Yuxarıdakı fəaliyyətlər uğurla tamamlanır;
Ventilyator çərçivələri və demperlər faktiki olaraq bağlanır (hər hansı təbii hava
axının qarşını almaq);
Sobanın altındakı hava demperlərinin bağlanması; və
Yanacaq yağ təhlükəsizlik klapanları tamamilə bağlanır.
Zavodun təhlükəsiz şəkildə PPC icazəsi və yüksək istifadə imkanı ilə işləməsini
təmin etmək üçün, müxtəlif çeşiddə avadanlıq və nəzarət sistem elementləri təmin olunur.
Zavoddakı
bütün
avadanlıq
mümkün
olan
yerlərdə
planlaşdırılmamış
uğursuzluqları minimuma endirmək üçün Planlaşdırılmış və Preventiv İstismar Proqramı
çərçivəsində istismar olunmalıdır.
Əlavə olaraq, Zavodun yanma parametrlərinin və emissiyaların PPC icazəsi
çərçivəsində olmasını təmin etmək üçün müxtəlif fəaliyyətlər və monitorinq prosedurları
yerinə yetirilməlidir.
Aşağıda göstərilənlər bəzi tipik uğursuzluqlarda operatorun gördüyü fəaliyyətləri
və nəzarət tədbirlərini təsvir edir.
İxrac/idxal elektrik təminatının kəsilməsi: Əgər İxrac/idxal elektrik təminatı
kəsilərsə, o zaman zavod işləməyə davam edəcək, amma “ada” rejimində və özü öz
elektrikini istehsal edəcək. Əgər turbin boşalarsa, o zaman standby elektrik təminatı
zavodun təhlükəsiz söndürülməsinə şərait yaradır. Əgər standby təminatında
kəsilmə olarsa, o zaman Operator yanma şərtlərini və emissiyalarının İcazə ilə
uyğunluğun təmin etmək üçün CEMS-i müşahidə üçün təmin etməklə UPS-dən
istifadə edərək Fövqaladə hal söndürməsini həyata keçirir.
FGT avadanlığında problem: FGT sistemində müxtəlif stanby vahidləri və saxlama
tutumları var (məs. hazır şəkildə quraşdırıla bilən standby pulveratoru, standby piltə
inyeksiya nasosları və s). Əgər ümumi piltə sistemində kəsilmə olarsa, filtr
torbalarında istifadə olunmamış vaxt yanma şərtlərinin və emissiyaların İcazə ilə
uyğun olmasını təmin edəcək.
Filtrasiya sistemində uğursuzluq: Onlayn istismar filtr seksiyalarının ayrılması
nəticəsində əldə olunur. Müxtəlif torba problemlərinin baş verməsi ehtimalı az
olarsa, operator problemli torbaları təcrid etməli olacaq; əgər təcrid etmə səmərəsiz
olarsa, iki saat ərzində nəzarət olunan bağlanma yerinə yetirilə bilər. Yanma şərtləri
və emissiyalar İcazə ilə uyğun olacaq.
Avadanlıqla bağlı uğursuzluq: Dib külü və FGT qalıq daşıyıcılarında problem
yaranarsa, ayırıcı borular və yan keçidlər bağlanmalardan yayınmaq üçün istifadə
olunur. Soba dəmirləri və ventilyatorda problem olarsa, operator Nəzarət olunan
Bağlanmanı həyata keçirir. Yanma şərtləri və emissiyalar İcazə ilə uyğun olacaq.
4.9. HAVAYA BURAXILAN MƏNBƏ EMISSIYALARININ AZALDILMASI
SİSTEMİ
İşlənmiş qazın təmizləmə konsepsiyası dünyadakı bir çox bənzər zavodlarda
quraşdırılmış dizaynda yarım-quru sistemə əsaslanır. Yarım quru sistem, gələcəkdə ola
biləcək ciddi emissiya standardlarına uyğunlaşdırmaq üçün düzəlişlərin daha tez daxil
edilməsinə imkan yaradır.
Bərk məişət tullantılarını yandıran zavodlar turş qazlar - məs. hidrogen-xlorid
(HCl), hidrogen-florid (HF) və kükürd 3-oksidin (SO
3
) iz konsentrasiyaları ilə birlikdə
kükürd dioksid (SO
2
) generasiya edir. Turş qazların təmizlənməsi prinsipi- qələvi reagenti
əlavə olunması ilə onların neytrallaşdırılmasından ibarətdir. Yarım quru proseslərdə qələvi
reagenti təmizlənməli olan tüstü qazlarına məhlul və ya suspensiya şəklində (reagentin həll
olunma ehtimalından asılı olaraq) injeksiya olunmalıdır. Ona görə tüstü qazları soyudulur
və təmizlənir.
Hidrogen-xlorid və hidrogen-fluorid kalsium-hidroksidlə reaksiyaya girib, müvafiq
olaraq kalsium-xlorid (CaCl
2
) və kalsium-fluorid (CaF
2
) duzları yaradır:
2 HCl + Ca(OH)
2
CaCl
2
+ 2 H
2
O
2 HF + Ca(OH)
2
CaF
2
+ 2 H
2
O.
Kükürd-dioksid kalsium hidroksid ilə aşağıdakı reaksiyalara uyğun olaraq kalsium-
sulfat yaradır:
SO
2
+ Ca(OH)
2
CaSO
3
+ H
2
O
CaSO
3
+ ½ O
2
CaSO
4
Kükürd 3-oksid kalsium-hidroksid ilə reaksiyaya girir və aşağıdakı reaksiyaya
uyğun olaraq kalsium-sulfat yaradır:
SO
3
+ Ca(OH)
2
CaSO
4
+ H
2
O.
Yarım quru prosesdə turş qazların neytrallaşdırma məhsulları olan bərk maddələr,
tüstü qazlarının növbəti təmizlənməsində parça filtri ilə tutulub ayrılırlar.
4.9.1. İş prinsipi
Boyler çıxıntısından, işlənmiş qazlar reaksiya kamerasının yuxarı hissəsinə daxil
olur, burada diffuzerin içərisində paylandıqdan sonra, əhəng südü məhlulunun damcıları ilə
təmasa keçirlər.
Diffuzer tüstü qazlarının axın şablonuna düzəliş edir. Onun funksiyası oxvari-
simmetrik axını təmin etməkdir (silindrik-konusvari kamera oxu ilə yanaşı). Qazların
hissələri statik fluqerlər vasitəsilə qarışdırılır və onlardan bir hissəsi mərkəzə qaçma
istiqaməti ilə hərəkət edirlər.
Əhəng südü sprey turbini (pulverizator) vasitəsilə səpilir. Əhəng südü qravitasiya
təsiri altına düşür və yüksək sürətlə hərəkət edən disk ilə toqquşur. Diski tərk edərkən,
əhəng südünün hərəkət sürəti təxminən 160 m s-1 -ə çatır və diametri bir neçə onluq
mikron olan damcılara ayrılır. Əhəng südü məhlulunun doldurulması bufer çəninə
injeksiya olunmamış əhəng südü məhlulunun yenidən emalı ilə dövrriyyə şəklində dizayn
olunub.
Əhəng injeksiyasına nəzarət sistemi reaksiya müddətini azaldır, tüstü qazı emissiya
limitləri ilə ciddi uyğunluğunu və reagentlərin səmərəli istifadəsini təmin edir.
Fasiləsiz Emissiya Monitorinq Sistemi (CEMS) makrohissəciklər, HCl, SO
2
, CO,
NO
x
, uçan üzvi karbon birləşmələr (VOC) üzrə O
2
aşağı axını vasitəsilə tüstü qazlarının
təmizlənməsi üçün fəaliyyət göstərir. Bu çirkləndirici maddələr üzrə mütəmadi ölçmələr
aparılır.
4.9.2. Hidrogen- xlorid yüklənməsi
Əhəng sərfi və hidrogen-xlorid emissiyaları gələn tullantının 0.6 % həcmində
xloridə əsaslanır. Zavod, 1.8% xlorid artığını emal edə bilər, amma bu miqdar da çox
sayılır. Hidrogen-xlorid emissiyaları, “upstream measurement”-in nəticələrinə əsasən
əhəng injeksiyasını artırmaqla müəyyən səviyyədə saxlanılacaq. Bu isə 1,500 mg/nm3
həcmindəki qaz təmizləmə sistemində tüstü qazının yuxarı hərəkətində hidrogen-xlorid
konsentrasiyasnın maksimum həddə çatmasına imkan yaradır.
Hidrogen-xloridin giriş konsentrasiyasındakı “artımlar” əhəng injeksiyasına nəzarət
dövriyyəsi tərəfindən qısa reaksiya müddətində idarə olunacaq. Bu qısa reaksiya vaxtı, qaz
təmizləyicisində və bacada hidrogen-xlorid qatılığının ölçülməsi yolu ilə əldə olunur;
birinci ölçmə nəticələri gözləmək üçün və ikincisi isə düzəliş etmək üçün edilir.
Doldurma
nəzarəti
hidrogen-xloridin
müşahidəsi
və
kükürd-dioksid
konsentrasiyalarının boyler çıxışında istifadəsindən ibarətdir və bu dəyərlərin istifadəsi
neytrallaşdırma zamanı nəzəri axın dərəcəsini hesablamaq üçün zəruri ola bilər.
Dostları ilə paylaş: |