Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

qapanması  zamanı  bağlı  saxlanılan  şiber  mexanizmi  mövcuddur.  Yükləmə  ağızlığının 
şiberi yalnız novda artıq tullantı olmadığı halda bağlana bilər. Normal fəaliyyətdə ötürücü 
növ  müntəzəm  olaraq  bərk  məişət  tullantıları  ilə  dolu  saxlanılır  və  bununla  da,  yanma 
kamerası və xarici mühit arasında hermetiklik yaradır və yanma məhsullarının bərk məişət 
tullantıları üçün olan ötürücü novla geri axmasının qarşısını alır. Səviyyə detektoru ötürücü 
novda  bərk  məişət  tullantılarına  nəzarət  edir  və  şəhər  tullantılarının  səviyyəsi  müəyyən 
edilmiş  səviyyədən  aşağı  düşdükdə  siqnal  verir.  Sabit  yanma  şəraitini  təmin  etmək  üçün 
müntəzəm  ötürülmənin  təmin  edilməsi  zəruridir.  Bərk  məişət  tullantılarının  ötürücü 
novdan  yanma  şəbəkəsinə  hərəkət  etməsinin  qarşısını  alan  şəbəkə  hidravlik  silindrdən 
ibarət olan ötürücü sistemdən istifadə etməklə buna nail olunur. Tullantılar ötürücü novun 
aşağı  hissəsində  odluğun  girişindən  keçir  və  şəbəkəyə  ötürülür.  Ötürücü  lövhənin 
sonluğundakı pilləli xüsusiyyət tullantının şəbəkəyə tökülməsinə səbəb olur və bununla da 
yığılmış  materialı paylayır. Material  isə öz növbəsində ötürücü novdan keçmə zamanı  bir 
qədər sıxılmış vəziyyətdə olur. 
Bərk  məişət  tullantılarının  yüklənməsi  odluğun  vəziyyətinə  elə  inteqrasiya  olunur 
ki,  temperatur  və  hava  axınları  lazımı  səviyyədə  olmadıqda  və  ya  digər  müəyyən 
vəziyyətlər mövcud olduqda, yüklənmə baş vermir. Yüklənmə sistemi elə işlənib hazırlanır 
ki,  əməliyyatın  hermetik  aparılması  və  ventilyator  nəzarət  sisteminin  yüklənmə  zamanı 
odluğun  təzyiqindəki  dəyişikliklərə  reaksiya  verməsi  təmin  edilsin  və  ya  odluq  daxilində 
tüstünün  yaxud  artıq  hava  axının  çıxmasının  qarşısını  alan  mənfi  təzyiqi  saxlaya  bilsin. 
Nəzarət  proseduraları  yüklənmə  dərəcəsinin  artıq  olmamasını  təmin  etmək  üçün  işlənib 
hazırlanmışdır. 
 
4.3.2. Soba sistemi  
Soba,  şəhər  tullantılarının  yandırıldığı  yerdir.  İşin  səmərəli  təşkili  üçün  şəhər 
tullantılarının  davamlı  axınını  təmin  etmək  və  yanmanın  mümkün  qədər  tam  olmasını 
təmin  etmək  vacibdir.  Bu,  yandırma  sobasının  dizaynı  və  işlədilməsi  vasitəsilə  həyata 
keçirilir. 
Zavodda MARTİN soba sistemindən istifadə olunacaq; bu özünü doğrultmuş soba 
texnologiyasıdır  və  1959-cu  ildən  etibarən  dünyadakı  200-dən  çox  zavodda  istifadə 
olunmuşdur.  Soba  geniş  çeşid  istilik  dəyərinə  malik  tullantı  emal  etmək  xüsusiyyətinə 
malik olacaq. Bu, qarışıq çeşiddə tullantılar üçün müvafiq soba sistemidir.  Soba, hər hansı 
yardımçı yanacağa ehtiyac olmadan, 6,000 kC kg-1 –dan 12,000 kC kg-1-a qədər müxtəlif 
istilik dəyərlərinə malik şəhər tullantılarının kütləvi yandırılması üçün tərtib olunub. Soba 
aşağıdakı mühüm xüsusiyyətləri özündə əks etdirir: 


  Yaxşı  qarışma,  yanma  və  alovun  yerləşməsi  nəzarətini  təmin  etmək  üçün  səyyar 
soba çərçivələri “əks istiqamətdə” hərərkət edəcək. 
  Yüksək  dərəcəli  tökmə  material  ilə  yayınmaların  qarşısını  almaq  üçün  soba 
çərçivələri hazırlanıb. 
  Soba çərçivələri şlakların yaranması miqdarını azaltmaq üçün tərtib olunub və şlak 
yaranmasının qarşısını almaq üçün xüsusi hərəkət sisteminə malikdir. 
  Soba çərçivəsini dəstəkləmək üçün uzantı qurğuları da əlavə edilib. 
 
Nəzarət məqsədilə tənzimlənə bilən bütün bu cəhətlər, şəhər tullantılarının müxtəlif 
növləri ilə mütəmadi işləmə qabiliyyəti yaratmaq üçün tənzimlənə bilər. Bu xüsusiyyətlər, 
həmçinin,  yanma  nəzarəti  yaradır,  bu  isə keyfiyyət və alov  yeri  baxımından qaynadıcının 
davamlı işi üçün vacibdir. Soba çərçivələrinin “əks istiqamətdə hərəkəti” onun hərəkətinə 
nəzarət  etməklə  və  onu  mütəmadi  qarışdırmaqla  yanmadan  sobanın  aşağısına  düşməkdən 
qoruyur. Daxil olan xammal tullantı yanan kütlə ilə qarışdığından bu daxil olan tullantının 
sürətli  qurumasını  təmin  edir.  Tullantı  sobadan  aşağı  getdiyi  üçün  sobanın  tam  ərazisi  
qurutma üçün effektiv əraziyə çevrilir.   
Bu  hərəkət  mütəmadi  fırlanmaqla  yanan  kütləni  qarışdırır  və  o,  sobanın 
qarşısındakı təzə xammal tullantının altına tökülür. Yanan kütlənin davamlı qarışdırılması 
eynicinsli  yatağın  və  sobanın  yuxarı  hissəsində  dəyişkən  alovun  yaranmasına  səbəb  olur. 
Sobanın hərəkəti əlavə isti nöqtələrin və artıq şlak yaranmasının qarşısını alır və sistemdə 
yüksək keyfiyyətli yanmanı təmin edir. Alovun yerinin yaxından izlənməsi sobadan çıxan 
alovun soba yanma sahəsində yerləşməsini təmin edir və bu sahədə ikinci dərəcəli kəskin 
üfürmə havası yaranır.  
 
 
MARTIN 
MARTIN Reversiv İşləyən Şəbəkədə Yanma 
9B 309 P12 
 


         
Şəkil 4.2.  Combustion system          – yanma sistemi 
 
1. 
Feed hopper                                               –  yükləmə bunkeri 
2. 
Feeder                                                        –  ötürücü mexanizm 
3. 
MARTIN

Reverve Acting Grate                 –  MARTIN
R
 Reversiv işləyən  
                                                                                    şəbəkə 
4. 
MARTIN
R
 Discharger - MARTIN
R
               –  boşaldıcı mexanizm 
5. 
Furnace                                                       –  odluq  
6. 
Steam heated air preheater                        –  buxarla qızdırılan hava  
                                                                                    qızdırıcısı 
7. 
Injection of combustion air (underfire air)   –  yanma üçün havanın daxil  
                                                                                    edilməsi (yanacaq qatının altından  
                                                                                    ötürülən  hava) 
8. 
Injection of overfire air                                –  Yanma havasının daxil edilməsi  
 
 
 
 
 
Soba  divarının  forması  ilə  birlikdə  nəticədə  yanmamış  qazın  və  qoxuların  
çıxmasının və yığıntı arasından daşınmasının qarşısını alan hərəkəti ilə nəticələnir.   
Yanmanın  əsas  hissəsinə  nəzarət  olunması  ilə,  sobanın  dibi  yekun  yanma  üçün 
əraziyə  və  sıx  materialın  daha  yaxşı  yanması üçün ara  boşluqlar  yaranmasına səbəb olur. 
Soba  çərçivəsinin  elementləri  öz  funksiyalarını  etibarlı  və  uzunmüddətli  şəkildə  yerinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə