Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

PID nəzarətçisi İR pirometr tempraturunda ölçmə kimi qəbul edir və paralel olaraq tullantı 
doldurucusu və soba çərçivəsini hərəkətə gətirir. 
Hava,  ocaqaltı  ümumi  nöqtəsi  (STEP)-ni  tənzimləyən  yanmaya  nəzarət  proqramı 
vasitəsilə idarə olunur.  Bu verilən mövqe, başlama zamanı verilən nöqtə düzəliş cədvəlinə 
əsasən hər bir ocaqaltı bölmə üçün fərdi verilən nöqtələri yaradır. Hər bir ocaqaltı demper 
mövqeyi  onun  mövqe  dəyərinə  istinadən  nəzarət  olunur.  STEP  dəyəri  (ümumi  verilən 
nöqtə) operator tərəfindən verilən oksigen nöqtəsinə istinadən oksigen ölçməsindən işlənən 
PİD nəzarətçi məhsulu tərəfindən avtomatik olaraq düzəldilir. 
 
Optimizasiya prosessoru  
Yanma  sistemi  doldurucu  və  soba  çərçivələrinin  dayanmadan  işləməsini  təmin 
etməsi üçün çox  həssas olduğuna görə, işi optimallaşdırmaq üçün  inteqrasiya  müddətində 
(bir neçə dəqiqə) orta dəyəri hesablamaq çox vacibdir. 
Prosessor daxil olan siqnal  “real  işləmə”  vaxtıdır. Işləmə  vaxtı  verilən  nöqtə daha 
əvvəlcədən  seçilən  miqyasda  seçilə  bilər.  Optimizasiya  alqoritm  siqnalı  doldurucunun 
aktuator sürətini və zərbə uzunluğunu dəyişdirir.  Effektiv işləmə vaxtı hesablanan verilmə 
nöqtəsindən  qısa  olanda,  bu  o  deməkdir  ki,  hər  bir  doldurma  ardıcıllığı  həddən  artıq  çox 
doldurma  təcrübəsi  göstərir.  Nəticə  etibarı  ilə,    doldurucunun  sürəti  və  zərbəsi  avtomatik 
olaraq azaldılır. Düzəlişlər avtomatik olaraq mərhələli şəkildə yerinə yetirilir. 
 
Tüstü Qazı temperaturunun tənzimlənməsi 
Tüstü  qazı  təmizləmə  avadanlığı  arzu  olunan  səviyyədə  saxlanılması  üçün 
minimum  boyler  çıxış  dəm  qazı  temperaturu  tələb  edir.  Buna  ekonomikserin  giriş 
hissəsindəki mənbə suyunun temperaturuna düzəliş edilməsi yolu ilə əldə olunur.  Tullantı 
suyu  temperaturu  boyler  buxar  barabanından  doymuş  buxardan  mənbə  suyu 
mübadiləedicisindən  istifadə  etməklə  artırıla  bilər.  Boyler  çıxan  tüstü  qazı  temperaturu 
müəyyən  edilmiş  verilmə  mövqeyi  olan  kontrol  parametri  kimi  daxil  edilir,  bu  isə  öz 
növbəsində  mənbə  suyunun  bir  hissəsini  istilik  dəyişdiricisinə  yönləndirən  nəzarət  valını 
işə  salır.  Bu  yenidən  qızdırılıan  mənbə  suyu  ekonomikserə  daxil  olmamışdan  əvvəl  əsas 
tullantı suyu axını ilə qarışdırılmalıdır. Dəyişdiricinin əsas dövriyyəsindəki sıxılmış buxar 
boyler  barabanına  geri  qaytarılır.    Boyler  çıxıntısı  üçün  yüksək  və  aşağı  temperatur 
siqnalları ilə tüstü qazı temperaturu təmin edilir.  
 
4.8.5. İşə salma və dayandırma prosedurları  
 Zavodun ilk öncə tullantısız işə salınması 


İşə salma prosedurunun bütün mərhələlərində tüstü qazının temperaturunu qaldıran 
aşağıdakı şərtlərə riayət etmək çox vacibdir: 
  Oda davamlı maddələrə termal şokun qarşısını almaq üçün soba boşluğunda saatda 
50°C-dən az olmaqla tüstü qazı temperatur qradienti; 
  Baraban divarında və borularda termal çatların qarşısını almaq üçün boyler baraban 
buxar/su temperaturunun dəqiqədə maksimum 1°C  qalxması. 
 
Zavodun belə ilkin işə salma qrafiki boyler doldurması və qaldırma məqsədləri ilə 
hazır  olan  su  təchizatını  təmin  etmək  üçün  mineralsızlaşdırma  vahidinin  işə  düşməsi  ilə 
başlayır.  Onu  daha  sonra  soba,  boyler  və  onun  müvafiq  yardımçı  qurğuları,  hava  ilə 
sərinləşdirilən kondensator və daha sonra buxar turbini generatoru izləyir.    
Rəhbər  komitənin  qərarına  əsasən  tullantı  daxil  edilməzdən  əvvəl  soba  850ºC 
temperaturda  qızıdırılmalıdır.  Bu  öncədən  isitmə  yanacaq  ilə  yandırılan  yardımçı 
yandırıcının  köməyi  ilə  əldə  olunur.  Giriş  temperaturu  əldə  olunandan  sonra  tullantı 
doldurucuya tökülür və doldurucu ılə soba işə başlayır. 
Tüstü qazının təmizlənməsi zamanı əldə olunan qalıq həm yapışqan, həm də aşağı 
temperaturlarda korroziya olandır və ona görə tüstü qazı novləri, təmizləyici və torba filtri 
müəyyən olunmuş minimum iş temperaturuna çatmayana qədər tullantının yandırılmasına 
başlanmır. Bu öncədən isitmə elektrik iz qızdırıcısından istifadə ilə mümkün olur.  
Boyler  barabanında  termal/mexaniki  şokdan  yayınmaq  üçün  boylerdəki  buxar 
təzyiqi  diqqətlə  müşahidə  olunmalıdır.    Baraban  buxar/su  temperaturu  dəqiqədə  1ºC  -ə 
artmalıdır. Bənzər kriteriyalar buxar təzyiqinə də şamil edilir.  
Tüstü  qazı  temperaturu  oda  davamlı  maddələrin  termal  şoka  həssaslığı  ilə 
məhdudlaşdırılıb.  Saatda  50ºC  quru  tüstü  qazı  novları  ilə  yanma  kamerası  çıxışında 
maksimum  icazə  verilən  temperaturdur.  Yeni  və  ya  təzə  təmir  olunmuş  oda  davamlı 
qurğularda, iş təlimatlarına ciddi şəkildə riayət olunmalıdır. 
 
Nəzarət olunan dayandırma (söndürmə) 
Nəzarət  olunan  söndürmə  üçün,  prosedur  sobadakı  tullantı  tamamilə  yandırılana 
qədər  minimum  850°C  temperatur  tələbini  qorumaq  üçün  yandırıcını  işlək  saxlamaqdan 
ibarətdir.  Bu prosedur aşağıdakı şəkildə cəmlənə bilər: 
  Sobaya hava dolmasının qarşısını almaq üçün tullayıcıdakı səviyyə imkan verərsə, 
tullantının doldurulmasını dayandırmaq; 
  Boyler  yanma  nəzarətini  manuala  çevirmək  və  yanma  dərəcəsini  asta-asta 
azaltmaq; 


  Soba  temperaturu  əvvəlcədən  müəyyənləşdirilən  dəyərə  düşəndə  yardımçı  soba 
avtomatik olaraq işə düşür;   
  Bütün  tullantı  yanıb  qurtarana  qədər  yandırıcı  minimum  850°C  temperaturu 
saxlayır; 
  Yanma  ventilyatoru,  soba  çərçivəsi,  su  spreyini  və  piltə  spreyini  söndürülür, 
aktivləşmiş kömür qidalanması və daha sonra eksqauster dayandırılır; 
  Buxar  turbogeneratorunu  söndürmək  və  dirəkləri  sərinləşdirməyə  davam  etməsini 
təmin etmək üçün  yağ  nasosunun (ya  yardımçı  nasos  ya da  fövqaladə  hal  nasosu)  
işini təmin etmək; 
  Termal  şokun  baş  verməsinin  qarşısını  almaq  üçün  buxarı  temperaturunun 
barabanda  dəqiqədə  1,5°C  dərəcədən  çox  azalmamasını  təmin  etmək,  yüksək 
təzyiqli buxar ventilini düzəltməklə təzyiqin aşağı düşməsinə imkan vermək; 
  Avadanlıqdan  bütün  külü  təmizləmək  üçün  dib  külü  və  boyler  külü  təmizləmə 
sisteminin yetərli vaxt ərzində işləməsini təmin etmək;  
  Söndürmənin gözlənilən vaxt uzunluğundan asılı olaraq, lazım gələrsə torba filtrini 
təmizləmək; 
  Sobanı  söndürəndən  sonra  FGT  qalığını  daşıma  sistemini  təxminən  iki  saat 
işləməsinə  və  ya  filtr  tullayıcıları  və  avadanlıqdan  bütün  qalıqlar  təmizlənənə 
qədərki müddətdə işləməsinə imkan vermək. 
 
Fövqaladə hal söndürməsi 
Hər hansı təhlükəli hal və ya işçi heyətinə zərər verə biləcək hal aşkarlanarsa (məs. 
xarici buxar sızması) və ya orada zavoda hər hansı ciddi ziyan riski olarsa (məs. borunun 
partlamasından  sonra  suyun  itməsi),  fövqaladə  hal  üzrə  söndürmə  planı  həyata 
keçirilməlidir.  
Keçmiş  təcrübələri  nəzərə  alaraq,  operator  zavodda  insidentlər  olma  ehtimalını 
nəzərə  alaraq,  işçi  heyətinin  təhlükəsizliyini,  mümkün  olarsa  zavodun  təhlükəsizliyini 
nəzərə alaraq, müxtəlif mümkün senarilər üçün müxtəlif prosedurlar hazırlayacaq. 
Zavodun  təhlükəsizliyi  ilə  bağlı,  fövqaladə  halda  aşağıdakı  iş  proseduru  yerinə 
yetirilməlidir. 
“Fövqaladə  halda  yandırmanı  söndürmək  üçün,  ya  fövqaladə  hal  dayandırma 
düyməsini  basın,  ya  da  yandırma  ventilyatorlarının,  soba  doldurmasının  və  yandırıcının 
dərhal və avtomatik dayandırması ilə nəticələnən hava keçidi ventilyatorunu söndürün.” 
 
İşçi heyəti aşağıdakıları təmin edəcək: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə