Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

2.8.  Zavod  tikintisi  üçün  ayrılmış  ərazinin  təbii–ekoloji  vəziyyətinin  əsas 
xüsusiyyətləri 
2.8.1. İqlim şəraiti 
Zavod üçün ayrılmış ərazidə  mürəkkəb torpaq-ekoloji  xüsusiyyətlərə  malik  yarımsəhra və 
quru bozqırların bioiqlim-landşaft xüsusiyyətlərini  özündə  əks  etdirən  quru subtropik zonaya  xas 
olan iqlim şəraiti formalaşmışdır.  
Temperatur.  Burada havanın  orta illik temperaturu 14,4C təşkil  edir. Ərazi üzrə  yanvar 
ayının orta temperaturu 3,8C, ən isti ay olan iyulun orta aylıq temperaturu isə 25,7C təşkil edir.  
Yağıntı. Yağıntının orta illik miqdarı cəmi 247 mm təşkil edir. Buna görə də burada quraq 
keçən  yay fəslində  bitki örtüyü tamamilə quruyur.  
Küləklər.  Ərazinin  iqlimində  şimal  (38%),  cənub  (19%)  və  şimal-qərb  (17%)  istiqamətli 
küləklər  üstünlük  təşkil  edir;  digər  istiqamətdə  əsən  küləklərin  təkrarlanması  cüzidir  (2-12% 
həddində).  
Səthi  və  qrunt  suları.  Ərazi  təbii  su  hövzələrindən  çox  uzaqda  yerləşir.  Zavod  tikintisi 
üçün aparılmış geoloji kəşfiyyat işlərinin nəticələrinə əsasən, qrunt sularının səviyyəsi 143,8m-dən 
az, 30 metrdən  çox dərinliklərdə təşəkkül tapmışdır.  
2.8.2. Torpaq şəraiti 
 Ərazidə boz-qonur torpaqların az inkişaf etmiş kompleksləri yayılmışdır.  
Ayrılmış sahədə və ona bitişik ərazilərdə ətraf mühitin mövcud durumunun tədqiqi zamanı 
bu  yerlərin  artıq  çoxdan  güclü    antropogen  təsirə  məruz  qalması  və  buradakı  torpaqların  təbii 
örtüyünün  ciddi  texnogen  mənşəli  dəyişikliklərə  uğraması  müəyyən    olunmuşdur.  Ərazi 
torpaqlarının çox hissəsi müxtəlif məişət və sənaye mənşəli tullantılarla çirkləndirilmişdir. Burada, 
həmçinin, bir vaxtlar istismar edilib atılmış qum və gil karxanalarının qazmalarına da təsadüf edilir. 
Ərazinin torpaqlarının çox  hissəsi  humus qatından  məhrumdur. Az bir hissəsində isə torpağın üst 
qatı  alt  qatlarından  nisbətən  fərqlənən    A  qatı  seçilir  və  qida  maddələri  ilə  az  təmin  olunmuşdur. 
Ərazidə    qumluqlardan  və  qumdaşılardan  ibarət,  texnogen  təsirlərdən  korlanmış  torpaqlar  çoxluq 
təşkil edir. 
2.8.3. Bitki örtüyü 
Ərazinin  bitki  örtüyü  əsasən  taxılların  dominantlığı  ilə  yovşanlı-efemerli  formasiyalardan 
təşkil  olunmuşdur.  Bu  örtük  tam  olmayıb,  talalar  şəklində  yerləşir.  Ərazidə  çox  kiçik  bir  arealda 
qeyd  olunmuş  2  növ  bitki  -  şişkin  vələmir  və    tükcüklü  şiyav  xüsusi  qoruma  statusuna  malikdir. 
Tükcüklü şiyav cəmi 3 nöqtədə qeyd olunmuşdur. Görünür, bu bitki əraziyə təsadüfən, ya toxumla 
ya da başqa yerlərdən daşınan tullantı qruntlarla düşmüşdür.  
2.8.4. Heyvanat aləmi 
Ərazidə  məskunlaşan  heyvanat  aləmi  o  qədər  də  zəngin  deyildir.  Bu  da  ərazinin  yem  və 
məskunlaşma cəhətdən  qeyri-əlverişli şəraiti  ilə  izah  olunur. Burada əsasən, həşəratlar, sürünənlər 
yayılmışdır. Məməlilərdən tülkü, canavar, dovşan, müxtəlif gəmiricilər rast gəlir.  


Adları  Azərbaycanın  Qırmızı  Kitabında  qeyd  olunmuş  3  həşəpat  (fərat  çapağanı, 
kəlləşəkilli  haf  və  oleandr  hafı)  və  bir  sürünən  növünün  (Aralıq  dənizi  tısbağası)  ərazidə  təsadüf 
edilməsi ehtimal olunur. 
2.8.5.  Təbii–ekoloji vəziyyətin araşdırmaları üzrə nəticələr 
1.  Zavod  tikintisi  zamanı  ərazinin  külək  rejimi  nəzərə  alınmalıdır.  Burada  hakim  olan 
şimal,  cənub  və  şimal-qərb  istiqamətli  küləklər  zavodun  fəaliyyəti  zamanı  atılan  tüstü  qazlarını 
şəhərə  və  yaxud  əks  istiqamətdə  yerləşən  yaşayış  sahələrinə  daşıya  bilər.  Odur  ki,  tüstü  borusu 
optimal  hündürlükdə  quraşdırılmalıdır  (layihəyə  əsasən,  tüstü  borusunun  hündürlüyü  60  metr 
olacaqdır).  
2.  Məişət  tullantılarının  emalı  zavodunun  tikintisi  üçün  ayrılmış  ərazinin  torpaqları, 
əksərən,  texnogen  təsirlərə  məruz  qalıb  müxtəlif  mənşəli  tullantılarla  çirkləndirilmiş  və  texnogen 
təsirlərdən deqradasiyaya uğramış vəziyyətdədir. Ona görə:  
  Ərazinin  susuz  və  qida  maddələri  ilə  az  təmin  olunmuş,  çox  hissəsi  qumluqlardan  və 
qumdaşılardan  ibarət,  texnogen  təsirlərdən  şiddətli  dərəcədə  korlanmış  torpaqlardan  kənd 
təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün istifadə etmək mümkün deyildir.   
  Ərazi yaşayış sahələrinin salınması üçün, eyni zamanda bitkiçilik-heyvandarlıq sahələrinin 
inkişafı  üçün  də  əlverişli  olmadığından,  həmçinin,  yaxınlığında  başqa  sənaye  sahələri 
inkişaf  etdiyindən,    nəzərdə  tutulan  zavodun  yerləşdirilməsi  üçün  istifadə  olunması  daha 
məqsədəuyğundur.   
  Torpaq  örtüyünün  təbii-ekoloji  xassələri,  qida  maddələri  ilə  zəif  təmin  olunması,  humus 
qatının çox zəif və ya heç olmaması səbəbindən, bu torpaqların götürülüb başqa sahələrdə 
utilləşdirilməsi  də  məqsədəuyğun    deyildir.  Odur  ki,  ərazinin  torpaqlarından  tikinti  –
hamarlama və ərazi planlama zamanı istifadə edilməsi daha məqsədəuyğundur.  
3. Ərazinin bioloji  mühiti  zəif  inkişaf  etmişdir. Qida  maddələri ilə zəif təmin  olunmuş  və 
atmosfer çöküntülərinin  çox az  düşməsi  və başqa su mənbələrinin  olmadığı susuz şəraitdə burada  
bitki – torpaq şəraiti zəif inkişaf etmişdir. Bu səbəblərdən ərazi canlılar üçün məskunlaşma və qida 
mühiti  kimi  cəlbedici  deyildir.  Bununla  belə,  torpaq  hazırlama  işləri  zamanı    ərazidə  rast  gələn 
qoruma  statusuna  malik  bitki  və  heyvan  növlərinin  qorunması  üçün  aşağıdakı  tədbirlər 
müəyyənləşdirilməlidir:  
  Çox kiçik bir arealda qeyd olunmuş şişkin vələmir və tükcüklü şiyavın  qorunması 
üçün,  onların  bitdiyi  yerdə  torpaq  qatı  25  sm  dərinlikdə  qazılıb  götürülməli  və 
təhlükəsiz  yer seçilərək, yerləşdirilməlidir.  
  Qoruma statusuna malik canlıların ərazidə təsadüf  edilməsi tikinti işlərinə  nə vaxt 
başlamaqdan  asılıdır.  Məsələn,  isti  yay  aylarında,  adətən,  həşəratların 
məskunlaşdığı,  qidalandığı  bitki  substratları  artıq  öz  vegetasiyasını  başa  vurmuş 
olduğundan,  bu  həşəratlar  rast  gəlməyəcəkdir.  Payızda  isə  artıq  həşəratların 
qışlama  dövrü  başlayacaqdır.  Əgər  sahədə  Aralıq  dənizi  təsbağası  təsadüf  edərsə, 
onun təhlükəsiz yerə köçürülməsi barədə inşaatçı personal təlimatlandırılmalıdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə