Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə16/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

49
olmur. Bu ruhi dəlilikdir, yəni bədənin istək və tələbatı bir və ya 
bir neçə sahədə həddi keçir və bunun nəticəsində hissiyyat ağılı 
üstələyir, ruhun bədəni bu bəladan qurtarmaq üçün müqaviməti az 
olur və nəticədə ümumi şüur və əxlaq normalarına heç cür uyğun 
gəlməyən vəziyyət yaranır, yəni bədənin tarazlığı nəzarətdən çıxır. 
Belə bir vəziyyətə bəzən spirtli içkilərdən və narkotik maddələr-
dən istifadə edərək düşənlər də olur ki, buna könüllü dəlilik deyir-
lər.  Lakin  könüllü  dəliliyə  özünü  düçar  etməyin  son  aqibəti  çox 
acınacaqlı olur. Çünki bədənin tez-tez öz normal tarazlıq halından 
çıxarılması, bədənin ayrı-ayrı orqanlarının fəaliyyətinə təsir edir, 
yəni  onlardan  bəzilərinin  işini  ləngidir,  bəzilərinin  də  işini  buna 
müqabil  gərginləşdirir  ki,  bu  da  ayrı-ayrı  orqanların  tez  sıradan 
çıxmasına,  bunun  nəticəsində  isə  həmin  insanın  mövcudluğunu 
qoruyub saxlamaq üçün xarici fiziki təsirlərə müqavimət gücünün 
azalmasına səbəb olur, bu da son nəticədə ölüm deməkdir. 
Deməli, könüllü dəlilik bilərəkdən ölümə ciddi cəhdlə can at-
maq deməkdir. Ağıllıdan soruşublar ki, ağlı kimdən öyrəndin deyib 
dəlidən, çünki onun etdiklərini etmədim. Doğurdan da bu sözlərdə 
bir həqiqət var. Yanlış yola düşən adamın aqibətini görən kəs axı nə 
üçün də bir nəticə çıxarmasın. 
Müəyyən  yaş  dövründən  sonra  (təxminən  10-15  yaşlarından) 
normal insanın əldə etdiyi həyat təcrübəsi və öyrəndiyi müəyyən 
biliklər  toplusu  bir  başqaları  tərəfindən  də  düzgün  istiqamət  ve-
rildikdə hadisələrdən düzgün nəticə çıxarmağa imkan verir. Yəni 
müəyyən baş verə biləcək qəzadan, müəyyən dərəcədə qurtulmaq 
mümkündür, bu insanla bağlı olan xətaları müəyyən qədər aradan 
qaldırmağa imkan verər. Məsələn, yeraltı keçid ola-ola avtomobil 
yolunu keçmək ehtimala görə xətaya yaxınlaşmaq deməkdir, axı nə 
üçün də yeraltı keçiddən keçməyəsən. Digər tərəfdən isə bədənin 
istək və tələbatının öz həddini keçməsinə də şəraiti yenə insan özü 
yaradır. Məsələn, həddindən çox yemək, nəyə isə hədsiz dərəcədə 
meyl salmaq və sairə. Üçüncüsü könüllü dəliliyə salınan meyillər 
isə bütünlüklə insanların özü tərəfindən yaradılan hallardır. 
Kim ki, öz nəfsinin qulu oldu, başqalarının da qulu olacaq, kim 
ki, öz nəfsinin ağası oldu, başqalarının da ağası olacaq. 


50
Həyat  yaşamaq  uğrunda  bir  mübarizə  meydanıdır.  Bu  müba-
rizədə ağlı ilə hissiyyatın üzərində hökmranlıq edə bilən kəslər saf 
çıxa bilərlər. Hər kəsin taleyi öz əlindədir deyən kəslər bir növ ya-
nılmamışlar. Çünki insan öz əməlləri ilə öz taleyini yaradır. Düz-
dür, Böyük Yaradanın qoyduğu qanunları onun özündən başqa heç 
kəs dəyişə bilməz, lakin Böyük Yaradan insanlara öz həyatlarını öz 
istədikləri kimi qurmaq üçün də imkanlar yaratmışdır. Bu imkan-
lardan necə istifadə etmək isə insanın özündən asılıdır. Deməli, hər 
bir normal insan öz düzgün yolundan yayınıb səhv yola düşürsə, 
günah onun özündədir. Deməli, müxtəlif bədən xəsarəti və beyin 
zədələri alanların günahı çox vaxt özlərində olur. 
Deməli,  hadisələrin  gedişinə  bilərəkdən  laqeyd  münasibət 
göstərən və ya bilərəkdən könüllü dəlilik yolu tutan kəslərin hara-
dasa normasız bir həyata düşmək ehtimalları daha çoxdur. Normal 
olmayan həyat tərzi beyin pozğunluğu deməkdir və ya öz hissiy-
yatının hədsiz quluna çevrilməkdir ki, bunun da nəticəsi dəlilikdir. 
Dəlilik insanın lazımsızlığıdır. Ona görə də həyatda özünə müəy-
yən mövqe tutmaq üçün gərək hər zaman öz hərəkətlərinə cavab-
deh olasan, yəni ağlını heç vaxt hissiyyatının quluna çevirməyəsən. 
Bəşəriyyəti yalnız ağılla idarə etmək olar. Bəşəriyyət yalnız də-
rin zəka sahiblərinin köməyi ilə daha da inkişaf edir. Hər bir kəs 
özünə  görə  müəyyən  ağıl  sahibidir,  lakin  səndən  də  ağıllılar  ola 
biləcəyi ehtimalını heç vaxt unutma və həmişə öyrənməyə və hə-
yat təcrübəsi əldə etməyə çalış. Öz taleyini özü qazanan insanlara 
Böyük Yaradan da həmişə yardımçı olur. Çünki nəyi isə daha ağıllı 
kəslərə etibar etmək olar. Ən böyük ağıl sahibi isə Böyük Yarada-
nın özüdür. Ona görə də bütün kainata nəzarət onun əlindədir. Ən 
ali varlıq ən ali idarəedəndir. 
Ümumi şüur səviyyəsi – bəşəriyyətin o an üçün daha böyük küt-
ləsinin qəbul etdiyi müəyyən fikir sabitlikləridir. Bəşəriyyət daim 
inkişaf etdiyi üçün hər an bu fikir sabitliklərinin dəyişmək ehtimalı 
var. Ola bilsin ki, müəyyən fikirlər əsrlərcə dəyişməz qalsın, müəy-
yən fikirlər isə qəbul olunandan bir gün sonra dəyişsin. Ancaq heç 
ola bilməz ki, bəşəriyyətin ümumi şüur səviyyəsi bir an belə inki-


51
şafdan qalsın. Bəşəriyyətin ümumi şüur səviyyəsini orta bir hədd 
kimi  qəbul  etsək,  həmin  o  orta  həddən  müsbət  və  mənfiyə  olan 
müəyyən  qədər  aralanmış  fikir  hədləri  eyni  dərəcədə  ilk  andaca 
bəşəriyyətin ümumi şüur səviyyəsi tərəfindən qəbul edilmir. Ona 
görə də bəşəriyyətin ümumi şüur səviyyəsi bu müsbət və mənfi dü-
şüncə tərzlərinə eyni fikirlə yanaşır. Yəni dahi ilə dəlini ilk anda öz 
fikir qəbuledilməzliyinə görə bir-birindən ayıra bilmir. Çox zaman 
bu hala görə dahiliklə dəlilik illüziya şəklində ümumi şüur səviyyə-
si üçün öz qəbuledilməzliyinə görə bir-birinə yaxın görünür, lakin 
ümumi şüur səviyyəsi daim irəliyə doğru təkamüldə olduğu üçün 
dahilərin səcdəyə layiq olduqları təsdiqlənir, təcrübənin yanlış qav-
ranılmasının nəticəsi olan dəlilik isə heç cür qəbul edilə bilməz. 
Burada məsələnin ikinci bir tərəfi də var, dahilər müəyyən daha 
yeni həyat təcrübəsi əldə etdikdə bu fikir ilk anlar ümumi şüur sə-
viyyəsi tərəfindən qəbul edilməzsə, öz fikirlərinin daimi təkrarla-
nan, sabit nəticələrinin qanun şəklində izahını verə bilirlər. 
  Deməli,  hər  iki  halda  dahilərin  fikri  əvvəl-axır  ümumi  şüur 
səviyyəsində qəbul oluna bilər, lakin izahlı şəkildən sonra qəbul 
olunma ən əlverişli yoldur. Ola bilsin ki, hər hansı bir hal izah edil-
məzsə, bəşəriyyətin ümumi şüur səviyyəsi və ya bəşəriyyətin tək-
tək üzvlərinin fərdi fikirləri bu haldan yan keçə bilər və o hal iza-
hedilməz qalar. Ancaq hər iki halda dahilərin əldə etdikləri həyat 
təcrübələri ölməzdir. 
Dahilər ən ali varlığı ağıllı şəkildə, həm də onun dünya işlərin-
də təsirini hamıdan çox hiss edərək qəbul edən şəxslərdir. Çünki 
dahilər daha geniş ensiklopedik biliyə və bu biliyin sayəsində güc-
lü nüfuzetmə qabiliyyətinə malik olduğu üçün ağıllı surətdə anla-
yırlar ki, kainatın idarə olunmasında nizamlı bir qanunauyğunluq 
mövcuddur və bu mövcud qanunauyğunluq məqsədli bir istiqamətə 
aparır. Bu anlayışın nəticəsində onlar ağıllı surətdə ən ali varlığın 
hər  bir  mövcudluq  üzərində  xüsusi  nəzarətini  hiss  edirlər  və  ar-
tıq onlar üçün geriyə çəkilməyə yol olmur. Çünki dərk olunmuş 
bir mövcudluğun inkarı qəbuledilməzdir. Həm də ən ali varlıq onu 
dərk edib sonradan inkar edəni o vaxta qədər bağışlamır ki, həmin 
kəs ən ali varlığın inkarını özü üçün qəbahət saysın. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə