Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   2   3   4   5   6   7   8   9   ...   81

Ümumi görüntü çertyoju səviyyəsi 21,80 5109 0202/64G 005
 
Ümumi çertyoj uzaqlıq bölməsi AA  5109 0202/64G 006
 
Ümumi çertyoj uzaqlıq bölməsi BB  5109 0202/64G 007 
Ayrılmış torpaq sahəsinin cizgisi M 1:5000 
 
 
 
 
1. GİRİŞ  
Kommunal  sahədə  islahatların  həyata  keçirilməsi  zərurəti  hələ  Azərbaycan 
Respublikasının dövlət başçısının 2003-cü il noyabrın 24-də «Azərbaycan Respublikasında 
sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri  haqqında»  fərmanında  vurğulanmışdır 
və həmin dövrdən başlayaraq ölkədə beynəlxalq maliyyə təşkilatlarının və tanınmış xarici 
şirkətlərin  iştirakı  ilə  müvafiq  araşdırma  və  monitorinqlər  aparılmışdır.  Monitorinqlər 
paytaxt  Bakı  ərazisində  məişət  tullantıları  ilə  bağlı  vəziyyətin,  xüsusilə,  tullantıların 
zərərsizləşdirilməsi  sahəsində  qeyri-qənaətbəxş  olmasını  və  bu  sahədə  təxirəsalınmaz 
islahatların  aparılmasının  zəruriliyini  bir  daha  təsdiqləmişdir.  Dünya  Bankının  ekspertləri 
tərəfindən  müstəqil  qaydada  keçirilən  qiymətləndirmə  zamanı  ekoloji  vəziyyətin 
qənaətbəxş  olmamasını  nəzərə  alaraq,  «Bərk  məişət  tullantılarının  kompleks  idarəçiliyi» 
haqqında layihə hazırlanmış və Azərbaycan hökumətinə təqdim edilmişdir.  
Beynəlxalq təcrübəyə əsasən, məişət tullantılarının idarə olunması sisteminin vacib 
komponentləri  olan  -  tullantıların  yığılması,  çeşidlənməsi,  daşınması,  yerləşdirilməsi, 
istifadəsi, utilləşdirilməsi, zərərsizləşdirilməsi, emalı və basdırılması ilə bağlı əməliyyatlar 
düzgün  və  sistemli  həyata  keçirilərsə,  bu  sistemin  səmərəli  fəaliyyətini  təmin  etmək 
sahəsində  aparılan  islahatlar  özünü  doğruldar  və  gözlənilən  səmərəni  verə  bilər.  Bu 
baxımdan, 
ölkə 
paytaxtında 
məişət 
tullantılarının 
yığılması, 
daşınması 
və 
zərərsizləşdirilməsi  sisteminin  müasir  standartlara  cavab  verən  tərzdə  qurulması  və  idarə 
edilməsi,  bu prosesin  mütəşəkkil qaydada  həyata keçirilməsi, şəhərin  ekoloji  vəziyyətinin 
yaxşılaşdırılması  məqsədi  ilə  2008-ci  il  avqust  ayının  6-da  Azərbaycan  Respublikasının 
Prezidenti  cənab  İ.Əliyev  tərəfindən  «Bakı  şəhərində  məişət  tullantıları  ilə  bağlı 
idarəetmənin təkmilləşdirilməsi haqqında» sərəncam imzalanmışdır. 
Sərəncamda  göstərilir  ki,  son  dövrdə  əhaliyə  göstərilən    kommunal  xidmətlərin 
yaxşılaşdırılması  istiqamətində  xeyli  işlər  görülür.  Lakin  «Kommunal  xidmətlərin 
yaxşılaşdırılması  məqsədi  ilə  görülən  işlərə  və  əldə  olunan  nailiyyətlərə  baxmayaraq, 
məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində 
ciddi çatışmazlıqlar hələ də mövcuddur. Məişət tullantılarının daşınmasında vahid sistemin 
mövcud  olmaması,  yığılan  zibilin  emal  edilmədən  və  zərərsizləşdirilmədən  istifadə 


imkanları  bitmiş  tullantı  poliqonlarında  toplanması,  bir  çox  yerlərdə  icazəsiz  zibilliklərin 
əmələ gəlməsi və ətraf mühitin çirklənməsi ciddi narahatlıq doğurur».   
Nəticədə isə Bakı şəhərində və onun ətrafında məişət tullantıları ilə bağlı vəziyyət 
acınacaqlı olaraq qalır. 
Respublika  Prezidentinin  sərəncamına  uyğun  olaraq,  Bakı  şəhərində  məişət 
tullantılarının  iki  mərkəzdən  idarə  olunması  sistemi  müəyyən  edilmişdir.  Bununla 
əlaqədar,  yaranma  mənbəyindən  asılı  olmayaraq,  bütün  bərk  məişət  tullantılarının 
toplanması  və  daşınması  Bakı  şəhər  İcra  Hakimiyyətinə  tapşırılmışdır.  Bu  məqsədlə, 
müstəqil  mənzil  fondu  olan  dövlət  idarə,  müəssisə  və  təşkilatlarının  (Azərbaycan 
Respublikası  Dövlət  Neft  Şirkəti,  Xəzər  Dəniz  Gəmiçiliyi,  Müdafiə  Nazirliyi  və  s.)  bərk 
məişət  tullantılarının  yığılması  və  daşınması  ilə  bağlı  funksiyaları  və  bu  funksiyaların 
yerinə  yetirilməsi üçün  balanslarında olan zibil toplama  məntəqələri,  maşın-mexanizmləri 
və  avadanlıqları  Bakı  şəhər  İcra  Hakimiyyətinə  təhvil  verilməlidirlər.  Beləliklə,  Bakı 
şəhərinin  istənilən  nöqtəsindən  tullantıların  toplanıb  daşınmasına  görə  Bakı  şəhər  İcra 
Hakimiyyəti cavabdeh  olacaqdır. 
Sərəncama  əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt ərazisində əmələ 
gəlmiş  bütün  bərk  məişət  tullantıları  toplanaraq,  yeni  yaradılan  «Təmiz  şəhər»  ASC-yə 
təhvil verilməlidir. Bu müəssisə isə tullantıların yerləşdirilməsini və zərərsizləşdirilməsini 
həyata  keçirərək,  onların  tamamilə  utilləşdirilməsini  təmin  etməlidir.  Bu  məqsədlə, 
Mənzil-Kommunal  təsərrüfatı  Departamentinin  balansında  və  xidmət  dairəsində  olan 
Balaxanı  məişət  tullantılarının  zərərsizləşdirilməsi  poliqonu,  Suraxanı  və  Qaradağ 
rayonlarının  ərazisində  yerləşən  bərk  məişət  tullantılarının  yerləşdirilməsi  və 
zərərsizləşdirilməsi  sahələri  əmlakları  ilə  birgə  «Təmiz  şəhər»  ASC-yə  verilməlidir. 
«Təmiz  şəhər»  ASC  bərk  tullantıların  yerləşdirilməsindən  başqa,  əsas  fəaliyyətini 
beynəlxalq  təcrübədə  özünü  doğrultmuş  müasir  emal  sahələrinin  ölkəmizdə  inkişaf 
etdirilməsinə Dünya Bankı layihəsi ilə sıx əməkdaşlıq çərçivəsində yönəldəcək. 
 «Təmiz şəhər» ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil 
quracaq, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri isə  İqtisadi İnkişaf 
Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçiriləcəkdir. 
Məlumatlara    görə,  Bakıda  orta  hesabla,  adambaşına  ildə  350  kq  tullantı  düşür. 
Zibil  konteynerləri  və  ixtisaslaşdırılmış  avtonəqliyyat  vasitələrinin  çatışmazlığı  bəzi 
ərazilərdə  məişət  tullantılarının  toplanmasında  ciddi  problemlər  yaradır.  Rəsmi 
məlumatlara əsasən, şəhərdə 2540 zibil toplama məntəqəsi, Sabunçu, Suraxanı və Qaradağ 
rayonlarının  ərazisində 3 tullantı poliqonu fəaliyyət göstərir. Bunlardan ən böyüyü 1963-
cü ildən fəaliyyət göstərən Balaxanı məişət tullantılarının zərərsizləşdirilməsi poliqonudur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə