Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

əsas  infrastruktur  elementi  kimi  nəinki  bərk  məişət  tullantılarının  emalını  və 
ləğvini,  həm  də  tullantıların  yandırılmasından  alınan  elektrik  enerjisindən  tam 
istifadəni təmin edəcəkdir. 
 
 
-  Bununla  belə,  məişət  tullantılarının  yandırılması  zamanı 
ayrılan  qazların  miqdarının  və  eyni  zamanda  onun  tərkibindəki 
ekoloji təhlükəli dioksinlər  və  furanlar kimi  maddələrin azaldılması 
üçün termiki emala göndərilən tullantıların qabaqcadan - həm əmələ 
gəldiyi  yerlərdə  və  qəbul  məntəqələrində  çeşidlənməsi,  həm  də 
yandırılmağa  verilməmişdən  əvvəl  çeşidlənməsi  üçün  zəruri 
tədbirlər  görülməsi  bərk  məişət  tullantılarının  idarə  olunması 
sahəsində iqtisadi- milli siyasətin tərkib hissəsi  olmalıdır.  
 
-  Bərk  məişət  tullantılarının  toplanmasına,  daşınmasına, 
zərərsizləşdirilməsinə,  emalına,  təkrar  istifadəsinə  münasibətdə 
əhalinin  ekoloji  mədəniyyətinin  formalaşdırılması  sahəsində 
müvafiq  səviyyələrdə  adekvat  tədbirlər  hazırlanmalı  və  həyata 
keçirilməlidir. 
 
 
 
3.  AZƏRBAYCAN RESPUBLİKASINDA TƏBİƏTİ MÜHAFİZƏNİ  
VƏ TƏBİİ SƏRVƏTLƏRDƏN  İSTİFADƏNİ TƏNZİMLƏYƏN 
QANUNVERİCİLİK 
 
Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi  və  təbii  sərvətlərdən  istifadə 
sahəsində  cəmiyyət  və  təbiət  arasındakı  münasibətlərin  tənzimlənməsi  bir  sıra    qanunlar  və 
normativ aktlar vasitəsilə həyata keçirilir. 
Bu  bölmədə  layihələndirilən  Bakı  Məişət  tullantılarının  emalı  zavodunun  tikintisi  və 
istismarı  dövründə  ətraf  mühitə  gözlənilən  təsirlərin  qiymətləndirilməsi  prosesində  istifadə 
olunmuş qanunvericilik sənədləri haqqında ümumi məlumat verilmişdir. 
 
3.1. Təbiəti mühafizə və təbii sərvətlərdən istifadədə dövlət idarə etməsi 


Təbiəti  mühafizə  və  təbii  sərvətlərdən  istifadə  sahəsində  dövlət  idarəetməsi  bir  sıra 
dövlət  orqanları və strukturları tərəfindən  həyata keçirilir. Bu orqanlar ümumi səlahiyyətli, xüsusi 
səlahiyyətli və funksional orqanlar olmaqla  aşağıdakılardan ibarətdir: 
-   Azərbaycan Respublikasının Prezidenti 
-   Azərbaycan Respublikasının Milli Məclisi 
 -  Azərbaycan Respublikasının Nazirlər Kabineti 
 -  Yerli idarəetmə orqanları. 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlətin ekoloji 
siyasətinin  formalaşdırılması  və  həyata  keçirilməsi,  ətraf  mühitin  ekoloji  vəziyyətinə  nəzarət, 
bioloji  müxtəlifliyin  mühafizəsi,  təbii  sərvətlərdən  səmərəli  istifadə  olunmasına  nəzarət,  ətraf 
mühitin  mühafizəsi  üzrə  nazirlik  və  təşkilatlararası  funksional  tənzimləmə  və  əlaqələndirməni 
təmin  etmək,  təbii  ehtiyatlardan  istifadə  və  ətraf  mühitə  təsirlə  bağlı  hər  bir  fəaliyyətin  dövlət 
ekspertizasının  təşkili,  ətraf  mühitin  mühafizəsi  qanunverciliyinə  zidd  fəaliyyətin  dayandırılması, 
təbii  sərvətlərdən  istifadəyə  dair  qanunda  nəzərdə  tutulmuş  lisenziyaların  və  tullantıların 
yerləşdirilməsinə  görə  icazələrin  verilməsi,  təsərrüfatın,  dövlət  orqanlarının,  respublika  əhalisinin 
və  hərbi  qüvvələrin  hidrometeoroloji  təminatı;  ətraf  mühitə  atılan  və  yerləşdirilən  tullantıların 
normalarının  müəyyənləşdirilməsi  və  bu  normalar  əsasında  ətraf  mühitə  atılan  və  yerləşdirilən 
tullantılara görə ödəmələrin alınması və cərimələrin təyini, ətraf mühitin ekoloji monitorinqi, iqlim 
dəyişkənliyinin,  aqroiqlim,  səth  suları  və  təbii  sərvətlərin  ekoloji  vəziyyətinin  qiymətləndirilməsi 
və s. funksiyalar yerinə yetirilir. 
 
Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət Meliorasiya və Su təsərrüfatı Agentliyi  Respublika 
Prezidentinin  və  Nazilrər  Kabinetinin  fərman  və  qərarlarına  müvafiq  olaraq  aşağıdakı  vəzifələri 
həyata keçirir: 
  Mərkəzləşdirilmiş su təchizatından istifadəyə, çirkab suların axıdılmasına və yeraltı suların 
istismarına icazə verir; 
  Su  obyektlərinə  və  digər  su  sərvətlərinə  təsir  edə  biləcək  fəaliyyət  növlərinə  icazənin 
verilməsi. 
 
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz sahəsində aşağıdakıları həyata keçirir: 
  Torpaq  sərvətlərindən  səmərəli  istifadə,  torpaq  münbitliyinin  qorunması  və  bərpası  üzrə 
dövlət siyasətinin həyata keçirilməsi; 
  Dövlət torpaq kadastrının və monitorinqinin təşkili və aparılması; 
  Torpaq quruluşu üzrə işlərin aparılması və təşkili; 
  Ekoloki kartoqrafiyanın aparılması üzrə dövlət siyasətinin həyata keçirilməsi. 
 
Fövqəladə Hallar Nazirliyi başqa funksiyalarla yanaşı, sənayedə işlərin təhlükəsiz  aparılması 
üzrə  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  respublika  ərazisində  fəaliyyət  göstərən  bütün 


müəssisələrdçə, birlik və təşkilatlarda istehsal prosesi zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi 
üçün dövlət texniki nəzarətini təşkil edir və həyata keçirir; 
        Dövlət  Gömrük  Komitəsi  ekoloci  təhlükəli,  nadir  və  qiymətli  yüklərin,  o  cümlədən, 
Azərbaycanın  Qırmızı  Kitabına  daxil  edilmiş  nəsli  kəsilməkdə  olan  və  ya  beynəlxalq  mühafizə 
statusuna malik bitkilərin və heyvanların qanunsuz olaraq xaricə aparılmasının  qarşısını alır. 
         Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  əhalinin  sağlamlığı  və  sanitar-epidemioloji 
nəzarətin təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirir. 
 
3.2. Azərbaycan Respublikasının təbiəti mühafizə qanunvericiliyi 
Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi  qanunvericiliyi  cəmiyyətlə  təbiət 
arasındakı  münasibətləri  tənzimləyən  normativ  aktların  cəmindən  ibarətdir.  Təbiəti  mühafizə 
qanunvericiliyində  bu  və  ya  digər  fəaliyyət  növünün  təbii  mühitə  ziyanlı  təsirinin  qarşısının 
alınması  və  təbiətdən  səmərəli  istifadənin  təşkili,  gələcək  nəsillər  üçün  təbii  balansın  qorunub 
saxlanması  məsələlərinin  təsbiti  müxtəlif  vaxtlarda  qəbul  edilmiş  aşağıdakı  qanunlarda  öz  əksini 
tapır: 
«Sanitar epidemioloji  təhlükəsizlik haqqında» Qanun, 199 
«Radioaktiv tullantılar haqqında» Qanun, 1994, 
«Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Qanun – 1997, 
«İstehsalat  və məişət tullantıları haqqında» Qanun – 1998, 
«Yerin təki haqqında» Qanun – 1998, 
«Sənaye və məişət tullantıları haqqında» Qanun -1998, 
 «Ətraf Mühitin Mühafizəsi haqqında» Qanun -1999, 
 «Ekoloji Təhlükəsizlik  haqqında» Qanun – 1999, 
«Heyvanat aləmi haqqında» Qanun -1999, 
 «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Qanun (2000)  
 «Atmosfer havasının qorunması haqqında» Qanun – 2001 və s. 
 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  14-cü  maddəsində  göstrilir  ki,  təbii 
ehtiyatlar  hər  hansı  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  mənafelərinə  xələl  gətirmədən 
Azərbaycan Respublikasına mənsubdur.  
Təbii  sərvətlərin  qorunmasında  və  səmərəli  istifadəsinin  nizamlanmasında  əsas 
qanunlardan  biri  «Ətraf  Mühitin  Mühafizəsi  haqqında»  Qanundur.  Bu  qanun  ətraf  mühitin 
mühafizəsinin  hüquqi,  iqtisadi  və  sosial  əsaslarını  müəyyən  edir.  Qanunun  məqsədi  ətraf  mühitin 
ekoloji  tarazlığının  mühafizəsi  sahəsində  ekoloji  təhlükəsizliyin  təmin  edilməsindən,  təbii  ekoloji 
sistemlərə  təsərrüfat  və  başqa  fəaliyyətin  zərərli  təsirinin  qarşısının  alınmasından,  bioloji 
müxtəlifliyin 
qorunub 
qorunub 
saxlanılmasından 
və 
təbabətdən 
istifadənin 
səmərəli 
təşkilindənibarətdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə