Baki-2014 İQTİsadi modernizasiYA



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə5/88
tarix27.10.2017
ölçüsü3,03 Kb.
#6949
1   2   3   4   5   6   7   8   9   ...   88

Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  19 
Şəkil 6.3.   Enerji istehlakı tne/ÜDM AQP dollar - ölkələrin müqayisəsi
Şəkil 6.4.  Azərbaycanda dən üçün qarğıdalının məhsuldarlığı (sent-
ner/hektar)
Şəkil 7.1.  MDB ölkələrində kənd təsərrüfatı ilə məşğul olan əmək 
qüvvəsinin xüsusi çəkisi (faizlə)
Şəkil 7.2.   Kənd təsərrüfatı məhsullarına dəyərin əlavə edilməsi yolları
Şəkil 7.3.   Aqrar oriyentasiya indeksinin müqayisəsi
Şəkil 7.4.  Kənd təsərrüfatı müəssisələrində əsas istehsal fondlarının 
strukturu, %-lə
Şəkil 7.5.   Kənd təsərrüfatında əkinlərə mineral gübrələrin verilməsi, 
min ton
Şəkil 7.6.   Universitet klasterinin təklif etdiyi xidmətlərin istiqamətləri
Şəkil 7.7.  Kənd təsərrüfatı sahəsində tədqiqat və işləmələrə (R&D) 
çəkilən daxili xərclər


İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
20  |
Giriş
İqtisadi modernizasiya düşüncə və davranış tərzi, institusional mü-
hit və texnoloji səviyyənin təkmilləşmə prosesidir. Son 300 il ərzində 
iqtisadi modernizasiya daim sənaye inqilabları ilə sıx dialektik vəhdətdə 
olmuşdur. XVIII əsrin ikinci yarısından buxar maşınlarının tətbiqi ilə 
başlayan birinci sənaye inqilabı, 1870-1945-ci illərdə elektrikləşmə, 
daxiliyanma mühərikinin tətbiqi və ticarətin inkişafı ilə ikinci sənaye 
inqilabına keçdi. İkinci sənaye inqilabının təsiri altında eramızdan 
3500 il əvvəl başlamış kənd təsərrüfatının dominantlığına son qoyul-
du (deargiculturalization). Azərbaycan bu dövrdə iki dəfə neft bumu 
yaşamaqla əsasən hasiledici sənayeni inkişaf etdirsə də, aqrar sektorun 
ÜDM-də və məşğulluqda payı yüksək olaraq qalırdı. 1946-1970-ci 
illərdə avtomatlaşdırma və kompüterləşmənin təsiri altında üçüncü 
sənaye inqilabı baş verdi. 1970-ci illərdən başlayaraq informasiyalaş-
ma, yaşıllaşma və bilik effektinin təsirilə dördüncü dalğa - bilik inqilabı 
başlayıb. Bu dövrdə Azərbaycan əvvəlcə Sovet İttifaqının tərkibində öz 
aqrar-sənaye statusunu təsdiqləsə də, müstəqilliyin ilk illərində iqtisadi 
böhranla üzləşdi. Yalnız neft gəlirlərinin hesabına ötən əsrin sonların-
dan başlayaraq iqtisadi dirçəliş və hasiledici sənayenin sürətli inkişafı 
baş vermişdir. Gələcəkdə nanotexnologiyalar və həyat mühəndisliyi 
iqtisadi inkişafı növbəti mərhələyə çıxaracaq. Azərbaycan iqtisadi mo-
dernizasiya siyasətini yürüdərkən qlobal metamarfozaları və çağırışla-
rı nəzərə almalıdır. Frans Kafkanın “Çevrilmə” hekayəsində absurd və 
mənasız həyat qarşısında özünü günahkar hiss edən Qreqor Zamzanın 
taleyini yaşamamaq üçün bütün dövlətlər qlobal çağırışlara vaxtında 
cavab verməyi bacarmalıdırlar.
İqtisadi modernizasiya iki vacib makroiqtisadi məsələnin fonunda 
nəzərdən keçirilməlidir. Bir tərəfdən yığım və istehlak arasında olan 
optimal nisbətin tapılması, digər tərəfdən isə sərmayələrin innovativ 
xarakteri əsas şərtdir.  


Vüsal Qasımlı  | İQTİSADİ MODERNİZASİYA
|  21 
İqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, ərzaq 
təhlükəsizliyi, regionların inkişafı və qeyri-karbohidrogen ixracının ar-
tırılması kimi məqsədlər aqrar sahənin də modernləşdirilməsini zəruri 
edir. Effektiv aqrar sektor az resurslar sərf etməklə daha yüksək kənd 
təsərrüfatı məhsulları istehsalına nail olmağı nəzərdə tutur. Bu mənada 
beynəlxalq təcrübədə oxşar imkanlara malik olan müxtəlif ölkələrdə 
kənd təsərrüfatı istehsalının məhsuldarlığının fərqlənməsi həm də aq-
rar sahənin nə dərəcədə modernləşdirilməsini göstərir.
FAO-nun hesablamalarına görə 2030-cu ildə yaxşı qidalanan əhali 
gündəlik 3050 kilokalori ərzaq istehlak edəcək ki, bu da indiki 2800 
kilokalorilik göstəricidən 8,9 faiz çoxdur. Eyni yanaşmanı Azərbaycana 
tətbiq etsək ölkəmizdə ərzağa olan daxili tələb 2030-cu ildə 26,5 
faiz artacaqdır. Ərzağa olan tələbin artımını kənd təsərrüffatının 
məhdud resursları (xüsusilə, torpaq və su) hesabına qarşılamaq 
üçün modernləşdirilmə yeganə yol sayılır. Modernizasiya imkan ve-
rir ki, kənd təsərrüffatının istehsal amillərinin məhsuldarlığı daha da 
yüksəlsin və nəinki ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, 
həm də ərzaq ixracının genişləndirilməsi üçün imkanlar yaransın. No-
bel mükafatı laureatı Pol Kruqman bildirmişdir ki, “məhsuldarlıq hər 
şey demək deyil, amma uzunmüddətli dönəmdə hər şey deməkdir.”
Qlobal iqtisadi böhranın davam etdiyi bir şəraitdə aqrar sahədə 
modernizasiya prosesinin nəzəri və metodoloji əsaslarının yenidən 
işlənilməsi və konseptual bir yanaşmanın formalaşmasına ehtiyac ya-
ranmışdır.
Bilik iqtisadiyyatı dövründə iqtisadi modernizasiya məsələlərinin 
elmi təhlili son dünya iqtisadi böhranından sonra yeni mərhələyə 
qədəm qoymuşdur. Kitabda tarixən modernizasiya nəzəriyyələrinin 
təkamülü və müasir çağırışlar fonunda yeni paradiqmalar barədə 
ədəbiyyatlar ciddi şəkildə təhlil edilmişdir. Dünya alimlərindən  Gray 
A., Boehlje M., Amanor-Boadu V. , Fulton J., Karlisle F. R., Juma C., 
Pascal L. G., Hartley F. W., Bergek A., Jakobsson S., Hekkert M., Smit 


İQTİSADİ MODERNİZASİYA | 
Vüsal Qasımlı
22  |
K., Tokgoz S.,  Şulenbayeva F.A., Plotnikov V.N., Restuccia D., Den-
nis T Y., Xiaodong Z., Adamopoulous T., Restukkia D., Laqakos D., 
Mayk V., Zuboviç J., Domazet I.,  Stoşik I., Djomo J.M.N., Vilenski A., 
Qlazyev S., Qoliçenko O., Azərbaycan alimlərindən Səmədzadə Z., 
Əmiraslanov A., Salahov S., Alıyev İ., Eminov N.O., Allahverdiyev Q.S., 
Mustafayev A. və başqaları öz elmi araşdırmalarında bu məsələyə önəm 
verərək iqtisadi sahədə modernləşdirilməni kompleks təhlil etmiş və 
müvafiq praktik təkliflərlə çıxış etmişdilər.
Bilik iqtisadiyyatına keçid modernləşdirilmənin fəlsəfəsini 
dəyişmiş və bu istiqamətdə elmi-tədqiqatlar üçün yeni çağırışla-
rı müəyyənləşdirmişdi. Son qlobal iqtisadi böhranın yaratdığı yeni 
konyuktura və davamlı inkişaf konsepsiyasına əsasən müəyyənləşən 
gələcək hədəflər iqtisadi, sosial və ekoloji aspektlər nəzərə alınmaq-
la modernizasiyaya yeni yanaşma tələb edir. Modernizasiya prosesi 
nəticəsində istehsal amillərinin daha da rasional istifadəsi, qənaət edil-
miş resursların düzgün istiqamətlənməsi və iqtisadiyyatın informasiya 
cəmiyyətində statusu yetərincə təhlil edilməmişdir.
Tədqiqatda məqsəd iqtisadiyyatın rəqabət qabiliyyətinin təşkilati-
iqtisadi mexanizmlər əsasında gücləndirilməsi üçün modernizasiyanın 
nəzəri-metodoloji əsaslarını hazırlamaq və praktik təkliflər verməkdən 
ibarətdir.  Tədqiqatın obyekti iqtisadiyyatda modernizasiya prosesi və 
onun əhatə etdiyi təşkilati-hüquqi strukturlar olmuşdur.  
Kitabın əsas müddəaları haqqında respublikada keçirilən beş elmi 
konfransda məruzə edilmişdir. Həmçinin tədqiqatın nəticələri 2011-ci 
ilin noyabr ayında Afinada “Enerji sahəsində əməkdaşlıq və Qara Dəniz 
hövzəsində ətraf mühitin qorunması” adlanan konfransda, 2011-ci ilin 
dekabr ayında Varşavada “Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqra-
mı və Azərbaycan: çağırışlar və perspektivlər” mövzusunda konfransda, 
2012-ci ilin sentyabr ayında Seulda “Koreya Respublikası və Mərkəzi 
Asiya” adlanan lV Beynəlxalq seminarda, 2012-ci il iyun ayında Varşava 
Universitetində “Polşa-Azərbaycan münasibətlərinin tarixi və bu günü” 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə