Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

təsirsiz materialları və qazandan keçdiyi zaman qaz axınının içinə düşən ağır tüstü və kül 
hissəciklərini qəbul edir. 
 
 4.3.3.1. Soba ələnmələrinin idarəedilməsi  
Ələnti  sistemi  müvafiq sayda  yumşaq polad  bunkerlərdən  ibarətdir,  bunlardan  hər 
biri  kül  boşaldıcıdan  yuxarıda  tamamlanan  maili  kanalla  birləşmiş  kəpənəkvari  buraxıcı 
klapanla  təchiz  edilmişdir.  Bunkerlərin  şəbəkə  seksiyasından  aşağıda  və  biri  şəhər 
tullantılarının  ötürücü  qurğusundan  aşağıda  yerləşir.  Ələntilər  bunkerlərdə  yığılacaq  və 
saatda  2-4  boşalrma  intervalı  ilə  təmizlənəcək.  Ələntilər  pnevmatik  gətirilir  və  kül 
boşaldıcıya  ötürülür.  Kəpənəkvari  klapanlar  pnevmatik  idarə  edilir  və  qapanma 
vəziyyətində yanma havasının sızmasının qarşısını almaq üçün işlənib hazırlanmışdır. Giriş 
və  yoxlamalara  imkan  yaratmaq  üçün  bunker  hissələrində  müvafiq  imkanlar  təmin 
ediləcək. Ətraf mühit temperaturu 25 ºC olduqda maksimum səth temperaturunun 60ºC–ni 
keçməməsi üçün səthdən kənarda bunkerin asta fəaliyyəti təmin ediləcək.  
4.3.4. Hidravlik enerji sistemi  
Səyyar soba pillələri, zibil borusunun bağlanma qapısı, tullantı doldurucu, boşaltma 
nəzarətçisi  and  kül  boşaldıcı  tələb  olunan  fərdi  sürət  dəyişmələrinə  nail  olmaq  üçün 
elektrohidravlik nəzarətlər vasitəsilə hidravlik olaraq idarə olunur.  
Soba üçün  hidravlik qurğularına  xidmət olunması üçün tək nasos stansiyası təmin 
olunub.  Stansiya  ox  piston  nasoslar,  filtr,  yağ  çəni,  hidravlik  akkumlyator  və  yağ 
soyuducusundan  ibarətdir.  Hidravlik  vahid  sistemin  normal  işləməsi  nəticəsinə  yaranmış 
istini  dağıtmaq  üçün  hava  ilə  sərinləndirilir.    Bütün  hidravlik  qurğular  üçün  paylama 
kabineti  bütün  elektrik  nəzarətlərinə  malik  olacaq.  Fərdi  əməliyyat  silindrlərinin  sürəti 
kabinetə yerləşdirilmiş yağ axının tənzimləyisi vasitəsilə tənzimlənir. 
 
4.3.5. Yandırma havasının paylanması  
Yanma  havası  sistemi  stabil  hava  təzyiqi  vəziyyəti  altında  tənzimlənir  və  idarə 
edilir.  Daimi  yanacaq  qatı  altından  ötürülən  hava  təzyiqi  yanma  havası  ventilyatorunun 
axınınına nəzarətlə şəbəkənin girişində avtomatik saxlanılır.  
Hər  yanma  xətti  üçün  bir  əsas  və  ikinci  dərəcəli  hava  ventilyatoru  təmin  edilir. 
Ventilyatorlar  oxdan  asılan  pərlərlə  mərkəzdənqaçma  növünə  aiddir  və  özü  təmizlənmə 
xüsusiyyətinə  malik  olmaqla  abraziyaya  davamlıdır.  Axın  sərfinə  nəzarət  hərlənmə 
sürətinin tənzimlənməsi ilə həyata keçirilir. 
Yanma  havasının  ventilyatorları  məişət  tullantılarının  saxlanma  bunkerinin 
yuxarısindakı havanı çəkir, beləliklə, qoxu və hava ilə qarışan toz boşaltma məntəqəsindən 


və/və  ya  boylerdən  yanma  xəttinə  aparılır.  Qazanxanadan  hava  istiqamətləndirici  kanalla 
da çıxarıla bilər. Bunkerin üzərində hava qəbuledici şəbəkə quraşdırılmışdır. 
Hər yanma xətti üçün kanal hava qəbuledicidən sorucu ventilyatorlar istiqamətində 
işləyir. Sorucu ventilyatorlar iki kanala boşalır: 
  Havanı əsas hava qızdırıcıdan keçirməklə şəbəkə altındakı yüksək təzyiq sahəsinə 
aparan əsas kanal;   
  Havanı birbaşa olaraq ön divarda yerləşən iki və yan divarda yerləşən iki cərgə 
ucluqlara aparan ikinci kanal. 
Hava  isidicisindən  sobaya  gedən  novlar  termal  olaraq  izolyasiya  edilib.  Bir  hava 
isidicisi  şəhər  tullantısının  yanma  dəyərindən  asılı  olan  tempraturda  əsas  yanma  havasını 
isitmək üçün  hər  bir  yanma  xətti üçün  mövcud olacaq. Hava  isidicisi üç  bölmədən  ibarət 
olacaq  və  iki  buxar  turbin  vatisəsilə  doldurulacaq.    Yüksək  ilkin  hava  tempraturu  tələb 
edən  aşağı  termal  dəyərlər  üçün,  üçüncü  bölməni  doldurmaq  üçün  buxar  boylerdən 
götürüləcək. İsidici boru kötüyünün və kənar boruların termal genişlənməsini qarşılayacaq 
şəkildə  tərtib  olunacaq  və  tikiləcək.    Hava  isidicisi  xarici  tempraturun  60ºC  tempraturu 
keçməməsi  üçün  mineral  yunla  izolyasiya  ediləcək.  Yoxlama  qapısı  mövcuddur.    Yanma 
qazlarını  yandıran  və  tam  yanmanı  təşkil  edən  ikinci  hava  da  qızdırılır  və  bərk  məişət 
tullantılarının səviyyəsində sobaya daxil edilir. 
 
4.3.6. Yardımçı yandırıcı  
Aşağıdakı  məqsədlərlə,  hər  yanma  kamerası/qazan  iki  yardımçı  qaz  odluğu  ilə 
təmin edilmişdir: 
  Soyuq vəziyyətdə işə salınmazdan əvvəl və qurğunun söndürülməsi zamanı 
yanma kamerasında temperaturu yüksəltmək məqsədilə. 
  İşlənmiş  qazın  emissiyaları  üzrə  AŞ  Direktivi  (2000/76/AŞ)  ilə 
uyğunluğunu təmin etmək məqsədilə 
İkinci  halda temperatur 850ºC-dən aşağı düşərsə, şəbəkədə  bərk  məişət tullantıları 
olduğu müddətdə temperaturu saxlamaq üçün yardımçı odluğun avtomatik işləməsini tələb 
edir. 
Odluqların  ümumi  həcmi  qazanın  MCR  yükünün  təxminən  50%  -ni  təşkil  edir. 
Odluqlardan hər biri elektik alışması, alovdan mühafizə avadanlığı və idarəetmə klapanları, 
alətlər,  izolyasiya  klapanları  və  yerli  idarəetmə  panelindən  ibarət  olan  klapan  mexanizmi 
ilə təchiz edilir. Odluqlar üçün alova  nəzarət sistemi özünü  yoxlama  xüsusiyyətinə  malik 
olan  alov  detektorudur.  Alovun  intensivliyi  elektrik  siqnalına  çevrilir  ki,  bu  da  alovun 
vəziyyətini göstərmək və müvafiq tədbirlər görmək üçün istifadə edilir. Avadanlıq Pilz və 


ya  bu kimi təhlükəsizlik relesinin daxil olduğu  yerli  idarəetmə panelindən  ibarətdir. Yerli 
idarəetmə  paneli  PLC  vasitəsilə  odluğun  iş  ardıcıllığına  başlamaq  və  dayandırmaq 
qabiliyyətinə malikdir. 
4.4. Buxarın yaradılması və daşınması  
4.4.1. Ümumi  
İsti qazlar müxtəlif istilik dəyişdiriciləri və yüksək qızdırıcılar vasitəsilə isti qazları 
buxara çevirən boylerə ötürülür.  Boylerin dizaynı elədir ki, istilik dəyişdiriciləri vasitəsilə 
hərəkət edən qazın hərəkət sürəti aşağı düşür, bu isə qalma müddətinin uzanmasına səbəb 
olur.  Nəticədə  maksimum  istilik  dəyişməsinə  və  daha  böyük  buxar  istehsalına  imkan 
yaranır.    Boylerdən  əldə  olunan  buxar  elektrik  yaradan  buxar  turbini  generatoruna 
doldurulur. Turbini tərk edəndən sonra buxar hava ilə soyudulan kondensatorla soyudulur.  
Belə gözlənilir ki, Zavod təxminən 37 MW elektrik əmələ gətirəcək və onu 110kV kabellər 
vasitəsilə şəbəkəyə ötürəcək.    
 
4.4.2. Buxarın yaranması  
Buxar boyleri   
İstilik enerjisi ayrılmaz  su  boru boyleri  vasitəsilə  dəm qazlarından təmizlənir. Hər 
bir  boyler  bərk  məişət  tullantılarının  yandırılması  üçün  spesifik  olaraq  tərtib  edilib  və 
sınanmış texnologiyaya malikdir. Bu dizayn podratçının bu sahədəki uzun  
müddətli təcrübəsinin nəticəsidir. Qaynadıcı tərtibatı təbii dövriyyəyə əsaslanır, iki baraban 
və dibi dəstəklənən tipdədir. O, aşağıdakı qaz keçidlərindən ibarətdir:  
  Birinci keçid: yanma kamerası; 
  İkinci keçid: kamera suyu divarları və buxar panelləri; 
  Üçüncü keçid: buxarlandıcı val və konvektiv super qızdırıcı  
  Dördüncü keçid: ekonomiser. 
 
Birinci üç keçidlər su divarı panelləri ilə əhatə olunub.  Bu hava ilə sıxılan divarlar 
uzununa qaynaq olunmuş çıxıntılı borulardan ibarətdir. Boru korroziyasını azaltmaq üçün, 
müvafiq yerlərdə İnconel qaynaq işi aparılacaq (sobanın üst hissəsi).  Dördüncü tərəf polad 
ilə qaynaq olunmuş örtüklə əhatə olunub.   
Çirklənmə,  erroziya  və  korroziyanın  qarşısını  almaq  üçün  boylerin  dizaynı 
aşağıdakı əsas meyarlara uyğun olaraq idarə olunur:  
  Optimallaşdırılmış yanma kamerası; 
  Aparılmaması üçün yanma kamerasında qaz sürətinin azaldılması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə