Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

Qanunda  tullantılarla  əlaqədar  mülkiyyət  münasibətləri,  tullantılarla  bağlı  fəaliyyətə 
tələblər,  tullantılarla  bağlı  fəaliyyətə  nəzarət  və  tullantılarla  bağlı  iqtisadi  tənzimlənmə  prinsipləri 
müəyyən edilir. 
Tullantılarla bağlı istehsalat fəaliyyəti zamanı tullantıların həcminin azaldılmasına, onların 
emalına  və  zərərsizləşdirilməsinə  yönəldilən  texnoloji  proseslərin  ətraf  mühit  üçün  təhlükəsizliyi; 
texnologiyada  nəzərdə  tutulmayıbsa,  emal  zamanı  təhlükəli  və  təhlükəsiz  tullantılara  yol 
verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ 
gəldiyi  yerlərdə  toplanması  və  onların  texniki  cəhətdən  təchiz  olunan  xüsusi  tutarlarda  və  ya  bu 
məqsədlə  ayrılan  sahələrdə  növlər  üzrə  saxlanılması;  ətraf  mühitin  mühafizəsi  məqsədilə  emal 
ediləsi  tullantıların  yerləşdirildiyi  xüsusi  tutarların  və  ya  sahələrin  yararlı  halda  saxlanması  və  s. 
şərtlərə əməl olunmalıdır. 
Tullantıların  emalı  yerlərinin  müəyyənləşdirilməsi,  lahihələndirilməsi,  tikintisi,  istifadəsi 
və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılmalı; tullantıların emalı yerlərinin ətraf 
mühitə təsirini müəyyən etmək məqsədi ilə ətraf mühitin monitorinqi aparılmalıdır. 
Tullantıları  emal  edən  müəssisələrdə  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  təsdiq 
edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. 
Tullantıların  yerləşdirilməsi  və  zərərsizləşdirilməsi  məqsədilə  obyektlərin  tikintisi  üçün  
yer  seçərkən,    müvafiq  icra  hakimiyyəti  orqanlarının  razılığı  ilə  xüsusi    (geoloji,  hidroloji  və  s.) 
araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.  
Tullantıların  yerləşdirildiyi    obyektlərin  və  ya  yaşayış  sahələrinin  mülkiyyətçiləri  bu 
obyektlərin  və  ya  sahələrin  istismar  müddəti  başa  çatdıqdan  sonra  lazımi  bərpa  işləri 
aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədi ilə  qiymətli komponentlər  
(yeyinti  və  toxuculuq  məhsullarının  tullantıları,  müxtəlif  metallar,  kağız  və  s.)  ayrı-ayrılıqda 
toplanmalıdır. 
Qanuna  görə  yaşayış  məntəqələri  ərazisinin  sanitariya  qaydalarına,  gigiyena  və  ekoloji 
normativlərə uyğun  olaraq təmizlənməsi, məişət tullantılarının  müvəqqəti saxlanılması,  müntəzəm 
daşınması  və  zərərsizləşdirilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 
edilir. 
Tullantılarla bağlı  dövlət  nəzarətinə sanitariya, gigiyena, antiepidemik  və təbiəti  mühafizə 
tələblərinin  yerinə  yetirilməsi,  gigiyena    və  ekoloji  normativlərə  əməl  olunması;  baş  vermiş  qəza  
və  fəlakətin  nəticələrinin  aradan  qaldırılması  tədbirlərinin  həyata  keçirilməsi;  əhalinin  sağlamlığı  
və  ətraf  mühit  üçün  potensial  təhlükə  yaradan  fəaliyyətin  məhdudlaşdırılması,  dayandırılması  və 
ona xitam verilməsi barədə qərar qəbul edilməsi və s. aiddir. 
Tullantılarla  bağlı  fəaliyyət  sahəsində  iqtisadi  tənzimlənmə  onun  həcmi,  təhlükəlilik 
dərəcəsi və yerləşdirilmə normativləri nəzərə alınmaqla tullantının toplanmasına, yerləşdirilməsinə, 
istifadəsinə  və  zərərsizləşdirilməsinə  görə  haqq  ödənilməsi  prinsipinə  əsaslanır.  Tullantıların 
toplanması,  yerləşdirilməsi,  istifadəsi  və  zərərsizləşdirilməsi  üçün  ödəmələr  tullantının  həcmi 
(kütləsi), növü və digər xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.  


«Yerin  təki  haqqında»  Qanunda  Azərbaycan  Respublikası  ərazisində,  yer  təkinin 
öyrənilməsi  (axtarışı  və  kəşfiyyatı),  onun  səmərəli  istifadəsi,  mühafizəsi  və  görülən  işlərin 
təhlükəsizliyi  ilə  əlaqədar  münasibətləri  tənzimləyir,  yerin  təkindən  istifadə  zamanı  dövlətin,  yer 
təki  istifadəçilərinin  və  vətəndaşların  mənafelərinin  qorunmasını  təmin  edir.  Qanuna  görə 
Azərbaycan  Respublikası  ərazisində  yerin  təki  bütünlükdə  vahid  dövlət  fondunu  təşkil  edir  və  bu 
fonda  yer  təkinin  həm  istifadə  edilən,  həm  istifadə  edilməyən  hissələri  daxildir.  Azərbaycan 
Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş 
qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. 
Azərbaycan  Respublikasının  ərazisində  su,  torpaq  və  meşə  haqqında  qanun  və  məcəllələr 
fəaliyyət göstərir. Bu məcəllələrdə suların, torpaqların və meşələrin mühafizəsi sahəsində prinsipial 
məsələlərə toxunulmuşdur.  
Azərbaycan Respublikası Su Məcəlləsində su obyektlərinə istehsalat, məişət və  və digər 
tullantıların  atılmasına  icazə  verilmir.  Suların  mühafizəsi  və  səmərəli  istifadəsinin  tənzilənməsi, 
həmçinin,  sudan  istifadə  limitlərinin  müəyyən  edilməsinin  köməyi  ilə  həyata  keçirilir  (Suyun 
götürülməsinin mümkün icazə verilən həcmi). 
Meşə məcəlləsinə əsasən, meşələr meşə təsərrüfatının aparılması üçün ayrılmış torpaqlar 
ilə  birlikdə  Azərbaycan  Respublikasının  meşə  fondunu  əmələ  gətirir.  Meşə  fondu  və  müdafiə 
torpaqlarında  olan  meşələr  dövlət  mülkiyyətində  olub,  onlardan  istifadə  meşə  qanunvericiliyinə 
uyğun olan məqsədlərlə və üsullarla həyata keçirilə bilər. 
Torpaq  Məcəlləsi  Azərbaycan  Respublikasında  torpaq  üzərində  mülkiyyətin  müxtəlif 
növlərinin  tətbiqi  əsasında  yaranan  torpaq  münasibətlərinin  tənzimlənməsinə,  torpaq 
mülkiyyətçiləri,  istifadəçiləri  və  icarəçilərinin  torpaqla  bağlı  vəzifələrinin  yerinə  yetirilməsinə  və 
torpaq üzərində hüquqların müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün 
şərait  yaradılmasına,  torpağın  münbitliyinin  bərpasına  və  artırılmasına,  texnogen  çirklənmə  və 
dağılmadan  korlanmış  torpaqların  rekultivasiyasına,  təbii  mühitin  qorunub  saxlanmasına  və 
yaxşılaşdırılmasına  yönəlmişdir.  Məcəlləyə  əsasən,  Azərbaycan  Respublikasında  torpaq  sahəsi 
üzərində  dövlət,  bələdiyyə  və  xüsusi  mülkiyyət  növləri  mövcuddur.  Dövlət  mülkiyyətində  olan 
torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində 
–  bələdiyyələr,  xüsusi  mülkiyyətdə  olan  torpaq  sahələri  üzərində  -  Azərbaycan  Respublikasıın 
vətəndaşları və hüquqi şəxslər mülkiyyət hüququnun subyektləridir. 
Torpaq Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət 
mülkiyyətində  olan  torpaq  sahələrinin  istifadəyə  və  icarəyə  verilməsi,  onların  dövlət  və  ictimai 
ehtiyacların təmin edilməsi məqsədilə geri alınması; xüsusi mülkiyyətdə olan torpaq sahələrinin bu 
Məcəllədə  və  digər  qanunvericilik  aktlarında  müəyyən  edilmiş  qaydada  satın  və  ya  məcburi  satın 
alınması; dövlət qeydiyyatına alına bilən torpaq sahələrinin minimum hədlərinin müəyyən edilməsi 
qaydalarının  müəyyənləşdirilməsi;  torpaqların  kateqoriyalara  aid  edilməsi  və  onların  bir 
kateqoriyadan digərinə keçirilməsi və s. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin 
səlahiyyətlərinə aiddir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə