Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

Yanmaya  nəzarətin  məqsədi  yanma  parametrlərinin  stabilləşdirilməsi  və  nəticə 
etibarı  ilə,  qaz  tullantı  emissiyalarını  azaltmaq  və  daimi  buxar  axınına  nail  olmaqdan 
ibarətdir. Yanma yük nəzarəti özündə 2 əsas komponenti birləşdirir: 
 
  Buxar  axının  müşahidəsi  nəticəsində  əldə  olunan  boyler  yükü  vasitəsilə 
müəyyənləşdirilən miqdarla bağlı komponent;  
  Yanma  kamerası  temperaturu  və  tüstü  qazlarının  oksigen  tərkibi  əsasında  yanma 
keyfiyyəti ilə bağlı komponent. 
  
Qüvvədə  olan  qaydalara  riayət  etmək  üçün,  yükün  hansı  olmasından  asılı 
olmayaraq aşağıdakı iki meyara riayət olunmalıdır: 
  Ən azı iki saniyə müddətində 850°C-dən yuxarı yanma qazı temperaturu;  
  Boyler çıxınşında ölçülən ən azı 6% oksigen (nəm qaz).  
Prinsiplər  
Stoker  nəzarəti  aşağıdakılar  əsasında  işləyən  üç  mürəkkəb  nəzarət  sistemlərini  özündə 
birləşdirir: 
 
  Tullantı doldurma sürəti və soba dəmirinin hərəkətinə nəzarət; 
  ocaqaltı hava nəzarəti; və 
  ocaqüstü hava iynəsi nəzarəti. 
 
Boyler  yük  normaları,  stoker  tutum  diaqramının  limitləri  çərçivəsində,  tullantı 
tərkibi  və  arzu  olunan  buxar  istehsalı  vasitəsilə  idarə  olunacaq.  Yanma  nəzarəti  üçün 
aşağıdakı nəzarət olunan dəyişənlər istifadə olunur: 
  yük (buxar axını); 
  hava artıqlığı (% yanma oksigeni); və 
  tüstü qazı temperaturu (kamera temperaturu və ya infra-qırmızı pirometr). 
  Belə parametrlərin istifadəsi seçilmiş nəzarət növündən asılıdır. 
 
Əməliyyat  
Yük:    Burada  məqsəd  işləmə  normaları  çərçivəsində  generator  çıxışındakı  buxar 
axının  sabit  dəyərdə  saxlamaqdan  ibarətdir.  Verilən  yüklə  bağlı  olaraq,  orta  nəzəri 
tullantının LCV olduğunu nəzərə alsaq, bu hava paylanmasının həcminə və növünə uyğun 
olacaq. 
 


Ocaq  altında  havanın  həcmi:  Sobanın  altında  hava  təzyiqi  mütəmadi  dəyərdə 
saxlanılır.  Ocaqaltı  hava  nəzarəti  yanma  sobasının  altındakı  daxil  olan  hava  demperləri 
vasitəsilə  əldə  olunur.  Verilən  yük  nöqtəsi  bütün  hava  demperləri  üçün  “STEP”  adlanan 
ümumi  nöqtəni  yaradır.  Yanmaya  nəzarət  iş  növünə  əsasən,  bu  verilən  nöqtə  yanma 
oksigen  nəzarətçisi  vasitəsilə  dəyişdirilə  bilər.  İşin  hər  bir  hissəsi  üçün  dəqiq  yanma 
nəzarətini  təmin  etmək  üçün,  “STEP”  nöqtəsi  hər  bir  demper  üçün  fərdi  başlama  nöqtəsi 
kimi qəbul olunur. 
  
Ocaqüstü  hava  həcmi:    Yanma  kamerasına  ocaq  üstü  inyeksiyası  idarə  olunan 
hündürlükdə sabit yanma alovu ilə birlikdə yanma qazlarının çalxantılı qarışmasına və tam 
yanmaya səbəb olur. Oksigendən sərbəst şəkildə, tullantı layı yanması vasitəsilə meydana 
gələn  qazların  yaxşı  qarışdırılmasına  nail  olmaq  üçün  minimum  ocaq  üstü  inyeksiya 
zəruridir  .  Üstəlik,  stexiometrik  həcm  artıq  ocaq  altı  hava  vasitəsilə  əldə  olunsa  da, 
yanmanı  tamamlamaq  üçün  yüksək  hava  artığı  tələb  olunur.    Yanma  nəzarəti  alqoritmi 
təzyiq nəzarəti ilə işləyən hava demperlərini idarə edir. Ocaq üstü hava novlarındakı axın 
dərəcələrinin hər biri nəzərdə tutulan dəyərdən yayınma olanda siqna verən həyəcan siqnalı 
qurğuları vasitəsilə müşahidə olunur. 
Yanma:  Verilən  yükə  görə,  yanma  yükünün  tənzimlənməsi  yanma  üçün  ideal 
şərtlərin  verilməsi  deməkdir.  Yanma  qazlarının  münasib  temperaturunu  əldə  etmək  üçün, 
tullantı  LCV-ni  nəzərə  almaqla,  lazımi  miqdarda  artıq  hava  tələb  olunur,  bununla  yanaşı 
oksigen faizi də nəzərə alınmalıdır. Verilən vaxt müddətində, havanın həcmi yük ilə uyğun 
olanda,  adətən,  tullantı  LCV  –də  dəyişikliklə  bağlı  olaraq,  oksigen  dəyərində  dəyişməyə 
yanma  şərtlərinin  dəyişməsi  də  daxildir.    Oksigen  tənzimlənməsi  ocaq  altı  qlobal  hava 
həcmi (STEP)-nin düzəldilməsi vasitəsilə həyata keçirilir.  
Tullantı  doldurulması:    Stoker  sürəti  və  zərbə  gücü  stroker  işinin  və  boş  vaxtlar 
“optimizasiya  alqoritmi”  tənzimləmək  üçün  idarə  olunur.  Optimizasiya  nəzarətçisi  aktiv 
olmayanda, operator nəzarəti  üçün doldurucu sürəti və zərbə gücü düzəlişləri mövcuddur 
və bütün doldurucu aktuatorları üçün ümumidir.  Doldurucuların qaytarılmış mövqeləri hər 
bir  doldurucunun  zərbə  uzunluğunu  göstərir.  Seçilmiş  yanma  nəzarəti  iş  növündən  asılı 
olmayaraq, doldurucu aktiv verilən nöqtənin pozulması zamanı doldurucu dayandırılacaq. 
Soba  çərçivəsinin  hərəkəti:    Soba  çərçivəsinin  hərəkəti  tullantı  yanmasına  birbaşa 
təsir  edir.  Bu  nəzarət  yanma  nəzarət  proqramına  tətbiq  edilir.  Bütün  nəzarət  növlərində, 
soba  çərçivəsinin  sürətinə  nəzarət  operatoru  mövcuddur.  Seçilmiş  yanma  nəzarət  iş 
növündən asılı olmayaraq, verilən aktiv nöqtənin aşılması, pozulması halında dayandırılır.  
 


İş Növlərinə nəzarət   
 
İlkin:    Yanma  nəzarət  proqramı  boyler  statusuna  uyğun  olaraq 
operator tərəfindən seçilmiş üç müxtəlif növə uyğun olaraq işləyə bilər : 
 
"kamera temperaturu " növü; 
 
"buxar axını” növü; və 
 
"IR pirometr temperaturu" növü. 
 
"Kamera temperaturu" növü (Başlama növü):  Bu növdən buxar xidmət təzyiqi 
əldə olunana və sabit olana qədər zavodun işə başlanması zamanı və ya buxar axını və İQ 
pirometri ölçmələri mövcud olmayana qədər istifadə olunur. 
Bu  növdə,  tullantı  doldurucu  və  soba  çərçivələri  vasitəsilə  "Kamera  temperaturu" 
parametri operator tərəfindən verilən başlama nöqtəsində tənzimlənir. 
Bu  verilən  nöqtədən  etibarən  yanma  nəzarətçi  qurğusu  başlama  vaxtı  qurulmuş 
verilmə  nöqtəsi  düzəliş  cədvəlinə  əsasən  hər  bir  ocaq  altı  demper  üçün  fərdi  verilmə 
nöqtələrini  nəzərdən  keçirir.  Daha  sonra  hər  bir  demper  özünün  mövqe  hədəfi  dəyərinə 
əsasən işlədilir. 
 
"Buxar  axını"  növü  (Stand-by  növü):    Bu  növ  buxar  təzyiqi  stabil  olan  zaman, 
amma  İQ  pirometri  istifadə  olunmayan  zaman  istifadə  oluna  bilər.  Bu  növdə,  yanma 
nəzarət  qurğusu  operator  tərəfindən  verilən  başlama  nöqtəsində  “buxar  axını”nı,  tullantı 
doldurucuları  və  soba  çərçivələrində  paralel  hərəkət  vasitəsilə  tənzimləyir.    Operator 
manual  olaraq  bütün  ocaq  altı  demperlər  üçün  (STEP)  mövcud  olan  ümumi  verilən 
nöqtələri  manual  olaraq  təmir  edir.  Bu  verilən  nöqtədən,  başlama  zamanı  verilən 
nöqtələrinə əsasən fərdi verilən nöqtələri nəzərdən keçirir. Hər bir demper özünün mövqe 
hədəf dəyərinə istinadla işləyir. 
 
"IQ  pirometr  temperaturu"  növü  (normal  növ):      Bu  növ  ancaq  buxar  təzyiqi 
sabit olarsa və oksigen ölçülməsi, buxar axını və İQ pirometr ölçmələri mövcud (etibarlı) 
olarsa  istifadə  olunmalıdır.  Bu  növdə,  tullantı  doldurulması  və  bütün  soba  çərçivəsi 
zonalarındakı  ocaqaltı  hava  axını  boyerlərdə  daimi  temperaturu  saxlamaq  üçün  yanma 
nəzarət proqramı vasitəsilə tənzimlənir.  
Tullantı,  buxar  axını  və  boyler  temperatur  parametrlərini  kaskad  nəzarət  növü  ilə 
tənzimləyən  yanma  nəzarət  proqramı  vasitəsilə  idarə  olunur.    Buxar  axını,  operator 
tərəfindən  verilən  buxar  axını  nöqtəsi  olan  birinci  PİD  blokunda  ölçmə  vasitəsi  kimi 
istifadə olunur. Nəzarətçi məhsulu ikinci nəzarətçi üçün nəzarət mövqeyini yaradır.  İkinci 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə