Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   6   7   8   9   10   11   12   13   ...   81

təsirlərə  səbəb  olurlar.  Bu  təsirlərin  idarə  olunması  böyük  xərc  tələb 
etdiyindən iqtisadi səmərə azalır. 
 
2.6.2.3. 
İlkin 
sortlama, 
tullantılardan 
qiymətli 
komponentlərin 
utilləşdirilməsi və reutilləşdirilməsi 
Fransa  və  Almaniyanın  təcrübəsinə  əsasən,  təkcə  sortlama  aparan  zibil  emalı 
zavodları şəhər zibilinin yalnız 25-30% azalmasına imkan verir. Həm də bu ölkələrdə zibil 
əvvəlcə ilk yarandığı yaşayış evlərində çeşidlənir və zavodda son mərhələ çeşidləmə işləri 
həyata  keçirilir.  Burada  məsələyə  ekoloji  mədəniyyət  səviyyəsinin  də  böyük  rolu  vardvr. 
Bunun nəticəsidir ki, eyni üsulun tətbiqi Rusiyanın Altay vilayətində (Rubsov və Barnaul) 
cəmi  7-8%  səmərə  vermişdir.  Bu,  hər  şeydən  əvvəl  onunla  əlaqədardır  ki,  ölkədə  zibil 
qarışıq, yəni «yoluxmuş» vəziyyətdə atılır. Sortlama aparanlar bir-birinə qarışmış kütlədən 
plastik  materialları,  şüşə  məmulatlarından  ibarət  tullantıları,  kağız  və  kartonu,  metallik 
tullantıları  çıxarıb  təkrar  emal  müəssisələrinə  verirlər.  Bu  isə  onların  yararlığını 
azaltmaqla,  təkrar  emalda  əlavə  problemlər  yaranmasına  səbəb  olur.  Şübhəsiz  ki,  burada 
ilk  növbədə  maddi  maraq  prinsipi  əsasdır.  Həm  də  təkrar  emal  müəssisələrinin  mövcud 
olması  da vacib şərtdir. 
Beləliklə,  sortlaşdırma  zavodları  ancaq  sosial  funksiya  daşıyırlar.  Burada  zibilin 
ekoloji  zərərsizləşdirilməsi  və  emalı  üçün  iş  aparılmır.  İstifadə  oluna  bilməyən  tullantılar 
isə böyük miqdarda (70%) qalıb, problemlər yaradırlar. Əlac isə yalnız yandırılmağa qalır. 
 
2.6.2.4. Piroliz üsulu 
Bu  üsul  üzvi  materialların  oksigensiz  mühitdə  yüksək  temperatur  və  ya  məhdud 
miqdarda oksigen  iştirakı  ilə atmosfer təzyiqinə  yaxın təzyiqdə emalına  əsaslanır. Proses 
endotermikdir,  ona  görə  yanacağın  növündən  asılı  olaraq,  yüksək  temperaturlu  piroliz 
qurğuları bərk tullantıların qazlaşmasına  və alınan şlakı çıxarma üsuluna görə fərqlənirlər. 
Piroliz  prosesinin  təkmilləşdirilməsi  üzrə  işlər  ABŞ,  Yaponiya,  Qərbi  Avropa 
dövlətlərində  aparılır.  Hazırda  neft  və  neft  məhsullarının  pirolizi,  bərk  qazıntı 
yanacaqlarının  qazlaşdırılması,  koks  istehsalı,  ağacın,  plastmas  və  rezin  tullantılarının 
pirolizi həyata keçirilir.  
Sənaye  miqyasında  yüksək  temperaturlu  piroliz  üsulunun  tətbiqi  ilə  bərk  məişət 
tullantılarının  emalı  zavodu  yalnız  Yaponiyada  (50-150  t/sutka)  tətbiq  olunur.  Alınan 
piroliz qazı qurğunun öz ehtiyatlarına sərf olunur, qalanı isə yandırılır. İstismar zamanı bir 
sıra problemlər aşkarlanır: 
  qurutma peçinin korpusunun etibarlı bərkidilməsi,  


  atılan qazların soyudulması və təmizlənməsi,  
  pirokarbonun soyudulması, 
  kondensə 
olunmuş 
qətranların, 
şlakların 
və 
bərk 
çöküntülərin 
zərərsizləşdirilməsi, 
  yaranan axıntı sularının zərərsizləşdirilməsi, və s. 
 
Göstərilən problemlərlə əlaqar, əlavə böyük məbləğdə xərclər tələb olunur. Piroliz 
qurğusunun  yerləşdirilməsi  də  problem  yaradır,  bunun  üçün  artıq  mövcud  olan  enerji-
texnoloji və ya kimyəvi istehsalat sahəsi (məsələn, qaz zavodları, krekinq qurğusu, İES və 
s.) tələb olunur.  
Bərk    məişət  tullantılarının  yüksək  temperaturlu  pirolizi  zamanı  maye  şlakdan 
metalların  çıxarılması  üçün  xüsusi  üsullar  hazırlanmalıdır,  eləcə  də  reaktorun  futirovkası 
üçün yüksək keyfiyyətli odadavamlı materiallar tələb olunur. 
Pirolitik  qazların  təmizlənməsi  üçün  çoxmərhələli  və  mürəkkəb  üsullar  tələb 
olunur.  Bütün  bu  göstərilənlər  piroliz  metodunun  tətbiqini  çətinləşdirir  və  çox  baha  başa 
gəlməsinə səbəb olur. Üstəlik həm də piroliz qurğusundan və halogenləşmiş piroliz qazının 
yanmasından atmosferə dioksin, furan, civə və kadmium daxil olması haqqında hal-hazırda 
hələlik,  kifayət  qədər  tədqiqat  materialı  yoxdur.  Bu  isə  üsulun    ekoloji  səmərəsinə  şübhə 
oyadan amildir. 
  
2.6.2.5. Məişət tullantılarının zibilyandırma zavodlarında yandırılması 
Bərk  məişət  tullantılarının  tonqallarda  və  ya  primitiv  peçlərdə  sadəcə  
yandırılmasını nə iqtisadi, nə də ekoloji cəhətdən səmərəli hesab etmək olmaz. Bu zaman 
hava  mühiti  nəinki  müxtəlif  zəhərli  maddələrlə  çirklənir,  həm  də  ayrılan  istilik  istifadə 
olmadan  iqlimin  istilik  çirklənməsini  yaradır.  Primitiv  üsulla  yandırma  zamanı  aşağıdakı  
çatışmamazlıqlar baş verir: 
  Atmosferin çirklənməsi; 
  Təkrar emala yararlı qiymətli komponentlərin məhv edilməsi; 
  Zol və şlakın yüksək çıxımı (kütlənin 30%-ə qədəri); 
  Yanma prosesinin stabilləşdirilməsinin çətinliyi. 
 Bu üsulun tətbiqi o zaman səmərəli sayılır ki, yanma prosesi etibarlı surətdə idarə 
oluna bilsin, istilik enerjisi utilləşdirilsin, ayrılan zəhərli qazlar isə tələb olunan səviyyəyə 
uyğun təmizlənsin.   
Zibillərin emalında yandırma daha çox işlənmiş və istifadə edilən üsuldur. Avropa 
ölkələrində yandırılma ilə 20-25%, Yaponiyada 65%, ABŞ-da 15%-ə qədər şəhər tullantısı 


emal olunur. Bərk məişət tullantılarının yandırılmasının texnika və texnologiyası 100 ildən 
çox təcrübə əsasında daim təkmilləşdirilir. Hazırkı texnologiyalar  birinci  nəsil zavodlarda 
(temperaturu  800°C-dən  çox  olmayan)  olduğundan  çox  fərqlənir  və  daha  çox  ekoloji 
proqramlaşdırılmışdır.  
İnkişaf  etmiş  ölkələrdə  bərk  məişət  tullantılarının  zərərsizləşdirilməsi  və  emalı 
probleminə  hazırda  zəruri  tibbi-ekoloji  və  sosial-iqtisadi  məsələ  kimi  baxılır.  Bu,  əvvəla, 
bərk  məişət  tullantılarının  miqdarının  getdikcə  artma  tendensiyasında  inkişafı  ilə 
əlaqədardır.  Böyük  ölçüdə  bərk  məişət  tullantılarının  ənənəvi  üsulla  zibilxanalarda 
anbarlaşdırılması həm tibbi-ekoloji, həm də iqtisadi baxımdan yolverilməzdir. 
İkincisi,  son  vaxtlar  bərk  məişət  tullantılarının  tərkibləri  çox  mürəkkəbləşmişdir, 
onların  tərkibində  kağız,  plastmas,  polimerlər,  qara  və  əlvan  metallar,  eləcə  də  nadir 
metallar  (elektron  aparatlarında  və  mədəni-məişət  cihazlarında  tətbiq  edilən)  getdikcə 
artmaqdadır.  Bu  isə  onların  emalını,    həm  də  təhlükəsiz  emalını  çətinləşdirən 
amillərdəndir. 
Hazırda,  sənayesi  inkişaf  etmiş  ölkələrdə  bərk  məişət  tullantılarına  münasibətdə 
yeni siyasət formalaşmışdır. Bu siyasətin məqsədi aşağıdakılardan ibarətdir: 
  Enerji qoruma; 
  Resurs qoruma. 
 
Yeni siyasətin  əsasını 2 vacib məsələ təşkil edir: 
  Müasir  şəraitdə  bərk  məişət  tullantılarının  miqdarının  nəzarətsiz  olaraq 
artması  və  tərkibinin  yolverilməz  vəziyyətdə  olması;  onların  emalı  yolları 
və  texnologiyası  üsullarının  həlli  məsələləri  isə  milli  və  regional  ekoloji-
iqtisadi siyasətin tərkibi olmalıdır. 
 
  Bərk 
məişət  tullantılarının 
müasir  emalı  texnologiyaları  onların 
yaradılmasına  sərf  edilən  energetik  və  material  resursların  maksimal 
regenerasiyasını  təmin  etməlidir,  həm  də  bu  vaxt  əhalinin  və  təbiətin  tam 
təhlükəsizliyi təmin olunmalıdır. 
 
İqtisadi inkişaf etmiş ölkələrdə get-gedə daha az məişət tullantısı zibilxanaya atılır 
və  getdikcə  onların  daha  çoxu  sənaye  üsulları  ilə  emal  olunur.  Onlardan  ən  səmərəlisi  – 
termiki  üsuldur.  Bu  üsul  sayəsində  tullantıların  həcmini  dəfələrlə    azaltmaq  mümkündür, 
həm  də  azaldılmış  tullantı  qalıqlarında  yanmayan  çürümə,  öz-özünə  alışma  yaradan  üzvi 
maddələr, infeksiya və epidemiya təhlükəsi yaradan virulent amillər olmur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə