Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə12/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

37
Həyat  mövcudluqların  bir-biri  ilə  əlaqəsinin  məhsuludur.  Hər 
hansı bir mövcudluq yaşadığı an üçün müəyyən bir varlıq demək-
dir. Varlıq labüd həyat məhsuludur. Hər hansı bir varlığın müxtəlif 
səbəblərdən yaranmış xarakterinə uyğun tələbatı var. Deməli, hər 
hansı bir varlığın tələbatının ödənməsi onun mövcudluğunun za-
man həddi deməkdir. Həm də hər hansı bir varlığın tələbatını bil-
mək onun mahiyyətini və təzahürünü anlamaq üçün açardır. 
Varlıq bu anın məhsulu olduğu üçün, biz varlıq haqqında müəy-
yən  məlumatlara  malik  olmaq  üçün,  onun  həmin  an  üçün  halını 
anlamalıyıq və yalnız bundan sonra onun təzahürü haqqında müəy-
yən fikir söyləmək olar. Hər hansı bir varlığın yaşanan halına nüfuz 
etdikdən sonra o varlığın təzahürü haqqında müəyyən məlumata 
malik olmaq olar. Varlığın mayası təzahür prosesində yoğurulur. 
Təzahür heç vaxt varlığın özü ola bilməz. Təzahür hər bir varlı-
ğın ancaq əlamətlərinin nümayişidir. Özü də bu əlamətlər nizamlı, 
məqsədli halda özünü göstərir. Təzahürlər varlığa hökmən çevrilir-
lər, ancaq bu çevrilmə müəyyən an üçün yarana bilən varlıqlardan 
yalnız biri ola bilər. Təzahürlərin öyrənilməsi hər hansı bir varlığın 
meydana gəlmə səbəblərinin öyrənilməsi deməkdir ki, bu meydana 
gəlmə  prosesi  həmin  varlığın  xarakterini  yaradır  ki,  bu  da  onun 
tələbatının  istək  mənbələridir.  Təzahürləri  öyrənməklə  varlıqlara 
müxtəlif formalarda təsir etmək olar. Ən başlıcası isə həmin varlı-
ğı öz nəzarətində saxlamaq olar. Yəni ona təsir edən səbəbləri, əl-
bəttə kiçik səbəbləri, məqsədli istiqamətləndirməklə, hər hansı bir 
varlığın üzərində müəyyən qədər nəzarət etmək olar. O cümlədən 
təzahürlərin öyrənilməsi hər hansı bir varlığın halına təsir etməklə 
onun mahiyyətini belə dəyişməyə kömək edər. 
Mahiyyət – hər hansı bir varlığın yaşanan anda təsirlərinə mə-
ruz qaldığı səbəblərin gələcək zaman üçün varlığın halında yarat-
dığı  zəmindir.  Təzahürlər  gələcək  mahiyyətlərin  ilk  carçılarıdır. 
Təzahürlərin  varlıqların  halında  mahiyyətə  çevrilməsində  kiçik 
səbəblərin:  –  təbii  seçmə  prosesinin,  bir  də  insanların  məqsədli 
yönəmliliyinin böyük rolu olmuşdur. İnsanlar mahiyyətə çevrilən 
müxtəlif  təzahürlərə  həmişə  ciddi  münasibət  göstərmişlər.  Təbii 


38
seçmə prosesində kiçik səbəblər nəsil qoruyucusu ifaçısı rolunda 
çıxış etmişlər. Məsələn, hər hansı bir varlığın məhsuldarlığı deyil, 
öz  varlığını  qorumaq  üçün  şəraitə  davamlılığı  hökmən  yaşamaq 
hüququ qazandırmışdır. İnsan üçün isə şəraitə davamlılığı bəzən 
hər hansı bir varlığın mahiyyətində ikinci bir yerə keçir, əsas cəhət 
kimi məhsuldarlıq və ya insanın hər hansı bir sahədəsə rahatlığını 
təmin etmək məsələsi götürülür. 
Bəzən varlığın mövcud halına müxtəlif üsullarla təsir etməklə 
həmin varlığın mahiyyətini öz məqsədlərinə uyğun dəyişmək olar. 
İnsanın psixologiyasına nüfuz da beləcə olur. Hər hansı bir kəsin 
halı öyrənilir və bu zaman mahiyyəti, yəni bu haldan yaranan gələ-
cək düşüncələri bəlli olur. Yaşanan andakı halı doğuran təzahürlərə 
məqsədli təsir etməklə hər hansı bir kəsin gələcək halını məqsə-
dəuyğun şəkildə dəyişmək mümkündür. Lakin əsil insan kimi qoy 
sənin məqsədin ədalətli olsun. 
Böyük Yaradan hər şeyə nəzarət edir. Ümumiyyətlə, kainatda 
böyük yaradıcının nəzarəti altında varlıqların həyatında təzahürlə-
rin mahiyyətlərə keçməsinin ən önəmli vasitələrindən istifadə olu-
nur. Təbiətdə lazımsız mövcudluq olmadığı kimi, səbəbsiz nəticə 
də yoxdur. 
Deyirlər  daşlar  da  doğulurlar.  Əlbəttə,  onların  da  yaranması-
na bir səbəb var. Bir ömür payı daxilində insanın onu əhatə edən 
aləmlə müəyyən zaman həddində yaşaması onun qismətidir. Hər 
bir varlığın labüdlüyündə bizim halımızın təzahürləri formalaşır. 
Milyonlarla  səbəblər  toplusunun  yaratdığı  halımızın  rahatlığında 
neçə-neçə  varlığın  halının  üst-üstə  düşən  və  düşməyən  cəhətləri 
yaşayır.  Varsansa,  deməli,  mövcud  olduğun  aləmə  gəlişin  labüd 
imiş. Varsansa, milyardlarla səbəblər toplusunun yaratdığı nəticə 
kimi müəyyən mahiyyətə maliksən. Varsansa, hökmən səni doğu-
ran təzahürlər olmuşdur. 
Varlıq hökmən labüdlük deməkdir. Hər hansı bir varlığın halını 
öyrənmək üçün ona nüfuz edilərkən həmin varlığın o anında xa-
rici fiziki təsirlərə, yəni ona təsir edən səbəblərə onun münasibəti 
hökmən duyulur. Xarici fiziki təsirlərə ən güclü müqavimət göstər-


39
məyə cəhd edən, yəni əksi götürüldükdə bədəndə ən zəifləmiş yer 
hökmən  təyin  edilir. Yadda  saxlamaq  lazımdır  ki,  normal  bədən 
həmişə  xarici  fiziki  təsirlərlə  tarazlıq  vəziyyətində  olur.  Bədən 
normal deyilsə, müqavimət göstərmək çətinləşir və yaşanan həyat 
anları məhvə doğru irəliləyir. Bu mübarizənin sonu bir mövcud-
luğun  məhvi,  digərlərininsə  yaranmasının  başlanması  deməkdir. 
Hər hansı bir varlığa nüfuz edən kəsin qarşısında həmişə iki vəzifə 
dayanır (əlbəttə ki, kömək məqsədi ilə obyektə nüfuz edilirsə): 1. 
Təyin olunmuş, daha artıq müqavimət göstərə bilməyən, yəni tibbi 
dildə, xəstə orqanın üzərinə düşən fiziki təsirləri azaltmağa səy et-
mək. 2. Ən müxtəlif vasitələrlə (fizioterapiya, tibbi preparatlar və 
sairə) həmin xəstə orqanı sağaltmaq, yəni onun yaşantısının xaric-
dən gələn fiziki təsirlərə normal müqavimətini bərpa etmək. Ancaq 
qeyd etmək lazımdır ki, bütün bu deyilənlərə ancaq nüfuz etmək 
qabiliyyəti  olan  kəslər  müəyyən  mənada  əməl  edə  bilərlər.  Özü 
də bu cür təsirləri təkcə insanlar üçün yox bütün mövcud varlıqlar 
üçün tətbiq etmək mümkündür. 
Mümkün olmayan şey böyük səbəblərdən yaranan nəticələrdir 
ki, insanın qüdrəti bu nəticələrin əlində acizdir. Məsələn, ölümün 
qarşısını  almaq.  Düzdür,  müxtəlif  şərtlərə  əməl  etməklə  ölümü 
müəyyən qədər uzaqlaşdırmaq mümkündür, lakin onun nə vaxtsa 
gəlişi labüddür. Labüdlüksə qarşısı alınmayan zaman yaşantısıdır. 
 Güclü nüfuzedici üçün müəyyən varlığın son yaşantı anları da 
məlum olur. Çünki nüfuzedici şəxs nüfuz etdiyi varlığın, xarici mü-
hitin təsir qüvvələrinə artıq müqavimətin çətinliklə göstərildiyini 
gördükdə  labüd  zaman  yaşantısında  ölümün  dağıdıcı  qüvvəsini 
hiss edir. Əslində ölüm – bir varlığın dağıntısından bir neçə varlı-
ğın doğulması deməkdir. Doğumla ölüm bəşəriyyətin irəliyə doğru 
təkamül prosesində keçilən yolda qoyulan pillələrdir. 
Təzahür  hər  hansı  bir  müəyyən  an  üçün  hər  hansı  bir  varlıq 
deməkdir. Təzahür hər hansı bir varlığın keçmişindən indisinə qə-
dərki halıdır, varlıq isə həmin anın məhsuludur. 
Təzahürlər hər an üçün yaratdığı varlıqlarda həm də mahiyyət-
lərə  çevrilir.  Hər  hansı  bir  varlıq  haqqında  mükəmməl  məlumat 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə