Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

Beləliklə,  bərk məişət tullantılarının yaxşı yanmasını təmin etmək (bunun isə həm 
kül,  həm  də  qazşəkilli  tullantıların  əmələ  gəlməsinə  böyük  təsiri  var)  və  ayrılan 
tullantıların  idarə  olunması  üçün  layihənin  texnoloji  quruluşunda  aşağıdakılar  təmin 
olunmuşdur: 
  Yanma həcminin genişlənməsinə nail olmaq; 
  Tullantıların yaxşı qarışdırılmasına nail olmaq; 
  Optimal  temperatur,  təzyiq  və  hava  rejiminin  idarə  olunması  və  avtomat 
nəzarət sisteminin təşkili; 
  Kül boşaltma sistemi və külün çıxarılması sistemi; 
  Mərhələli qaztəmizləmə qurğusunun tətbiqi. 
 
2.5.2. Xammal və köməkçi materiallar 
Zavodda  elektrik  enerjisi  istehsalı  məqsədi  ilə  istifadə  olunacaq  əsas  xammal 
qarışıq halda olan bərk məişət tullantılarıdır.  
ERF-də  yaranan  tüstü  qazlarının  emalı  və  qazan  suyuynun  hazırlanması 
(minerallardan  təmizlənməsi)  üçün  köməkçi  materiallar,  müəssisənin  nəqliyyat 
vasitələrinin təmin olunması məqsədi ilə yanacaqdan və axıntı sularının təmizlənməsi üçün 
kimyəvi maddələrdən istifadə ediləcəkdir. Bu maddələr aşağıdakılardan ibarətdir: 
  Əhəng qələvisi (tüstü qazlarının turşu neytrallaşdırması üçün); 
  Karbamid (tüstü qazlarının emalı zamanı NO
x
 nəzarəti üçün); 
  Aktivləşdirilmiş  kömür  (tüstü  qazlarının  emalı  zamanı  dioksin  və  ağır  metallara 
nəzarət üçün); 
  Suyun təmizlənməsi üçün kimyəvi reagentlər; 
  Yanacaq və s. 
 
Beləliklə,  xammalın  asan  və  vəsait    xərcləmədən  əldə  oluna  bilməsi,  xammal 
defisiti  riskinin  olmaması,  həmçinin,  elektrik  enerjisi  istehsalı  üçün  təbii  sərvətlərdən 
istifadə  olunmaması  ilə  onlara  qənaət  və  xammaldan  istifadənin  nəticəsi  olaraq  Bakı 
şəhərinin  bərk  məişət  tullantılarından  təmizlənməsi  layihənin  ekoloji,  iqtisadi  və  sosial 
əhəmiyyətlərindəndir.  
 
2.6. Alternativ variantlar və seçilmiş texnologiyanın əsaslandırılması 
2.6.1. Giriş 
Bərk  məişət  tullantılarının  sənaye  emalı  problemi  bütün  ölkələrdə  olduqca 
aktualdır.  Tullantıların  zərərsizləşdirilməsində  və  ya  kənarlaşdırılması  sahəsində  ən  geniş 


yayılmış  üsul  –  onları  zibilxanaya  daşıyıb  anbarlaşdırmaqdır.  Bu  ən  «ucuz»  başa  gələn 
üsuldur.  Lakin  eyni  zamanda  ekoloci  cəhətdən  ən  təhlükəli  və  iqtisadi  cəhətdən  ən 
səmərəsiz  bir  üsuldur.  Dünya  miqyasında  götürdükdə,  bərk  məişət  tullantılarının  çox 
hissəsi  zibilliklərdə  və  poliqonlarda  anbarlaşdırılır  ki,  bu  zibilliklərin  bir  çoxu    ekoloci 
tələblərə cavab verməyən haldadır.  
 Azərbaycanda da hazırkı vaxta qədər təəssüf ki, bu üsuldan istifadə olunmaqdadır. 
Bakı  şəhərində  mövcud olan zibilxanaların  heç  biri ətraf  mühitin çirklənməsinin qarşısını 
alan mühəndis qurğularla təchiz olunmamışdır. 
Tullantıların  kortəbii  və  nəzarətsiz  halda  yerləşdirildiyi  zibilxanalar  ekoloci  real 
təhlükə  mənbələridir.    Burada  zibillərin  çürüməsi  nəticəsində  ayrılan  müxtəlif  tərkibli 
toksiki maddələr yayılaraq, torpaqların, qrunt sularının, atmosfer havasının çirklənməsinə, 
pis  qoxuların  və  üfunətin  yayılmasına  səbəb  olur;  çürümə  mühitində  müxtəlif 
xəstəliktörədən  mikroorqanizmlərin  inkişaf  edib  çoxalmasına,  infeksiyaların  yayılmasına, 
ziyanverici  gəmiricilərin  artıb  yayılmasına,  epdemiya  təhlükəsinə    və  s.  əlverişli  şərait 
yaranır.  Ekzogen  proseslər  zamanı  ayrılan  istilik  nəticəsində  öz-özünə  alışmalarla  baş 
verən yanğın riski qaçılmaz amilə çevrilir.  
Burada  son  zamanlar  haqqında  çox  danışılan  və  nədənsə,  yalnız  yanma  prosesinə 
şamil  olunan  dioksinlərin  xatırlanması  yerinə  düşür.  Beləki,  1991-ci  ildə  Rusiyanın  Ufa 
rayonu  ərazisində  Ufa  çayının  sularının  çirklənməsi  nəticəsində,  dioksinlərin  yolverilən 
səviyyəni  50  min  dəfədən  çox  ötməsi  faktı  qeyd  olunmuşdur.  Səbəb  isə  şəhər  məişət  və 
sənaye  zibilxanasından  yaranmış  filtratın  axıb  çay  sularına  qarışması  olmuşdur.  Nəticədə 
Ufa  və  Stertamak  əhalisinin  bir  çoxunun  qanında,  piy  toxumalarında  və  ana  südündə 
dioksinlərin  miqdarının  yolverilən  səviyyəyə  nisbətən  4-10  dəfə  çoxaldığı  müəyyən 
edilmişdir.  
Dioksinlərin  havada  yayılması  zibilin  alışması  və  yanğınlar  zamanı  daha  çox  baş 
verir.  Bu  mənzərə  isə  bakılılara  yaxşı  tanışdır.  Hər  gün  Balaxanı  zibilxanasından  havaya 
yayılan  idarə  olunmayan  qara  tüstü  dumanın  necə  bir  ekoloji  bəla  olması  mütəxəssislərə 
yaxşı məlumdur.  
Bərk  məişət  tullantılarının  anbarlaşdırıldığı  zibilxanalar  çox  böyük  sahələrin 
təbiət  və  kənd  təsərrüfatı  dövriyyəsindən  götürülməsinə  səbəb  olur.  Eyni  zamanda 
tərkibindəki təkrar emala yararlı olan tullantı komponentlərinin itkisinə də səbəb olur. Bərk 
məişət tullantılarının zibilliklərə daşınmasına sərf olunan nəqliyyat xərcləri də böyük olur. 
Beləliklə, zibilxanalar ən azı aşağıdakı çatışmamazlıqlara malikdir: 
  Böyük torpaq sahələrinin tələb olunması 
  Bərk məişət tullantılarının daşınmasına çəkilən xərcin çoxluğu  


  Qiymətli komponentlərin itməsi 
  Ekoloji təhlükə – mühitin bütün sferalarını əhatə edən çirklənmələr 
  İnfeksion və patogen təhlükə riski 
  Epidemiya yayılması riski 
  Antisanitariya və qeyri estetik landşaft şəraiti 
  Yanğın riski 
  İqtisadi səmərəsizlik. 
 
2.6.2. Bərk məişət tullantılarının idarə olunması üsulları 
Dünya  praktikasında  bərk  məişət  tullantılarının  idarə  olunmasında  aşağıdakı 
üsullar nisbətən geniş yayılmışdır: 
  Poliqonlar 
  Kompostlama  
  İlkin  sortlama,  tullantıların  qiymətli  komponentlərinin  utilləşdirilməsi  və 
ya reutilləşdirilməsi 
  Piroliz  
  Məişət tullantılarının zibilyandırma zavodlarında yandırılması və s. 
 
2.6.2.1. Bərk məişət tullantılarının poliqonları  
Bərk  məişət tullantılarının poliqonlarda  basdırılması  bütün dünyada  nisbətən daha 
geniş yayılan təcrübədir. Poliqonlar -  tullantıların zərərsizləşdirilməsi və basdırılması üçün 
xüsusiləşdirilmiş müəssisələrdir. Adətən, poliqonlar bazisi gillər və ağır gillicələrdən ibarət 
olan  yerlərdə  qurulur.  Bu  mümkün  olmadıqda,  su  keçirməyən  özül  qurulur,  bu  isə  xeyli 
əlavə xərclərə səbəb olur. Torpaq sahəsinin ayrılması poliqonun 15-20 il istismarı şərti ilə 
seçilir  və  tullantıların  həcmindən  asılı  olaraq,  40-200  ha  təşkil  edə  bilər.  Anbarlaşdırılan 
tullantıların  hündürlüyü  adətən,  12-60  m  təşkil  edir  və  burada  3  və  4-cü  təhlükəlilik 
siniflərinə aid müxtəlif sənaye mənşəli məişət və inşaat zibilləri də toplanır. Zibillər lay-lay 
toplanaraq  üzəri  qruntlanır,  nəticədə    atmosferə  aqressiyalar  azaldır.  Bu  cür  qurulmuş 
poliqonlara, bir növ «zibil qəbiristanlıqları» da demək olar. 
Poliqonların fəaliyyətinin əsasında bərk üzvi məişət tullantılarının aerob və anaerob 
şəraitdə  mikroorqanizmlərin  təsiri  ilə  parçalanması  durur.  Aerob  parçalanma  üst  qatda 
başlanğıc mərhələdə baş qaldırır. Aşağı qatlarda isə tullantılar anaerob şəraitdə parçalanır. 
Poliqonlarda tullantıların üzvi hissələrinin parçalanması çox zəif gedir (20-25 ilə 2-3 m-lik 
qatda  və  50-100  ilə  daha  dərin  qatlarda).  Poliqonların  tikintisi  və  onun  müasir  ekoloji 
tələblər  səviyyəsində  saxlanması  üçün  çoxlu  miqdarda  vəsaitlər  tələb  olunur.  Bağlanmış 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə