Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə17/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

52
Dünyada  izahedilməz  heç  bir  şey  yoxdur.  İzahedilməzlik  ha-
radasa səbəbini bilmədiyin hadisə haqqındakı yanlış fikirlərindən 
doğan vəziyyətdir. Dünyaya nəzər sal, həyat xaosdan ibarət deyil-
dir. Dünya öz al-əlvan çalarları ilə hər an ən ali varlığı təsdiqləyir. 
Mövcudluqlar birləşir, dağılır və yenidən birləşir və onlar başqa 
varlıqların yaranmasında səbəbə çevrilirlər, lakin öz nizamlarından 
dönmürlər. Bu nizamlı hərəkətin arxasında isə ən ali varlığın parlaq 
idrakı dayanır. Ən böyük idrak sahibi ən Böyük Yaradandır. 
Həyatın nizamında bir pozulmaz qayda da vardır, bu qaydaya 
görə hər bir insanın öz dünyasında müsbət ilə mənfinin cəmi bir-
ləşib vahidlik əmələ gətirir. Həm də bir maraqlı cəhət vardır ki, 
onlardan biri azalanda digəri artır. Yəni özünü təmizləşdirib saflaş-
dırdıqca mənfilik həmin miqdarda azalır və azalan həmin miqdarda 
mənfiliyin yerini təmizlik, saflıq tutur və ya əksinə, mənfilik – qara 
fikirlərin artdıqca təmizliyin bir o qədər itir. 
Əsasən  dahilər  də  bu  qəbildəndir.  Müxtəlif  elmlərə  hədsiz 
maraq dahiləri daha saf və təmiz etmişdir. Hətta bəzən onlar adi 
normal kəslərin etdikləri sadə fırıldaqları belə başa düşmürlər. Öz 
qəlbləri təmiz olduğu üçün hər bir kəsə inanırlar. Çünki dünyaya öz 
qəlblərinin gözü ilə baxırlar. 
Dahilik həm də təmizlikdir, onların qəlbi uşaq qəlbi kimi sadə 
və təmiz olur. Bu başqa cür ola da bilməz, zərurətdir. Çünki əgər 
dahilərin öz aləmindəki düşüncələrində qara fikirlər müəyyən yer 
tuta bilsə, onda daha geniş mənada elmlə və bəşəriyyətin mənafeyi 
üçün çalışmağa istənilən səviyyədə səy edə bilməzlər. 
Ən ali varlığın belə bir ədalət qanunu var, haqq nahaqdan üstün 
olmalıdır.  Nahaqlıq  nadanlıqdan  yaranır.  Nadan  adamlar  isə  heç 
vaxt dahi ola bilməzlər. Çünki onların xarakterində dahilik üçün 
yer yoxdur. 
Ədalətli  şəxslər  isə  öz  xarakterlərinə  görə  daha  da  böyük  in-
kişaf etmək şəraitinə malikdirlər. Həyat öz sonsuz sualları ilə hər 
an insan qarşısında dayananda yalnız haqqın və ədalətin gücü ilə 
özünə  yol  seçənlər  dahilik  səviyyəsinə  yüksələ  bilərlər.  Dahilik 
bəşəriyyətin yabanı çiçəklərindən hörülmüş bir çələngdir ki, hara-


53
dasa parlaq zəkanın zəhmətinin məhsuludur. Dahilik bəşəriyyətin 
ən yüksək zirvəsi, dəlilik bəşəriyyətin ən aşağı pilləsidir. Lakin da-
hiliklə dəlilik bir çevrənin əks qütbləri olduğundan haradasa bir-bi-
rinə yaxın bir məsafədə dayanırlar. Dahiliklə dəlilik arasında pərdə 
çox nazikdir, ancaq keçilməzdir. Dahilik spiral şəkilli bir inkişafla 
haradasa dəliliyə yaxın bir məsafədən ötüb keçir. Əgər belə demək 
mümkünsə, dəliliyin özündə ibtidai bir dahilik var. Bu belədir ki, 
dahilər dəlilərin həyat təcrübəsinin yanlış qavranılmasından çıxarı-
lan müəyyən nəticələrini ən müxtəlif üsullarla, bəzən elmi yollarla 
faydalı tərzə gətirə bilərlər, yəni hər cür xaosdan bir nizam yarada 
bilərlər. 
Ancaq hər cür düşüncəylə yanaşı çox aydın bir fikir vardır ki, 
dahilik yalnız normal, sağlam bədən sahiblərinə xasdır. Bir də da-
hilik  təbiətin  insana  ən  gözəl  bəxş  işidir  ki,  bir  növ  xarakterdən 
yaranır. 
Xarakterində  elmlərə  güclü  öyrənmək  meyli  olan,  daxilində 
ruhu hər bir şeyi bilməyə can atan hər bir kəsin taleyində dahiliyə 
yetişmək şəraiti var. Böyük Yaradan varlıqları yaradanda onların 
xarakteri ilə öz sözünü demişdir. Ən dolğun xarakter sahibi ən ali 
varlıqdır. 
Bizi əhatə edən maddi aləmdən kənarda yalnız bir növdən olan 
müxtəlif bəsitliklər mövcuddur ki, onların həyatı əbədidir. O bə-
sitliklər  özləri  də  iki  qrupa  bölünür:  Birincisi,  yalnız  öz  növünə 
birləşmək imkanı olanlar. Bircə özü ilə birləşə bilmək imkanı olan 
bəsitliyin yalnız bir növü var ki, biz onu ruhun mayası adlandırırıq. 
Bir-biri ilə birləşə bilmək imkanı olan bəsitliklər isə ən müxtəlif 
sayda ola bilərlər. Bu bəsitliklərdən ikincilər – yəni bir-biri ilə bir-
ləşmək imkanı olanlar bizi əhatə edən aləmə nüfuz etdikdə başqa 
maddələrlə birləşib məzmun dəyişməsi ilə öz əvvəlki həyatlarını 
itirə bilərlər. Çünki bizim maddi aləmə nüfuz edən ruhun mayasın-
dan başqa, yəni yalnız öz növü ilə birləşə bilmək imkanı olandan 
başqa, digər birnövlü bəsitliklər nüfuz etdikdə əvvəlki məzmunla-
rını itirirlər. 
Onların mövcud olduğu yerdə, yəni varlıqla yoxluğun qovuşdu-
ğu yerdə əbədi həyata əməl olunur. Yəni bəsit birnövlülərin möv-


54
cudluğu məsafə, sürət və zamanı özündə birləşdirir. Bir sözlə, onlar 
istədiyi vaxt istədiyi yerdə olurlar, yəni əslində elə həmişə istənilən 
yerdədirlər. Belə bir hala isə yalnız və yalnız işıq sürətlərindən bö-
yük sürətlərdə, eləcə də materiyanın xüsusi bir formasında nail ol-
maq olar. Yalnız işıq sürətindən böyük sürətlərdə bizi əhatə edən 
maddi aləmin hər hansı bir mövcudluğunu bəsit birnövlülərə par-
çalamaq mümkündür ki, bu zaman yaranan bəsit birnövlülər bizi 
əhatə edən maddi aləmin fiziki qanunlarının tabeliyindən çıxırlar və 
yoxluğa qovuşurlar. Yəni bütün maddi aləmin cazibəsindən çıxmış 
birnövlü bəsitlik kainatın boşluğuna düşür. Ona bəsit olduğu üçün, 
heç  bir  xarici  və  daxili  təsir  olmur.  Onun  üçün  məsafə,  sürət  və 
zaman itir. Yəni o özü üçün ayrıca kiçik bir maddi aləm olur, ona 
xarici və daxili təsirlər olmadığı üçün o, əbədi həyata malik olur. 
Deməli, mövcudluq kimi var olmaq üçün heç bir şərt yoxdur. 
Lakin varlıq kimi mövcud olmaq üçün hökmən müəyyən şərtlərə 
əməl  olunmalıdır.  Ruh  birnövlü  bəsitliyin  yalnız  özü-özündən 
başqa heç biri ilə birləşmək imkanı olmayanından olduğu üçün bi-
zim fizika qanunlarına tabe deyildir və kiçik sürətlərdə belə bizi 
əhatə edən maddilikdən çıxa bilər. Bədən isə ən müxtəlif birnövlü 
bəsitliklərin  bir-biri  ilə  birləşmələrindən  təşkil  olunduğundan  o, 
yalnız işıq sürətindən böyük sürətlərdə birnövlü bəsitliklərə par-
çalana  bilər  ki,  bu  da  bizi  əhatə  edən  maddilikdən  çıxışda  onun 
yeganə və bizim fizika qanunlarına tabe yoludur. 
Ruh həmişə öz birnövlülüyünü saxladığı üçün bədəndən çıxış-
da biz onun nə təsirini hiss edirik, nə də ki bizim vasitələrlə onu 
tutmaq mümkün deyildir, ona görə də o öz aləminə qovuşur. Bə-
dən isə cisim şəklində çoxlu birnövlülərin birləşməsi olduğundan 
dağıdıcı təsirlərə məruz vəziyyətdə qalır, yəni əslində sərbəst qal-
mış ruhsuz bədəndən başqa varlıqlar öz tələbatlarını tapırlar və onu 
dağıdırlar. Ruh bədəndən çıxan anda bədənə işıq sürətindən böyük 
sürət vermək mümkün olsa bədən də ruh kimi yoxluğa keçə bilər. 
Deməli, varlıq yoxluğa qovuşa bilir, əksinə, yoxluqdan da varlı-
ğa daxil olmaq mümkündür. Kainat – varlıqla yoxluğun qovuşma-
sından yaranan haldır. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə