Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   2   3   4   5   6   7   8   9   ...   81

Müşahidələr göstərir ki,  mövcud poliqonlarda  bir sıra ciddi problemlər  mövcudur. 
Təhlükəli maddələrin yeraltı sularla qarışması, zibilin açıq şəkildə atılması, öz-özünə alışıb 
yanması və bunun nəticəsində tərkibində yanma qazları və müxtəlif zəhərli maddələr olan 
tüstülərin  yayılması  və digər bu kimi  neqativ  halların qarşısının alınmasına ciddi  ehtiyac 
duyulur. 
Şəhər  tullantılarının  əksər  hissəsinin  həmin  poliqonlara  daşınmasına  baxmayaraq, 
Bakı  ətrafı  ərazilərdə  çoxlu  sayda  icazəsiz  zibilliklər  var.  Tullantılar  toplama 
məntəqələrində  çeşidlənmədən  daşınır.  Tullantıların  kağız,  metal,  plastik,  şüşə 
komponentlərinə  görə  qismən  çeşidlənməsi  zibilxanalarda  əllə  aparıldığından,  müxtəlif 
infeksiyalara  yoluxma  riski  də  artır.  Ona  görə  də  tullantıların  yerləşdirilməsi  üçün 
poliqonların 
cari 
imkanlarının 
qiymətləndirilməsi 
ən 
vacib 
tədbirlərdəndir. 
Qiymətləndirmənin nəticələrindən asılı olaraq, müvafiq qərar qəbul ediləcəkdir. 
Azərbaycan  hökuməti  tərəfindən  görülən  tədbirlər  sırasında  məişət  tullantılarının 
daşınmasında  əsas  problem  olan  avtonəqliyyat  vasitələrinin  çatışmazlığı  ilə  əlaqədar 
olaraq,  prezidentin  2007-ci  ilin  oktyabrın  3-də  imzaladığı  «Mənzil-kommunal 
təsərrüfatının  maddi-texniki  təchizatının  yaxşılaşdırılması  haqqında»    sərəncama  əsasən, 
xüsusi təyinatlı kommunal texnikasının alınması üçün dövlət büdcəsindən Bakı şəhər İcra 
Hakimiyyətinə    25  mln.  manat  vəsait  ayrılmışdır.  Artıq  Almaniya,  Rusiya  və  Yaponiya 
istehsalı  olan  ixtisaslaşdırılmış  maşınlar  Bakıya  gətirilmişdir.  Yeni  texnika  dar  küçələrdə 
də  hərəkət  etmək  qabiliyyətinə  malik  olduğundan,  zibilin  mütəmadi  olaraq  yığılmasını 
təmin edəcəkdir.  
Sərəncamda  qeyd  olunan  «Təmiz  şəhər»  ASC-nin  yaradılması  və  fəaliyyətə 
başlaması  ilə  yanaşı,  İqtisadi  İnkişaf  Nazirliyi  xətti  ilə  həyata  keçirilməsi  planlaşdırılan 
tədbirlər sırasında Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası  da 
nəzərdə tutulmuşdur.      
 
 
 
 
 
2. XÜLASƏ 
 
2.1. Giriş 
Bərk  məişət tullantılarının  yandırılması zavodunun  layihələndirilməsi, tikilməsi  və 
istismarı  üzrə  elan  olunmuş  beynəlxalq  tenderdə  EVN  (Avstriya),  Enconi  (Almaniya), 
Moskekostroy  (Rusiya)  ilə  birlikdə  iştirak  etmiş  Fransanın  CNİM  S.A.(Constructions 
İndustriales  de  la  Mediterranee  S.A.)  şirkəti  müsabiqənin  qalibi  olmuşdur.  CNİM  S.A. 


ətraf mühit, elektroenerji və maşınqayırma sahələrində aparıcı şirkətdir. Şirkətinin 50 ildən 
çox  olan  təcrübəsi  əsasında  Fransa,  İngiltərə,  Belçika,  Rusiya,  İspaniya,  Portuqaliya  və 
başqa  ölkələrdə  tətbiq  olunan  layihələrinin  əksəriyyəti  qeyri-ənənəvi  yanacaq  növü  olan 
bərk  məişət  tullantılarının  yandırılması  əsasında  elektrik  enerjisi  zavodlarının  tikintisi  və 
istismarı ilə bağlıdır. 
 
2.2. Layihənin məqsədi  
Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyi  ilə  bağlanmış  müqavilədə  illik 
istehsal  gücü  500  min  ton  bərk  məişət  tullantıları  yandıracaq  zavodun  layihələndirilməsi, 
tikintisi və 20 illik (daha 10 il uzatmaq imkanı ilə) istismarının həyata keçirilməsi nəzərdə 
tutulur. Bakı Məişət tullantılarının emalı
 
zavodu 10 hektar ərazidə inşa edilərək, hər birinin 
yandırma  gücü  250  min  ton  olan  2  texnoloji  xətdən  və  elektrik  enerjisi  istehsal  edən 
turbindən ibarət  olacaqdır.  
Təqdim  olunan  layihə  əsasında  məişət  tullantılarının  yandırılması  nəticəsində  il 
ərzində təqribən 230  milyon kVt/saat elektrik  istehsal olunacaqdır. Bundan 15% zavodun 
daxili ehtiyaclarına sərf ediləcəkdir. Yandırılmış tullantılardan qalan kül çöküntüsündən isə 
yol inşaatı prosesində istifadə etmək mümkün olacaqdır. 
Layihənin  şərtlərinə  əsasən,  dəyəri  346  milyon  avro  təşkil  edən  zavodun 
layihələndirməsi  və  tikintisi  üzrə  işlər  3  il  ərzində  başa  çatdırılacaqdır.  Müqavilə  «turn-
key»  tipli  olaraq,  dünyada  bu  sahədə  geniş  tətbiq  olunan  DBO  (Desiqn-Build-Operate) 
prinsipi  ilə  -  layihələndirmə,  tikinti  və  əməliyyat  xidmətlərinin  eyni  şirkət  tərəfindən 
həyata keçirilməsi yolu ilə icra olunacaqdır.  
 
2.3. Ətraf mühitə təsirlərin qiymətləndirməsinin əsaslandırılması  
Zibilyandırma  zavodu  müasir  texnologiya,  sərt  istismar  tələbləri  və  ekoloji 
proqramlaşdırma  əsasında  istismar  ediləcəkdir.  CNİM  S.A.  şirkəti  öz  ekoloji 
strategiyasının bir hissəsi olaraq, zibil emalı zavodunun yerləşdiriləcəyi Balaxanı qəsəbəsi 
ərazisində  ətraf  mühitin  mövcud  vəziyyətinin  tədqiqini  və  layihənin  tətbiqi  nəticəsində 
ətraf  mühitə  mümkün  təsirlərin  qiymətləndirilməsini  təşkil  etmişdir.  Hazırlanmış  ƏMTQ 
sənədi  nəzərdə  tutulmuş  fəaliyyətə  dair  ekoloji  rəy  verilməsi  üçün  ETSN  Dövlət 
Ekspertizasına təqdim olunur. 
 
2.4. ƏMTQ üçün Qanunvernici əsas 
ƏMTQ  prosesinin  təşkili  zamanı  qanunverici  əsas  olaraq,  Azərbaycan 
Respublikasının  ətraf  mühitin  mühafizəsi  və  təbii  sərvətlərdən  istifadə  sahəsində 


cəmiyyətlə  təbiət  arasındakı  münasibətlərin  tənzimləyən  bir  sıra    qanunları  və  normativ 
aktları,  o  cümlədən,  təbii  sərvətlərin  qorunması  və  onlardan  səmərəli  istifadə  olunması 
sahəsində  əsas  qanunlardan  olan  «Ətraf  Mühitin  Mühafizəsi  haqqında»  Qanunu  ön  plana 
çəkilir.   
 Qanuna əsasən  iqtisadi  fəaliyyətin ətraf  mühitə  mənfi təsirlərini  və  bu  fəaliyyət 
çərçivəsində  aparılan  işlərin  mövcud  ekoloji  standartlara  və  tələblərə  uyğunluğunun 
müəyyənləşdirilməsi,  mənfi  təsirlərin  proqnozlaşdırılması  və  onların  qarşısının  alınması 
üçün, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini müəyyən etmək məqsədi ilə 
Dövlət Ekoloji Ekspertizasının keçirilməsi vacibdir. 
Qanuna  əsasən  iqtisadi  fəaliyyətin  ətraf  mühitə  mənfi  təsirlərini  və  bu  fəaliyyət 
çərçivəsində  aparılan  işlərin  mövcud  ekoloji  standartlara  və  tələblərə  uyğunluğunun 
müəyyənləşdirilməsi,  mənfi  təsirlərin  proqnozlaşdırılması  və  onların  qarşısının  alınması 
üçün, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini müəyyən etmək məqsədi ilə 
Dövlət Ekoloji Ekspertizasının keçirilməsi vacibdir. 
 
2.4.1. Təqdim edilən ƏMTQ sənədinin tərkibi 
Təqdim edilən ƏMTQ sənədi aşağıdakı hissələrdən ibarətdir: 
1. Giriş  
2. Aparılmış ƏMTQ üzrə Xülasə və Nəticələr 
3.  Azərbaycan Respublikasında təbiəti mühafizəni  və təbii sərvətlərdən  istifadəni 
tənzimləyən qanunvericilik 
4. təklif edilən fəaliyyətin  təsviri 
5. ətraf mühitin  mövcud durumu 
6. sosial – iqtisadi mühit 
7.  Zavodun inşaat mərhələsində  ətraf mühitə təsirlərin  qiymətləndirilməsi və onların 
idarə olunması 
8. Tikinti mərhələsində sosial təsirlər və onların idarə olunması 
9.  Zavodun istismar mərhələsində  ətraf mühitə təsirlərin qiymətləndirilməsi və onların 
idarə olunması 
10. Sosial  və iqtisadi təsirlər 
11.  Fövqəladə Hallar və Texniki Təhlükəsizlik Nəzarəti 
12. Emissiyalara Monitorinq Nəzarəti 
13. Ekoloji risklərin, bədbəxt hadisələrin və onların nəticələrinin minimallaşdırılması 
 
2.5. Layihənin texnoloji əsaslandırılması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə