Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə10/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

31
lər, lakin öz qabiliyyətlərini müsbətdən əlavə mənfi işlər üçün işlət-
məkdən də çəkinməzlər. Ta qədimdən öz qabiliyyətləri ilə ümumi 
şüur səviyyəsini qabaqlayan adamlar olmuşlar və zaman keçdikcə 
də belə olacaqdır. Lakin zaman keçdikcə bir dəyişiklik daha çox 
nəzərə çarpacaqdır, insanların ümumi şüur səviyyəsindəki irəliləyi-
şin nəticəsində hər bir fərdin öz qabiliyyəti artacaqdır. Lakin bu in-
kişafı intuitiv qabiliyyətə malik adamlarla müqayisə etmək olmaz, 
çünki hər dövrün ümumi şüur səviyyəsinə görə bu şüur səviyyəsini 
bir və ya bir neçə sahədə qabaqlayan adamlar hökmən olacaq. Bir 
şeyi də qeyd etmək lazımdır ki, bəzən bir-birinə yaxın olan adamlar 
arasında da çox-çox uzaq məsafələrdən belə əlaqə yaranır. 
Belə intuitivlikdə xarakterlərdəki spesifikliyin əlamətləri özünü 
xüsusilə göstərir. Xüsusilə ana ilə övlad arasında belə intuitivlik 
heyrətamiz şəkildə öz izini çox qoymuşdur. Bəzən hədsiz uzaq bir 
məsafədən övladının başına gələcək hadisəni ana ürəyi çox həssas-
lıqla duyur. Bir xüsusilik də ondadır ki, belə hallar çox vaxt bəd-
bəxt hadisələrdə özünü göstərir. 
Ümumiyyətlə, insan fenomeni sirli bir dünya, insan özü isə daha 
böyük sirli bir dünyanı anlamağa çalışan, lakin heç özünü dərk edə 
bilməyən bir mövcudluqdur. Bədən və ruhdan ibarət olan bu var-
lıq heyrətlər içərisində doğulur, heyrətlər içərisində yaşayır və son 
heyrətlə də dünyanı tərk edir. 
İnsan Yer kürəsində yaşayan varlıqlar içərisində ən mükəmməl 
bədən quruluşuna malik olan bir mövcudluqdur. Ümumiyyətlə, bü-
tün varlıqlar öz səviyyəsindən asılı olaraq həm qəbuledici, həm də 
ötürücü bir obyektdir. İnsan isə bu sahədə Yer kürəsində yaşayan 
varlıqlar içərisində özünə məxsus xüsusi yer tutur. 
Belə bir hal qanunidir ki, təsir dairən çatan bütün hüdudlarda, o 
dairədə olan hər hansı bir mövcudluğun varlığını dərk edib qəbul 
edirsən və o dairədə olan təsirlərdən haradasa çox-çox uzaqlarda 
olan güclü və zəif obyektlərin varlığı haqqında müəyyən məluma-
ta malik olursan. Çünki kainatda olan bütün mövcudluqları təşkil 
edən ilkin zərrəciklər müəyyən ardıcıllığı ilə insanı da yaratmış-
dır. İnsan qəbuledici və ötürücü bir obyekt olmaqdan əlavə həm 


32
də dərk edən bir obyektdir. Bu mərhələyə çatmaq üçün isə insan 
təkamülün çox uzun bir yolunu keçmişdir. 
Qəbuledici olmaq asandır, çünki sənə nüfuz edilir, ötürücü ol-
maq  çətindir,  çünki  sən  nüfuz  edirsən.  Nüfuzedici,  yəni  ötürücü 
olan nüfuz edə bildiklərini həm də dərk etmiş olur. Qəbuledici kimi 
isə  kiminsə  varlığı  haqqında  məlumata  malik  olursan.  Məsələn, 
günəş şüaları daşın da üzərinə düşür, insanın da. Təbiidir ki, ötürü-
cülük, yəni nüfuzedicilik qabiliyyətinin səviyyəsindən asılı olaraq 
insan, günəş haqqında məlumata nisbətən daha çox malikdir. 
Dərrakə – ən ibtidai mövcudluqlardan ən ali səviyyələrə qədər 
mövcudluqların  bütün  mərhələlərini  əhatə  edən  və  hər  bir  möv-
cudluğun öz səviyyəsində ümumi bir dərk məhsuludur. Ən böyük 
dərrakə  sahibi  ən  böyük  Yaradandır.  Ən  böyük  Yaradanın  şəri-
ki yoxdur. Ən böyük Yaradan əbədidir. Ən böyük Yaradan ulular 
ulusudur. İnsan isə Yer kürəsində ən böyük yaradanın varlığını hər 
yerdə hiss edən və hiss etdirən ali varlıqdır. 
Bədən və ruhdan ibarət olan insanın nəyi isə dərk etmək üçün 
hiss və düşüncələri iki cur ötürülür: – fiziki qüvvə ilə (insanın mad-
di varlığının zühuru ilə). Bu halda insan, atılan daş və ya hər hansı 
bir təkandan yaranan irəliləyişin məhsulu kimi uzağa gedə bilmir. 
Yəni insan öz fiziki qüvvəsinin imkanları daxilində və ya hər hansı 
güclü  fiziki  qüvvələr  daxilində  nəyinsə  varlığını  öyrənmək  üçün 
səy edə bilər. Maddi üsullarla öyrənilənlərə meyil çoxdur ona görə 
də,  demək  olar  ki,  əksər  insanlarda  maddiliyə  meyil  ruhilikdən 
daha öndədir. Əgər hər hansı bir şəxsdə ruhilik böyük olsa o insan-
ları heyrətdə qoyan möcüzələr göstərər
– ruhi qüvvə ilə (insanın ruhunun gücü ilə) ötürmələrdə məsafə 
fərqi yoxdur. İşıq sürəti belə ötürmələr üçün nisbi sükunətdir. Yəni 
insanda  ruhi  qüvvənin  maddiliyə  nisbəti  artdıqca  onun  dünyanı 
dərk etməsində nüfuz dairəsi daha da genişlənir, o şəxs tədricən 
daha güclü ötürücü obyektə çevrilir. Güclü ötürücü obyekt olmaq 
üçün  isə  nüfuz  edə  bildiyin  varlıqları  özününküləşdirmək,  yəni 
onların hiss və həyəcanlarını düşüncələrində yaşatmağı bacarmaq 
lazımdır. Güclü ötürücü olmaq həm də haradasa daha geniş dairəni 


33
əhatə etmək deməkdir ki, bu da sənin kainat haqqında məlumat-
larının hədsiz genişlənməsi deməkdir. Güclü ötürücü olmaq üçün 
güclü nüfuzedici olmaq lazımdır. 
Güclü nüfuzedici olan varlıq nüfuz etdiyi başqa mövcudluğun 
daxili tələbatını anlayır və əgər istəsə həmin mövcudluğun rahat-
lığına uyğun hərəkətlər edə bilər. Bütün varlıqların ətrafa yayılan 
informasiyaları isə onların halı ilə bağlıdır, yəni hər hansı bir varlıq 
müəyyən  anda  hansı  təsirlərdən  hansı  hala  malikdirsə  və  bu  hal 
onda rahatlıq üçün hansı tələbat yaradırsa, həmin varlıqdan da o 
tələbata uyğun informasiyalar boşlanır. Həmin informasiyalara ve-
rilən cavablar həmin varlığın daxili tələbatını ödəmək deməkdir ki, 
bu da hər hansı bir obyektin nüfuz ediciliyindən çox asılıdır. Qeyd 
etmək lazımdır ki, informasiyanı qəbul etmək olar, ancaq həmin 
informasiyaya cavab vermək üçün onu başa düşmək və cavab im-
kanına malik olmaq lazımdır. 
Ancaq  nüfuz  edən  obyekt  əsasən  informasiyaları  başa  düşüb 
ona cavab vermək imkanına malikdir. Bütün varlıqlar hiss və həyə-
canların dili ilə danışsaydılar həmişə bir-birini başa düşərdilər. Bü-
tün varlıqların daxili tələbatı, yəni onun üçün ən rahatlıq yarada 
bilən optimal bir şərait arzusu və bu tələbatdan doğan haradasa, 
nə isə qəbul etmək arzusudur. Ancaq unutmaq olmaz ki, hər hansı 
bir arzunun yerinə yetirilmək imkanında əsas şərti mübarizə tutur. 
Mübarizəsiz həyat məhvə məhkumdur, dağılmağa aparır. Lakin 
qeyd etmək lazımdır ki, geriyə yol yoxdur, hər hansı bir varlığın 
daxilindəki  tələbat  onu  mübarizə  aparmağa  məcbur  edir.  Bütün 
varlıqların halı haqqındakı informasiyalar bir obyekt kimi onlardan 
ətrafa yayılır. Həmin obyektlərin informasiyalarını özününküləşdir-
mək üçün əsas iki üsul var: ya həmin obyektə nüfuz edib, onun ha-
lını öyrənib tələbatına uyğun cavab vermək, ya da öz halında nisbi 
sükunət yaradıb gələn informasiyaları qəbul etmək. Hər iki halda 
qarşıdakı varlıq haqqında ən müxtəlif informasiyaları qəbul etmək 
mümkündür. Özü də qarşısındakı varlığı hansı sahədə tədqiq etmək 
nüfuz edən şəxsdən asılıdır. Güclü nüfuz etmək qabiliyyətin varsa 
qarşındakı  varlığı  təhrik  edə  bilərsən.  Bu  xüsusilə  eyni  qrupdakı 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə