Bakı Dövlət Universiteti


№-li "Əsas vəsaitlər" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir



Yüklə 329,5 Kb.
səhifə2/4
tarix15.07.2018
ölçüsü329,5 Kb.
#55740
1   2   3   4

01 №-li "Əsas vəsaitlər" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir:

Debet üzrə Kredit üzrə

01 Əsas vəsaitlər 01 Əsas vəsaitlər

03 Uzun müddətə icarəyə götürülmüş 06 Uzunmüddətli maliyyə qoyuluşları

əsas vəsaitlər



08 Kapital qoyuluşları 09 Daxil olası icarə öhdəlikləri
30 Qeyri-əsaslı işlər

75 Təsisçilərlə hesablaşmalar 47 Əsas vəsaitlərin satışı və sair

xaric olmaları



  1. Əlavə kapital 58 Qısamüddətli maliyyə qoyuluşları

  2. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 87 Əlavə kapital


Əsas vəsaitlərin müəssisədən çıxmasının uçotu

Müəssisədə gündəlik aparılan təsərrüfat fəaliyyəti nəticəsində əsas vəsaitlərin çıxması əməliyyatları baş verir. Əsas vəsaitlərin obyektləri müəssisədən müxtəlif səbəblər nəticəsində çıxa bilər.

Əsas vəsaitlər aşağıdakı səbəblər nəticəsində yəni, satıldıqda, ləğv edilib silindikdə, əvəzsiz olaraq başqa təşkilata və fiziki şəxsə verildikdə, maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi verildikdə, inventarlaşma nəticəsində əskikgəlmə müəyyən olunduqda, müəssisənin tabeçiliyində olan başqa müəssisəyə verildikdə (daxili yerdəyişmə) müəssisədən çıxa bilərlər.

Bazar iqtisadiyyatı şəraitində müəssisəyə hər hansı bir əsas vəsait lazım olmadıqda, onun satınalmasını həll etməyi düşünür. Alıcı ilə onun alqı-alqı şərtləri və satış qiyməti müəyyənləşdirilir. Bu isə bilavasitə satılması nəzərdə tutulan əsas vəsaitin qalıq dəyərindən, onun keyfiyyət səviyyəsindən və ona olan tələbdən asılıdır. (Ümumiyyətlə, müəssisənin satacağı əsas vəsaitin qiyməti onun qalıq qiyməti səviyyəsindən, ondan aşağı və yuxarı müəyyən oluna bilər.

Əsas vəsaitin satış üçün buraxılması mövcud olan qaydalara əsasən icra olunur. Belə halda əsas vəsaitə cavabdeh olan maddi-məsul şəxs əmtəə-nəqliyyat qaiməsi tərtib edir və vəsaiti alan müəssisə nümayəndəsindən vəkalətnamə alaraq buraxılış əməliyyatını icra edir. Əmtəə-nəqliyyat qaiməsində əsas vəsaitin adı, texniki göstəriciləri, ilkin, bərpa dəyəri, istismar dövründə hesablanmış amorti-zasiya məbləği əks olunmalıdır. Lazım olduğu halda həmin sənədlərə əsas vəsaitin texniki xarakteristikasını və digər sənədlər əlavə oluna bilər.

Bır sıra hallarda əsas vəsaitin tamamilə istifadə olunması imkan olmadıqda, müəssisənin onları ləğv etmək və balansdan silmək hüququ vardır.

Əsas vəsaitlərin müəssisədən çıxmasının səbəblərinin müxtəlif olmasına bax-mayaraq (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlar müəssisədən çıxan zaman onların dəyəri 01№-li «Əsas vəsaitlər» hesabından 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının debetinə silinir. Tamamilə xarab olmuş, yaxud çatışmayan əsas vəsaitlərin ilk dəyərlərinin silinməsi zamanı da bu cür mühasibat yazılışı tərtib edilir.

Əsas vəsaitlərin hesablaşma əsasında ödənişi aparıldıqda satışdan daxil olan pul vəsaiti üzrə 62№-li «Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının debe-tinə və 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmaları» hesabının kreditinə yazılış aparılır. 51№-li «Hesablaşma hesabı»nın debetinə və 62№-li «Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının kreditinə yazmaqla uçotu aparılır.

Əsas vəsaitlərin ləğv olunub silinməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 iyun 1998-ci il tarixli əmri ilə qəbul olunmuş «Əsas vəsaitlərin ləğv edilmiş haqqındakı təlimata müvafiq olaraq həyata keçirilir və müəssisə rəhbərinin təsdiq etdiyi akt əsasında mühasibat uçotunda aşağıdakı yazılışlar aparılır:


  1. əsas vəsaitlərin ilk dəyəri 47№-li «Əsas vəsaitlərin və sair xaric olmalar» hesabının debeti, 01№-li «Əsas vəsaitlər» hesabının kreditinə;

  2. silinən əsas vəsaitlərin köhnəlmə məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının debetinə və 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının kreditinə;

  3. Silinən (ləğv edilən) vəsaitlərin köhnəlməsində iştirak edən işçilərin əməyinin ödənilməsinə hesablanılan məbləğ 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının debetinə və №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının kreditinə;

ç) əsas vəsaitlərin ləğvi nəticəsində əldə edilən material qiymətlərinin dəyəri mümkün istifadə qiyməti ilə 10№-li «Materiallar», 12№-li «Azqiymətli və tezköhnələn əşyalar» hesab-larının debetinə, 47№-li «Əsas vəsaitlərin satışı və sairə xaric-olmalar» hesabının kreditində əks olunur.

Hesabat dövrünün sonunda 47№-li «Əsas vəsaitlərin satışı və sairə xaric olmalar» hesabı bağlanır və həmin hesabın debet və kredit dövriyyələri arasındakı fərq müəyyənləşdirilir və 80№-li «Mənfəət və zərərlər» hesabına silinir. Debet dövriyyəsinin kredit dövriyyəsindən çox olması əsas vəsaitlərin müəssisədən çıxmasından əldə edilən zərəri, kredit dövriyyəsinin debet dövriyyəsindən çox olması isə alışın mənfəətini göstərir.


Əsas vəsaitlərin təmirinin uçotu

Əsas vəsaitlərin işlək vəziyyətini təmin etmək üçün onların təmiri vacib məsələlərdən hesab olunur. Təmirin öz vaxtında və yüksək keyfiyyətlə aparılması işin ahəngdarlığına müsbət təsir göstərir, maşın və avadanlıqların boş dayanmasının qarşısını alır. Hər bir müəssisədə aparılan işin həcmindən və xarakterindən asıl olaraq əsas vəsaitlərin cari və əsaslı təmiri aparılır.

Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə əsas vəsait-lərin vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsaitlərin əsaslı və cari təmiri təsərrüfat üsulu podrat üsulu ilə aparıla bilər.

Podrat üsulla təmirin aparılması zamanı ixtisaslaşdırılmış tikinti təşkilatları ilə müqavilə bağlanılır və aparılan təmir işi həmin təşkilata tapşırılır. Əsas vəsaitin təmiri ilə əlaqədar olan bütün məsrəflər podratçı təşkilata mühasibatlığında uçota alınır. Podratçı tikinti təşkilatları tərtib olunmuş əsasında yerinə yetirilən işlərin həcminə müvafiq olaraq sifarişçi təşkilata hesab-qaimə təqdim edir. Hesab-qaiməyə əsasən yerinə yetirilən təmir işlərinin dəyərinə sifarişçi təşkilat podratçı təşkilata ödəyir. Podratçı təşkilat ilə aparılan təmir üzrə hesablaşmaların uçotu 60№-li «Malsatan podratçılarla hesablaşmalar» hesabında aparılır. Həmin hesabın kreditində görülmüş təmir işləri üzrə podratçı təşkilatla hesablanan (ödənməli borc məbləği) məbləğ, debetində isə hesablaşma hesabından onlara ödənmiş məbləğ əks olunur.

Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işlərində bütün məsrəflərin uçotu müəssisənin özünün mühasibatlığında aparılır. Bir sıra hallarda müəssisələrin tərkibində təmir-tikinti qrupu və ya təmir sexi yaradılır ki, belə halda sərf olunmuş məsrəflər 23№-li «Köməkçi istehsalat» hesabında uçota alınır. Təmirlə aparılan bütün faktiki məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə keçirilir. Məsrəflərin mühasibat uçotunda əks olunması təmirin aparılması formasından, təmir həcmindən və aparılma vaxtından asılıdır.

Əgər aparılan təmirlə əlaqədar məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə daxil olunursa, mühasibat uçotunda aşağıdakı qaydada yazılış aparılır:



  1. Təmir təsərrüfat üsulu ilə müəssisənin özü tərəfindən icra olunursa 20№-li «Əsas istehsalat», 23№-li «Köməkçi istehsalat», 25№-li «Ümumi istehsalat xərcləri», 44№-li «Tədavül xərcləri» hesablarının debetinə və 10№-li «Materiallar», 70№-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar», 71№-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar» və s. hesabların kreditinə;

  2. təmir podrat üsulu ilə kənar təşkilat tərəfindən həyata keçirildikdə 20№-li «Əsas istehsalat», 25№-li «Ümumi istehsalat xərcləri», 26№-li «Ümumi təsərrüfat xərcləri», 44№-li «Tədavül xərcləri» hesablarının debetinə və 60№-li «Malsatan və podratçılarla hesablaşmalar» hesabının kreditində əks olunur.

Müəssisələrdə böyük həcmdə təmir işlərinin aparılmasını təmin etmək üçün təmir fondu yaradılır. Təmir işlərinə məsrəflərin tərtib olunmuş plan-smetasına əsasən bu fonda ayırma-ların həcmi müəssisənin özü tərəfindən müəyyən edilir. Bu fond mühasibat uçotunda 89№-li «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» adlı passiv hesabının «Təmir fondu» subhesabında uçota alınır.

İstehsal və tədavül xərcləri hesabına ehtiyat məbləğlərinin yaradılması qaydası müvafiq qanunvericiliyə və digər normativ aktlara əsasən nizamlanır. Bu və ya digər məbləğlər üzrə ehtiyatların yaradılması istehsal məsrəfləri, yaxud tədavül xərclərini uçota alan hesablarla müxabirləşdirilməklə 89№-li «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabının kreditində əks etdirilir.

Əvvəlcədən ehtiyatı yaradılmış faktiki xərclər və ödənişlər müəssisənin sexləri tərəfindən aparılmış əsas vəsaitlərin təmiri dəyərində 23№-li «Köməkçi istehsalat» və digər hesablarla müxabirləşməklə, 89№-li «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabının debetinə yazılır.
Əsas vəsaitlərin köhnəlməsinin (amortizasiyasının) uçotu

Əsas vəsaitlər istifadə olunması nəticəsində köhnəlir, özünün ilkin keyfiyyəti və istifadə olunması imkanları azalır. Köhnəlmə fiziki və mənəvi formada özünü göstərir.

Əsas vəsaitlərin fiziki köhnəlməsi ilə əlaqədar özünün fiziki keyfiyyətini itirir və vəsait işlənməz vəziyyətə düşür. Əsas vəsaitlərin mənəvi köhnəlməsi ölkələrdə aparılan elmi-texniki inkişafla əlaqədar olaraq onların dəyərinin aşağıya düşməsi və daha məhsuldar vəsaitlərin yaranması ilə əlaqədardır.

02№-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Əsas vəsaitlərin tam bərpası üçün köhnəlmə (amortizasiya) keçmiş SSRİ Nazirlər Sovetinin 22 oktyabr 1990-cı il tarixli 1072№-li əmri ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr 1990-cı il tarixli 536№-li qərarı ilə Azərbaycan SSR-də tətbiqinə icazə verilən "SSRİ xalq təsərrüfatında əsas fondların tam bərpa-sına hesablanan amortizasiya ayırmalarının vahid normaları" əsasın-da hər ay hesablanaraq məhsulun (işin, xidmətin) maya dəyərinə və tədavül xərclərinə daxil edilir.

Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci il, 21-46 №-li əmri ilə Respublika Statistika Komitəsinin 08 iyun 1998-ci il, 8/6-36 №-li razılığı əsasında «Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat»da mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar balanslarında olan əsas vəsaitlərin (fondların) balans (ilkin, bərpa) dəyərinə köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunu tətbiq etmək müəyyənləşdirilmişdir.

Lakin Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli, 905-11 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsi»nin 114-cü maddəsinə amortizasiya ayırmaları və gəlirdən əsas vəsaitlər üzrə çıxılan məbləğlərə dair bir sıra yeni qaydalar müəyyən edilmişdir. Beləliklə, əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

a) binalar, tikililər və qurğular - 7 faizədək;

b) maşınlar, avadanlıqlar və hesablama texnikası – 25 faizədək;

c) digər əsas vəsaitlər - 20 faizədək;

ç) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə

çəkilən xərclər – 25 faizədək;



  1. qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün - 10 faiz,

istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə

mütənasib məbləğlərlə.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər bir kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq edilməklə hesablanır.

Binalar, tikililər və qurğular (bundan sonra tikili.br) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köhnəlmə (amortizasiya) hesabladıqları üçün qəbul olunmuş illik köhnəlmə (amortizasiya) normalarını 12 aya bölməklə aylıq köhnəlmə normalarını müəyyən edirlər.

Mövcud qanunvericiliyə görə torpaq, incəsənət əsərləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur.

Mühasibat uçotunda aylıq hesablaşmanı köhnəlmə (amortizasiya) məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabında əks olunur. 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabı passiv hesab olub müəssisənin öz mülkiyyətində olan, uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Vəsaitlərə qanunvericilikdə nəzərdə tutulmuş normalarla hesablanmış köhnəlmə (amortizasiya) məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində, istehsal (tədavül) xərclərini uçota alan hesabların, yəni 20№-li «Əsas istehsalat», 23№-li «Köməkçi istehsalat», 25№-li «Ümumi istehsalat xərcləri», 26№-li «Ümumi təsərrüfat xərcləri», 44№-li «Tədavül xərcləri» hesabının debetində əks etdirilir. Bu müxabirləşmədə əsas vəsaitin harada yerləşməsindən asılı olaraq həmin hesabda yazılış aparılır.

İcarəyə verilmiş əsas vəsaitlərə (uzun müddətə icarəyə verilənlərdən başqa) hesablanmış köhnəlmə (amortizasiya) məbləğləri 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində və 80№-li «Mənfəət və zərər» hesabının debetində əks etdirilir. Tam amortizasiya olunmuş əsas vəsaitlərə köhnəlmə hesablanmır.

Müəssisənin mülkiyyətində olan əsas vəsait obyektləri təsərrüfatdan çıxdıqda (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlara hesablanmış köhnəlmə məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının debetində və 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının kreditində əks etdirilir. Tamamilə xarab olmuş yaxud çatışmayan əsas vəsaitlərə hesablanan köhnə məbləğlərinin silinməsi zamanı da eyni yazılış tərtib edilir.

02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabı üzrə analitik uçot hər bir əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.


02№-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir:
Debet üzrə Kredit üzrə

02 Əsas vəsaitlərin köhnəlməsi 02 Əsas vəsaitlərin köhnəlməsi

(amortizasiyası) (amortizasiyası)



03 Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər 08 Kapital qoyuluşları

47 Əsas vəsaitlərin satışı və sair xaric olmaları 20 Əsas istehsalat

23 Köməkçi istehsalat

  1. Ümumistehsalat xərcləri

  2. Ümumtəsərrüfat xərcləri

29 Xidmətedici istehsalat

və təsərrüfatlar



31 Gələcək dövrlərin xərcləri

  1. Kommersiya xərcləri

  2. Tədavül xərcləri

  1. Təsərrüfatdaxili

hesablaşmalar

  1. Mənfəət və zərər

  2. Mənfəətin istifadəsi

  1. Bölüşdürülməmiş mənfəət

(ödənilməmiş zərər)

  1. Qarşıdakı xərclər və ödəmələr üçün

ehtiyatlar
İcarəyə götürülmüş əsas vəsaitlərin uçotu

İcarə - tərəflər arasında bağlanmış müqavilə əsasında, əvəzi ödənilməklə əsas vəsaitlərə müəyyən müddətə sahib olmaq və onlardan istifadə etməyin müəyyən edilməsidir. İcarəyə verənlə icarədar arasında bağlanmış müqavilədə icarəyə verilən əsas vəsaitin forması, əsas göstəriciləri. dəyəri, icarə vaxtı, icarə haqqının məbləği, tərəflərin icarəyə götürülən əmlakın təmiri və bərpa olunması ilə əlaqədar olan öhdəlikləri və s. əks olunmalıdır.

Azərbaycan Respublikasında əmlakın icarəyə verilməsi qaydaları 30 aprel 1992-ci il tarixli «İcarə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hazırda mövcud olan qanunvericiliyə görə icarənin aşağıdakı formalarından istifadə edilir:

- müəssisənin icarəsi;

- nəqliyyat vasitələrinin icarəsi;

- ayrıca obyektlərin və ya komplekslərin icarəsi

- sexlərin, istehsalatların icarəsi.

Əgər tərəflər arasında bağlanmış müqavilədə başqa şort müəyyən olunmamışsa, icarəyə verilmiş əmlakın əsaslı təmiri icarə verən tərəfindən yerinə yetirilməlidir. İcarəçi qəbul etdiyi əmlakın normal vəziyyətini təmin etməlidir.

Əmlakın istifadə olunması ilə əlaqədar tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən olunmuş icarə haqqını icarədar vaxtında ödəməyə borcludur.

İcarəyə verilmiş əsas vəsaitlərin mühasibat uçotu aşağıdakı qaydada əks olunmalıdır.



İcarəyə verən müəssisədə icarənin uçotu. Cari icarənin obyekti icarəyə verənin əmlakı hesab olunmaqla onun balansında əks olunur. Obyektin icarədara verilməsi qəbul-təhvil aktı ilə rəsmiyyətə salınır. Bundan sonra icarəyə verən əsas vəsaitin inventar kitabında qeydiyyat aparmaqla 01№-li «Əsas vəsaitlər» hesabı üzrə «Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi» subhesabını açmaqla müəssisədaxili aşağıdakı yazılış aparılır:

  • Debet - «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi» subhesabı.

  • Kredit 01 - «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitlər» subhesabı.

Beləliklə, icarəyə verən müəssisə mülkiyyət sahibi kimi icarəyə verilən əsas vəsaitə görə köhnəlmə hesablayır. Hesablanmış köhnəlmə məbləği icarə xərcindən ödənilir və ona görə də bu məsrəflər xərclərə aid edilmir və 80№-li «Mənfəət və zərər» hesabında əks etdirilir. Hesablanmış köhnəlmə məbləği üçün aşağıdakı yazılış tərtib edilir:

  • Debet 80 - «Mənfəət və zərər»

  • Kredit 02 - «Əsas vəsaitlərin köhnəlməsi».

Əsas vəsaiti icarəyə verən müəssisə üçün icarə haqqı həmin müəssisənin mənfəəti hesab olunur və ona görə do icarə haqqının hesablanması üçün aşağıdakı yazılış aparılır:


  • Debet 76 - «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar»

  • Kredit 80 - «Mənfəət və zərər».

Bəzi hallarda icarə haqqı müəyyən olunmuş vaxtdan bir neçə ay qabaq ödənilir və bu halda 83№-li «Gələcək dövrün gəlirləri» hesabından istifadə edilməklə aşağıdakı yazılış tərtib olunur.

  • Debet 76 «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar»

  • Kredit 83 «Gələcək dövrün gəlirləri».

Daha sonra icarədardan icarə haqqı daxil olduqda yazılış aparılır:

  • Debet 50 «Kassa»

51 «Hesablaşma hesabı»

  • Kredit 76 «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar

Daha sonra avans qaydasında alınmış vəsait öz təyinatına görə silinir:

  • Debet 83 «Gələcək dövrün gəlirləri»

  • Kredit 80 «Mənfəət və zərərlər».

Bəzi hallarda icarəyə verən verdiyi əsas vəsaitlər üzrə təmir işi aparır və həmin məsrəfləri müəssisə mühasibat uçotunda özünəməxsus vəsaitin təmiri kimi əks etdirir və məsrəflər istehsal xərclərinə daxil edilir.

İcarə üzrə bağlanmış müqavilə ləğv olunduqda və icarədar ona məxsus olan əsas vəsaiti geri qəbul etdikdən sonra inventar kartoçkasında yazılış aparmaqla aşağıdakı müxabirləşməni tərtib edir.



  • Debet 01 - «Əsas vəsaitlər», «Özünəməxsus əsas vəsaitlər» subhesabı

  • Kredit 01 - «Əsas vəsaitlər», «Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi» subhesabı.

İcarədar icarəyə götürdüyü əsas vəsaitin qəbul-təhvil aktı əsasında mühasibat uçotu hesablar planının 001№-li balansarxası hesabı sayılan «İcarəyə götürülmüş əsas vəsaitlər» hesabında əks etdirilir.

İcarədar müəssisədə icarə haqqı onunu xərclərinə daxil edilir və bu əsasda aşağıdakı yazılış aparılır:




  • Debet 20 - «Əsas istehsalat»

25 - «Ümumi istehsalat xərcləri»

26 - «Ümumi təsərrüfat xərcləri

44 - «Tədavül xərcləri»


  • Kredit 76 - «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar».

Müqavilə şərtlərinə görə əgər icarə haqqının əvvəldən avansla verilməsi nəzərdə tutulmuşsa, onda bu xərclər 31№-li «Gələcək dövrün xərcləri» hesabına aid edilməklə aşağıdakı yazılış aparılır:

  • Debet 31 - «Gələcək dövrün xərcləri»

  • Kredit 76 - «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar».

Sonradan bu məsrəflər bərabər həcmdə hesabat dövrünün xərclərinə silinməklə aşağıdakı yazılış aparılır:

  • Debet 20 - «Əsas istehsalat»

25 - «Ümumi istehsalat xərcləri»

26 - «Ümumi təsərrüfat xərcləri»

44 - «Tədavül xərcləri»


  • Kredit 31 - «Gələcək dövrün xərcləri»

Bu əməliyyatdan sonra faktiki görülən icarə xərclərinə görə 76№-li «Müxtəlif debitorlar və kreditorlarla hesablaşmalar» hesabının debetinə və 50№-li «Kassa» və 51№-li «Hesablaşma hesabının krediti»ndə əks olunur.

Bəzi hallarda tərəflər bağladıqları müqavilə şərtlərinə görə, icarəçi qəbul etdiyi əsas vəsaitin öz tələbinə uyğun olaraq yenidənqurma, avadanlıqlarla təmir etmə əməliyyatını aparır.

Bu halda icarədar icarəverənlə razılaşma əsasında əsaslı tikinti aparır və həmin məsrəfləri 08№-li «Kapital qoyuluşu» hesabında əks etdirir. Kapital qoyuluşu başa çatdıqdan sonra həmin məsrəflər üzrə 01№-li «Əsas vəsaitlər» və 08№-li «Kapital qoyuluşu» hesabında əks olunur. Beləliklə, əsas vəsaitlər artırılmış dəyərlə birlikdə icarəyəverənə qaytarıldıqda həmin məbləğ üzrə aşağıdakı yazılış aparılır.


  • Debet 47 - «Əsas vəsaitin satışı və sair xaric olmalar»

  • Kredit 01 - «Əsas vəsaitlər».

Nəticə olaraq icarəyə götürülmüş əsas vəsaitlərin icarəyəverənə qaytarılmasının müvafiq məbləği 001№-li balansarxası hesabdan silinməsi ilə yekunlaşdırılır.

03№-li "UZUN MÜDDƏTƏ İCARƏYƏ GÖTÜRÜLMÜŞ ƏSAS VƏSAİTLƏR" HESABI

03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabı müəssisələr tərəfindən uzun müddətə icarəyə götürülmüş əsas və-saitlərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Bu hesabdan icarədar müəssisələr-də istifadə edilir. icarə müqaviləsinin şərtlərinə uyğun olaraq uzun müddətə icarəyə götürülən gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ ol-mayan, müqavilədə və ya icarəçi ilə icarədar arasındakı başqa razılaşma sənədlərində nəzərdə tutulmuş qiymətlərlə dəyəri ödənilərək icarəyə götürənin mülkiyyətinə keçən obyektlər (sənədlərdə nəzərdə tutulmuş icarə müddətindən asılı olaraq) icarəyə götürülmüş əsas vəsaitlərə aid edilir.

Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər 03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabında icarəyə verən və icarədarlar arasında razılaşdırılmış qiymətlə uçota alınır. Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) 02№-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabında uçota alınır.

Uzun müddətə icarə şərti ilə müəssisəyə daxil olmuş əsas vəsaitlərin mədaxili 03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas və-saitlər" hesabının debetində və 97№-li "İcarə öhdəlikləri" hesabının kreditində əks etdirilir.

Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlərin istifadəsinə görə icarəyə verənlərə çatası vəsaitlərin ödənişi 97№-li "icarə öhdəlikləri" hesabının debetində və pul vəsaitlərini uçota alan hesabların isə kreditində əks etdirilir. Uzunmüddətli icarə müqaviləsi üzrə hesablanmış faiz məbləği 97№-li "İcarə öhdəlikləri" hesabının kreditində və 81№-li "Mənfəətin istifadəsi" hesabının debetində əks etdirilir.

İcarə müqaviləsinin şərtlərinə (yaxud icarəyə verənlərlə icarədar arasındakı əlavə razılığa) görə icarəyə götürülmüş əsas vəsaitlər icarədarın mülkiyyətinə keçdikdə 01№-li "Əsas vəsaitlər" hesabının debetində və 03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas və-saitlər" hesabının kreditində əks etdirilir. Bununla birlikdə bu əsas vəsait obyektinin 02№-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabındakı köhnəlmə məbləği 02-2 "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" subhesabından 02-1 "Xüsusi əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" subhesabına köçürülür.

İcarəyə götürülmüş əsas vəsaitlər müqavilə müddəti qurtardıqdan sonra icarəyə verənlərə qaytarılarsa, onda 02№-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabının debetində və 03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabının kreditində yazılış aparılır.

Əgər icarəyə götürülmüş əsas vəsait obyekti icarə müqaviləsinin müddəti qurtarana qədər icarəyə verənə qaytarılarsa, 03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabının kreditinə, 02№-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabının (hesablanmış köhnəlmə məbləğində) və 97№-li "icarə öhdəlikləri" hesabının (obyektin istifadəsi üçün icarəyə verənə köçürülməmiş ödəniş məbləğində) debetində yazılış aparılır.

03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabı üzrə analitik uçot əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.

03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir:

Debet üzrə Kredit üzrə


Yüklə 329,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə