Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  bələdiyyə  mülkiyyətində  olan  torpaqlara 
sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində 
olan  torpaq  sahələrinin  mülkiyyətə,  istifadəyə  və  icarəyə  verilməsi;  bələdiyyə  ehtiyacları  üçün  
torpaq  sahələrinin  bu  Məcəllədə  və  digər  qanunvericilik  aktlarında  müəyyən  edilmiş  qaydada 
hüquqi  və  fiziki  şəxslərdən  geri  alınması  və  s.  torpaq  münasibətlərinin  tənzimlənməsi  sahəsində 
bələdiyyələrin səlahiyyətlərinə aiddir. 
Torpaq  Məcəlləsində  göstərilir  ki,  əkinlərin,  çoxillik  əkmələrin  altında  olan  torpaqlar, 
dincə  qoyulmuş  torpaqlar,  biçənəklər,  örüşlər  və  otlaqlar  kənd  təsərrüfatı  yerlərinə  aiddir.  Kənd 
təsərrüfatı  yerləri  xüsusi  olaraq  qorunur.  Bu  torpaqların  qeyri-kənd  təsərrüfatı  məqsədilə  digər 
kateqoriyalara  keçirilməsinə  müstəsna  hallarda  bu  Məcəllədə  və  digər  qanunvericilik  aktlarında 
müəyyən  edilmiş  qaydada,  müvafiq  icra  hakimiyyəti  orqanının  və  ya  bələdiyyənin  qərarı  ilə  yol 
verilir. 
 
3.3. Beynəlxalq Ekoloji Strategiyalar 
Azərbaycan  Beynəlxalq  ekoloji  qanunvericilik  çərçivəsində  qəbul  edilmiş  sazişlərin  və 
konvensiyaların  əksəriyyətinə  üzv  ölkədir  (cədvəl  2.1).  Azərbaycan  Respublikasının 
Konstitusiyasının  151-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  qanunvericilik  sisteminə 
daxil  olan  normativ  hüquqi  aktlar  ilə  (Azərbaycan    Respublikasının  Konstitusiyası  və 
Referendumla  qəbul  edilən  aktlar  istisna  olmaqla)  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.  
Cədvəl 3.1. Azərbaycan Respublikasının  
ekologiya sahəsində qoşulduğu Beynəlxalq Sazişlər və Konvensiyalar 
 
№ 
Beynəlxalq Sazişlər və Konvensiyalar 
Qoşulduğu il 
1  YUNESKO Ümumdunya Mədəni və Təbii İrs üzrə Konvensiya 
1994 
2  Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 
1995 
3  Ozon qatının Mühafizəsi üzrə BMT Konvensiyası (Vyana Konvensiyası) 
1996 
4  Hidrometeoroloqiya sahəsində MDB ölkələrinin İkitərəfli əməkdaşlığı üzrə Razılaşma 
 
1998 
5  Nəsli kəsilən vəşhi heyvan növləri və bitkilərin beynəlxalq ticarəti üzrə Konvensiya və 
Nərə balıqlarının mühafizəsi üzrə Razılaşma (CİTES) 
 
1998 
6  Səhralaşma ilə mübarizə üzrə Birləşmiş Millətlər Konvensiyası 
1998 
7  Sərhədlərarası  konteksdə  ətraf  mühitə  təsirin  qiymətləndirilməsinə  dair  BMT 
Konvensiyası (Espoo Konvensiyası) 
 
1999 
8  Avropanın  vəhşi  təbiəti,  yabanı  florası  və  təbii  yaşayış  mühitinin  qorunması 
Konvensiyası (Bern Konvensiyası) 
 
1999 
9  Ətraf  mühit ilə  bağlı məsələlərdə  məlumatın  əldə  edilməsi,  ictimaiyyətin qərar  qəbul 
edilməsində  iştirakı  və  ədalət  məhkəməsinin  açıq  keçirilməsi  haqqında»    BMT-nin 
Konvensiyası (Orxus Konvensiyası) 
 
 
1999 
10  YUNESKO-nun əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan 
Sulu-bataqlıq yerlər haqqında Konvensiya (Ramsar Konvensiyası) 
 
 
2000 
11  Sərhəddən keçən su axınları və beynəlxalq göllərin mühafizəsi və iətifadəsi haqqında 
Helsinki Konvensiyası 
2000 
12  BMT-nin Bioloji müxtəliflik həqqında Konvensiyası 
2000  


13  Bitklərin  qorunmasına  dair  birləşmiş  Millətlər  Kənd  Təsərrüfatı  və  Qida  Məhsulları 
Təşkilatının Konvensiyası 
 
2000 
14  İqlim üzrə BM Çərçivə Konvensiyası haqqında Protokol (Kioto Protokolu) 
2000 
15  Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu 
2000 
16  Təhlükəli maddələrin beynəlxalq marşrutlarda daşınmasına dair Avropa Sazişi 
2000 
17  BMT-nin  Təhlükəli  tullantıların  sərhədlərarası  daşınmasına  və  kənarlaşcırılmasına 
Nəzarət haqqında Konvensiyası (Bazel Konvensiyası) 
 
2001 
18  BMT-nin  Avropa  İqtisadi  Birliyi  Böyük  məsafələrdə  havanın  transsərhəd 
çirkləndirilməsi haqqında Konvensiya 
 
2002 
 
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının  Avropa İqtisadi Birliyinin (BMTAİB) 
Sərhədlərarası  konteksdə  ətraf  mühitə  təsirin  qiymətləndirilməsinə  dair  Konvensiyanın 
(Espoo Konvensiyası) üzvüdür.  Konvensiya planlaşdırmanın  müəyyən  fəaliyyətlərin  ilkin 
mərhələsində    ətraf  mühitə  təsirin  qiymətləndirilməsini  üzv  ölkələr  qarşısında  şərt  qoyur. 
Konvensiyada həm də sərhədlərarasında əhəmiyyətli dərəcədə əks ekoloji təsirə malik olan 
sözügedən  bütün  əsas  layihələr  haqqında  ölkələrin  bir-birini  xəbərdar  etməsi  və 
məsləhətləşməsini ümumi öhdəlik olaraq qarşıya qoyur. 
 
Azərbaycan  Respublikasında  «Avropanın  canlı  təbiətinin  və  təbii  mühitinin 
qorunması  haqqında»  Konvensiyasına  qoşulmaq  barədə  Qanun  qəbul  edilmişdir  (28 
oktyabr,  1999.  №730  İQ).  Berndə  keçirilmiş  bu  Konvensiyada  (19.09.1979)    yabanı 
bitkilərin və vəhşi heyvanların yer üzündəki bioloji balansın saxlanmasında əhəmiyyətli rol 
oynadığı  üçün  yabanı  bitkilərin  və  vəhşi  heyvanların  məskunlaşdığı  yerlərin  qorunmasını 
və  təhlükə  altında  olan  təbii  məskunlaşma  yerlərinin  mühafizəsini  təmin  etmək  üçün 
müvafiq  qanunvericilik  və  lazımi  inzibati  tədbirlər  görülməsinin  vacibliyi  qeyd 
olunmuşdur.  Konvensiyaya  qoşulan  hər  bir  Tərəf  inkişaf  proseslərində  bu  cür  sahələrin 
pisləşməsini nəzərə almalı və bu vəziyyət mümkün qədər minimuma endirilməlidir. Hər bir 
razılaşan tərəf vəhşi  heyvan növlərinin qorunmasını təmin etmək üçün müvafiq və lazımi 
qanunvericilik və inzibati tədbirlər görməlidir.  
 
«Ətraf  mühit  ilə  bağlı  məsələlərdə  məlumatın  əldə  edilməsi,  ictimaiyyətin  qərar 
qəbul  edilməsində  iştirakı  və  ədalət  məhkəməsinin  açıq  keçirilməsi  haqqında»  BMT-nin 
Konvensiyası  (Orxus)  əsasən  ictimaiyyətin  (vətəndaşlar  və  əlaqədar  təşkilatlar) 
ekologiyaya  dair  bir  sıra  hüquqlarını  təmin  edir.  Sənəddə  qeyd  olunmuşdur  ki,  hər  bir 
insanın  özünün  sağlamlığı  və  rifahı  üçün  əlverişli  ətraf  mühitdə  yaşamaq  hüququ  var  və 
hər  bir  insan  həm  fərdi,  həm  də  başqaları  ilə  birlikdə  ətraf  mühiti  indiki  və  gələcək 
nəsillərin  rifahı  naminə  qorumağa  və  yaxşılaşdırmağa  borcludur.  Bu  hüququ  müdafiə 
etməyin  mümkünlüyünü  təmin  etmək  məqsədilə  vətəndaşların  informasiyaya  girişi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə