Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə22/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

67
olunmağınsa bir çox səbəbləri var. Birincisi, sənə müraciət edənlər 
haradasa müəyyən dərd sahibləridirlər, onların bir ekstrasens kimi 
yanına təbii gəlişlərindən məqsədli istifadə etmə. Unutma ki, ən ali 
varlıq hər şeyə nəzarət edəndir. İkincisi, öz şəxsi keyfiyyətlərində 
danışıq tərzinə qədər hər şeyə fikir ver, axı insanların daxili mədə-
niyyətləri bir növ onların daxili xarakterinin nümayişidir. Bir də 
heç bir vasitə ilə ədalətsiz təklifləri qəbul etmə... Qoy hiss etsinlər 
ki,  qarşılarında  dayanan  şəxs  əsil  şəxsiyyətdir.  Belə  olan  təqdir-
də sənə qarşı xalqın hörməti artar, ədalətsiz təklif edənlərinsə sayı 
azalar. Demək ağlınla hissiyyatının mübarizəsinə təkan verən, gər-
ginlik yaradan səbəblər də tədricən azalar. Sənə qarşı xalqın istə-
yində daimi sabit bir hal yaranar. Həm də bu hal təkcə insanların 
sənə qarşı deyil, həm də ekstrasens adına qarşı hörmətinin ifadəsinə 
çevrilər. Üstəlik bəzi ekstrasenslər də sənin bu işindən faydalanar-
lar. Yeri gələndə sən də haradasa daha faydalı işlərlə məşğul olan 
ekstrasenslərin üstün cəhətlərini qəbul et. Təkcə ekstrasenslərin de-
yil, ümumiyyətlə, insanların ən üstün cəhətlərindən biri də ondan 
ibarətdir  ki,  başqalarının  əldə  etdikləri  müsbət  həyat  təcrübəsini 
özününküləşdirsinlər. Çünki hər bir müsbət həyat təcrübəsi onsuz 
da  həyatda  bir  vaxt  öz  həqiqi  yerini  tutacaqdır,  lakin  onun  vax-
tında qiymətləndirilməsi sənin nadan olmadığına işarədir. Sən onu 
qiymətləndirməyə də bilərsən, Bununçün həyat sənin də qiymətini 
verər. Ən yaxşı yol haqq yoludur. Ən ali varlıq da həmişə haqqın 
tərəfindədir. Ekstrasens ən ali varlığın ümumi kütlə tərəfindən daha 
çox anlaşılmasına çalışmalıdır. Çünki ekstrasenslər özləri həyatın 
hər hansı istiqamətinə nüfuz etsələr, dünyanın idarə olunmasında 
ən  ali  varlığın  müxtəlif  növ  nizamlı  və  məqsədli  təsirlərini  dərk 
etmiş olurlar. Ona görə də onlar başqalarından daha çox fərqli ruhi 
vasitəylə, yəni bəsirət gözü ilə görüb dərk etdiklərini geniş insan 
kütlələrinə ətraflı, mümkün qədər hamının başa düşəcəyi şəkildə 
izah edib layiqincə çatdırmağa çalışmalıdırlar. 
Əlbəttə, həyatı hərə öz səviyyəsində dərk edib duyur, lakin eks-
trasenslər bu işdə daha çox nüfuz etmək qabiliyyətinə malik olduğu 
üçün onların üzərinə daha böyük vəzifə düşür. 


68
Onsuz  da  həyatda  hamı  demək  olar  ki  bir  nizamın  olduğunu 
anlayır, lakin bu anlaşmanı təkzibedilməz dəlillərlə, ağıllı və dü-
şüncəli mühakimələrlə bir qədər də artırmaq olar. Ekstrasenslər bu 
işdə daha çox fəallıq göstərənlərdən olmalıdırlar. Ən ali varlıq hər 
şeyi görən və biləndir. Onun mükafatından böyük mükafat isə ola 
bilməz. Ən ali varlığın böyüklüyünü və qüdrətini dərk edən hər bir 
kəs bu mükafata ümid bəsləyə bilər, bir şərtlə ki, dünya nizamında 
yeganə hakim olan ədalət prinsipinə əməl etsin. Kim ki ədalətlidir, 
deməli, o, ədaləti müdafiə edir. Ədaləti müdafiə etmək isə ən ali 
varlığı dərk etmək deməkdir. 
İnsanların  dünyaya  gəlməsində  iştirakçı  olan  böyük  səbəblər 
qrupu onların arasında elə ciddi bir fərq qoymamışdır. Düzdür, hər 
anın səbəblərinin mövcudluqlara təsiri onların arasındakı oxşarlıq-
lara müəyyən xüsusiliklər əlavə edir. Lakin ümumi insan fiziono-
miyasındakı fərq o dərəcədə də ciddi nəzərəçarpacaq deyildir. Bü-
tün bunlar insanların fiziki quruluşlarıyla bağlı xüsusiyyətləridir. 
Lakin insanlar özləri öz fəaliyyətləri ilə bağlı ən müxtəlif sahədə 
məhdudlaşdırıcı hüquq və əxlaq normaları yaratmışlar. Əslində ən 
ideal insan cəmiyyətlərində, o cümlədən ideal bəşəriyyət qaydala-
rında hüquq və əxlaq eyniləşir, əslində onlar hər ikisi bir məzmun 
daşıyardı, lakin insan cəmiyyətlərində və bəşəriyyətdə indiyə qədər 
ideallıq olmadığından hüquq və əxlaq bir birindən fərqli məzmun 
kəsb edir. Həmçinin dünyamızın özü müxtəlif ölkələrə bölündü-
yündən, hətta bu ölkələrdə də müəyyən milli regionlar olduğun-
dan, hüquq və əxlaq fərqləri daha kəskin nəzərə çarpır. Lakin bir 
şey nəzərə alınmalıdır ki, əxlaqa çox zaman ayrı-ayrı fərdlər özləri 
əməl edir və ya onları cəmiyyətin təhriki əməl etməyə məcbur edir. 
Ancaq hüquq normaları isə çox zaman dövlət tərəfindən müəyyən-
ləşdirilir. Hüquq normaları ona görə çox vaxt əxlaq normaları ilə 
düz gəlmir ki, hüquq normaları dövlətdə həmişə, xalqın hüquqlarını 
qorumaq adı altında hakim mövqe tutanların mənafeyini qoruyur. 
İnsanlar dünyaya bərabər gəliblər, onlar eyni hüquqlara malik-
dirlər, ey insan öz hərəkətlərinlə kimsələrin və özünün hüquqlarını 
məhdudlaşdırma.  İnsanın  hərəkətləri  bir  növ  onun  daxili  düşün-


69
cələrinin güzgüsüdür. Yəni yenə də sənin hərəkətlərin nə qədər giz-
lədilmiş olsa belə sənin daxili istəklərinin məhsulu kimi formalaşır. 
Ey insan öz hərəkətlərinlə ruhunun təmizliyini (o mənada bütövlü-
yünü qoru), yoxsa xırdalanıb daha aşağı pillələrə düşərsən. 
Əgər insan öz hərəkətlərində yaşadığı müddət ərzində daha çox 
öz hissiyyatının qulu olarsa, imkanı ola-ola ədalətlilik prinsipinə 
əməl etməzsə, onun ruhu öz yanlış əməllərinin nəticəsindən doğan 
birnövlü bəsit qaralıqla, yəni zülmətlə sıxılar ki, nəticədə həmin 
şəxs hissi ləzzətlərdən sonra töhmət sahibi olar. Həm də nəhayət, 
ölüm həddi çatanda, ruh bədəni tərk edib gedəndə, ruhu bürümüş 
qara halə onu sıxıb bizim maddi aləmin daha aşağı pillələrinə çəkə-
cəkdir. Cəhənnəm deyilən yerə yol bu aşağı pillələrə düşməkdən 
başlanır.  Ruhu  bürüyən  qara  halənin  gücündən  asılı  olaraq  ruh 
müəyyən səviyyələrdə qərarlaşar. Məsələn, hər hansı bir heyvanın, 
bitkinin  və  ya  mineralın  halında  qərarlaşmağa  qədər.  Cəhənnəm 
iztirabları da elə buradan başlayar. Hər hansı bir heyvanın halında 
yaşayan ruh hər gün alçaldığını hiss edər. Hər hansı bir bitkinin 
halında yaşayan ruh susuzluğa məruz qala bilər ki, elə bunun özü 
cəhənnəm odunda yanmaq deməkdir. Mineralların halını yaşayan 
ruh demək olar ki, öz imkanlarını tamamilə itirər. Heç bir həyat 
hadisəsinə öz mövqeyindən yanaşmaq imkanı olmaz. 
Əgər ruhda nurla qaranlığın nisbətləri təxminən eynidirsə, ruh 
insan həyatında ikinci dəfə sınağa çəkilər. Ən ali varlığa qovuşmaq 
üçün isə yeganə yol öz içində əsil insana xas olan sevgi ilə yaşa-
maqdır. Sən imkan daxilində ədalətlisənsə, sən öz ağılınla öz his-
siyyatın üzərində hökmranlıq edə bilirsənsə, deməli, ruhunu parlaq 
nur şəklində halə bürüyəcək və ölüm həddi yetişəndə, bədənindən 
çıxan ruh öz nuru ilə birlikdə (nur ən ali ruha meyillidir) bizi əhatə 
edən maddi aləmi tərk edəcəkdir. Digər tərəfdən, ruh öz böyüklük 
və kiçiklik dərəcəsindən asılı olaraq, səviyyəsinə uyğun müəyyən 
mövqe tutacaqdır. Orada ruhlar bu maddi aləmdən apardıqları ru-
hun ləzzət və rahatlığı və ya mələklər halında ləzzət və rahatlıq 
içərisində yaşayacaqlar. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə