərin qarşısını almaq, ali varlıqları düzgün yola dəvət 
etmək və ya ali varlıqları nəfslərini sınağa çəkmək, çox az hallarda 
isə onların nəfslərinin qulu olmasından həzz almaq. Ancaq bütün-
lükdə götürdükdə isə səmalılar əsasən yaxşı məqsədlər üçün bizim 
planetimizə təşrif gətirirlər. 
Həm də onlar çox yaxşı bilirlər ki, Yer kürəsindəki hər hansı 
bir ekoloji pozğunluq istər-istəməz bir vaxt onların həyatına da öz 
mənfi təsirini göstərə bilər. Həm də onlar çox gözəl anlayırlar ki, ən 
ali varlıq hər şeyə nüfuz edir. Hər şey onun nəzarəti altındadır. Ən 
ali varlığın iradəsinin əksinə getmək olmaz. Ən ali mütləq ruh – ən 
ali idarəedəndir. Ən ali parlaq ruh – mövcudluqların ən alisi oldu-
ğundan onun nəzarəti hər yerdə hiss olunur. Mövcudluğun bir növ 
xassəsindən artıq imkanı olmayan mövcudluq öz-özü ilə birləşib 
böyük, hədsiz böyük potensial imkana malik olur ki, buna da ən 
böyük ali ruh deyirlər. 
Ən böyük ali ruhun yerdə qalan başqa mövcudluqlarda olmayan 
əsas xüsusiyyəti odur ki, ona qaranlıq – zülmət sirayət edə bilmir, 
əksinə, zülmət ən ali parlaq ruhun cüzi ziyası qarşısında geri çəki-
lir. Ən ali ruhun idarəedicilik cəhdi və qüdrəti ondadır ki, o, bütün 
maddiyyatın birlikdə cəminə nüfuz edib, onun halını yaşayır və bu 
vasitə ilə bütün maddiyyata təsirini, özü də nizamlı, məqsədyönlü 
təsirini hiss elətdirir, ibtidaidən aliyə doğru təkamül prosesinə şəra-
it yaradır. Ən ali varlıq əbədiyyətə qovuşan ən böyük mövcudluq-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə