Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə19/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

58
dəki hissiyyatların və mövcudluğun qorunması üçün mübarizədən 
doğan  müəyyən  vəziyyətin  birlikdə  yaratdığı  ümumi  halı  yalnız 
ruh yaşayır və bu hal ruh vasitəsilə duyulur. 
Bəs ruhun təmizlənməsi nə deməkdir, ruh təmiz olmaya bilər-
mi?.. Bədənin müxtəlif sahələrdəki tələbatı normadan artıq olanda 
ruh da güclü müqavimətə rast gəlir və bəzən bu mübarizədə məğlub 
olur. Və ya ruh normal bədənə nəzarət edə bilmək imkanından az 
miqdarda bədənə daxil ola bilər. El arasında belə adamlara nursuz 
adamlar deyirlər. Belə kəslərdə də bədənin istək və tələbatı daha 
güclü olur və belə kəslər öz nəfsinin qulu olurlar. Belə kəslərdən 
daha səy və ağılla öz bədəninin normallığını qorumaq tələb olunur 
ki, buna da ruhun təmizlənməsi deyilir. Ruhun qüvvətli olduqca, 
öz hissiyyatın üzərində də nəzarət güclü olur və hər şeyi ağılla ye-
rinə yetirirsən. Güclü ruhu olan kəslərdə güclü hissiyyat da olur, 
çünki hər an özündə hissiyyatının qarşısını ala bilmək imkanı duy-
duğundan lazım gələndə öz hissiyyatını sərbəst boşlayırsan. Belə 
sərbəstliklər hissiyyatın inkişafına kömək edir, bir şərtlə ki, hər an 
hissiyyatının qarşısını almağa tam əmin olasan. Bu həm də möh-
kəm iradəlilik nümunəsidir. Ruhun təmizlənməsi, yəni ağılın hər 
an hissiyyatın üzərində nəzarət edə bilməsidir ki, bu da mütləq ali 
ruha yaxınlaşmaq deməkdir. 
Həm də insan gərək öz bədəninin qədrini bilsin. Çünki insanın 
ömrü bədənin öz mövcudluğunu qoruya bilmək imkanından asılı-
dır. Öz cisminin qədrini bil, axı o sənin ruhunun evidir. Bədən nə 
qədər yaşaya bilərsə, ruh da onunla o qədər yaşayır, elə ki bədən 
öz mövcudluğunu qoruya bilmədi, yəni ruh ondan bir vasitə kimi 
istifadə edə bilmədi, onda bədəni tərk edib gedir. Ruhsuz bədən 
məhv  olub  dağılmağa  məruz  qalmış  bir  mövcudluqdur.  Həm  də 
yaxşı və pis əməlləri adamda müəyyən hal yaratdığından və ruh 
da bu halı yaşadığından, insanın əməllərindən asılı olaraq ruhun 
da vəziyyətində qeyri-sabitlik yaranır, yəni ruh yaxşı haldan ləzzət 
alır, pis haldan sıxıntıya düşür və bütün bunların ilkin yaranma sə-
bəbləri məhz ruhun özü ilə bağlı olduğundan, ruh istəsə daha güclü 
müqavimətlə ağılın hissiyyat üzərində hökmranlığını daim saxla-


59
mağa nail olar. Nəhayət, bədən öz mövcudluğunu qoruyub saxlaya 
bilmədikdə, yəni ruh bədəni tərk etdikdə ən ali varlıq ruhu öz layiq 
olduğu yerdə qərarlaşdırır və bu qərarlaşma o vaxta qədər davam 
edir ki, ruh ən təmiz, parlaq və pak olur. 
Yalnız bu zaman ən ali varlıq onu daha yüksək pilləyə qaldırır 
və öz əldə etdiyi əbədi rahatlığı ilə özünə yaxın edir. Ruhun maddi 
aləmə müəyyən qətrə halında düşüb daha parlaqlıqla bu aləmdən 
təkrar qayıtması ən ali varlığın öz qüdrətinin bir daha nümayişidir 
ki, kainatın tutumunda təmizlik daha da artır, deməli, qaranlıq da o 
nisbətdə azalır, xeyir şəri üstələyir. 
Bu prosesin davamı sonda xeyrin tam qələbəsi və bütün maddi-
liyin ən layiqli formada əbədi həyatı deməkdir. 
İnsan kainatın bir parçasıdır. Kainat nə qədər böyük olsa da in-
san kainatın daxilində baş verən proseslərin hamısını öz daxilində 
tapa bilir. Xeyirxah insan hər gün öz daxilində qərarlaşmış ruhunun 
nurla parlaqlığını bir qədər də artırır, yəni insanın halı o qədər yax-
şılaşır, təmizləşir, saflaşır ki, ruh bu nurun işığı içərisində özünü 
daha rahat hiss edir və bu da insanın daha rahat yaşamasını təmin 
edir. 
İnsan  xüsusi  sınağa  çəkilmiş  bir  varlıqdır,  onun  hərəkətləri, 
ümumiyyətlə, hər fərdin hərəkətləri, ulu ruhun qətrə-qətrə topladı-
ğı nurunun parlaqlığının səviyyəsindən asılı olaraq maddi həyatın 
əbədi həyata daha yaxın olduğu bir yerdə, ya əbədi həyata – insan-
dan daha yuxarı pilləyə, ya aşağıya, tək-tək hallarda isə təkrarən 
eyni mərhələdə qərarlaşdırılır. Ona görə də insan bir varlıq kimi 
hökmən özünü dərk etməli və məsuliyyətini bilməlidir. Ey insan 
sən kimsən? Bu sualı hər kəs özünə verməli və bu suala cavab tap-
mağa çalışmalıdır. 
İnsan yalnız Yer kürəsindəmi mövcuddur, insan hardan meydana 
gəlib, insandan daha mükəmməl bir varlığın yaranması mümkün-
mü? Bütün bu suallar insanın nə qədər sirli və mürəkkəb məxluq 
olmasının sübutudur. Yer kürəsi bir mövcudluq kimi labüd olandan 
uzun tarixi bir yol keçmişdir. Bu müddət ərzində o, ən müxtəlif, 
lakin nizamlı böyük və kiçik səbəblər qrupu ilə təsirlənmişdir və 
bu səbəblər qrupu hər an üçün onda müəyyən dəyişikliklər yarat-


60
mışdır. Bu dəyişikliklərin uzun tarixi yolları mərhələlərə bölünür. 
Yəni ardıcıl dəyişən bu anların nəhayət elə bir anı gəlib çatır ki, 
Yer kürəsində müxtəlif səbəblərdən yaranmış mövcudluqların bir 
daha oxşar quruluşda ilk andakı kimi təkrar yaranması qeyri müm-
kün olur və yeni, ilkin, köhnəyə oxşar, lakin ondan çox fərqlənən 
mövcudluqlar meydana gəlir. Köhnə mövcudluqların öz nəsil artı-
mını qorumaq üçün yalnız bir çarələri qalır ki, ən müxtəlif üsullar-
la öz nəsillərinin davamlılığını mühafizə etsinlər. Məsələn, mühitə 
uyğunlaşmaqla ən optimal şəraitdə məskunlaşsınlar və sairə. Yer 
kürəsinin  ilkindən  sonrakı  mərhələ ləri  də  belə.  Hər  mərhələ  bir 
birindən daha çox fərqlənən yeni mövcudluqların yaranması üçün 
şərait yaradıb. Hazırkı mərhələ insan qrupunun yaranmasına səbəb 
olub. Lakin insanlar da sonuncu qrup deyillər. Ola bilsin ki, daha 
yeni mərhələdə daha yeni qrup meydana çıxsın, yəni daha yeni var-
lıqların yaranmasına şərait yaransın. Lakin bir şeyi qeyd etmək la-
zımdır ki, nəinki Yer kürəsində, bizi əhatə edən aləmin hər hansı bir 
nöqtəsində yaranan varlıqlar maddilikdən uzaq ola bilməyəcəklər. 
Əbədilik bizim maddi aləmdən kənarda mövcuddur. Ruh da əbədi-
dir ona görə ki, o bizi əhatə edən maddi aləmdən kənardakı möv-
cudluqların xassəsini, yəni bəsitliyini həmişə özündə saxlayır. O 
bizi əhatə edən maddi aləmə nüfuz edəndə ona görə ölməz olaraq 
qalır ki, onun özündən başqa heç nəyə birləşmək imkanı yoxdur. 
Ancaq bizi əhatə edən maddi aləmdən kənarda olan digər bə-
sitliklər hamısı bir-birləri ilə birləşmək imkanına malikdirlər. Və 
ona görə də onlar bizi əhatə edən maddi aləmə daxil olan kimi öz 
birnövlü bəsitliklərini nəhayət ki, itirirlər, yəni itirmək imkanına 
malikdirlər. Nə qədər ki birnövlü bəsitliklər ilkin xassələrini sax-
layırlar, onlar bizim maddi aləmin qanunlarına tabe deyillər, yek-
cinsliyini itirdilər maddi aləmin qanunlarına birbaşa tabe olurlar. 
Ruhun mayası isə özündən başqa heç bir birnövlü bəsitliklə birləşə 
bilmədiyindən heç vaxt bizim maddi aləmin qanunlarına tabe de-
yildir və onun varlığını bizim maddi aləmin vasitələri ilə təyin et-
mək olmur. Bəs onda sual oluna bilər ki, ruh bizi əhatə edən maddi 
aləmin qanunlarına tabe deyilsə və heç bir vasitələrlə onun təsirini 
hiss etmiriksə, biz onun varlığını necə dərk edək. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə