Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə23/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

70
Mələklərin yaşadığı yerdə də maddiliyin müəyyən növü möv-
cuddur,  yəni  orada  maddiliyin  bir-biri  ilə  birləşmək  imkanı  olan 
bəsitliyinin yalnız özü-özü ilə birləşən ən müxtəlif növündə möv-
cudluqlar  var.  Əslində  cənnət  burada  yerləşir,  lakin  cəhənnəmdə 
olduğu kimi burada da həyat əbədi deyil. Ya ruhlar maddi aləm-
dən gətirdikləri nurla, az-çox qane olub əbədi həyat seçə bilər, ya 
da mələk həyatı yaşayıb yenidən özlərini sınaq meydanına atarlar. 
Heç də təsadüfü deyil ki, mələklərin də içərisində hissiyyat və ağı-
la xidmət edənlər var. Lakin burada bir şeyi qeyd etmək lazımdır, 
insanlar sınaq meydanına məcburən düşürlər, mələklər isə istəsələr 
mələk həyatı yaşayarlar. Ən ali varlıq hər yerdə öz böyüklüyünü və 
ədalətliliyini nümayiş etdirir. 
Ey insan, başqalarının dərdinə şərik ol, özünə qarşı tələbkar ol, 
onda başqaları tərəfindən, ən başlıcası isə ən alı varlıq tərəfindən 
hörmətə layiq olarsan. Bu şərtə isə ekstrasenslər əməl etməlidirlər. 
Əgər hər hansı bir ekstrasens ona müraciət edənin sevincini və kə-
dərini özününkü hesab etməsə, onun təsiri o qədər böyük olmaz. 
Böyük nüfuzetmə qabiliyyətinə təsirinə malik olmaq üçün başqa-
larının sevincinə və kədərinə şərik olmaq lazımdır. Əks təqdirdə 
tədricən  öz  nəfsinin  quluna  çevrilərsən  ki,  bu  da  sənin  mövcud 
həyatının puçluqla sonluğuna, ölümdən sonrakı həyatının isə daha 
aşağı pillələrdə qərarlaşmasına səbəb olar. 
Həm də burada ən çox nəzərə alınmalı bir hal var, o da ən ali 
varlığın  etimadını  doğrultmamaqdır.  Ekstrasens  hər  an  ağılı  ilə 
hissiyyatı üzərində hökmranlıq etməyi bacarmalıdır. Çünki insan-
ların taleyinin müəyyən qərarlaşmaları ekstrasensin rolundan çox 
asılıdır. Kiməsə doğru yol göstərməyən ekstrasensə həmin kəsin 
hərəkətlərinin  yanlış  cəhətlərindən  gələn  qaralıqdan  o  miqdarda 
da həmin yol göstərən ekstrasensə gəlir. İnsanların taleyi ilə oyun 
oynamaq  olmaz.  Ən  ali  varlıq  sənin  haqsız  əməllərini  puç  edər. 
Bütün  mövcudluqlar  yaşamaq  uğrunda  mübarizə  aparır.  Bu  mü-
barizə həyatın xarakterik qanunudur. Yaşamaq uğrunda mübarizə 
aparmağa hamı məcburdur, lakin bəşəriyyətə faydalılığı ilə ölçülən 
zəhmətin və səyinlə əldə olunan müvəffəqiyyətlər üçün çalışmaq 
insanın özünə qarşı olan tələbkarlığı ilə bağlıdır. 


71
Hər şey insanın özü-özünə qarşı nə cür tələbkar olmasından baş-
lanır. Özünə qarşı tələbkar olmaq, özünü təhrik etməyi bacarmaq 
deməkdir. Özünü təhrik etməyi bacaran isə başqalarının da üzərin-
də müəyyən nüfuza malik olar. Lakin bu təhriklər, bu tələbkarlıqlar 
hökmən faydalı olmalıdır. Bəşəriyyət üçün faydalı olmaq, hörmət 
sahibi olmaq, böyük şəxsiyyət olmaq deməkdir. Əgər insan heç bir 
zəhmətə qatlaşmasa, daim öz hisslərinin ardınca getsə, əldə etdiyi 
müsbət həyat təcrübələrinə laqeyd yanaşsa, onda deməli, tutduğu 
yol mümkün olan yollardan yaxşısı deyil. Yaxşı olmayan yolun isə 
sonu uğurlu olmaz. İnsan əldə etdiyi və öyrəndiyi həyat təcrübələ-
rinə qarşı heç vaxt biganə qalmamalıdır. Çünki həyat təcrübəsinin 
bir növü qanundur. 
Sən öz həyat təcrübənlə əldə etdiklərindən və öyrəndiyin yaxşı 
biliklərdən faydalan, o zaman hər hansı bir sahədə əldə edə biləcə-
yin müvəffəqiyyətə və nüfuza malik olacağına inan. 
İnsan təfəkkürü daim ən yaxşı və mükəmməl formalar almağa 
hazır olan bir şəkildədir. Təfəkkür – hadisələrə münasibətdə düşün-
cə həddidir. İnsanın hadisələrə münasibəti isə hökmən nəticəni öz 
əməllərində göstərir. Hər kim ki özünə qarşı hədsiz tələbkardır, o 
şəxsin görəcəyi işin son nəticəsindən hər hansı bir müvəffəqiyyət 
gözləmək olar. İnsanın həyatdakı mövqeyi isə çox zaman onun hə-
yatdakı müvəffəqiyyətləri ilə ölçülür. Zəhmət və özü-özünə qarşı 
tələbkarlıq yalnız və yalnız sənin xoşbəxtliyini artırar. 
İnsanın potensial imkanları çox genişdir, bu imkanları reallaş-
dırmağın  isə  sənin  həyatdakı  mövqeyindir.  İnsan  elə  mükəmməl 
bədən quruluşuna malikdir ki, onun potensial imkanlarından tam 
istifadə edilsə, bəşəriyyət arzuedilən bir şəraitdə yaşayar. İnsanla-
rın öz potensial imkanlarından daha dolğun istifadə etməyə mane 
olan  qüvvə  həmişə  onun  öz  hissiyyatı  üçün  müəyyən  dərəcədə 
rahatlığa  meyl  etməsi  olmuşdur.  İnsan  öz  hissiyyatının  rahatlığı 
üçün  çalışanda,  bütün  qalan  şeylər  hamısı  arxa  plana  keçir.  Hər 
kəs müəyyən əndazələr daxilində öz rahatlığı üçün çalışmalıdır. hər 
şey öz orta həddini keçəndə haradasa mənfiyə meyilli olur. Hər kəs 
öz potensial imkanlarından daha çox istifadə etmirsə, həyata keç-


72
məyən bir çox arzuları üçün günahkar özüdür. Hər kəs öz hissiyyatı 
üçün yaşayırsa, öz kiçik maddiliklə bağlı dünyasına qapılıb qalır. 
Ən ali varlıq insanlara geniş imkanları ondan ötrü vermişdir ki, 
o, kainatı dərk etsin və nəticə çıxarsın. Çünki düzgün çıxarılan nə-
ticələr ən ali varlığa yaxınlaşmaq yolunda atılan ilk addımlardır. 
Öz potensial imkanından istifadə etməyənlər, yəni öz maddilikdən 
ibarət kiçik dünyasına qapılıb qalanlar ən ali varlığın sevimli bən-
dələri  ola  bilməzlər.  Maddilik  bizə  yalnız  ruhumuzun  bədəndən 
vasitə kimi istifadə etməsi üçün, bədənimizin mövcudluğunu sağ-
lam və işə yararlı vəziyyətdə saxlamaq və nəsil artımını qorumaq 
üçün  lazımdır.  İnsanın  potensial  imkanları  isə  təkcə  maddiliklə 
bağlı deyildir. Potensial imkanlarımız kainat miqyaslıdır. İnsanla-
rın həyatdakı mövqeyi əsasən onların özündən asılıdır. Çünki in-
san sonrakı taleyini yalnız öz əməlləri ilə qazanır. Bir az xarakterik 
xüsusiyyətlər, bir az düşdüyü mühit, bir az da hər an qarşılaşdığı 
milyonlarla səbəblərdən nəticə çıxarıb düzgün yol seçmək imkanı 
onun mövqeyini təyin edir. İnsanların taleləri onların vəziyyətlərilə 
bağlıdır. Sən hansı niyyətlə işə başlamısansa, nəticə də o olmalı-
dır. Sən hər şeyə münasibətdə yaxşı niyyətdə ol, o münasibətdən 
sənə əsasən yaxşı hal keçməlidir. Məlumdur ki, hər hansı bir möv-
cudluqda, o cümlədən də insanda xarici fiziki təsirlərin nəticəsində 
və bədənin daxili tələbatlarından doğan ümumi bir hal yaranır. Bu 
hal insanı, ruhunun gücü ilə istiqamətləndirilən ağılla ən rahatlıq 
vəziyyətinə gətirə bilər. Rahatlıq vəziyyətində olan insan ən yax-
şı əhvali-ruhiyyəlidir. Burası da məlumdur ki, hallar bir mövcud-
luqdan digər mövcudluğa və ya bir insandan digərinə keçir. Ona 
görə də başqaları ilə münasibətdə olanda mümkün qədər onlara xoş 
niyyətlə yanaş ki, onların halı da səndə xoş rahatlıq yaratsın. Yəni 
sən başqalarına mənfi münasibətlə yanaşsan, onların halı da mən-
filəşəcək və təmasda olan hallar da bir-birinə keçici olduğundan 
sənin halın da mənfiləşəcək. Nəticədə öz bəd niyyətin ucundan öz 
rahatlığını itirəcəksən. Bu həyatda hər kəsə aiddir. Azərbaycanda 
çox gözəl bir atalar sözü işlədilir: “Niyyətin hara, mənzilin də ora”. 
Deməli, bəşəriyyətin taleyi onun ayrı-ayrı üzvlərinin niyyətləri ilə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə