Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

4.  Yerüstü  suların  yerləşmə  mövqeyi  və  yeraltı  suların  səviyyəsi  nöqteyi-nəzərdən,  su 
mühitinə zərərli  təsirlər gözlənilmir. 
 
2.9. Layihənin ekoloji aspektdən əsaslandırılması 
Təklif  edilən  məişət  tullantılarının  yandırılması  ilə  elektrik  enerjisi  istehsal  edən 
zavodun  tikintisi  dövründə  mühitin  demək  olar,  bütün  sferalarına  ekoloji  təsirlər  lokal 
ərazidə – 400 x 500m, qısa müddət ərzində – 3 il baş verəcək və orta güclü olacaqdır. Bu, 
əsasən,  torpaq  və  bitki  örtüyünün  mövcud  deqradasiyası  vəziyyətinin  bir  az  da  
dərinləşməsi ilə izah olunur. Lakin  zibil emalı müəssisəsinin yerləşdirilməsi ilə bu ərazidə 
sənaye tipinin yol verdiyi dərəcədə mədəni landşaft şəraiti yaranacaqdır.  
Təklif  edilən  layihənin  tətbiqi  ilə  əlaqədar  təsirlər  isə  istismar  zamanı  yaranacaq 
tullantıların  xarakterindən  və  idarə  olunmasından  asılı  surətdə  təzahür  edəcəkdir.  Yanma 
prosesində  yaranan  tullantılar  aqreqat  halına  görə  qazşəkilli  tüstülərdən  və  bərk  halda 
toplanan kül, həmçinin, tüstü qazlarının təmizlənməsindən ayrılan hisdən (uçan kül) ibarət 
olur. 
Aşağıda  layihə  üzrə  atmosferə  ayrılan  tullantıların  təmizlənməsi  üsulunun 
mahiyyəti haqqında qısa məlumatlar təqdim edilir: 
 
2.9.1. Qazşəkilli tullantılar 
2.9.1.1. Tüstü qazlarının dioksinlərdən və furanlardan təmizlənməsi 
Təklif  olunan  layihəyə  əsasən,  dioksinlərin  və  furanların  tullantıları  ən  yaxşı 
Avropa normativlərinə (0,1 nq/nm
3
) qədər azaldılacaqdır.  
Bu, aşağıdakılar sayəsində nail olunacaqdır: 
  “Martin”  soba  qəfəsinin  quruluşunun  texniki  həll  yolu  ilə  tullantıların 
yanma şəraitinin optimallaşdırılması hesabına; 
  Son  hava  iynəsi  6%  oksigen  ilə  birlikdə  ən  azı  iki  saniyə  müddətində 
veriləndən  sonra,  temperatur  850°C-ni  keçməlidir.  250°C  -  300°C 
temperaturlarında 
yenidən 
formalaşan 
dioksinlərin 
və 
furanların 
parçalanması  üçün  boylerin  ekonomikser  bölməsində  tüstü  qazlarının 
optimal  temperaturunda  minimum  2  saniyə  qalma  müddəti  təmin  edilir. 
SNCR üçün orta optimal temperatur 850°C - 1100°C dərəcəsi arasındadır.  
  Tüstü  qazlarına  aktivləşdirilmiş  kömürün  daxil  edilməsi  hesabına,  təkrar 
yaranan  dioksinlər  və  furanlar  absorbsiya  olunacaqdır.  Dioksin  və 
furanlardan  başqa,  ağır  metalların  da  aktivləşrilmiş  kömür  tərəfindən 


udulması  baş  verir.  Kömür  hissəcikləri  isə  təmizləmənin  ikinci 
mərhələsində - torbalı filtrdə tutulub saxlanacaqdır.  
 
2.9.1.2. Turş qazların (SO
2
, HCl, HF) neytrallaşdırılmaqla azaldılması 
Bərk  məişət  tullantılarının  yandırımasının  texnoloji  sxemi  üzrə  «LAB 
yarımqurutma»  reaktor  qurğusunna  əhəng  südü  çiləyən  turbinin  daxil  edilməsi  sayəsində 
tüstü  qazlarının  tərkibindəki  SO
2
,  HCl,  HF  turşu  qalıqları  neytrallaşır  və  neytrallaşma 
məhsulları  təmizləmənin  ikinci  mərhələsi  üçün  quraşdırılmış  filtrlərdə  təmizlənir. 
Beləliklə, tüstü qazlarının tərkib göstəriciləri üzrə Avropa normativləri təmin olunur.  
2.9.1.3. Azot oksidlərinin  (NO
x
)  (SNCR) azaldılması sistemi 
Azot oksidlərinin azaldılması üçün NO
x
 (SNCR) texnologiyası tətbiq ediləcəkdir. SNCR -
Selektiv  Qeyri-Katalitik  Azaltma  sistemidir.  Sistem  qarışıqda  maye  karbamiddən  istifadə 
edərək,  aşağıdakı  reaksiya  əsasında  atmosferə  atılan  NO
x
  tullantılarının  200  mg/Nm
3
-dən 
az olmasına nail olunur: 
4NO + 2 CO(NH
2
)
2
 + O

→ 4N
2
 + 4H
2
O + 2CO
2
 
2NO
2
 + 2 CO(NH
2
)
2
 + O
2
→3N
2
 + 4H
2
O + 2CO

Ən  yaxşı  reaksiya  səmərəliliyinə  nail  olmaq  üçün  işlənmiş  qazın  olduğu  yerdə 
karbamidin  mövcud  olduğu  yerin  temperaturu  təxminən  950°C  olmalıdır.  Buna  görə  də 
karbamidin  düzgün  temperaturda  və  işlənmiş  qaz  dövrəsinin  düzgün  sahəsində  daxil 
edilməsi vacibdir.   
 
2. 9.1.4. Tozsuzlaşdırma və Qaztəmizləmə sahəsi 
Tüstü  qazlarının  tərkibinin  uçan  kül  hissəciklərindən  və  digər  neytrallaşma  
məhsullarından təmizlənməsi üçün təmizləmənin  ikinci  mərhələsində torbalı (əlcəkli)  filtr 
qurğusundan  istifadə  olunur.  Bu  mərhələdən  keçdikdən  sonra  atmosferə  atılan  tüstü 
qazlarının tərkibində tozun qatılığı 10
 
mg/Nm

–dən az olacaqdır. Bu  isə qabaqcıl Avropa 
normalarına uyğundur. 
 
2. 9.1.5. Atmosferə atılan emissiyalara nəzarət vasitələri 
ERF-dən atmosferə atılan emissiyalara aşağıdakı qurğularla nəzarət ediləcəkdir: 
  Hər axın üçün quraşdırılmış makrohissəcik monitorları və ehtiyat sistemlər; 
  CO, HCl, SO
2
 və NO
X
-i ölçmək üçün hər axında quraşdırılan bir ədəd infraqırmızı 
analizatorlar; 


  Uçan  üzvi  birləşmələrin  (VOC)  təyini  üçün  hər  axında  Alovun  ionlaşmasını 
Aşkarlayan  cihazlar.  VOC  ölçülməsi  üçün  ehtiyat  cihaz  olaraq  infraqırmızı 
analizatordan istifadə olunacaq. 
 
2.9.2. Bərk tullantılar 
2. 9.2.1. His -üçan kül (bərk tullantı) 
Qaztəmizləyən  skrubberdən  və  torbalı  filtrlərdən  avtomatik  boşaldılacaq,  konveyerlə 
xüsusi ayrılmış bunkerə daşınacaqdır. Miqdarı təqribən, ilkin daxil olan məişət tullantılarının 4%-ni 
təşkil edəcəkdir.  
 Tərkibi  etibarı  ilə  aqressiv  olduğu  üçün  lazımi  qaydada  möhürlənmiş  kisələrdə 
qablaşdırılaraq, lisenziyalı  poliqona daşınıb aparılacaqdır.  
 
2.9.2.2. Kül, qara metal, yararsız tullantılar 
Kül  qalığı  ərazidən  çıxarılana  qədər  kül  saxlama  ərazisində  toplanacaqdır.  Kül  qalığı 
nisbətən  inersiyalı  olub,  təhlükəlilik  təsnifatına  daxil  deyildir.  Təqribi  miqdarı  ilkin  tullantıların 
illik  həcminin  25%-ə  qədər  olacaqdır.  Prosesdə  yaranan  kül  yol  tikintisi  sahələrində  təkrar  oluna 
bilər.  
Qara  metal  maqnit  separsiya  ilə  küldən  ayrılaraq,  külün  yığıldığı  yerdə,  amma  ayrı 
saxlanacaq, müəyyən olunmuş qrafik əsasında ərazidən çıxarılıb daşınacaqdır.  
Yandırılmağa  yararsız  olan  (polivinil-xlorid  tərkibli)  və  qeyri-standart  ölçülü  tullantılar 
prosesdən  əvvəl  seçilib  ərazidə  anbarlaşdırılacaq  və  müəyyən  həddə  çatdıqda,  icazəli  poliqona 
daşınacaqdır. 
 
2. 9.3. Layihənin ekoloji təsirlərinin qiymətləndirilməsi üzrə nəticələr 
Təqdim  edilən  layihə  üzrə  tullantıların  həcmi    ilkin  xammalın  həcminə  nisbətən    10 
dəfədən  çox  azalacaqdır.  Müəssisədə  yaranan  bərk  tullantılar  mühitə  nəzarətsiz  şəkildə 
atılmayacaqdır.  Kül  tullantısı  yol  tikinti  sahəsində  işlədiləcəkdir.  His  tullantısı  isə  xüsusi  qayda 
üzrə  mühitdən  təcrid  olunmuş  vəziyyətdə  anbarlaşdırılacaqdır.  Yaranmış  tullantıların  tərkibində  
çürümə, patogen, epidemiya riski olmayacaqdır.  
Təqdim  edilən  layihə  üzrə  atmosferə  atılan  tullantıların  səviyyəsi  AŞ  Direktivlərində 
(2000/76/AŞ) göstərilən səviyyələrdən aşağı olacaqdır.  
Tullantıların  əmələ  gəlmə  şəraiti  və  miqdarı  idarə  olunacaqdır.  Beləliklə,  təqdim  edilən 
layihə yüksək səviyyədə ekoloji proqramlaşdırılmışdır və davamlı idarəetmə şəraitində ətraf mühitə 
təsirləri cüzi olacaqdır. 
 
2.10. Layihənin sosial aspektdən əsaslandırılması 
Layihənin tətbiqi  aşağıdakı  aspektlər üzrə  sosial səmərəyə səbəb olacaqdır: 
  Əhalinin məşğulluğu – yeni iş yerlərinin açılması və yeni ixtisasa yiyələnmə təlimləri; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə