Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə15/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

46
daha zəngin biliyə və həyat təcrübəsinə malik olmaq lazımdır ki, 
sənin dahiliyinin təsdiqi üçün, hər bir kəsin eyni iş üçün əldə etdiyi 
nəticələrdən daha yaxşı nəticələr əldə edəsən. Bir sözlə, dahi adına 
sahiblənmək üçün bəşəriyyətin bilik xəzinəsinə haradasa bir neçə 
sahədə müəyyən əlavələr edilməlidir. Bununsa bir sıra şərtləri var 
ki, bu şərtlər daxilində dahiliyin imkanları daha geniş olur. 
Bu şərtlərə aiddir: sağlam bədən və sağlam ruh, xarakterdən ya-
ranan güclü həyat eşqi, şərait, səbirlə zəhmətə qatlaşa bilmək im-
kanı  və  sair.  Bu  şərtlər  hamıda  eyni  səviyyədə  olmadığından,  ən 
müxtəlif insanlar adi bir insanın zəruri bilik səviyyəsindən tutmuş 
dahiliyə qədər yüksələn sonsuz pillələrdə ən müxtəlif şəkillərdə qə-
rarlaşmışlar. 
Dahi olmaq üçün daha köklü biliyə malik olmaq lazımdır ki, 
bir neçə sahədə başqalarından daha mükəmməl nəticələr əldə edə 
biləsən. Dahilik bir neçə sahədə insanların ümumi şüur səviyyəsini 
qabaqlamaq deməkdir. Dahi, eyni zamanda, insanların ümumi şüur 
səviyyəsindən xeyli yuxarı olan rəssam, bəstəkar, şair, fizik, riya-
ziyyatçı və s. ola bilər. 
Dahi  olmaq  üçün  ki,  haradasa  bəşəriyyətin  biliklər  toplusuna 
müxtəlif əlavələr edilməsi hökmən lazımdır. Əks təqdirdə sən in-
sanların ümumi şüur səviyyəsindən yüksək ağıla malik olan şəxs-
dən başqa bir kəs deyilsən. Yaşadığı müddət ərzində ağıllı adamlar 
özlərinə müəyyən mövqe tuta bilərlər, dahilər isə əbədiyyətə qo-
vuşurlar. 
İnsan əldə etdiyi bütün maddilikləri nə vaxtsa müəyyən zaman 
həddində itirə bilər, lakin bilik itməyən xəzinədir. Bilik nəsillərin 
varisliyidir. Ey insan övladı öz biliyinə güvən. Ən böyük bilik sahi-
bi isə ən ali varlıqdır. Ən ali varlıq dahilər dahisidir. Dahi adamlar 
ən ali varlığın sevimli bəndələridir, çünki onlar zəhməti sevirlər. 
Dahi ola biləcək kəslərdə ilk əvvəl təbiətin verdiyi payın ilk tə-
zahürləri hiss olunur. Yəni həmin kəslərdən təbiət ilk andan bədən 
quruluşu imkanlarını və güclü enerjini əsirgəmir. Bütün bunlarla 
yanaşı, xarakterdə yaranan spesifiklik də özünü tədricən göstərir. 
Hiss olunur ki, həmin şəxs başqalarından maraq dairəsinə görə se-


47
çilir. Üstəlik şəraiti də bura əlavə etsək, dahi ola biləcək kəs üçün 
təbiətin verdiyi pay ilkin təzahürlərlə özünü göstərir. Bütün bun-
lardan sonra səbirlə zəhmətə qatlaşmaq dahiliyin əsas əlamətlərin-
dən biridir. Çünki yalnız zəhmət vasitəsi ilə təbiətin verdiyi payı 
müəyyən bir iş üçün cəmləşdirə bilərsən. Zəhmətsiz heç bir bilik 
əldə etmək mümkün deyildir. Zəhmət bütün biliklərin açarıdır. Hər 
kəsin öz zəhməti ilə əldə etdiyi həyat təcrübəsi onun üçün unudul-
maz bir dərsdir. 
Biz müasir insanlar başqalarının həyat təcrübəsini öyrənməyə 
bir növ adət etmişik, bəşəriyyətin uzun illərdən bəri əldə etdiyi bi-
liklər  toplusu  bizə  hazır  şəkildə  gəlib  çatmışdır.  Bəzən  bu  bilik-
lər toplusundan o qədər laqeydliklə, adiliklə istifadə edirik ki, bir 
vaxt bu biliklərin çox çətinliklə əldə edilməsini ağlımıza belə gətirə 
bilmirik. Lakin dahi olmağın üçün haradasa yeni kəşflərin həyata 
vəsiqə almalıdır. Bir şeyi də qeyd etmək lazımdır ki, dahilik Al-
lah  vergisi  ilə  bərabər  insan  zəhmətinin  bəhrəsidir.  Dahilik  yeni 
dünyayla  tanışlıq  deməkdir,  oradan  əldə  olunan  biliklər  toplusu 
faydalıdır. Dahilik haradasa bəşəriyyətin bilik səviyyəsini müəy-
yən sahədə bir pillə də ötüb keçməkdir. Elə əsas məsələ də budur, 
elə ki, sən o həddi ötüb keçdin yeni bir dünya ilə tanış olursan. 
Sənin əldə etdiyin nəticə, indiyə qədər əldə olunmuş ən müxtəlif 
həyat təcrübələri ilə birlikdə tətbiq olunur və yaşadığımız aləmdə 
çox böyük dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər ən müxtəlif 
sahələrdə  tətbiq  edilə  bilər.  Lakin  məzmun  budur:  artıq  yeni  bir 
həyat təcrübəsi qazanılmışdır. 
Bəlkə  də  ən  axırıncı  əldə  olunmuş  həyat  təcrübəsi  milyon  il 
bundan əvvəl qazanılmış həyat təcrübəsi ilə birlikdə yeni bir dün-
yagörüşün başlanğıcını qoya bilər. Bu dünyagörüşü yaradan səbəb-
ləri əmələ gətirən ilk başlanğıcla sonluq arasındakı illər isə bəlkə 
də insanları sınağa çəkən sadə bir ideyanın açılmayan səhifələridir. 
Bəlkə də ən ali varlıq müəyyən həyat sirlərinin açılmasında öz sə-
bir və təmkinini göstərir. Çünki insanların ağıl səviyyəsi o həddə 
olmalıdır ki, əldə olunmuş müəyyən təcrübədən səmərəli istifadə 
edilə bilinsin. Müəyyən vaxt əldə olunmuş təcrübə bəlkə də dünya-


48
nı dağıdan bir ideyanın yaranması ilə nəticələnərdi. Ən ali varlıqdır 
hər şeyin nizamını bilən. Ən ali varlığa aydındır dahilərin əldə et-
diyi həyat təcrübəsi də. 
İnsan  bədəni  dəqiq  qurulmuş  bir  cihaza  bənzəyir.  Bu  cihazın 
özünəməxsus təsir dairəsi var və o əhatə etdiyi dairədə müəyyən 
fəaliyyətə malikdir. Normal insan bədəninin ən müxtəlif spesifik-
likləri ola bilər, bu təbiidir. Çünki hər bir mövcudluq özünə məx-
sus bir anın məhsuludur. Həmçinin, hər bir insanın düşdüyü şərait 
bir-birindən fərqli xarakterlər toplusunun yaranması deməkdir. İn-
sanın  normal  bədən  quruluşunun  yaranma  anından  asılılığı  onda 
elə bir kəskin fərq yarada bilməz. Çünki hər hansı optimal şəraitdə 
zədəsiz dünyaya gələn insan normaldır. Özü də bütün normal in-
sanların arasındakı fərq onların yarandığı anın xüsusiliyindən yara-
nan xarakter toplularından başqa bir şey deyildir. Lakin insanın bə-
dəninin fiziki cəhətdən formalaşdığı dövrdən, mövcudluğunun son 
anına qədər onun xüsusilə beynində iz qoyan hər hansı bir zədələn-
mələr və ya təsirlər insanın normal vəziyyətdən çıxması deməkdir. 
Özü də qeyd etmək lazımdır ki, müxtəlif zədələnmələrdən beyində 
yaranan fiziki təsirlər bir çox hallarda həmin şəxsin düşüncələrinin 
insanların ümumi şüur səviyyəsindən aşağı olmasına şərait yaradır 
(Düzdür, elə hallar ola bilər ki, bu zədələnmələr beynin fəallığını 
artırar, lakin bu, hədsiz cüzi bir halın məhsuludur).
Həm də müəyyən hallarda beyin zədələnmələri həyat təcrübəsi-
nin yanlış qavranılmasına gətirib çıxarır ki, bu da səviyyəsindən ası-
lı olaraq müxtəlif dərəcəli dəlilikdir. Ona görə də dəliyə gülməzlər, 
çünki bu cür dəlilik onlardan asılı deyil. Lakin dəlilik təkcə həyat 
təcrübəsinin yanlış qavranılmasının nəticəsi kimi meydana çıxmır. 
Həyat təcrübəsinin yanlış qavranılmasının nəticəsi kimi meydana 
çıxan dəlilik bəzən beyində müxtəlif zədələnmələrin nəticəsi kimi 
yaranır ki, bu da hər hansı bir səbəbdən bədən quruluşunda yara-
nan qüsurun nəticəsi kimi, bir növ məcburiyyət qarşısında yaranan 
haldır. 
Dəliliyin ikinci bir növü də vardır ki, burada bədən quruluşu 
tam  sağlam  vəziyyətdə  olur,  beyində  heç  bir  zədələnmə  halları 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə