Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

poliqonların  rekultivasiyası  da  çox  baha  başa  gəlir.  Bu,  məqsədi  zibillərin  ətraf  mühitə 
düşməsi şərtlərinin məhdudlaşdırılması olan böyük bir tədbirlər planıdır.  
Poliqon  bərk  məişət  tullantılarının  çıxarılması  və  biodeqradasiyası  üzrə  təbiəti 
mühafizə qurğusu olsa da, öz növbəsində, təbii sərvətlərdən istifadə edir və həm də təbiətə 
neqativ  təsir  mənbəyinə  çevrilir.  Neqativ  təsirlərə  misal  olaraq,  çoxlu  miqdarda  torpağın 
təbii  dövrandan  uzun  müddətə  götürülməsi  və  onların  strukturunun  pozulması,  zəhərli 
maddələrin əmələ gətirdiyi  filtratla torpaq qruntlarının çirkləndirilməsi və nəticədə yeraltı 
suların,  bəzən  içməli  suların  çirklənməsi,  böyük  ehtimalla  yanğın  və  partlayış  təhlükəsi 
riskinin  olması  və  s.  qeyd  oluna  bilər.  Bərk  məişət  tullantıları  poliqonlarının  istismarı 
dövründə  və  ya  onun  rekultivasiyasından  müəyyən  qədər  vaxt  keçdikdən  sonra  belə 
atmosfer  havasına zibillərdən ayrılan  qazların atılması davam edir, poliqonaltı qruntların 
geoloji göstəriciləri dəyişir. Bu isə qruntların filtrasion qabiliyyətinin artmasına və nəticədə 
isə qrunt sularının çirklənməsinə səbəb olur.  
Poliqon filtratlarının təsirindən ABŞ-nın Florida ştatında böyük krizis yaşanmışdır. 
Belə  ki,  bu  ştatın  əhalisinin  istifadə  etdiyi  içməli  suyun  90%-ni  qrunt  suları  təşkil  edir. 
Burada  fəaliyyət  göstərən  və  bir  çoxu  bağlanmış  200-dən  çox  poliqonun  filtrat  suları 
süzülərək,  əhalinin  istifadə  etdiyi  yeraltı  suların  çirklənməsinə  səbəb  olmuşdur.  Əhalinin 
içməli  suyunun  təmizlənməsi  üçün  hökumət  böyük  məbləğdə  xərc  çəkmək 
məcburiyyətində qalmışdır. 
Poliqonların fəaliyyəti nəticəsi olaraq, metanın yaranması ikinci böyük problemdir. 
Üzvi  maddələrin  anaerob  parçalanması  nəticəsində  yaranan  metan  qazının  horizontal 
istiqamətdə yayılıb, 300 m-dək məsafədə yerləşən yaşayış evlərinin zirzəmisinə dolması ilə 
20-dən çox evin dağılması faktları ABŞ-da qeydə alınmışdır. 
Poliqonların 3-cü problemi onun  müəyyən  vaxtdan  sonra çökmə riski  ilə  bağlıdır. 
Belə  çökmüş  ərazilərdə  atmosfer  çöküntüləri  səbəbi  ilə  yığılan  su  filtratla  qarışdıqda 
zəhərli lehməli bataqlıq yarana bilir. 
Qrunt sularının çirklənməsinin qarşısını almaq üçün layihələndirmə zamanı keçirici 
olmayan  və  ya  keçiriciliyi  az  olan  ekranlar,  filtratın  yığılması  və  dövriyyəsi  qurğusu, 
müşahidələr  aparılması  üçün  filtrasion  quyular  nəzərdə  tutulmalıdır.  Bu  isə  istismar 
xərclərinin artmasına səbəb olur. 
Beləliklə, çox vaxt poliqonlar haqqında zahiri sadəlik və mürəkkəb olmayan qurğu 
və  maya  dəyərinin  aşağı  olması  barədə  təsəvvürlər  formalaşdırsa  da,  əslində  bu,  səhv 
fikirdir.  Aşağıda  göstərilən  səbəblər  ucbatından  ekoloji  –  iqtisadi  ziyan  burada  daha 
çoxdur: 
  torpaqların məşğul edilməsi, 


   kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsi; 
  hava,  torpaq və suyun çirklənməsi,   
  bərk  məişət  tullantılarının  anbarlaşdırılması  və  poliqonların  istismarı 
xərcləri,  
  nəqliyyat xərcləri. 
  mühitin çirkləndirilməsinin ekoloji-iqtisadi qiymətləndirilməsinin çətinliyi. 
  partlayış və yanğın riski 
  Xalq təsərrüfatı üçün qiymətli materialların itirilməsi 
  Poliqonların qeyri-rəsmi zibilliklərin yaranmasına səbəb olması. 
  İqtisadi səmərənin olmaması. 
 
2.6.2.2. Bərk məişət tullantılarının kompostlaşdırılması 
Bitki  və  heyvan  mənşəli  qalıqların  xüsusi  anaerob  şəraitdə  mikroorqanizmlərin 
iştirakı  ilə  parçalanması  nəticəsində  üzvi  gübrə  alınması    prosesi  kompostlama  adlanır. 
Kompostlama aparılması üçün xammal olaraq peyin, peyin şirəsi, quş zılı, torf, zibil, ağac 
yarpaqları və s. istifadə olunur.  
Kompostlama  zamanı    əvvəlcədən  çeşidlənmə  aparılmış  məişət tullantıları    üzvi 
qalıqlarla  və  üzvi  gübrə  –  peyinlə  qarışdırılır,  nəticədə  mikroorqanizmlərin  iştirakı  ilə 
bitkilərin  qidalanması  üçün  asan  mənimsənilən  azot,  fosfor  və  kaliumlu    birləşmələrlə 
zənginləşmiş gübrə alınır.  Kompostlama zibillərin emalında  nisbətən zərərsiz üsul sayılsa 
da,  eyni  zamanda  etiraf  olunur  ki,  əslində  bu  üsul  yalnız  müəyyən  tullantıların  -    ətraf 
mühitə  demək  olar,  zərərli  təsir  göstərməyən,  əksinə  iqtisadi  səmərəli  tullantıların 
(məsələn,  peyinin)  emalı  prosesidir.  Müxtəlif  mənşəli  və  tərkibli  tullantılara  şamil 
olunduqda isə ətraf mühitin komponentlərinə neqativ təsirlər hökmən baş verir. 
İlk  baxışda  sadə  və  asan  başa  gələn  bu  üsulun  özünə  məxsus  aşağıdakı 
çatışmazlıqları vardır: 
  bu  üsulla  alınan  kompostda  dioksinlərin  aşağı  molekullu  birləşmələri,  
toksiki ağır metallar olur və bu zəhərlər torpaq qruntlarına, əkin sahələrinə 
və buradan da bitkilərə və canlılara miqrasiya edir.   
  kompostlama üsulunda məişət tullantılarının yalnız müəyyən bir hissəsi – 
üzvi    bitki  və  heyvan  mənşəli  tullantıların  seçilib  ayrıca  emal  olunması 
daha  səmərəlidir.  Nəticədə  isə  şəhər  tullantılarının  böyük  kütləsi  emala 
uğramadan mühitə atılmalıdır.  
  kompostlama  üçün  çoxlu  miqdarda  defisit  sayılan  üzvi  gübrə  –  peyin  və 
ya  peyin  şirəsi  tələb  olunduğundan  iqtisadi  cəhətdən  səmərəsiz  olub, 


böyük  miqdarda  tullantılara  tətbiq  edilmək  üçün  əlverişli  sayılmır.  Həm 
də  peyinin  zibillərlə  emal  olunmadan  birbaşa  əkin  sahələrinə  verilməsi 
həm ekoloji, həm də iqtisadi cəhətdən daha səmərəlidir. 
  Proses  daha    uzun  müddətli  olduğundan,  iqtisadi  səmərə  təmin  oluna 
bilmir.  
  Proses üçün böyük ərazi tələb olunur. 
 
Hazırda  üzvi  maddələrin  sənaye  üsulu  ilə  -  maili  barabanda  fasiləsiz  aerob 
oksidləşdirilməsi ilə aparılan kompostlama daha mükəmməl sayılır. Buraya maqnitlə və ya 
əllə çeşidlənib  metaldan ayrılmış zibil də daxil edilir. Üç sutka barabanda qalan qarışığın 
oksidləşməsi  üçün  buraya  ventilyatorla  isti  hava  verilir.  Proses  istilik  ayrılması  ilə  gedir, 
nəticədə kompostlaşdırılan kütlə patogen mikrofloraya görə zərərsizləşdirilir, kağız və qida 
tullantıları  isə çox kiçik - 1-2 mm ölçüyə  malik  hissələrə parçalanır. Əlavə separasiyadan 
sonra  prosesə  uğramayan  rezin,  dəri,  ağac,  əlvan  metal  və  polimer  maddələr  ayrılıb 
təmizlənir.  Sonra  kompostlanan  material  xırdalayıcı  qurğuya  daxil  olur  və  bundan  sonra 
kənd təsərrüfatında istifadəyə  göndərilir. 
Göründüyü kimi bu üsulun da özünəməxsus  çatışmamazlıqları vardır: 
  Əvvəla,  aerob  oksidləşdirmə  prosesi  çoxlu  miqdarda  oksigenin  tətbiqini 
tələb edir ki, bu da enerjinin çox sərf olunması ilə nəticələnir. 
  İkinci,  emal  olunan  üzvi  gübrələr  içərisində  infeksion  və  yoluxucu 
xəstəlik  mikrobları  ola  bilər  ki,  bunlar  da  artıq  hazırlıq  mərhələsində 
ətrafda yoluxma ocaqlarının yaranmasına səbəb ola bilər. 
  Üçüncü,  tullantıların  tərkibində  olan  ağır  metallar  və  toksiki  maddələr 
kompostun  tərkibinə  keçərək,  onun  tərkibini  korladığı  üçün,  bu  üsulla 
alınmış  gübrələrin  kənd  təsərrüfatı  və  meşə  təsərrüfatı  torpaqlarında 
tətbiqi  yolverilməzdir.  Çünki  otlar,  giləmeyvələr,  tərəvəz  yaxud  süd 
vasitəsi  ilə  yoluxa  bilən  bu  zəhərli  maddələr  insan  sağlamlığı  üçün 
təhlükəyə çevrilə bilər. 
  Dördüncü,    bu  üsulun  tətbiqi  zamanı  daha  çox  emal  olunmamış  zibil 
kütləsi  qalır  və  onların  yerləşdirilməsi  və  zərərsizləşdirilməsi  problemi 
həll olunmur. Bu zibillər isə ya yandırılmalı, ya pirolizə uğradılmalı, ya da 
poliqonlarda  yerləşdirilməli  olur,  yəni  çoxlu  əlavə  torpaq  sahələri  tələb 
olunur. 
  Beşinci, prosesdə emal oluna bilməyən tullantılar həcminin böyük olması 
və  tərkibinin  aqressivliyinə  görə  ətraf  mühitdə  daha  böyük  ekoloji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə