Geri
nəzarət
çıxan
tüstü
qazı
hidrogen-xlorid
və
kükürd-dioksid
konsentrasiyalarından ibarətdir və bu dəyərlərin qabaqlayıcı nəzarət sistemi hesablaması
vasitəsilə müəyyənləşdirilmiş şəkildə injeksiya olunmuş əhəng südü məhlulunun həcmini
tənzimləmək üçün dəyərləri verilən nöqtə olaraq müəyyənləşdirməkdən ibarətdir. Seçilən
analizatorun növü ilə birgə real sınağa yaxın yerdə analizatorların yerləşdirilməsi potensial
“artım”ların yaxşı idarə olunmasını təmin edir.
Bu cür yuxarı və aşağı cərəyan istiqamətində olan nəzarət metodu özünü doğruldub
və Britaniya və Avropanın müxtəlif zavodlarında quraşdırılıb.
Boyler- tüstü qazı təmizləmə avadanlığı içərisindən axan tüstü qazları axınının
kompüter ilə modelləşdirilməsi yeni konfiqurasiyalar qarşıya çıxanda dizaynı yoxlamaq
üçün yerinə yetirilir.
4.9.3. Tüstü qazlarının neytrallaşdırılması – Qaz təmizləyici
Tüstü qazlarının neytrallaşdırılması qaz təmizləyici skrubberdə yerinə yetirilir.
Skrubber və onunla bağlı olan novlar örtüklər və silfon ilə bərkidilən polad platadan
hazırlanıb. Skrubber aşağıdakılardan ibarətdir:
tüstü qazı təmizləyicinin özü, çanaq, konusvari tullayıcı və dam;
tüstü qazı axınında burulğan effektini yaratmaq üçün fluqerlərlə bərkidilmiş
qaz qəbulu kamerası;
əhəng südü çiləyən rotor öz mühərriki ilə birgə;
Ventilyator rotor sərinləşdirici; və
Xəlbirləmə ekstraktı və konusvari tullayıcının dibindən ötürmə avadanlığı.
4.9.4. Əhəngin saxlanması, hazırlanması və paylanması
Əhəng sistemi avadanlığın tam artıqlığı müəyyənləşməsinə görə tərtib olunacaq.
Əhəng pnevmatik boşaltma sisteminə malik 50 m3 tutumu olan çənli yük maşınlarında
kütlə halında gətiriləcək. Gətirilmiş əhəng daşı hər iki axını nominal tutumla işləyən bə 7
günlük ehtiyat imkanı olan əhəng bunkerinə boşaldılacaq. Təchizat aşağıdakılardan
ibarətdir:
Polad struktur
Bunkerin yuxarı hissəsində
- Bir lyuk (hermetik hazırlanmış)
- Bir təhlükəsizlik klapanı
- Özü təmizlənmə sisteminə malik bir əlcəkli filtr hissəsi
- Pnevmatik qəbuledici üçün bir qidalandırıcı boru
Silindrik karkasda:
-
Təhlükəsizlik qapısı ilə bir nərdivan
-
2 səviyyə sayğacları.
Konusvari bunkerdə:
-
Bir lyuk (hermetik hazırlanmış)
Əhəng südünün hazırlanması aşağıdakı avadalıq vasitəsilə yerinə yetirilir :
əhəng injeksiya səviyyəsini tənzimləmək üçün iki şnek-dozator;
İki əhəng söndürmə çəni (hər bir çən iki axınla əhəng südü məhlulu
hazırlamaq üçün dizayn olunub);
Su injeksiyası borusu;
Elektriklə işləyən qarışdırıcılar; və
əhəng südünü avtomatik ötürən klapanlar.
Söndürülməmiş əhəngdən hazırlıq çənində əhəng südü hazırlanır. Daha sonra əhəng
südü qravitasiya nəticəsində ikinci qarışdırma paylama çəninə axır, bu isə öz növbəsində
əhəng məhlulu paylama dövriyyəsi vasitəsilə skrubberi doldurmaq üçün istifadə olunur.
Hər bir paylama dövriyyəsi mütəmadi şəkildə (hətta xəttin qısa müddətli dayanması
vaxtında belə) işləyir. Əhəngin boruda tıxanmasının qarşısını almaq üçün əhəngin təchiz
edilmə xətti fasiləsiz dövrə əsasında hazırlanmışdır. Əhəng məhlulunun hər bir
təmizləyiciyə ötürülməsi əsas və yardımçı nasoslar vasitəsilə təmin olunub.
Bunkerin doldurulması zamanı əhəngin təsadüfən boşaldılması, özəl tərtib olunmuş
ventil filtri və təfərrüatlı doldurma və boşaldılma əməliyyat prosedurlarının vasitəsilə
minimuma endirilib. Əlavə olaraq, yüksək səviyyəli indikator bunkerin üzərində və özünü
təmizləyən filtri olan ventil çənin yuxarısında bunkerin həddən artıq təzyiq yaranmasının
qarşısını almaq üçün yerləşdirilib.
4.9.5. Aktivləşdirilmiş kömür saxlanması və paylanması
Aktivləşdirilmiş kömür pnevmatik boşaltma sisteminə malik 50 m3 tutumu olan
çənli yük maşınlarında kütlə halında gətiriləcək. Aktivləşmiş kömür sahədə ən azı 50
günlük ehtiyat miqdarında saxlanılır. Aktivləşdirilmiş kömür azot inertizasiya sistemi və
yuxarısında filtr olan bunkerdə saxlanılır. Üç doza müəyyənləşdirən vahid (hər biri bir axın
üçün, biri ehtiyat) dəm qazı novlarında aktivləşdirilmiş kömürün injeksiyasına nəzarəti
təmin edir. Dozalama sistemi aşağıdakılardan ibarətdir:
Saxlama bunkerinin təcridedici klapanlı boşaltma bunkeri
Boşaltma bunkerinin altında ehtiyat çəni, zəruri səviyyə releləri ilə
Hər şnek-dozatorun təchizatını təmin edən ehtiyat çənin aşağı hissəsində
fırlanan paylayıcı
Diametri 30 mm-dən çox olan borunun içində olan axına görə bir həcmli şnek-
dozator qidalandırıcısı. Fırlanma sürəti aktivləşdirilmiş kömürün sərfinin tənzimlənməsinə
uyğunlaşdırılır. Aktivləşdirilmiş kömürü daxil etmə hissəsinə nəql etmək üçün şnek-
dozatorun çıxış hissəsi pnevmatik idarə olunan eduktora birləşir. Yardımçı dozalama
avadanlığı kimi bir əlavə şnek təchiz edilir.
Pnevmatik ötürücülü eduktorlar,
Solenoidlər,
Hava təzyiqini nizamlayıcı,
Dozator üzərində boru sistemi,
Dozatoru dəstəkləyən polad konstruksiya.
Sprey quruducu reaktorunun girişində quraşıdırılmış diffuzor tüstü qazları axınında
karbonun mükəmməl qarışdırılmasına imkan verir. Aktivləşdirilmiş kömür sistemində
alov riski və ya partlayış aşağıdakı xüsusiyyətlər vasitəsilə azaldılır:
Dəm qazının emalında ancaq buxar ilə aktivləşdirilən kömürdən istifadə
olunur.
bunker temperaturunun inersiya qazının injeksiyası ilə müşahidəsi
Adaptasiya edilmiş elektrik avadanlığı (fransız ATEX standartı).
Bunkerin doldurulması zamanı əhəngin təsadüfən dağılması, özəl tərtib olunmuş
ventil filtri və təfərrüatlı doldurma və boşaldılma əməliyyat prosedurlarının vasitəsilə
minimuma endirilib. Əlavə olaraq, yüksək səviyyəli indikator bunkerin üzərində və özünü
təmizləyən filtri olan ventil çənin yuxarısında bunkerdə həddən artıq təzyiq yaranmasının
qarşısını almaq üçün yerləşdirilib.
4.9.6. NO
x
(azot oksidlərini) azaltma sistemi (SNCR)
Aşağıda təsvir olunan sistem, 200 mg/Nm
3
–dən aşağı göstəricilərdə NO
x
nəticəsinə çatmağa imkan verən “nəm” SNCR (secilə bilən qeyri-katalitik azaltma)
sistemidir. Bu sistem ammonyak məhlulundan istifadə edən sistemlə müqayisədə aşağıdakı
üstünlükləri verir:
Karbamid təhlükəsiz idarə oluna bilən qeyri-toksiki məhsuldur. Bu, ammonyakla
tələb olunan xüsusi təhlükəsizlik avadanlığından imtina edilməsinə imkan verir.
Dostları ilə paylaş: |