Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı


Şəhərin sanitar vəziyyətinin yaxşılaşdırılması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

  Şəhərin sanitar vəziyyətinin yaxşılaşdırılması – bərk  məişət tullantılarının  emalı  ilə 
şəhər tullantılarının azalması və sanitar təmizlik əldə olunması;  
  Əhalinin  sağlamlığına  müsbət  təsirlər  -  Zibillərin  yandırılmaqla  emalı  nəticəsində 
xəstəlik  mənbələrinin  yaranmasına  son  qoyulması  və  əhalinin  sanitar-gigiyenik 
şəraitinin sağlamlaşması, yoluxucu xəstəliklərə qarşı təhlükəsizlik təminatı; 
  Sosial  səmərənin  artması  -  yeni  emal  zavodunun  fəaliyyəti  ilə  şəhər  ərazisinin  ildə 
500 min tullantılardan təmizlənməsi; 
  Mövcud  risklərin  azalması  təminatı  -  məişət  tullantılarının  emalı  zavodunun 
fəaliyyəti  zamanı  zibilin  yanma  prosesləri  nəzarət  altında  idarə  olunmaqla    və  tüstü 
qazlarının  tərkibinin  effektli  təmizlənməsi  ilə  həyata  keçiriləcəkdir.  Bu  da  şəhərdə 
yandırılan  və  yanan  zibilxanalardan  atılan  ekoloji  təhlükəli  maddələrin  miqdarının  və 
risk mənbələrinin sayının azalmasına səbəb olacaqdır. 
 
2.10.1. Layihənin sosial təsirlərinin qiymətləndirilməsi üzrə nəticələr 
Təqdim  edilən  layihə  üzrə  tikiləcək  zavod  böyük  sosial  əhəmiyyətə  malik  olacaqdır.  Bu 
özünü  paytaxt  Bakının  məişət  tullantılarından  təmizlənməsi    və  əhalinin  sağlamlığı  sahəsində 
risklərin azalması ilə təzahür edəcəkdir. 
 
2.11. Layihənin iqtisadi aspektdən əsaslandırılması 
Layihənin tətbiqi  aşağıdakı  aspektlər üzrə  sosial səmərəyə səbəb olacaqdır: 
  Torpaq resurslarına qənaət - Bərk məişət tullantılarının yandırılmasına görə İllik istehsal 
gücü  500  min  ton  olan  Zibil  emalı  zavodunun  tikintisi  ilə  yeni  zibilliklərin  yaranması 
zərurəti  aradan  qalxacaq  və  torpaq  ərazilərinin  təsərrüfat  dövriyyəsindən  çıxarılaraq, 
iqtisadi əhəmiyyətinin itirilməsi baş verməyəcəkdir; 
  Enerji  resurslarına  qənaət  -  Beynəlxalq  Energetika  Şurasının  İşçi  Qrupu  tərəfindən 
tullantıların  emalı  üzrə  «energetik  balans»  konsepsiyası  təklif  edilmişdir.  Konsepsiyanın 
mahiyyəti  belədir:  alınmış  enerji  tullantının  emalına  sərf  olunan  və  istehlak  edilən 
energetik  xərcləri  ödəməlidir.  Ona  görə  də  texnologiyanın  seçilməsi  adətən,  istehsal  və 
istehlak  olunan  enerjinin  balansı  ilə  müəyyən  olunur.  Bu  baxımdan,  təklif  olunan  layihə  
üzrə  ildə  istehsal  olunacaq  230  meqavatt  elektrik  enerjisinin  15%-i  zavodun  daxili 
tələbatlarına sərf edilməklə iqtisadi səmərə əldə olunacaqdır.  
  Bərk  məişət  tullantıları  alternativ  enerji  mənbəyi  kimi  -  Hazırda  Avropa 
qanunvericiliyi  birmənalı  şəkildə  enerji  mənbəyi  olaraq,  şəhər  zibilini  birinci  yerə  qoyur. 
Təbii sərvətlər olan neft, qaz, kömür tükənir, əksinə olaraq, enerji istehlakı daha çox artır. 
Zibil    bunlardan  fərqli  olaraq,  bərpa  olunan  yanacaqdır  və  tükənməzdir.  Bakıda  tikilicək 
zavodun fəaliyyəti zamanı 230 meqavatt elektrik enerjisi istehsal olunacaqdır. Bunun 85%-
i şəhər elektrik şəbəkəsinə verilməsi ilə iqtisadi səmərə əldə olunacaqdır 


  Yanma  külü  alternativ  inşaat  materialı  kimi  -  Təklif  olunan  layihə  üzrə  məişət 
tullantılarının  emalı  zavodunun  illik  fəaliyyəti  ərzində  ildə  zibilin  ilkin  həcminin  25%-i 
qədər kül ayrılacaqdır. Bu tullantı yol inşaatı işlərində tətbiq oluna bilər. Bununla əlaqədar 
təbii  sərvətlər  olan  qum  və  çınqıla  qənaət  edilməsi  ilə  bərabər,  onların  emalına  çəkilən 
xərclərə qənaət edilməsi ilə iqtisadi səmərə əldə olunacaqdır. 
 
2.11.1. Layihənin iqtisadi təsirlərinin qiymətləndirilməsi üzrə nəticələr 
Təqdim  edilən  layihə  üzrə  tikiləcək  zibil  emalı  əsasında  elektrik  enerjisi  istehsal  edən 
zavod həm də iqtisadi əhəmiyyətə malik olacaqdır. Bu, məişət tullantılarının yandırılmasından hasil 
olan  enerjinin  utilləşdirilməsi  sayəsində  ildə  230  meqavatt  elektrik  enerjisi  istehsalına  əsaslanır. 
Həm  də  zavod  istehsal  etdiyi  enerjinin    15%-ni  öz  tələbatının  ödənilməsinə  sərf  edərək,  dotasiya 
almadan fəaliyyət göstərə biləcəkdir.  
 
2.12.    APARILMIŞ  ƏMTQ  PROSESİ  ƏSASINDA  LAYİHƏNİN  TƏTBİQİ 
ÜZRƏ NƏTİCƏ 
Bakı Məişət tullantılarının emalı zavodunun təqdim olunan layihəsi əsasında Ətraf 
mühitə təsirlərin qiymətləndirilməsi zamanı ümumi nəticələr aşağıdakı kimi olmuşdur: 
Aşağıda  göstərilənlər  əsasında,  Azərbaycan  Respublikası  İqtisadi 
İnkişaf  Nazirliyi  ilə  Fransanın  CNİM  S.A.(Constructions  İndustriales  de  la 
Mediterranee  S.A.)  şirkəti  arasında  bağlanmış  müqaviləyə  əsasən  nəzərdə 
tutulan  Məişət  tullantılarının  emalı  zavodu  layihəsinin  tətbiqi  mümkün 
hesab edilə bilər:  
 
  Təklif  olunan  layihə  üzrə  tikiləcək  məişət  tullantılarının  emalı  zavodu  qabaqcıl 
dünya  praktikası  əsasında  layihələndirilərək,  bərk  məişət  tullantılarının 
zərərsizləşdirilməsi  və  ətraf  mühitə  neqativ  təsirlərin  minimallaşdırılması  üçün 
müasir mükəmməl texniki inkişaf səviyyəsinə uyğun tələblərə cavab verən, yüksək 
təmizləmə effektlərinə malik ekoloji proqramlaşdırılmış zavoddur.  
 
  Zibil  yandırılmasının  texnoloji  prosesinin  idarə  olunması,  əsas  və  köməkçi 
qurğuların  idarə  olunma  və  nəzarəti  Avtomat  İdarəetmə  Sistemi  ilə  həyata 
keçirildiyindən, riskin azalması təmin olunacaqdır. 
 
  Təklif  edilən  zavodun  layihəsinin  əsasında  yeni  konsepsiya  durur:  zavod 
mükəmməl  texniki  həll  üsullarının  və  mürəkkəb  qaz-toz  təmizləmə  sisteminin 
tətbiqi  nəticəsində  ekoloji  təhlükəsiz  və  ya  aztəhlükəli  kompleks  olmaqla,  şəhərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə