Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə21/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

64
lərimiz vasitəsi ilə dərk edirik. Bu bizim bədənimizə aid olan üzv-
lərdir. Lakin insan öz ruhunun nüfuzetmə gücündən demək olar ki, 
tam istifadə etmir. Çünki insanda maddilik çox olduğu üçün o, hər 
şeyə öz münasibətini maddiliklə bağlı hissiyyatından doğan həyat 
təcrübəsi və ya öyrəndiyi biliklərlə bildirir. Lakin ruhun gücündən 
istifadə etdikdə sən qarşındakı obyektə nüfuz edirsən, onun halını 
yaşayırsan və o halda müəyyən məlumatları özününküləşdirirsən. 
Soruşula bilər, axı bunu necə etmək mümkündür? Ancaq bunun 
üçün insanları qınamaq olmaz. Təbiət insanları yaradanda nisbətən 
onların ruhilikləri arasında fərq qoymuşdur ki, bu da özünü həyat-
da göstərir. Lakin ən ali varlıq insanlara öz ruhiliklərini inkişaf et-
dirmək üçün də imkan vermişdir. Bu zəhmətlə qazanılan düzgün 
istiqamətdə bilikləri öyrənməkdir ki, nəticəsi ağılı artırır və ağılla 
öz hissiyyatı üzərində hökmranlıq edən şəxs üçün ruhun parlaqlı-
ğını və gücünü artıran, nur əldə etmək imkanı olur. Nəticədə həmin 
şəxs öz zəhməti hesabına qarşısındakı obyektə nüfuz etmək imka-
nı qazanır. İnsanlarda hələlik maddilik ruhilikdən üstündür. Lakin 
bəşəriyyət tarixində tək-tək şəxsiyyətlər olub ki, onlar ən ali varlı-
ğın sevimli bəndələri olublar və onlarda ruhilik maddilikdən üstün 
olub. Onların müəyyən hərəkətləri bizim materiya qanunlarına tabe 
olmayıb. Məsələn, həmin şəxslər başqa bir məkanda olduğu halda, 
başqa  bir  məkanda  onu  görənlər  olub  və  sairə.  Deməli,  insanlar 
ruhun gücündən istifadə etməklə daha çox bilik və qabiliyyət əldə 
etmək imkanına malik ola bilərlər. Bəzən belə düşünürlər ki, in-
sanlar haradasa altıncı, yeddinci, lap səkkizinci duyğu orqanlarına 
malikdirlər. Əslində bunu başqa cür qəbul etmək daha yaxşı olar: 
insanın bədəni beş duyğu üzvünə malikdir. İnsanın ruhu isə nüfuz 
edərək hər bir maddi varlıq haqqında bütün məlumatları özünün-
küləşdirmək imkanına malikdir. 
Varlığın məlumatını özününküləşdirmək isə onu təhrik etmək 
deməkdir. Ona görə də hər kəs çalışmalıdır ki, ən müxtəlif səviy-
yələrdə öz ruhunun gücündən istifadə etsin: ya təbiətin verdiyi pay 
kimi, ya da özü həyatda zəhməti hesabına qazandığı yaxşılıqlardan 
yaranan parlaq nur kimi. 


65
İnsanın fiziki quruluşu elə qurulub ki, o, müəyyən hədd daxilin-
də dünyaya nüfuz edə bilər. Lakin nə etmək olar ki, biz dünyaya 
belə labüdlük formasında gəlmişik, əslində xoşbəxtik ki, beləyik. 
Bir halda ki belədir, insan öz məsuliyyətini hiss etməlidir. Yəni ona 
müəyyən sərhədlər daxilində olsa da müəyyən üstünlüklər verilib. 
Ən ali varlıq tərəfindən göstərilən etimadın da məsuliyyəti böyük 
olmalıdır. İnsan bu məsuliyyəti yaşadığı müddət ərzində dərk et-
məli və öz əməllərində nümayiş etdirməlidir. Yalnız yaxşı əməl sa-
hibləri və ən ədalətli olan kəslər son nəticədə ən ali varlığın daha 
böyük  mükafatına  layiq  ola  bilərlər.  Öz  hissiyyatının  qulu  olub 
maddi nemətlərə özünü və nəfsini qurban edənlər üçün isə cəza la-
büddür. Həyatda ən ali varlığın etimadını doğrultmamaqdan böyük 
yanlışlıq yoxdur, belə olan təqdirdə özün öz gələcəyini zərbə altına 
qoymuş olursan. Ancaq yanlış yoldan qayıdan hər kəsi ən ali varlıq 
həmişə bağışlayar. 
Təbiətin verdiyi paydan və ya öz zəhmətinlə, ağlının gücü ilə 
əldə etdiyin üstünlüklərlə heç vaxt sadəlikdən uzaq olma. Ekstra-
senslər ümumi kütlənin şüur səviyyəsindən bir az fərqli xüsusiy-
yətlərə malik olduqları üçün daha çox diqqət altında olurlar. Ona 
görə də onların hər bir hərəkətinə müəyyən qiymət verirlər. Əlbəttə, 
onların da müxtəlif səviyyəliləri var və bəzən öz səviyyəsini düz-
gün qiymətləndirməyən bir ekstrasens haradasa həyata keçirə bil-
məyəcəyi və ya isbat edə bilməyəcəyi bir haldan çıxış edir. Belə bir 
vəziyyət isə gec tez ona qarşı olan inamı itirir. Həm də bu, üstəlik 
ondan səviyyəli ekstrasenslərə qarşı inamsız bir fikir formalaşdırır. 
Ekstrasens çalışmalıdır ki, mənfi mənada bir insan kimi ümumi 
kütlədən  seçilməsin.  Ekstrasens  öz  bacarığının  imkanlarını  mənfi 
işlər üçün istiqamətləndirməməlidir. Çünki hər bir kəsin fəaliyyə-
tinə ümumi kütlə tərəfindən rəy verilir. Ekstrasensin əməlləri prak-
tikada  özünü  doğrultmasına  rəğmən,  əgər  ümumi  kütlənin  mənfi 
rəyini qazanırsa, o ekstrasensin hörməti olmaz. Əslində ümumi küt-
lədən müsbət mənada seçilmək yaxşı mənada qiymətləndirilən hal-
dır. Ancaq ümumi kütlədən mənfi mənada seçilmək cəmiyyət üçün 
zərərlidir. 


66
Hər bir kəs, o cümlədən ekstrasenslər də görəcəyi hər bir işin fay-
dalılığını nəzərə almalıdır ki, son nəticədə nüfuzuna xələl gəlməsin. 
Bütün  insanların  arasında  təbiət  müəyyən  nisbi  fərqlər  yarat-
mışdır.  O  cümlədən  də  ekstrasenslərin  arasında  müəyyən  nisbi 
fərqlərin  olması  qanunauyğun  haldır. Ancaq  çox  yaxşı  olardı  ki, 
hər bir ekstrasens öz səviyyəsinə uyğun hərəkət etsin. Onsuz da 
səviyyəsini bilməyənləri həyat öz sərt sınaqları ilə cəzalandırır. Hə-
yatın yanlış yola düşənlərə, öz həddini bilməyənlərə verdiyi dərs 
amansız və sərt olur. 
Təbiidir ki, təbiət ekstrasenslərə başqalarından xeyli dərəcədə 
kəskin seçilən qabiliyyət vermişdir. Ekstrasenslər öz qabiliyyətlə-
ri  ilə  başqalarının  edə  bilmədiyi  nəyi  isə  nümayiş  etdirə  bilirlər. 
Deməli, ekstrasenslər öz qabiliyyətlərini praktikada tətbiq etmək 
imkanına  malikdirlər.  Lakin  bütün  ekstrasensor  qabiliyyəti  olan 
kəslər öz biliklərini faydalı işlərəmi yönəldirlər? Bax, əsas məsələ 
bundadır. Hər kəsdə öz xarakterindən yaranan müəyyən xüsusiy-
yətlər vardır ki, onlar insanların müəyyən hərəkətlərini instinktiv 
istiqamətləndirir. Yalnız ağılla belə instinktiv istiqamətlərin qarşı-
sını müəyyən şəkildə alıb, ədalət prinsipinə əməl etmək olar və ya 
öz  qabiliyyətlərini  ədalətsizliklərə  qarşı  yönəltmək  mümkündür. 
Ekstrasens  hər  hansı  bir  sahədə  öz  biliyindən  yalnız  faydalı  bir 
tərzdə istifadə etməlidir. Öz biliyini xalq üçün faydalı bir tərzdə 
istifadə etməyən ekstrasensin həyatını faciəli bir sonluq gözləyir. 
Bu sonluq ən ali bir varlığın etimadını doğrultmayan bir kəsin öz 
əməllərinə uyğun labüd faciəsidir. Ekstrasensor qabiliyyətinə ma-
lik olan kəslər haradasa öz işinin faydalılığına əmin olmayınca nə-
ticə göstərməməlidir. Çünki xalq üçün faydalı olmayan bir iş ya 
özünü, ya da kimsənin mənafeyinə xidmət etmək deməkdir ki, nə-
ticəsi xalq içərisində itəcək bir nüfuz sahibi olmağınla yekunlaşır. 
Xalqına, insanlığa xidmət edən ekstrasenslərin nüfuzu isə həm 
xalq içərisində artar, həm də ən ali varlıq tərəfindən qiymətləndi-
rilər. Ekstrasenslər öz hərəkətləri ilə ümumi insanlara bir nümunə 
olmalıdır.  Əks  təqdirdə  xalqın  ürəyində  sən  özünə  yer  tapa  bil-
məzsən, bu mütləq belə olmalıdır. Xalq içərisində nümunəvi qəbul 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə