Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

olunması  ilə  paralel  olaraq,  mərhələli  və 
çoxpilləli təmizləmə sistemi təmin olunacaqdır.  
Nəticədə təklif  edilən zavodda tüstü qazı 
emalına zəmanət  verən  məhdudiyyətlər 4 dekabr 
tarixli Avropa Direktivində (2000/76/AŞ) zəhərli 
maddələr  üçün  göstərilən  səviyyələrdən  çox 
aşağı olacaqdır:  
Üzvi maddələr – TOC …….…. 10  (mg/Nm
3

HCl  ………………………….… 10  (mg/Nm
3

SO
2………………………………………………..  
50
 
 (mg/Nm
3

HF………………………..……..  1   (mg/Nm
3
)    
NO + NO
2  
NO
x
 kimi …………… 200  (mg/Nm
3

CO……………………………….. 30  (mg/Nm
3

Üzvi maddələr – TOC…………. 10  (mg/Nm
3

Cd+Tl……………………………..0,05 (mg/Nm
3

Hg…………………………………0,05 
(mg/Nm
3
)   
Sb+As+Pb+Cr+Co+Cu+ 
+Mn+Ni+V ………………………. 0,5 (mg/Nm
3

Dioksinlər və furanlar …………….0,1 (ng/Nm
3

 
qarışığından idbarət qazlar yaranır və bunlar 
idarə olunmadan birbaşa havaya atılır. Nəticə 
etibarı ilə təklif edilən üsula nisbətən 
atmosferin daha çox çirklənməsinə səbəb 
olurlar.
 
 
Torpaq resurslarından istifadə  
Hər iki üsulun tətbiqi zamanı torpaq resursları tələb olunur. 
 
Təklif olunan üsul (bərk məişət tullantılarının 
yandırılması əsasında elektrik enerjisinin alınması) 
Kompostlama üsulu 
 
Təklif edilən üsulda məişət tullantıların emalı 
zavodunun yerləşdirilməsi və  tikilməsi üçün 20 
hektar torpaq sahəsi ayrılmışdır. 
Kompostlama əgər ənənəvi üsulla aparılırsa, 
onda proses üçün daha çox torpaq sahəsi (500 
min məişət tullantısı hesabı ilə götürün) tələb 
olunur. Bu isə torpaq resurslarının çox sərfinə 
səbəb olmaqla bərabər, həm də bu zaman 
torpaqların və qrunt sularının patogen, infeksion 
mikroorqanizmlərlə yoluxması, əmələ gələn 
zəhərli filtratlarla  çirklənməsi riski yaranır. 
 
Məhsulun keyfiyyəti və yararlığı 
Hər iki üsulun tətbiqinin əsasında utilləşmə məhsulunun  alınması durur. 
 
Təklif olunan üsul (bərk məişət tullantılarının 
Kompostlama üsulu 


yandırılması əsasında elektrik enerjisinin 
alınması) 
 
Təklif  olunan  üsulda  istehsal  olunan 
elektrik  enerjisi  ekoloji  təmiz  məhsuldur. 
Elektrik  enerjisi  istehsalatın  və  təsərrüfatın 
bütün  sahələrində,  məişətdə  çoxsahəli  istehlak 
olunan əlverişli yanacaq növüdür. 
 
Kompostlama üsulunda alınan kompostun 
tərkibində müxtəlif metallar olur. Belə fikir 
formalaşmışdır ki, bunlar bitkilərin inkişafı üçün 
zəruri olan mikroelementlərdir. Lakin bu 
metalların tərkibi ağır və çox vaxt toksiki 
metallardan ibarət olur. Tətbiq olunan müxtəlif  
kompostlama üsulları isə  tullantıların çürüyüb 
parçalanması zamanı kompostun tərkibinə 
zəhərli ağır metalların keçməyəcəyinə zəmanət 
verə bilmir. Ona görə də bu cür gübrənin əkin və 
meşə sahələrində tətbiqi həmin toksikantların 
bitki və heyvanlara keçməsi ilə insanların 
sağlamlığı üçün də ekoloji təhlükə riski yaradır. 
 
2.6.3.2.3. Sosial aspektlər üzrə müqayisə 
Hər iki üsul sosial funksiya daşıyır. 
 
Təklif olunan üsul (bərk məişət tullantılarının 
yandırılması əsasında elektrik enerjisinin alınması) 
Kompostlama üsulu 
Təklif  olunan  üsulda  ildə  500  min  ton  şəhər 
tullantısı 
emal 
olunub 
zərərsizləşdiriləcəkdir. 
Nəticədə  şəhərin  sanitar  təmizlənməsi  baş  verəcək,  
əhalinin 
 
sağlamlığı 
üçün 
əlverişli 
şərait 
yaranacaqdır.  Tullantıların  ilkin  həcmi  10  dəfədən 
çox  azalacaq  və  alınan  yeni  tullantılar  kompaktlığı 
etibarı ilə daha az yer tutacaqdır. Patoloji, infeksion, 
epidemik yoluxma riskləri yox olacaqdır. 
 
Kompostlama üsulunda əsas məqsəddən asılı olaraq 
bərk məişət tullantılarının zərərsizləşdirilməsi 
aparılmır. Yaranan ballast hissə 70% təşkil edərək, 
daha çox həcmə malik olur. Ayrılan tullantılar 
patoloji, infeksion, epidemik riski daşıyır. Həm də 
istifadə olunan müəyyən tip tullantılara aid olmaqla,  
məişət tullantılarının miqdarına görə tələb nisbətən 
az olduğundan, kompostlama üsulunun sosioloji 
əhəmiyyəti də az olur. 
 
2.6.3.2.4. İqtisadi aspektlər üzrə müqayisə 
Bu  halda    istehsal  olunan  məhsul,  istifadə  olunan  əsas  xammal  və  köməkçi 
materiallar, yanacaq əsas götürülməlidir.   
 
Təklif olunan üsul (bərk məişət tullantılarının 
yandırılması əsasında elektrik enerjisinin alınması) 
Kompostlama üsulu 
Məhsul  
Təklif olunan üsulda il ərzində 500 min ton məişət 
tullantılarının yandırılması nəticəsində 230 milyon 
kVt/saat elektrik istehsal olunacaqdır.  
Kompostlama üsulunda tətbiq olunan üzvi maddədən 
asılı olaraq, üzvi və ya zənginləşdirilmiş üzvi gübrə 
– kompost alınır. 
Xammal  və köməkçi materialların istifadəsi  
Təklif edilən üsulda əsas xammal olaraq təkcə  bərk 
məişət tullantılarından istifadə olunacaqdır. Bərk 
məişət tullantıları defisit deyil, fasiləsiz  bərpa 
Kompostlama üsulunda isə bərk məişət 
tullantılarından başqa çoxlu miqdarda üzvi maddə, o 
cümlədən, peyin, peyin şirəsi, quş zılı və s. tələb 


olunandır,  dəyəri pulla qiymətləndirilmir, əksinə, 
onun daşınması üçün əhali kommunal xərcləri 
ödəyir. 
olunur. Göründüyü kimi bu vasitələrin əksəriyyəti 
qiymətli gübrədir - dəyəri pulla qiymətləndirilir, 
xüsusən, peyin defisitdir, gec bərpa olunandır və 
bərpa olunması maldarlıq və əkinçilik sahələrindən 
asılı olur. Bütün bunlar isə iqtisadi səmərənin 
azalmasına səbəb olur. 
Yanacaq 
Təklif edilən üsulda zavodun işə salınması və 
dayandırılması zamanı yanmanın müəyyən texniki 
parametrlərinin saxlanması üçün az miqdarda təbii 
qaz yanacağından istifadə olunacaqdır.  
Fasiləsiz aerob oksidləşdirilmə üsulu ilə aparılan 
kompostlama üsulunda  çoxlu miqdarda oksigenin 
tətbiqi tələb olunur, bu isə ya elektrik, ya da başqa 
təbii yanacaq  enerjisinin daha  çox sərfinə səbəb 
olur. 
Torpaqlar 
20 hektar torpaq sahəsi ayrılmışdır. 
Kompostlama ənənəvi  üsulla  aparılırsa,  onda  proses 
üçün  daha  çox  torpaq  sahəsi  (500  min  məişət 
tullantısı hesabı  ilə  götürün)  və  daha  çox  vaxt  tələb 
olunur. Bununla da təsərrüfat sahəsinin dövriyyədən 
götürülməsi səbəbindən, iqtisadi səmərə azalır. 
 
 
2.6.3.2.5. Aparılmış müqayisələr üzrə nəticə 
Göstərilən  təhlil  əsasında  bərk  məişət  tullantılarının  emalı  üzrə    təklif  edilən  layihə  üsulu 
müasirlik  və  əhatəlilik baxımından, qabaqcıl texnologiyaya əsaslanması,  ekoloji, iqtisadi  və sosial 
aspektlərin  həlli  baxımından  müqayisə  aparılan  kompostlama  üsulundan  daha  üstün  hesab    edilə 
bilər. 
 
2.7. Layihənin tətbiqi üçün seçilmiş yerin əsaslandırılması 
Bakı  Şəhər  icra  Hakimiyyəti  Başçısının  29/12/2007-ci  il  tarixli  656  saylı  Sərəncamı  ilə 
Sabunçu rayonu, Balaxanı qəsəbəsinin qərb hissəsində 20 ha ərazi Bakı Məişət tullantılarının emalı 
zavodunun  tikintisi  üçün  ayrılmışdır.  Bu  yer,  Zabrat  –  Balaxanı  və    Zabrat  -  Binəqədi  yollarına 
yaxın  yerdə,  məskunlaşma  olmayan  bir  ərazidə  yerləşir.  Zavod    üçün  ayrılmış  ərazi  bir  tərəfdən 
Balaxanıneft  NQÇİ-nin  istehsal  sahəsi  ilə,  2  tərəfdən  isə  asfalt  beton  istehsalı  zavodları  ilə 
əhatələnmişdir. NQÇİ ilə paralel əks istiqamətdə isə Balaxanı zibilxanası yerləşir.  
Digər  tərəfdən  hər  bir  istehsal  müəssisəsi  yerləşdirilərkən,  onun  xammala,  yol 
infrastrukturuna, yaxın olması əsas götürülür. Bu baxımdan, zavod üçün ayrılmış ərazi yaxınlığında 
şəhərin  müxtəlif  istiqamətlərindən  daxil  olmaq  üçün  yol  infrastrukturu  mövcuddur.  Zavodun  əsas 
xammalı  olan bərk  məişət tullantıları şəhər ərazisindən  daha tez  daşınmaqla həm  təmizliyə səbəb 
olacaqdır,  həm  zibildaşıyan    maşınların  daha  az  yol  qət  etməsilə  sərf  edilən  yanacağa  və  deməli, 
yanacağa  sərf  olunan  pul  məsrəflərinə  qənaət  olunacaqdır.  Bununla  əhaliyə  də  iqtisadi  fayda 
olacaqdır. Çünki zibilin daha uzağa daşınması nəticəsində əhalinin bu məqsədlə ödədiyi kommunal 
xərcləri  də  arta  bilər.  Eyni  zamanda  nəqliyyatın  fəaliyyəti  səbəbi  ilə      atmosfer  havasına  atılan 
işlənmiş  qazların  miqdarı  sərf  edilən  yanacağın  miqdarı  ilə  düz  mütənasib  olaraq  artır.  Deməli, 
zavodun şəhərə yaxın yerləşməsinin həm sosial-iqtisadi, həm də ekoloji əhəmiyyəti vardır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə