Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

yetirə biləcək şəkildə tərtib olunur. Onlar  yüksək  keyfiyyətli  xromlu polad tökmələrindən 
hazırlanıb və havanın yandırılması üçün açılışların dəqiq ölçülməsinə və yanaşı çərçivələr 
arasında  yayınmaları  məhdudlaşdırmaqla  yüksək tempraturlara dözə biləcək şəkildə tərtib 
olunub.  Açıq  yerlərdən  ələnmələrin  və  küllərin  tökülməsi  mümkündür  və  bu  küllər  üçün 
sobanın altında toplama sistemi qurulur. Sistem onları kül boşaldılma  sisteminə boşaldır. 
Yanma havası ventilyatorla təmin olunur. Hər bir aralığa axan havanın həcmi dəqiq 
yanma tələblərinə cavab verə bilmək üçün tənzimlənə bilər. 
Yanan  şəhər  tullantısı  layına  ilkin  hava  axını  yanaşı  çərçivələrin  arasındakı 
təxminən  2  mm  ölçüsündə  boşluqlar  vasitəsilə  verilir.  Bu  balaca  hava  boşluqları  yüksək 
müqavimət  yaradır  və  hər bir soba  zonasının səthi üzərində  bir  forma  hava paylanmasına 
səbəb olur.  Bu dizayn xüsusiyyətləri nəticəsində, tullantı yatağında “kraterlər” və ya soyuq 
nöqtələr  yaranır  və  beləliklə,  zəif  yanmanın  qarşısı  alınır  və  ayrılan  qazların  tərkibində 
yüksək  toz  səviyyəsi  ilə  nəticələnir.    Paylama  və  nəzarət  üçün  bu  tərtibat  soba  sahəsində 
bərabər paylanmanı təmin edən davamlı təzyiqdən istifadə olunmasına səbəb olur. Demper 
formasında  boşaltma  mexanizmi,  boşaltmanın  və  sobada  yanan tullantı  yatağının  dərinlik 
səviyyəsinə  nəzarət  edir.    Bu  da  öz  növbəsində  tənzimlənə  və  müxtəlif  vəziyyətlər  üçün 
nəzarət oluna bilər. 
Soba  26°  bucaq  altında  quraşdırılaraq,  şəhər  tullantısının  qarışmasını  və  sobanın 
dibinə  doğru  hərəkətini  artırmaq  üçün  müxtəlif  mərhələlərə  bölünən  bir  neçə  işləmə 
bölməsindən ibarət olur. Sobanın səthi sobanın bütün sahəsində hava axınını tənzimləmək 
üçün  çərçivə  arasında  çox  dar  aralıqlarla  yüksək  səviyyəli  istiliyə  davamlı  xrom  soba 
çərçivələri  və  platalarından  ibarətdir.  Çərçivələrin  yan  üzləri  hamar  eyni  formalı  hava 
boşluqlarına  nail  olmaq  üçün  və  ayrı-ayrı  çərçivələrin  yayılmasının  qarşısını  almaq  üçün 
tərtib  olunub.  Soba  bölməsinin  bir  tərəfində  soba  çərçivələrinin  bağlanmasının  qarşısını 
almaq üçün özünü kompensasiya edən uzatma blokları quraşdırılıb.  
Bu  mütəmadi  hava  boşluğunun  yaranmasına  və  yanma  havası üçün açıqların soba 
ərazinin  səthinin  təxminən  1%-i  ilə  məhdudlaşdırmasına  imkan  verir.  Soba  çərçivəsinin 
dizaynındakı açıqlar, sıx obyektərin olmasından asılı olmayaraq, çərçivənin alov yatağının 
altının  tamamına  yayılan  hissəsində  qurulur.    Şlak  yaranmasının  qarşısını  almaq  üçün, 
çərçivələrdən  bəzilərinin  yuxarıda  bərkidilən  piramida  formalı  başlığı  olur.  Sobanın  əsas 
çərçivələri  qarşılıqlı  hərəkətə  dəyişən  nəzarəti  təmin  edən  hidravlik  işləyən  pistonlar 
vasitəsilə  elektriklə  təmin  olunur.  Mərkəzi  yağlama  sistemi  stokerin  bütün  yağlama 
mərkəzlərini və qalıq rolikini, tullantı dolduranı və kül boşaldanı təmin edəcək.  
Tam  genişlikdə  tənzimlənə  bilən  kül  boşaldıcı  sobadakı  şəhər  tullantısının 
qalınlığını tənzimləmək üçün və qalıq boşaltmanın səviyyəsinə nəzarət etmək üçün sobanın 


sonuna  yerləşdirilib.  Sobadan  çıxan  material  qalıq  nəzarətçisi  tərəfindən  tənzimləndiyinə 
görə,  sobanın  işinin  sürəti  şəhər  tullantılarının  axınının  səviyyəsindən  asılı  olacaq.  Ona 
görə  sobanın  sürəti,  tullantıların  təbiətinə  uyğunlaşdırıla  bilər  və  yanacaq  qatının  optimal 
qarışdırması yükləmə və tərkibdəki dəyişmələr əsasında əldə oluna bilər. Qalıq nəzarətçisi 
dəyişdirilə  bilən  hissələrə  malik  böyük  qurğudan  ibarətdir,  sobanın  bu  yerində  baş  verən 
sürtünmələrə və tempraturlara müqavimət göstərə biləcək şəkildə tərtib olunub. 
4.3.3. Soba külünün İdarə olunması  
Alt  hissə  kül  boşaltma  mexanizmi,  xüsusi  olaraq  bu  məqsəd  üçün  hazırlanmış  vasitə  ilə 
təchiz edilmişdir. Mexanizm aşağıdakı üstünlüklərə malikdir: 
  Həddindən  artıq  möhkəm konstruksiyaya  malikdir və ağır  işlər  və davamlı 
fəaliyyət üçün işlənib hazırlanmışdır. 
  Yığcamdır və döşəmədə kiçik yer tutur. 
  Kiçik  su  novu  var,  lakin  bu  daha  çox  qalıqların  söndürülməsi  və  lazımi 
vəziyyətə  gətirilməsi  üçün  uyğundur,  belə  ki,  daha  sonra  qalıqlar 
konveyerlə asanlıqla daşına bilər.  
  Güclü  geri  qayıtma  hərəkətinə  malik  olan  sürünkəclərə  malikdir,  bunlar 
qalığı  istənilən  səviyyədə  itələmək  üçün  dəyişkən  sürət  requlyatoru  ilə 
hidravlik fəaliyyət göstərir. 
  Heç  bir  zəncir  və  ya  plastinalara  malik  deyil,  ona  görə  də,  tıxanma 
problemləri  tamamilə  aradan  qaldırılmış,  bundan  başqa  yeyilmə 
problemlərinin qarşısı alınmışdır.  
  ERF-i qaz keçirməz sürgü ilə təmin edir və havanın daxil olmasının, və toz 
və tüstünün xaric olmasının qarşısını alır. 
  Bir  neçə  mexaniki  komponentlərə  malikdir,  ona  görə  də,  sistemin 
dayanıqlılığı etibarlıdır və yoxlama və texniki xidmət minimaldır. 
 
Suyun istehlakı söndürülmə və lazımi vəziyyətə gətirilmə üçün optimim tələbatlarla 
idarə edilir, belə ki, tullantı tamamilə boşaldıqda onun su tərkibi tullantının keyfiyyətindən 
asılı olaraq, quru tullantının təxminən 15-20%-ni təşkil edir. 
Kül boşaldıcı əsasən iki əsas hissə, struktur polad gövdə və mexaniki sürünkəcdən 
ibarətdir.  O  polad  lövhə  üzərində  möhkəm  konstruksiya  edilmiş,  polad  içlik  lövhələri  ilə 
əhatə  edilmiş  tullantılara  qarşı  səthlərlə  su  keçirməz  nov  yaratmaq  üçün  kip 
möhkəmləndirilmişdir.  Nov  su  ilə  doldurulur  və  müvafiq  səviyyəyə  nəzarət  vasitəsilə  ilə 
suyun  səviyyəsi  avtomatik  saxlanılır.  Bu  cihaz  elə  yerləşdirilmişdir  ki,  texniki  xidmət 
əməliyyatları çətinlik olmadan xaricdən həyata keçirilə bilsin. Kül boşaldıcı tullantıları və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə