Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı


  Bərk məişət tullantılarının qəbulu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

4.2.  Bərk məişət tullantılarının qəbulu  
4.2.1. Tullantının qəbulu  
Yandırma  üçün  daxil  olan  bərk  məişət  tullantıları  üstü  örtülü  maşınlarda  və  ya 
konteynerlərdə gətiriləcək. Çıxış yollarında maşınların sıxlığının qarşısını almaq üçün yük 
körpüləri qarşısında xüsusi növbə sahəsi ayrılıb. Hər bir maşın çəki körpüsündən keçəcək 
və  burada həmin  nəqliyyat vasitəsinin gətidiyi tullantı  yükü qeyd olunacaq. Çəki körpüsü 
məntəqəsi kompyterləşdirilmiş əməliyyata və ERF nəzarət otağı ilə telefon rabitə əlaqəsinə 
malik  olan  iki  18  metr  uzunluğunda  çəki  vahidlərindən  (biri  içəridə,  digəri  isə  bayırda)  
ibarətdir.   
Qəbul  sahəsinə  daxil  olan  bütün  maşınlar  tərəzidə  çəkiləcək.  Əldə  olunan  bütün 
məlumatlar (nəqliyyat vasitəsinin mənşəyi, nəqliyyat vasitəsinin çatmalı olduğu yer, şəhər 
tullantısının  mənşəyi  və təbiəti,  yenidən  emal  edilə bilənlər,  yardımçı  məhsullar, qalıqlar, 
reagentlər  və  istehlak  malları,  ümumi  və  çıxartma  (net)  tonnaj,  vaxt  və  tarix)  
kompüterləşdirilmiş  sistem  vasitəsilə  yoxlanılacaq  və  qeyd  olunacaq.  Adətən,  hər  bir 
tullantı  maşınına  və/və  ya  manual  çəki  əməliyyatına  xüsusi  identifikasiya  kartları 
veriləcək. 
Daxil  olan  tullantıların  qabaqcadan  çeşidlənməsi  aparıla  bilər.  Tullantının 
çeşidlənməsinin  məişət  səviyyəsində  (təkrar  emal  oluna  bilən  və  oduncaq  tullantıların 
seçilməsi),  eləcə  də  məişət  tullantılarının  toplama  mərkəzlərində  çeşidlənə  biləcəyindən, 
daxil olan tullantının ərazidə ilkin emalına ehtiyac yoxdur. 
Sahədə  emal  edilməsi  mümkün  olmayan  tullantıların  avadanlığa  gətirilməsini 
minimuma  endirmək  üçün  bütün  cəhdlər  göstəriləcək.    Buraya  hansı  növ  tullantının 
məqbul  olması  ilə  bağlı  tullantı  daşıyıcılarını  məlumatlandırmaq,  eləcə  də  bəzi  hallarda 
tullantı  təminatçısının  prosedurlarının  auditini  aparmaq  daxildir.  Bundan  əlavə  operator 
İdarəetmə  Sisteminin  bir  parçası  kimi  tullantıların  icazə  verilənlərə  uyğunluğunu  təmin 
etmək  üçün  mütəmadi  olaraq  rast  gələn  seçim  əsasında  tullantı  yoxlamaları  həyata 
keçirəcək.  Uyğun  olmayan  tullantı  müvafiq  lizensiyalı  yerə  atılma  üçün  saxlanmaqla 
müvəqqəti karantinə alınacaq. 
 
4.2.2. Boşaltma yeri və bunker  
Nəqliyyat  vasitələri  onların  boşaldılması  yerinə  gəlirlər  və  burada  onların  yükləri 
tullantı  saxlama  bunkerinə  boşaldılır.  Tullantını  qəbul  edən  bütün  avadanlıqlar  qabaqcıl 
texnologiyaya əsaslanacaq. 
 


ERF-ə  ötürücü  stansiya  kimi  fəaliyyət  göstərməsini  təmin  etmək  üçün  tullantının 
qəbulu  və  idarəetmə avadanlığı təyin olunacaq. Bunu uzun  müddətli  istismar  müddətində 
və/və  ya  dayanma  hallarında  bunker  tullantılarının  yarim-prisep  maşınlara  geri  yüklənə 
bilər.    Tullantı  parçalama  aləti  kütləvi  tullantıları  müvafiq  yerlərdə:  qurğuda  və  ya  hər 
hansı başqa bir yerdə emal etmək üçün istifadə olunacaq. 
Bunker daxilində həyata keçirilən fəaliyyətlər aşağıdakılardır: 
anaerob  şəraitin  qarşısını  almaq  üçün  tullantının  qarışdırılması,  bu  isə  yanmanın 
səmərəsini artırmağa xidmət edəcək; 
  Tullantının sobanın yükləmə qıfına yüklənməsi; 
  Tullantının özüdolan barcaya yüklənməsi; 
  Söndürmə/istismar zamanı tullantının müvəqqəti saxlanması; 
  Tullantıların ötürülməsi. 
Tullantı  qarışdırılır  və  iki  10  m3  həcmi  olan  hidroelektrikl  enerji  ilə  qidalanan 
tutucular  (səyyar  kranların  üzərində  quraşdırılmış  kiçik  kranlar)  vastiəsilə  daşınır.  Bu 
tutucu    nəzarət  otağında  və  bunkerə  baxan  pəncərə  qarşısında  oturan  kran  operatoru 
tərəfindən  idarə  olunur.  Nəzarət  manual,  yarım-avtomatlaşdırılmış  və  ya  tam 
avtomatlaşdırılmış  ola  bilər.    Manual  və  yarım  avtomat  halda  olarsa  operator  tullantını 
qaldırmaq  üçün  tutucunu  özü  yerləşdirir.    Tutucu  bağlanandan  sonra  o  əl  ilə  və  ya 
avtomatlaşdırılmış (yarım avtomat halda) özüdolan barcalara göndərilir və burada  yükünü 
boşaldır.    Kran  tullantını  bunkerdən  avtomatik  olaraq  qaldıracaq  və  yandırıcı  qurğunun 
tələbi əsasında qaynadıcının borusuna atacaq.  Kran və tutucu zavodun gündəlik tullantının 
yandırma  həcmini  tullayıcılara  ötürmək  və  qaldırma,  daşıma,  qarışdırma.  saxlanma 
bunkerində  saxlamağa  və  tullantıların  yük  maşınlarına  yenidən  yüklənməsinə  imkan 
verəcək  şəkildə tərtib olunacaq. 
Boşaltma məntəqəsinə tullantı gətirən yük maşınlarının giriş və çıxışı rolikli qapısı 
olan  giriş  vasitəsilə  olacaq,  qapı  tullantı  gətirilməyən  vaxtlarda  bağlı  qalacaq.    Boşaltma 
sahəsini təmiz saxlamaq üçün dövri təmizləmə həyata keçiriləcək. 
Tullantı saxlanma bunkeri presləmə olmadan normal iş həcmində 3 günlük ehtiyat 
saxlama üçün nəzərdə tutulub. Bunker daxilində tullantının sıxılması vasitəsilə yer daha da 
artırılacaq.    Buraya  bəzi  məntəqələrin  boşaltma  üçün  bağlanması  və  sahənin  digər 
yarısında saxlanılan tullantının bunkerin bağlı tərəfində saxlamağa imkan verməsi daxildir.  
Bu adətən həftəsonlarından və  iş günü olmayan günlərdən öncə və əlavə 4 günlük  həcmə 
imkan verəcək. 
Normal  iş  zamanı,  bunkerin  bir  zonasını  digərini  ardınca  boşaltmaq  mümkün 
olacaq.  Tullantının  bunker  hissələrində  qalmaması  üçün  (köhnəlib  iylənmək  kimi 


problemlərin qarşısını almaq üçün) bunker zonaların ardıcıllığı əsasında təmizlənəcək. İri 
həcmli  yandırıla  bilən  tullantı  üçün  parçalıyıcı  mövcud  olacaq.  İri  həcmli  tullantı 
tullayıcıya  xüsusi  kran  vasitəsilə  atılacaq.  Parçalanmış  material  parçalayıcıdan  tullantı 
bunkerinə  boşaldılacaq,  burada  isə  tullantı  sobaya  tökülmədən  öncə  şəhər  tullantısı  ilə 
qarışdırılacaq.  
Həcmli  yanmayan  hissələr geri  yükləmə qurğusu  vasitəsilə (bunkerin  sonluğunda) 
qreyferlə  müvafiq  skipə  qaytarılır.  Bu,  müvafiq  olaraq,  Ehtiyat  Tədbirlərinə  riayət  etmək 
Öhdəliyi və ya əlaqədar qanunvericiliyə uyğun şəkildə bərpa üçün yetərli tullantı yığılana 
qədər orada saxlanılacaq və basdırılmaq üçün lisenziyası olan yerə göndəriləcək.   
Planlaşdırılan və planlaşdırılmamış bağlanmalar zamanı tullantıların çatdırılması ilə 
bağlı  tətbiq  olunacaq  prosedurlar  mövcuddur.  Zavodun  qısa  müddətli  bağlanması  zamanı 
tullantının  bunkerə  boşaldılması  davam  edəcək.  Zavod  tullantının  ötürülməsinə  imkan 
verəcək  şəkildə  dizayn  olunub.  Əgər  hər  hansı  səbəblə  bağlı  olaraq,  tullantı 
çıxarılmalıdırsa,  o  zaman  geri  yükləmə  qurğusundan  istifadə  olunacaq.  Geri  yükləmə 
bunkeri axırındakı boşaldıcıya bunker tullantısını yükləyən və tullantı yerinə yol ilə ötürən 
tullayıcının aşağısında yerləşən iri həcmli tullantılar maşınını dolduran krandan ibarətdir. 
Yandırma  üçün  əlverişli  olmayan  mühərrik  hissələri,  qaz  plitələri,  eləcə  də  PVC 
pəncərələrin plastik çərçivələri, və ya həddən artıq nəm tullantılar bunkerdən çıxarılacaq və 
ya şəhər tullantısı ilə qarışdıqda kiçik həcmlərdə qəbul olunacaq.   Bunkerdən geri boşaltma 
zamanı  kran  operatoru  xüsusi  buraxma  konteynerləri  və  ya  iri  həcmli  tullantı  doldurma 
maşınlarını  geri  boşaltma  turbası  vasitəsilə  dolduracaq.  Buraxma  konteynerləri  və  ya  iri 
həcmliləri  yükləyən  maşın  geri  qaytarılan  tullantını    lisenziyalı  yerə  ötürülməklə 
kənarlaşdıracaq. 
Tibbi  tullantı  boşaltma  məntəqəsində  və  bunker  məntəqəsində  yerləşən  xüsusi 
məntəqədə  qəbul  olunacaq.  Tibbi  tullantı  yük  maşınlarından  boşaldılacaq  və  xüsusi 
saxlanılan  konteynerlərə  yüklənəcək.  Bu  konteynerlər  tibbi  tullantılar  məntəqəsində 
saxlanılır,  burada  isə  xüsusi  konveyer  vasitəsilə  hər  bir  sobanın  tullayıcı  qurğusuna 
boşaldılacaq. 
 
4.3. YANDIRMA SİSTEMİ  
4.3.1. Bərk məişət tullantılarının doldurulması   
Bərk  məişət  tullantıları  kran/qreyferlə  bunkerdən  çıxarılır  və  ötürülmə 
mexanizminə  boşaldılır.  Bu  iki  ötürücü  ağızlıqlardan  və  iki  ötürücü  novlardan  təşkil 
edilmişdir.  Ağızlıq  və  nov  arasında  normal  fəaliyyət  zamanı  açıq  saxlanılan  və  havanın 
yanma  kamerasına  daxil  olmasının  qarşısını  almaq  üçün  odluğun  işə  salınması  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə